Monday, 17 Yanvar 2022 04:12
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
AZAL: Bilet satışı sentyabra qədər dayandırılıb

AZAL: Bilet satışı sentyabra qədər dayandırılıb

“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxili və beynəlxalq istiqamətlər üzrə uçuşlara bilet satışını bərpa edib.

Bu barədə aviaşirkətin internet səhifəsinə istinadən xəbər verir.

Aviabiletlər bu il sentyabrın 1-dən həyata keçiriləcək reyslərə satılır.

Xatırladaq ki, bir qədər əvvəl AZAL açıqlama yayaraq iyulun 1-nə qədər ölkənin hava limanlarının bağlı qalacağını bəyan etmişdi.

Məsələ ilə bağlı "Report"a açıqlama verən AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, aviaşirkət sentyabra qədər bilet satışını dayandırıb və o vaxta qədər satışın bərpası Nazirlər Kabineti yanında Operativ Qərargahın atacağı addımlardan asılı olacaq.

Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

YAZTV-nin məlumatına görə, iyunun 5-də qızılın qiyməti iyunun 4-ü ilə müqayisədə 7,6245 manat artaraq (0,3 faiz) 1 unsiya üçün 2904,807 manat təşkil edib.

Gümüş 0,1563 manat bahalaşaraq (0,5 faiz) 1 unsiya üçün 30,076 manata bərabər olub.

Platinin qiyməti 3,2045 manat artaraq (0,2 faiz) 1421,5145 manat, palladiumun qiyməti 19,873 manat artaraq (0,6 faiz) 3316,173 manat təşkil edib.

Ad

05.06.2020

04.06.2020

Sutka ərzində fərq

Qızıl

XAU

<ins'>
2904,807 2897,1825 7,6245

Gümüş

XAG

30,076 29,9197 0,1563

Platin

XPT

1421,5145 1418,31 3,2045

Palladium

XPD

3316,173 3296,3 19,873

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Bu gün Su təsərrüfatı və meliorasiya işçiləri günüdür

Bu gün Su təsərrüfatı və meliorasiya işçiləri günüdür

 

İyunun 5-i ölkə melioratorları üçün olduqca əlamətdar bir gündür. Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.

MDB ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı il iyunun 5-də ulu öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanun imzalanıb. Prezident İlham Əliyev meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkə əhalisinin ekoloji cəhətdən təmiz və dayanıqlı ərzaq məhsulları ilə etibarlı təminatında rolunu nəzərə alaraq, həmin tarixin “Meliorator günü” peşə bayramı kimi təsis edilməsi barədə 2007-ci il 24 may tarixli Sərəncam imzalayıb. Su təsərrüfatı və meliorasiya işçilərinin əməyinə böyük qiymət verən dövlət başçısı bu günün miqyasını daha da genişləndirərək iyunun 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 2014-cü il 14 may tarixli yeni Sərəncam imzalayıb. Bu Sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanmış, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.

YAZTV Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə məqaləsini təqdim edir. Məqalədə meliorasiya sahəsində qazanılan uğurlar və qarşıda duran vəzifələrdən söhbət açılır.

Azərbaycanda meliorasiya və irriqasiya işləri keçən əsrin əvvəllərində təşəkkül tapsa da, onun genişmiqyaslı, intensiv inkişafına ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən başlanılıb. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərarlar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi.

Ulu Öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlayıb. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaq rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusilə də meliorasiya və su təsərrüfatının inkişafı demək olar, tamamilə dayandı. Keçmiş respublika rəhbərliyinin səriştəsizliyi və bu sahəyə laqeyd münasibəti nəticəsində meliorasiya və su təsərrüfatı üzrə aparılan işlərin həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi, sistemlərin istismarına ayrılan büdcə vəsaitinin həcmi xeyli aşağı düşdü. Nəticədə mühüm dövlət əhəmiyyətli obyektlərin saxlanılması, istismarı, təmir- bərpası son dərəcə çətinləşdi.

Belə bir şəraitdə, 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona dövlətin diqqət və qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış "Meliorasiya və irriqasiya haqqında" Azərbaycan Respublikasının Qanunudur. Qanun meliorasiya və irriqasiya sahəsində dövlət idarəçiliyinin əsaslarını, meliorasiya və irriqasiya tədbirlərinin aparılması qaydalarını müəyyən etdi.

Ulu Öndərin göstərişlərini əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar, ilk növbədə, meliorasiya və su təsərrüfatı sahəsinə yönəldildi. Xarici investisiyaların səmərəliliyini təmin etmək məqsədilə tikintisi yarımçıq qalmış 150 obyektdən respublika üçün mühüm əhəmiyyət kəsb edən 11 obyekt seçildi və onlardan iqtisadiyyatımız üçün ən vacib olan üç obyektin – Baş Mil-Muğan kollektorunun tikintisinin, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasının və Naxçıvan Muxtar Respublikasında Vayxır su anbarının tikintisinin birinci növbədə maliyyələşdirilməsi qərara alındı.

Ümummilli lider Heydər Əliyevə İslam dünyasının böyük hörmətinin və ehtiramının rəmzi olaraq, İslam İnkişaf Bankının rəhbərliyi Baş Mil-Muğan kollektorunun tikintisinin davam etdirilməsinə güzəştli kredit və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması sxeminin hazırlanmasına əvəzsiz olaraq vəsait ayırdı.

