Monday, 17 Yanvar 2022 05:59
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident İlham Əliyev: Yaxın zamanlarda Mingəçevirdəki İES-in yenidənqurmadan sonra açılışını edəcəyik

Prezident İlham Əliyev: Yaxın zamanlarda Mingəçevirdəki İES-in yenidənqurmadan sonra açılışını edəcəyik

Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışını edəcəyik.

YAZTV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 11-də Bakının Xətai rayonunda “Azərenerji” ASC-nin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında deyib.

“Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər”, - deyə dövlətimizin başçısı bildirib.

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YAZTV-ə bildirilib ki, təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Arıçılara 5 milyon manatdan artıq subsidiyanın verilməsi nəzərdə tutulub

Arıçılara 5 milyon manatdan artıq subsidiyanın verilməsi nəzərdə tutulub

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2020-ci il üzrə ölkədə 22670 arıçı qeydiyyatdan keçib. Bu arıçılar 22781 arı təsərrüfatına sahib olmaqla 23052 arı ailəsinə qulluq göstərirlər.

Kənd Təsərrüfatı Nazirliyindən YAZTV-ə verilən məlumata görə, ümumilikdə, 506944 arı pətəyi qeydiyyata alınıb. Ən çox arıçı, arı təsərrüfatı və pətək sayı Balakən rayonunda qeydə alınıb. Bu rayonda 1104 arı təsərrüfatında 32273 arı pətəyi saxlanılır. Arıçıların sayına görə isə Zaqatala rayonu 1349 arıçı ilə ölkədə bu təsərrüfat fəaliyyətinə ən çox marağı olan rayon kimi qeyd olunub. Ağsu, Tovuz, Lerik, Qax rayonları da təsərrüfatların sayı ilə öndədir.

Arıçıların saxlamağa üstünlük verdiyi əsas arı cinsi Bozdağ Qafqaz cinsidir. Ölkə üzrə 395090 ədəd bu cinsdən olan arı ailəsi qeydə alınıb.

Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiqlənmiş Subsidiya Qaydalarına görə, 1 arı ailəsinə görə 10 manat subsidiya ödənilir. “Arıçılara ödənilən subsidiyanın ölkəmizdə bu təsərrüfat sahəsinin inkişafına, məhsuldarlığın artmasına xidmət edəcəyinə əminik. Yeni mexanizm bizə bu təsərrüfat sahəsinin inkişafında maraqlı olub, lakin məhsuldarlığı az olan bölgələri müəyyənləşdirməyə şərait yaradacaq. Bu da gələcəkdə məhsuldarlığı artırmaq üçün dəstək layihələri hazırlamağımıza imkan verəcək”, -deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev vurğulayıb.

Qeyd edək ki, bu ildən tətbiq edilən yeni subsidiya mexanizminə əsasən, kənd təsərrüfatı istehsalçılarına verilən bütün subsidiyalar, o cümlədən arıçılara ödənilən subsidiya EKTİS-də vahid sistemdə birləşib. Arıçılar subsidiya almaq üçün öz təsərrüfatları, arı pətəklərinin sayı, bəslədikləri arının cinsi haqda məlumatları bu sistemdə yerləşdirirlər. Arıçıların EKTİS-də 2020-ci subsidiya ili üçün qeydiyyatı mayın 31-də başa çatıb.

“Azərenerji”: Pandemiya dövründə ölkədə enerji təchizatı yüz faiz təmin olunacaq

“Azərenerji”: Pandemiya dövründə ölkədə enerji təchizatı yüz faiz təmin olunacaq

24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir saniyə də olsun elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan “Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanılqlı və keyfiyyətli enerji təminatı üçün bütün lazımi addımları atır.

“Azərenerji” ASC-dən YAZTV-ə verilən məlumatda bildirilir ki, bu səbəbdən pandemiya elan edilən gündən bu vaxta qədər, istər qaydalar yumşaldılanda, istərsə də sərt karantin elan olunan günlərdə elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya və yüksək gərginlikli elektrik xətlərində və bununla da enerji təchizatında heç bir problem yaranmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun olaraq sərt karantin günlərində də işləməsi vacib sayılan qurum olaraq “Azərenerji”nin əksər əməkdaşları iş başında olublar. Üstəlik bu müddət ərzində pandemiyanın hökm sürdüyü qonşu ölkələrə də enerji ixracı lazımi səviyyədə həyata keçirilib.

“Azərpoçt” IFC ilə tərəfdaşlığa başlayıb

“Azərpoçt” IFC ilə tərəfdaşlığa başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə tərəfdaşlığa başlayıb.

Bu barədə YAZTV-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, məqsəd ölkədə, xüsusilə ucqar ərazilərdə yaşayan əhali və fəaliyyət göstərən özəl sektorun elektron maliyyə xidmətlərindən istifadəsini genişləndirməkdir.

Layihəyə əsasən IFC, elektron maliyyə əməliyyatlarını icra etməyə imkan verən elektron pul kisəsinin hazırlanmasında “Azərpoçt”la birgə çalışacaq.

