Monday, 17 Yanvar 2022 05:27
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

Ölkəmizdə xanımların informasiya texnologiyaları üzrə biliklərinin inkişafı və İKT sahəsinə marağının artırılması məqsədilə “Rəqəmli Qızlar” sosial layihəsi uğurla həyata keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən YAZTV-ə verilən məlumata görə, layihə çərçivəsində 560 məktəbli və gənc qız rəqəmli texnologiyalar üzrə təlimlərdə iştirak ediblər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təlimçiləri tərəfindən keçirilmiş ikigünlük təlimlərdə xanımlara kompüter texnologiyaları ilə yanaşı, şəxsi inkişaf bacarıqları və həyatda bu bacarıqları tətbiq etməklə uğur qazanmağın yolları öyrədilib. Həmçinin, qızlar İKT sahəsində uğurlu karyera qurmaq imkanları ilə tanış olublar.

Xüsusi karantin rejimi dövründə layihə çərçivəsində onlayn formatda keçirilmiş son təlimlərə Bakı, Zaqatala, Şamaxı, Mingəçevir, Qəbələ, Ağdaş, Şabran və Xırdalan şəhərlərindən məktəbli və gənc qızlar qatılıblar. Layihə iştirakçılarına sertifikat və hədiyyələr təqdim edilib.

Qeyd edək ki, “Rəqəmli Qızlar (“Digital Girls”) – Milli Təlim Proqramı” layihəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO təşkilatının təşəbbüsü və maliyyə dəstəyi, İKT LAB Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Layihənin inkişafına “Regional İnkişaf” İctimai Birliyi, “Aztelekom” MMC və “WoWoman” qadınların inkişaf platforması dəstək verib. Layihə haqqında daha ətraflı məlumatı bu link (https://iktlab.az/digitalgirls/) vasitəsilə əldə etmək olar.

Previous Next

AZAL Naxçıvana müntəzəm aviareysləri bərpa edir VİDEO

Koronavirus infeksiyası pandemiyasının başlandığı müddətdən ilk dəfə olaraq milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 18-dən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə müntəzəm daxili reysləri bərpa edir.

QSC-nin mətbuat xidmətindən YAZTV-ə bildirilib ki, qeyd edilən reyslərə 2-ci terminalda xidmət göstərilir.

Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus üçün müayinədən keçən və mənfi nəticə əldə edən sərnişinlər buraxılır. Müayinə uçuşdan ən gec 48 saat əvvəl aparılmalıdır. Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar sərnişinləri yola salan vətəndaşların aerovağzal ərazisində toplaşması qadağandır.

Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək. Aviabiletin dəyərinə 23 kiloqram çəkidə baqaj daxildir. Kişi portfeli və ya qadın çantası istisna olmaqla əl yükü, o cümlədən “Duty free” mağazalarından alınan əşyaların daşınması qadağandır.

Cari şərtlərə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı reyslərinə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim olunmuş sərnişinlərin siyahısına əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağırış mərkəzi sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edir.

Reyslərdə yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, “Azərbaycan Hava Yolları” ilk növbədə təcili uçuşa ehtiyacı olan sərnişinlərin aviabilet almaq üçün müraciət etmələrini tövsiyə edir.

Azərbaycan elektrik enerjisinin idxalını artırıb

Azərbaycan elektrik enerjisinin idxalını artırıb

2020-ci ilin may ayında Azərbaycanda 1 899,6 milyon kilovatt/saat elektrik enerjisi istehsal edilib.

YAZTV bu barədə Energetika Nazirliyinin hesabatına istinadən məlumat verir.

Ötən ay ölkə üzrə elektrik enerjisi ixracı 21,7 milyon kilovatt/saat, idxalı 17,5 milyon kilovatt/saat olub.

Hesabat dövründə elektrik enerjisinin istehsalı 17,5 milyon kilovatt/saat azalıb, ixracı 2,7 milyon kilovatt/saat, idxal isə 8,6 milyon kilovatt/saat artıb.

2020-ci ilin yanvar-may aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,1 milyon kilovatt/saat artaraq 10 796,5 milyon kilovatt/saat təşkil edib.

Bu dövr ərzində elektrik enerjisinin ixracı 522,3 milyon kilovatt/saat olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 113,7 milyon kilovatt/saat azalıb. Elektrik enerjisinin idxalı isə 62,2 milyon kilovatt/saat təşkil etməklə, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyon kilovatt/saat artıb.

Xatırladaq ki, 2019-cu ildə Azərbaycanda 24,2 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bu, 2018-ci illə müqayisədə 4,3 faiz çox olub.