İslam İnkişaf Bankının krediti və respublika büdcəsindən ayrılan vəsait hesabına 1998-ci ildə kollektorun tikintisinin davam etdirilməsinə başlanıldı və 2000-ci ilin noyabr ayında kollektorun 52,7 kilometr uzunluğunda 2-ci buraxılış kompleksinin tikintisi yüksək keyfiyyətlə başa çatdırılaraq istismara verildi.

Heydər Əliyevin yaxından köməkliyi sayəsində Dünya Bankının krediti ilə 2003-cü ildə Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış kompleksinin tikintisinə başlanıldı.

Samur-Abşeron suvarma sistemi ölkəmizin şimal bölgəsinin, eləcə də Bakı-Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrini, kənd təsərrüfatı və sənaye müəssisələrini içməli, suvarma və texniki su ilə təmin edən irimiqyaslı kompleks su təsərrüfatı obyektidir.

Uzun müddət ərzində suya daim artan ehtiyacı ödəmək məqsədilə Samur-Abşeron magistral kanalı əsaslı təmirə dayanmadan fasiləsiz olaraq istismar olunurdu. Bunun nəticəsində kanalın beton örtüyü dağılıb hissə-hissə sıradan çıxmış, qurğuların bir hissəsi funksiyasını itirmiş, su itkisi artmışdır.

Ulu Öndərin tapşırığına əsasən bu problemin həlli yolları araşdırılmış və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması ilə bağlı təxirəsalınmaz tədbirlərin işlənib həyata keçirilməsi təklif olunmuşdur. İslam İnkişaf Bankının texniki yardımı ilə beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmış sxemin birinci mərhələsində Samur çayı üzərində baş sugötürücü qurğunun və Samur-Abşeron kanalının Vəlvələçay çayına qədər olan hissəsinin yenidən qurulması, Xanarx kanalının, Vəlvələçay-Taxtakörpü, Taxtakörpü-Ceyranbatan kanallarının və Taxtakörpü su anbarının tikintisi nəzərdə tutulurdu.

Vayxır su anbarının inşasına 1983-cü ildə başlanılmış, lakin maliyyə vəsaitinin olmamasına görə tikinti işləri yarımçıq dayandırılmışdır. Ulu Öndər 2002-ci ildə Naxçıvan Muxtar Respublikasında olarkən, onun su anbarının istismara verilməsi barədə göstərişindən sonra dövlət büdcəsindən ayrılmış vəsait hesabına Türkiyənin tikinti şirkətləri tərəfindən bu obyektin tikintisi başa çatdırılıb.

Ümumiyyətlə, bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılıb, 825 min yektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılıb, 460 min hektar sahədə əsaslı hamarlama və 150 min hektar sahədə əsaslı yuma işləri aparılıb, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılıb.

Ulu Öndərin siyasi xəttini uğurla reallaşdıran Prezident İlham Əliyev də bu sahənin inkişafına xüsusi diqqətlə yanaşır. Məhz bu diqqət və qayğı nəticəsində son illərdə bir sıra uğura imza atılmışdır. Belə ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən bütün maliyyə mənbələri hesabına 2004-2019-cu illərdə 4,4 min kilometr uzunluğunda suvarma kanallarının, 3 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidənqurulması və bərpası, 443 min hektar sahədə torpaqların su təminatının və 286 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 194 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə hündürləndirilib və möhkəmləndirilib, çaylarda sel və daşqınlara qarşı 190 kilometr muhafizə tədbirləri həyata keçirilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2618 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sutututmu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilmiş, eləcə də ümumi sutututmu 15,5 milyon kubmetr olan 3 su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvain) təmir-bərpa edilib.

“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xanarx kanalının tikintisi 2006-cı ildə, Samur çayı üzərində yerləşən baş suqəbuledici qurğunun bərpası, Samur çayı yaxınlığında baş su durulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin və bu hissədə yerləşən uzunluğu 185,7 kilometr olan təsərrüfatlararası kanalların yenidən qurulması işləri 2007-ci ildə başa çatdırılıb. Respublikanın 500 min hektar suvarılan sahələrindən duzlu qrunt sularının Xəzər dənizinə axıdılmasını təmin edən Baş Mil-Muğan kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə birləşdirilib.

Samur-Abşeron kanalının 50-ci kilometrliyindən suyun Taxtakörpü su anbarına verilməsi məqsədilə 2008-ci ildə tikintisinə başlanılmış uzunluğu 32 kilometr olan Vəlvələçay-Taxtakörpü kanalının, ümumi sututumu 268,4 milyon kubmetr olan Taxtakörpü su anbarının (ümumi gücü 25 MVt olan Su Elektrik Stansiyası ilə birlikdə) və uzunluğu 108 kilometrə yaxın olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi işləri 2013-cü ildə başa çatdırılıb.

2014-cü il noyabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmiş Şəmkirçay su anbarı zonasında əkin sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 kilometr uzunluğunda magistral kanalların tikintisi işləri 2015-ci ildə tamamlanıb.

Sovet dövründən tikintisi yarımçıq qalmış Tovuz və Şəmkir rayonlarının 20000 hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və yeni suvarılacaq torpaqların istifadəyə verilməsinə imkan yaradan və ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının inşası 2016-cı ildə yekunlaşıb.