Hazırda “Azərpoçt” bir sıra maliyyə xidmətləri təqdim edir. Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq quruma digər maliyyə təşkilatlarının agenti qismində seçilmiş maliyyə xidmətləri göstərməsi və müştəriləri rəqəmsal maliyyə xidmətləri barədə maarifləndirməsi üzrə yardım edəcək. Bu fəaliyyət İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlıq əsasında icra olunan IFC-nin “Elektron və rəqəmsal maliyyə xidmətləri” layihəsi çərçivəsində həyata keçirilir.

Sözügedən təşəbbüs, xüsusilə kənd yerlərində, bank filiallarından uzaqda yaşayan əhaliyə və kiçik sahibkarlara banka gəlmədən ödənişlər etməyə və əsas bank xidmətlərinə rəqəmsal çıxış əldə etməyə imkan verəcək. Eyni zamanda bu əməkdaşlıq “Azərpoçt” üçün yeni imkanlar açacaq.

Qeyd edək ki, layihə nəticəsində qurum əhalinin bank xidmətləri ilə əhatə olunmayan böyük hissəsi üçün maliyyə inklüzivliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu təşəbbüs Azərbaycan iqtisadiyyatını şaxələndirməyə və iqtisadi artımı daha da sürətləndirməyə dəstək verəcək.

Daha bir yol yenidən quruldu

Daha bir yol yenidən quruldu

Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində yenidənqurma işləri aparılaraq yekunlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən YAZTV-ə verilən məlumata görə, sözügedən küçə Biləcəri qəsəbəsinin əsas yollarından biri hesab olunur və qəsəbə sakinlərinin Binəqədi-Biləcəri avromobil yoluna, o cümlədən şəhər mərkəzinə və Sumqayıt şəhəri istiqamətinə rahat gediş-gəlişini təmin edir.

Sözügedən küçə uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ümumi uzunluğu 2.5 km, eni isə 12 metr olan yol boyu tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla yenidənqurma və bərpa işləri həyata keçirdi.

Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, köhnə səki daşları sökülüb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülüb və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 30 min kv.m-dən artıq sahəni əhatə edib.

Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də bərpa olunub, 26 yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin 80 baxış qapağı yenisi ilə əvəz olunub, 1900 kv.m sahədə yol birləşmələri təmir edilib.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılıb. Təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilmişdi.

Bu marşrut xətti üzrə “BakuBus” avtobusları işləyəcək

Bu marşrut xətti üzrə “BakuBus” avtobusları işləyəcək

Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus BMC Procity 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən YAZTV-ə verilən məlumata görə, dəyişiklik nəticəsində Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” NMM və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.

Sərnişinlərin “BakıKart”-ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.

Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi

Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi

Bakıda marşrut avtobuslarında kondisionerlər qoşulub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) YAZTV-ə verilən məlumata görə, Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.

Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək:

"Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemlərinin işə salınması təmin olunacaq. Bir daha sərnişinlərimizə göstərdikləri anlayış üçün təşəkkür edirik. Həmçinin, bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərində, dayanacaqlarda və avtobuslarda maskadan istifadə qaydalarına mütləq şəkildə əməl olunmalıdır".

Azərbaycanda orta aylıq əməkhaqqı apreldə azalıb

Azərbaycanda orta aylıq əməkhaqqı apreldə azalıb

Bu il yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 736,2 manat təşkil edib.

YAZTV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,7% çoxdur. Bununla belə, yanvar-mart aylarının yekununa nisbətən ölkədə maaşların orta həddi 1,1% azalıb.

Bu il dövlət büdcəsinin gəlirləri 17 faiz artıb

Bu il dövlət büdcəsinin gəlirləri 17 faiz artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 10 milyard 527,5 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən YAZTV-ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinin gəlirləri 17 faiz artıb.

Qeyd olunan müddət ərzində dövlət büdcəsinin xərcləri 9 milyard 392,2 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır.

Beləliklə, bu ilin 5 ayı ərzində dövlət büdcəsinin 1 milyard 135,3 milyon manat profisiti yaranıb.

FED uçot dərəcəsini sabit saxlayıb

FED uçot dərəcəsini sabit saxlayıb

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini sabit saxlayıb.

YAZTV FED-ə istinadla xəbər verir ki, uçot dərəcəsi 0-0,25 faiz səviyyəsində saxlanılıb.

Qeyd edək ki, FED 2020-ci ildə ABŞ-da işsizlik üzrə proqnozu 3,5 faizdən 9,3 faizə qədər, 2021-ci ildə - 3,6 faizdən 6,5 faizə qədər artırıb.

Xatırladaq ki, ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirən FED apreldə də illik uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb.

Beş ayda 27,4 milyard manatlıq ÜDM istehsal olunub

Beş ayda 27,4 milyard manatlıq ÜDM istehsal olunub

Bu ilin yanvar-may aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 27 milyard 479,9 milyon manat, o cümlədən qeyri-neft-qaz ÜDM-i 18 milyard 227,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən YAZTV-ə bildirilib ki, əhalinin hər nəfərinə düşən ÜDM 2759,9 manata bərabər olub.