Azərbaycan–Türkiyə Sahibkarlar Forumu keçiriləcək

Azərbaycan–Türkiyə Sahibkarlar Forumu keçiriləcək

"Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə iyun ayında virtual formatda Azərbaycan–Türkiyə Sahibkarlar Forumunun keçirilməsi planlaşdırılır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) YAZTV-ə bildirilib ki, forumun məqsədi gənc sahibkarlara, startaplara məlumat mübadiləsi və əməkdaşlıq imkanı yaratmaq, ticarət və biznes əlaqələrinin genişləndirilməsinə dəstək olmaqdır. Tədbirdə Türkiyənin turizm, inşaat, tekstil, ekologiya (yaşıl enerji), qida sənayesi, ictimai iaşə, enerji, multimedia, təhsil, konsaltinq, hüquq, logistika və sair sahələrdə fəaliyyət göstərən 90-dək şirkətinin iştirakı nəzərdə tutulur. Onlayn foruma qatılacaq yerli sahibkarlar biznes əlaqələrini genişləndirmək, Türkiyənin biznes təcrübəsini öyrənmək, bu bazara çıxış imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.

Tədbirdə, həmçinin biznes sahəsində təcrübəli mütəxəssislərin müxtəlif biznes istiqamətləri üzrə yeniliklər, pandemiya dövründə yaranmış problem və imkanlar, postpandemiya dövründə biznesin inkişaf mərhələləri üzrə fikirləri ilə tanış olmaq mümkündür.

Onlayn forumda iştirak etmək üçün “https://forms.yandex.ru/u/5ee0d2f78f27ef18cc411528/” keçidinə daxil olmaqla qeydiyyatdan keçmək olar. Qeydiyyatdan keçdikdən sonra təşkilatçılar əlaqə yaradacaqlar. Qeydiyyat üçün son tarix iyunun 20-dir. Əlavə məlumat və suallar üçün aşağıdakı vasitələrlə əlaqə saxlamaq olar:

E-poçt: “This email address is being protected from spambots. You need JavaScript enabled to view it.”, Telefon: (+994 12) 597 48 86, “WhatsApp”: (+994 50) 971 69 70

 

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turunun nəticələri açıqlanıb

“Yüksəliş” müsabiqəsinin videomüsahibə turunun nəticələri açıqlanıb

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin videomüsahibə turunun nəticələri bəlli olub. Videomüsahibə turunun keçirilməsində məqsəd iştirakçıları yaxından tanımaqdır.

YAZTV-nin məlumatına görə, bu turda əyani mərhələyə buraxılan 976 namizəddən 940 iştirakçı təlimatlara uyğun olaraq şəxsi kabinetdə videomüsahibələrini yerləşdirib. Videomüsahibə turunun şərtlərinə cavab verən 940 namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb. Videomüsahibə turuna qatılanlar 21-30 yaş aralığında 427 nəfər, 31-40 yaş aralığında 432 nəfər, 41-51 yaş aralığında 81 nəfər təşkil edib. Ümumilikdə isə iştirakçılardan 786 nəfəri kişi, 154 nəfəri qadındır.

Müsabiqənin İşçi qrupunun təyin etdiyi ekspert heyəti tərəfindən videoların təhlilləri aparılıb. Ekspert heyətinin tərkibində Dövlət İmtahan Mərkəzinin nümayəndələri və insan resursları üzrə mütəxəssislər yer alıb.

Bu turun qaydalarına əsasən, namizədlər təklif olunan 5 sualdan 3-ünü seçərək cavablandırıb. İştirakçılar videomüsahibə turunda müəyyənləşdirilmiş şərtlərə, həmçinin texniki göstəricilərə də xüsusi diqqət yetiriblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumlikdə 11760 nəfər qeydiyyatdan keçib. Onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.

AZ1065, Bakı şəhəri, Azərbaycan,

Globus Center, Cəfər Cabbarlı küç., 609

Tel.: 012 5975622

E-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 26,9 milyon dollar olub

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 26,9 milyon dollar olub

İyunun 18-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən YAZTV-ə bildirilib ki, hərracda tələb 26,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

AZAL təyyarə salonuna əl yükünün keçirilməsini qadağan etdi

AZAL təyyarə salonuna əl yükünün keçirilməsini qadağan etdi

Təyyarə salonuna yalnız qadın çantasının və ya kişi portfelinin götürülməsinə icazə verilir.

Məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” (AZAL) COVID-19 pandemiyası dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib.

Yeni qaydalara əsasən, təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır.