Azərbaycan Respublikası Prezidentinin ölkədə taxılçılığın, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların yaradılması ilə əlaqədar verdiyi tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyət meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sahələrin genişləndirilməsi, sel və daşqın sularına qarşı mübarizə və digər istiqamətlərdə əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də öz uğurlu fəaliyyətini davam etdirib.

Dünya Bankının krediti və Azərbaycan tərəfinin payı hesabına həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 2 rayonunda (Şabran və Siyəzən) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib. Layihə çərçivəsində Şabran rayonunda təmizləmə gücü gündə 10000 kubmetr və Siyəzən rayonunda təmizləmə gücü gündə 8700 kubmetr olan çirkab su təmizləmə qurğularında bütün mexaniki və elektromexaniki avadanlıqlar quraşdırılmış və hər iki qurğuda tikinti işləri tamamlanıb. Layihə üzrə tikinti işləri tam başa çatdırılıb və hazırda obyektlərin “Azərsu” ASC-yə təhvil verilməsi üçün sənədləşdirmə işləri yekunlaşmaq üzrədir.

Prezidentin müvafiq sərəncamları ilə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün ayrılmış vəsaitlər hesabına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi üzrə Şabran rayonu ərazisində “Şabran Aqropark” MMC-yə məxsus 1738 hektar yeni suvarılan torpaq sahəsinə əlavə su verilməsi üçün 9060 kilometr (diametri 900-700 mm) uzunluğunda boru kəmərinin çəkilməsi üzrə işlər yerinə yetirilib.

İri taxılçılıq, pambıqçılıq və digər təsərrüfatların yaradılması məqsədilə Goranboy rayonunun 11682 hektar (ondan 6661 ha yeni suvarılacaq torpaqlardır) torpaq sahəsinə suvarma suyunun verilməsi üçün tikintisi nəzərdə tutulan Şəmkir maşın kanalının 2-ci növbəsinin son 8,5 kilometrlik hissəsində tikinti işləri və 21 kilometr uzunluğunda kanalın 3-cü növbəsinin layihə-smeta sənədlərinin hazırlanması başa çatdırılıb. Samux və Goranboy rayonlarının 8958 hektar (ondan 980 ha yeni suvarılacaq torpaqlardır) torpaq sahəsinə suvarma suyunun paylanması üçün Şəmkir maşın kanalının II növbəsinin zonasında təsərrüfatlararası paylayıcı kanalların 49 kilometr hissəsində tikinti işləri tamamlanıb. Şəmkir rayonunun 1450 hektar (ondan 150 ha yeni suvarılacaq torpaqlardır) torpaq sahəsinə suyun verilməsi üçün Şəmkirçay təsərrüfatlararası paylayıcı kanalların tikintisi üzrə 4,24 kilometr paylayıcı boru kəmərləri çəkilib. Şəmkir maşın kanalının nasos stansiyasının suvermə qabiliyyətinin artırılması və onun I növbəsinin təmir-bərpası üzrə layihə-smeta sənədləri hazırlanıb, nasos aqreqatlarının quraşdırılması üzrə hidromexaniki və elektrik avadanlıqları alınıb, svay işləri yerinə yetirilib və 1,35 kilometr uzunluğunda kompozit boruların tikintisi üzrə işlər icra olunub. Eyni zamanda, Sabirabad rayonunun 5000 hektar qış otlaq sahəsinə suvarma suyunun verilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 30,79 kilometr paylayıcı kanalların, 3,27 kilometr sutullayıcı kanalın, 52,86 kilometr uzunluğunda açıq və 43,87 kilometr qapalı suyığıcıların və drenaj nasos stansiyasının tikintisi aparılıb, eləcə də Salyan rayonunda yerləşən 12589 hektar qış otlaq sahələrində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün layihə-smeta sənədləri hazırlanıb. Xəzər və Pirallahı rayonları ərazisində 1419 hektar yeni torpaq sahələrində salınacaq zeytun və badam bağlarına suvarma suyunun çatdırılması üçün II mərhələ üzrə 50, 35, 20 və 10 min kubmetrlik su hovuzları, 11,19 kilometr magistral təzyiqli və 8,33 kilometr basqılı boru kəməri çəkilib, 2 ədəd suqəbuledici hovuz, 1 ədəd 3 aqreqatlı nasos stansiyası tikilib başa çatdırılıb, eləcə də III mərhələ üzrə 1350,43 hektar yeni salınmış zeytun və badam bağlarının suvarma suyu ilə təmin olunması üçün layihə-smeta sənədləri hazırlanıb.

Ağcabədi rayonunun 3783 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün tikintisi nəzərdə tutulan Yuxarı Mil kanalının 1,988 kilometr hissəsi tikilib, uzunluğu 2,25 kilometr olan sutullayıcı kanalın və Xanqızı kanalına keçid suburaxıcı qurğusunun tikintisi üzrə işlər görülüb. Arazın yeni qol kanalının sağ sahilində yerləşən I mərhələ üzrə 7250 hektar və sol sahilində yerləşən II mərhələ üzrə 13000 hektar yeni suvarılacaq torpaq sahələrinə suvarma suyunun verilməsi, 4000 hektar torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 77,7 kilometr uzunluğunda paylayıcı kanalların qurğularla birlikdə tikintisi aparılıb, eləcə də I mərhələ ərazisində qrunt sularının aşağı salınması tədbirləri üzrə 64 kilometr suyığıcı drenlərin tikintisi üzrə işlər yerinə yetrilib. Qazax rayonunun İkinci Şıxlı kəndinin 400 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması layihəsi üzrə 3,30 kilometr paylayıcı kanalların və 24,5 kilometr paylayıcı suvarma boru kəmərinin tikintisi üzrə işlər yerinə yetirilib.

Bərdə rayonunun Məmmədli kəndinin 1000 hektar (ondan 250 ha yeni suvarılan torpaqlardır) əkin sahəsini su ilə təmin etmək üçün Kür çayında 2 aqreqatlı üzən nasos stansiyasının və 5,2 kilometr magistral təzyiqli boru kəmərinin, Ağcabədi rayonunun Şənlik təsərrüfatının 11500 hektar torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün drenaj nasos stansiyasının, 9,9 kilometr kollektor-drenaj şəbəkəsinin və 10 kilovoltluq EHX-nin, Balakən rayonunun Şərif, Yeni Şərif, Qaysa və Meşəşambul kəndlərinin 1000 hektar əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün Mazımçay çayında sugötürücü qurğunun və 5,325 kilometr magistral kanalın, Zərdab rayonunun Əlvənd və Otmanoba kəndlərinin 720 hektar əkin sahəsini su ilə təmin etmək üçün 1,95 kilometr şüşə lifli kompozit nov kanalın, 1 ədəd basqılı hovuzun tikintisi üzrə işlər görülüb və 2,17 kilometr kanal boyu istismar yolu çəkilib.

Şəki rayonunun 3020 hektar əkin sahəsinin və yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması üçün sututumu 1,23 milyon kubmetr olan su anbarının qurğularla birlikdə yenidən qurulması, Yevlax rayonunun Yuxarı Qarxun və Aşağı Qarxun kəndlərinə məxsus 700 hektar torpaq sahəsini su ilə təmin etmək üçün 22 kilometr uzunluğunda mövcud R-2a kanalının 7,8 kilometrlik hissəsinin yenidən qurulması üçün layihə sənədləri hazırlanıb və tikinti işləri aparılıb. Masallı rayonunun 3230 hektar əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 ədəd kiçik sututarının 13 ədədində zəruri təmir-bərpa işləri ilə əlaqədar onların bəndlərinin möhkəmləndirilməsi üçün torpaq işləri görülüb, suburaxıcı və qəza sutullayıcı qurğular tikilib.

Biləsuvar rayonunda “Azərsun Holdinq”ə məxsus 810 hektar torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün 28,14 kilometr kollektor-drenaj şəbəkəsinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 17 hektar yeni həyətyanı sahələrinin su təminatı üçün 510 poqonmetr magistral və 4,37 kilometr paylayıcı boru kəmərlərinin, Abşeron yarımadasında kənd təsərrüfatına yararlı 4000 hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün Abşeron magistral kanalının 12 kilometrlik hissəsi yenidən qurulub, 2 avtomobil və 30 piyada körpüsü tikilib, Mehdiabad və Novxanı qəsəbələrinin 590 hektar (ondan 210 ha yeni suvarılan torpaqlardır) sahədə salınacaq zeytun və badam ağaclarının suvarılması üçün 12471 poqonmetr təzyiqli boru xəttinin və 4 aqreqatlı Novxanı nasos stansiyasının tikintisi tamamlanıb.

Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın 12300 hektar yeni suvarılacaq torpaq sahəsində salınacaq qoz-fındıq ağacı bağlarının suvarma suyu ilə təmin edilməsi üçün Oğuz rayonu üzrə 2500 kubmetr həcmində su hovuzunun tikintisi tamamlanıb, 3,2 kilometr təzyiqli boru kəməri çəkilib, Şəki rayonu üzrə baş suqəbuledici qurğunun, 5 kilometr magistral basqılı boru kəmərinin, 1,24 kilometr təzyiqli boru kəmərinin tikintisi üzrə işlər yekunlaşıb. Xaçmaz rayonunda aqroparkın 956 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə bağlı 10,39 kilometrlik kanalların qurğularla birlikdə yenidən qurulması və 2 ədəd 50 min kubmetr həcmində su hovuzunun tikintisi üzrə işlər aparılıb.

Ağcabədi rayonunda yaradılan aqroparkın 850 hektar yeni suvarılan torpaq sahəsinə suvarma suyunun verilməsi üçün Yuxarı Qarabağ kanalı üzərində nasos stansiyasının və 2 kilometr basqılı boru kəmərinin, Goranboy rayonunun Erkəc kəndi ərazisində yaradılacaq aqroparkın 400 hektar yeni suvarılan sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Kürəkçay çayı üzərində sugötürən qurğunun, nasos stansiyasının, 1,88 kilometr basqılı boru kəmərinin, 5000 kubmetr həcmində basqılı hovuzun və 10 kilovoltluq EHX-nin tikintisi üzrə işlər görülüb. Tovuz rayonunun Düz Qırıqlı kəndində yaradılan aqroparkın 550 hektar əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Kür çayı üzərində nasos stansiyasının, basqılı boru kəmərinin və Valley tipli yağışyağdırıcı qurğularının qurulması üzrə layihə-smeta sənədləri hazırlanaraq tikinti işlərinə başlanılıb. Eləcə də, Qobustan rayonunun Qaracüzlü kəndi yaxınlığında yaradılmış aqroparka məxsus 998 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üçün Qozluçay çayı üzərində suqəbuledici qurğunun və 11 kilometr uzunluğunda qapalı boru kəmərinin qurğularla birlikdə tikintisi üzrə layihə-smeta sənədləri hazırlanıb.