Bu dəyişikliklər həm daxili, həm də beynəlxalq reyslərlə səyahət edən bütün sərnişinlərə şamil edilir.

Bu tədbiri tətbiq etməklə aviaşirkət təyyarə salonunda növbəni minimuma endirməyə və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etməyə çalışır.

AZAL-ın yeni qaydalarına əsasən, yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən, kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək, baqaj bölməsinə təhvil verilməlidir.

Həmçinin, “Duty free” mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.

Mayda dəniz nəqliyyatı ilə 40,8 milyon dollarlıq yük daşınıb

Mayda dəniz nəqliyyatı ilə 40,8 milyon dollarlıq yük daşınıb

Mayda dəniz nəqliyyatı ilə ümumilikdə 123 min 322 ton yük daşınıb ki, bu yüklərin dəyəri 40,8 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən YAZTV-ə verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 57 min ton yükün dəyəri 13,2 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 66 min 262 ton, dəyəri isə 27,5 milyon dollar təşkil edib.

Rusiyadan daha 152 nəfər Azərbaycana təxliyə edildi

Rusiyadan daha 152 nəfər Azərbaycana təxliyə edildi

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.

AZAL-dan YAZTV-ə verilən məlumata görə, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib.

Çay ixracı artıb

Çay ixracı artıb

Bu ilin 5 ayında ölkədən 623 ton çay ixrac edilib.

YAZTV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən çayın dəyəri 4,1 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin yanvar-may aylarında Azərbaycandan dəyəri 3,7 milyon dollar olmaqla 580 ton çay ixrac edilib.

Previous Next

Gömrük əməkdaşları üçün onlayn təlim başlayıb

İyunun 17-dən Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin və Ümumdünya Gömrük Təşkilatının birgə layihəsi olan “Konteyner daşımalarına nəzarət üzrə qlobal proqram” çərçivəsində Strateji Ticarət və İxrac Nəzarəti mövzusunda onlayn təlim keçirilir.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən YAZTV-ə bildirilib ki, komitənin aidiyyəti strukturlarının əməkdaşları üçün keçirilən təlimin məqsədi strateji ticarət, eləcə də ixrac nəzarətinə düşən malların identifikasiya olunması və onların qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində potensialın yüksəldilməsidir.

BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin eksperti Ercan Saka bildirib ki, təlimdən öncə iştirakçıların mövzu ilə bağlı bilik səviyyələrinin öyrənilməsi məqsədilə keçirilən qiymətləndirmənin nəticələri qənaətbəxşdir. Belə ki, azərbaycanlı gömrükçülərin bilik səviyyələri 96 faizdən yuxarıdır.

BMT Narkotiklər və Cinayətkarlıq İdarəsinin eksperti Adam Baçelor və sözügedən idarənin Gürcüstandakı layihə ofisinin rəhbəri Naidə Şamilova çıxış edərək təlimin gömrükçülərin strateji ticarət və ixrac nəzarəti barədə bilik və bacarıqlarını artırmağa geniş imkanlar yaradacağını bildiriblər.

İyunun 19-dək davam edəcək təlimdə ekspertlər “BMT Təhlükəsizlik Şurasının 1540 nömrəli Qətnaməsi”, “Strateji Nəzarətin icmalı”, “Kütləvi Qırğın Silahlarının icmalı: Nüvə Kütləvi Qırğın Silahlarının icmalı: raketlər”, “Kütləvi Qırğın Silahları: kimyəvi, bioloji”, “Birləşmiş Millətlər Təşkilatının sanksiyaları və embarqoları”, “Faktın tədqiqi”, “Fırıldaqçılıq nümunələri və risk göstəriciləri” mövzularında təqdimatlar keçirəcək və müzakirələr aparılacaq.

Nazirlə AYİB-nin nümayəndələri arasında videokonfrans

Nazirlə AYİB-nin nümayəndələri arasında videokonfrans

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri arasında virtual görüş keçirilib.

YAZTV xəbər verir ki, videokonfransın təşkilində əsas məqsəd Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və AYİB arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edərək, müvafiq istiqamətlər üzrə fikir mübadiləsi aparmaq olub.

Videotədbirə Azərbaycan tərəfi ilə yanaşı, AYİB-in Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone, Qafqaz üzrə regional direktoru Katarina Bjorlin Hansen, direktor Dino Şiatis, İKT üzrə direktor Dirk Uerner, Azərbaycandakı Daimi Nümayəndəliyinin başçısı İvana Fernandes Duarte, baş bankir Asif Mahmudov, aparıcı bankir Real Hacıyev, bankir Antonia Maier və hüquqşünas Paul Moffa qatılıblar.