Ağsu rayonunun 1000 ha torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün Ağsuçayda suqəbuledici qurğunun və 12 kilometr uzunluğunda Qazanarx kanalının, Yevlax və Goranboy rayonları ərazisində 3120 hektar əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Qarabağ kanalı üzərində nasos stansiyasıının, 16 kilometr basqılı boru kəmərinin və 75 min kubmetr həcmində su hovuzunun, Ağcabədi rayonu ərazisində 2500 hektar əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalından qidalanan 100 min kubmetr həcmində su hovuzunun, 476 poqonmetr suötürən və 452 poqonmetr sutullayıcı kanalın, Füzuli rayonu ərazisində 1200 hektar əkin sahəsi olan təsərrüfatın suvarma suyu ilə təmin edilməsi üçün Yuxarı Mil kanalında nasos stansiyasının, 3 km uzunluğunda basqılı boru kəmərinin, 50 min kubmetr həcmində su hovuzunun və Ağstafa rayonunun Köçəsgər kəndi yaxınlığında yerləşən hərbi hissənin ərazisində 36 hektar torpaq sahəsində qrunt sularının səviyyəsinin aşağı salınması üçün 1680 paqonmetr qapalı drenin və 1180 poqonmetr açıq suyığıcı kollektorun tikintisi üzrə layihə sənədləri hazırlanaraq tikinti işləri həyata keçirilib.

Ələt-Astara magistral avtomobil yolunun Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarından keçən hissələrində yerləşən 10000 hektara yaxın qış otlaq və 8000 hektara yaxın bataqlaşmış ərazilərdə meliorativ tədbirlərin aparılması, Biləsuvar rayonunda 1090, Saatlı rayonunda 20000, Ağstafa rayonunda 965, Biləsuvar rayonunda 250, Qusar rayonunda 380, Kürdəmir rayonunda 2600, Bərdə rayonunda 3500 hektar torpaq sahələrinin su təminatı tədbirlərinin layihə-smeta sənədlərinin hazırlanması işləri yerinə yetirilib. Eyni zamanda, Şamaxı rayonunun 2500 ha əkin sahəsinin su təminatının yaxşılaşdırılması üçün 8 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması məqsədi ilə layihə sənədləri hazırlanmış və 1 ədəd sututarda tikinti işləri aparılıb.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 fevral tarixli Sərəncamı ilə respublikanın 41 şəhər və rayonunun 254 yaşayış məntəqəsində 8362 hektar (ondan 871 ha yeni suvarılan torpaqlardır) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 ədəd subartezian quyularının qazılması üçün layihə-smeta sənədləri hazırlanmış və qazma işləri tamamlanıb. Azərbaycan Respublikası Prezidentinin müvafq Sərəncamı ilə Ağdam rayonuda 20 yaşayış məntəqəsinin 1050 hektar torpaq sahəsinin suvarılması üçün 35 ədəd subartezian quyusunun 14 ədədində qazma işləri 2018-ci ildə, 21 quyuda isə 2019-cu ildə başa çatdırılıb. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 iyul tarixli Sərəncamı ilə Ağcabədi rayonunda 12 ədəd və Goranboy rayonunda 55 ədəd qazılması nəzərdə tutulmuş quyuların layihə sənədləri hazırlanıb, bu rayonların hər birində 12 ədəd subartezian quyularının qazılması başa çatdırılıb.

Sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə respublikanın Qəbələ, Oğuz, Ağsu, Zaqatala, Balakən, Astara, Lənkəran, Gədəbəy, Qax rayonlarının ərazisindən keçən ən təhlükəli çaylarda 1798,8 poqonmetr sahilbərkitmə işləri yerinə yetirilin. Eləcə də Ağdaş rayonu ərazisində Yuxarı Şirvan kanalının Türyançay çayı ilə kəsişməsindəki dükerin yumaya qarşı mühafizəsi üçün barraj-fiksatorun, Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası, Göyçay çayının 2122 poqonmetr məcrasının nizamlanması və 330 poqonmetr mühafizə bəndinin tikintisi üzrə işlər tamamlanıb.

2019-cu ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, öz daxili imkanlarını səfərbər edərək Cəmiyyət üzərinə düşən vəzifələri yerinə yetirib, suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparıb, suvarılan torpaqların meliorativ vəziyyətini qiymətləndirib, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirib, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlanıb və ayrılan vəsait daxilində balansında olan irriqasiya və meliorasiya sistemlərinin, hidrotexniki qurğuların istismarını təmin etmiş, müvafiq təmir-bərpa işlərini həyata keçirib.

Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınmış torpaq mühafizə bəndlərinin 159,2 kilometrlik hissəsində möhkəmləndirmə işləri görülüb və 33231,0 kubmetr həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib.

Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 70,0 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılıb, 17500 kilometr suvarma, 3350 kilometr kollektor-drenaj sistemləri təmizlənib, 41,1 kilometr suvarma və 30,6 kilometr kollektor-drenaj şəbəkələri, 5847 hidrotexniki qurğu, 5676 subartezian quyusu, 315 nasos stansiyası təmir edilib.

Çay məcralarında 19,9 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, 7,4 min kubmetr şax-daş və faşın, 3,3 min kubmetr qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 32,7 min kubmetr həcmində təmir işləri yerinə yetirilib.

Əkin sahələrinin su təminatının və meliorativ vəziyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə Cəmiyyət tərəfindən respublika üzrə sudan istifadə planı, maqistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilib. Bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmalarının mütəşəkkil həyata keçirilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə Cəmiyyətin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib. Vegetasiya suvarması dövrünün əvvəlinə əsas su anbarlarında 14,5 milyard kubmetr həcmində su toplanıb.

Cari ildə 1415 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub. Bu il mayın 25-dək taxıl bitkiləri 522 min hektar sahədə 1,9 dəfə suvarılıb, 69 min hektar sahədə pambıq bitkisinin arat suvarılması aparılıb. Hazırda kənd təsərrüfatı bitkilərinin suvarılması davam etdirilir.

Respublikanın 39 şəhər və rayonunun 338 yaşayış məntəqəsində 10712 hektar əkin sahəsinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçun cari ildə qazılması nəzərdə tutulmuş 443 ədəd subartezian quyusunun layihə- smeta sənədləri hazırlanıb və 45 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılıb.

Şəmkir su anbarı zonasında tikintisi başa çatmış Şəmkir-Samux-Goranboy magistral kanalının 2-ci növbəsinin zonasında 4000 hektar və su anbarından su götürən magistral kanallardan 2000 hektar sahəyə suvarma suyunun səmərəli paylanılması və su itkilərinin qarşısının alınması məqsədilə beton üzlüklü və boru kəməri ilə paylayıcı kanalların tikintiləri davam etdiriləcək.

Sabirabad rayonunda qış otlaq sahələrində meliorativ tədbirlər və Araz çayının Yeni qol kanalı zonasında kollektor-drenaj şəbəkəsinin və paylayıcı kanalların tikintisi işlərini davam etdirməklə Sabirabad və Biləsuvar rayonlarının 10950 hektar torpaq sahəsinin meliorativ vəziyyəti yaxşılaşdırılacaq, Saatlı və İmişli rayonlarının torpaq sahələrinə Araz çayının Yeni qolundan suyun verilməsi üçün 21 min hektar sahədə paylayıcı kanallar və 10 min hektara yaxın sahədə suyığıcı kollektorların tikintisinin başa çatdırılması nəzərdə tutulur.

Uzunluğu 73 kilometr olan Abşeron magistral kanalının suburaxma qabiliyyətinin artırılması məqsədilə onun qalan son 11 kilometrlik hissəsinin yenidənqurulması ilə bu ərazilərdə zeytun, badam və digər kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün yeni yaradılmış istixanaların, aqroparklara və iri təsərrüfatlara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə və mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına imkan yaranacaq.

Taxtakörpü su anbarı zonasında Şabran rayonunun suvarılan torpaq sahələrinin əsas su mənbəyi olan Vəlvələçay-Taxtakörpü kanalından sugötürücü qurğunun tikintisi və sudurulducu tutarın yaradılması, həmçinin suyun suvarma sahələrinə çatdırılması üçün iki ədəd magistral boru xəttinin tikintisi işləri davam etdiriləcək.

Ölkənin kənd təsərrüfatının inkişafında xüsusi rol oynayan Aqroparklara məxsus torpaq sahələrinin suvarma suyu ilə təmin olunması işləri davam etdiriləcək. Belə ki, 2019-cu ildə tikinti işlərinə başlanılmış “Azərşəkər” MMC-yə məxsus Yevlax və Goranboy rayonlarında 2960 hektar və Ağcabədi rayonunda 2500 hektar torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi işləri başa çatdırılacaq.

Ağsu, Biləsuvar, Qazax, Ağstafa rayonlarında 4000 hektara yaxın torpaq sahəsinin su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının tikintisi işləri aparılacaq. Masallı rayonunda 24 və Şamaxı rayonunda 7 sututarda zəruru təmir işlərini başa çatdırmaqla 4500 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə suvarma suyundan səmərəli istifadə edilməsi və su itkilərinin qarşısının alınması məqsədilə mövcud torpaq məcralı kanalların modernləşdirilməsi məqsədilə onların yenidən qurulmasının layihə sənədlərinin hazırlanması və tikinti işlərinin yerinə yetirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə respublikamızda pambıqçılığın, taxılçılığın, baramaçılığın, tütünçülüyün, üzümçülüyün, sitrus meyvələrinin və digər kənd təsərrüfatı məhsulları istehsalının inkişaf etdirilməsi ilə əlaqədar təsdiq edilmiş Dövlət proqramları və Tədbirlər planlarında, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında, Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulub.

Bu tədbirlərin həyata keçirilməsi ilə suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin daxili istehsal hesabına çörək və ərzaq məhsulları ilə etibarlı təminatına, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının nizamlanması hesabına onlardan daha səmərəli istifadə edilməsinə geniş imkanlar yaranacaq.

Sabahdan metro bu saatdan işləyəcək

Sabahdan metro bu saatdan işləyəcək

Bakı metropoliteni sabahdan gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, iyunun 8-i səhər saat 06:00-dan etibarən metropolitenin bütün heyəti iş başında olacaq: "Səhər saat 06:00-dan etibarən optimal iş qrafikində hərəkət gücləndirilmiş rejimdə, metodiki göstərişlərə uyğun tələblər əsasında davam etdiriləcək. Pik saatlarda qatarların hərəkəti "Həzi Aslanov"-"28 may" xətti üzrə 2 dəqiqə intervalla olacaq. Gücləndirilmiş iş rejimi ilə əlaqədar əlavə işçi qüvvəsi ayrılıb, ehtiyat qatarlar hazır vəziyyətə gətirilib".

B.Məmmədov bildirib ki, səhər saatlarında Nazirlər Kabineti yanında Operativ Qərargahın hər hansı əlavə göstəriş və tövsiyyələri olarsa, iş prinsipi həmin qaydalara uyğunlaşdırılacaq. (Trend)

Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Poçt şöbələrinin fəaliyyəti məhdudlaşdırılır

Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə 4 iyun 2020-ci il tarixli qərarına uyğun olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Azərpoçt” MMC-nin müvafiq poçt şöbələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq. 

Bu barədə "YAZTV"ə Nazirlikdən məlumat verilib.

Belə ki, qeyd edilən ərazilərdə yerləşən bütün poçt şöbələri, eyni zamanda Bakı və Sumqayıt şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri 5 iyun saat 14:00-dan 8 iyun saat 08:00-ə qədər xidmət göstərməyəcək.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla digər şəhər, rayon, kənd poçt şöbələri, həmçinin Cəlilabad, Zaqatala və Ağdaş şəhərlərindəki “Şəbəkə” xidmət mərkəzləri əvvəlki iş rejiminə uyğun olaraq fəaliyyətlərini davam etdirəcək.

Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 0,22% artaraq 1 barelə görə 40,21 dollar təşkil edib.

YAZTV-nin  məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,21% artaraq 37,49 dollar təşkil edib.

Mərkəzi Bank depozit hərracı keçirəcək

Mərkəzi Bank depozit hərracı keçirəcək

İyunun 8-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

AMB-dən YAZTV-ə bildirilib ki, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,76-7,24 faiz təşkil edir.

Sahibkarlara güzəştli kreditlərin verilməsi qaydası dəyişdi

Sahibkarlara güzəştli kreditlərin verilməsi qaydası dəyişdi

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

YAZTV-nin məlumatına görə, fərman ölkə iqtisadiyyatında qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, eləcə də Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi məqsədi daşıyır.

“Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” təsdiq edillib.

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun (bundan sonra - Fond) vəsaiti hesabına güzəştli kreditin verilməsi mexanizmini və şərtlərini müəyyən edir.

1.2. Fondun güzəştli kredit verilməsi üçün nəzərdə tutulan vəsaiti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

1.3. Güzəştli kredit sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilən təyinatlı və ünvanlı vəsaitdir. Bu vəsait investisiya layihələrinin həyata keçirilməsi üçün sahibkarlıq subyektlərinə tam və ya mərhələli şəkildə verilə bilər. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və ya bank olmayan kredit təşkilatları (bundan sonra - müvəkkil kredit təşkilatları) vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir. Müvəkkil kredit təşkilatlarının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi istisna olmaqla, ayrılmış güzəştli kreditlər müvəkkil kredit təşkilatlarının aktivi hesab edilmir. Müvəkkil kredit təşkilatları ilə Fond arasında güzəştli kredit vəsaitindən istifadə şərtlərini nəzərdə tutan müqavilə imzalanır. Fond müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyektləri arasında bağlanılacaq müqavilədə məcburi şərtlərin olmasını tələb edə bilər.

1.4. Fondun Müşahidə Şurasının müəyyən etdiyi meyarlara uyğun olaraq seçilmiş bütün banklar və ya bank olmayan kredit təşkilatları müvəkkil kredit təşkilatı kimi güzəştli kreditlərin verilməsində iştirak edə bilərlər.

1.5. Vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə hər il fevralın 1-dək Azərbaycan Respublikasının Mərkəzi Bankı müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Fonda müvafiq məlumat təqdim edir.

1.6. Azərbaycan Respublikasının Mərkəzi Bankı Fondun vəsaitinin yerləşdirilməsinə cəlb edilmiş müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəricilərində il ərzində baş verən dəyişikliklər barədə məlumatı rübdə bir dəfədən az olmayaraq Fonda təqdim edir.

1.7. Qaytarılan güzəştli kredit vəsaiti və güzəştli kreditlər üzrə daxilolmalar (faiz, cərimə və sair) həmin daxilolmaların Fondun saxlanılması xərclərinə ayrılan, həmçinin bu Qaydanın 1.8-ci bəndində nəzərdə tutulan hissələri istisna olmaqla, Fondun hesabında saxlanılır və yenidən bu Qaydanın 1.2-ci bəndində nəzərdə tutulmuş məqsədlərlə istifadə olunur.

1.8. Fondun güzəştli kreditlər üzrə daxilolmalarının (faiz, cərimə və sair) 10 (on) faizi (Fondun saxlanılması xərcləri güzəştli kreditlər üzrə daxilolmaların 90 (doxsan) faizindən daha çox hissəsini təşkil etdikdə isə Fondun saxlanılması xərclərinə ayrılan hissəsi istisna olmaqla, qalan vəsait) Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada bölüşdürülür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada istifadə olunur.

2. Fondun güzəştli kredit vəsaitindən istifadə istiqamətləri

Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr, xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

3. Müvəkkil kredit təşkilatları vasitəsilə kreditlərin verilməsi

3.1. Hər bir müvəkkil kredit təşkilatı üçün ilin əvvəlində onun müraciəti əsasında bu Qaydanın 3.2-ci bəndinə uyğun olaraq, Fondun Müşahidə Şurası limit müəyyən edir. Limit istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Fondun Müşahidə Şurasının qərarı ilə onlara sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə əlavə limit müəyyən edilə bilər.

3.2. Müvəkkil bankların Fonddan cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər.

3.3. Müvəkkil kredit təşkilatlarının müraciəti əsasında ilkin limit üzrə müəyyən edilmiş vəsait maliyyə ilinin başa çatmasına 3 (üç) ay qalanadək, əlavə limitlər üzrə ilin sonuna 1 (bir) ay qalanadək 80 faizdən az istifadə olunarsa, vəsaitin istifadə olunmayan hissəsinə limit müəyyən edilən tarixdən etibarən müvafiq olaraq oktyabrın 1-dək və ya dekabrın 1-dək hər təqvim günü üçün 0,02 faiz cərimə hesablanır. İstifadə olunmamış limitlər Fondun Müşahidə Şurasının qərarı ilə ləğv oluna və (və ya) digər müvəkkil kredit təşkilatlarına ayrıla bilər. Müvəkkil kredit təşkilatları limitin azaldılması və ya ləğv edilməsi barədə Fonda müraciət edə bilərlər.

3.4. Bir müvəkkil kredit təşkilatı üzrə müəyyən olunmuş limit həmin il üzrə müvəkkil kredit təşkilatlarına veriləcək cəmi limitin 35 faizindən çox ola bilməz.

3.5. Müvəkkil kredit təşkilatları istifadə etdikləri vəsait üzrə əsas borcu və hesablanmış faizləri Fondla bağladıqları müqaviləyə uyğun olaraq, hər ay üzrə növbəti ayın 3 (üç) iş günündən gec olmayaraq Fonda ödəməlidirlər.

3.6. Təbii fəlakətlər, epidemiyalar, epizootiyalar, böyük ekoloji və digər qarşısıalınmaz qüvvə (fors-major hadisə) ilə bağlı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən Müşahidə Şurasının müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) həyata keçirilə bilər.

3.7. Müvəkkil kredit təşkilatlarının Fond qarşısında öhdəlikləri onların sahibkarlıq subyektlərinə münasibətindən asılı deyildir. Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları Fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Müvəkkil kredit təşkilatları Fond qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin 120 (yüz iyirmi) gündən çox olmamaq şərtilə cərimə ödəyirlər. Müvəkkil kredit təşkilatları öhdəliklərini icra etmədikdə, Fond öz vəsaitinin qaytarılması üçün tədbirlər görür.

3.8. Fond qarşısında yaranmış öhdəliklərinin təminatı məqsədilə, Fondun tələbi üzrə müvafiq pul vəsaitinin müvəkkil kredit təşkilatının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı müxbir hesabından silinməsi haqqında Azərbaycan Respublikasının Mərkəzi Bankına yazılı sərəncam vermək öhdəliyi və bu sərəncamın həmin müqavilə üzrə öhdəliklərə xitam verilənədək qüvvədə qalması barədə müddəa Fondla müvəkkil kredit təşkilatı arasında bağlanılan müqavilədə nəzərdə tutulur.

3.9. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda, Fondun İdarə Heyəti sədrinin müraciəti əsasında ləğvediciyə nəzarət edən məhkəmə orqanı Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilən kredit portfelinin hamısını və ya bir hissəsini ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil bankın (və ya bank olmayan kredit təşkilatının) razılığı olduğu halda ona köçürür. Bu zaman ləğvedici tərəfindən həmin kreditə hesablanmış faiz və cərimələrin silinməsi həyata keçirilir və həmin kreditin təminatı kimi kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlak üzrə hüquqlar yeni müvəkkil kredit təşkilatına ötürülür.

3.10. Köçürülmə zamanı müvəkkil kredit təşkilatının müraciəti əsasında müvafiq sahibkarlıq subyektinə (və ya subyektlərinə) verilmiş güzəştli kreditin restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması) Fondun Müşahidə Şurasının müəyyən etdiyi qaydada (yalnız bir dəfə) həyata keçirilə bilər.

4. Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə ayrılması və onlardan istifadə

4.1. Fondun vəsaiti hesabına güzəştli kredit almaq üçün sahibkarlıq subyektləri ilkin olaraq müvəkkil kredit təşkilatına rəsmi qaydada müraciət edirlər. Müvəkkil kredit təşkilatı müraciətləri qeydiyyata alır və sahibkara müraciətin qeydiyyata alınmasını təsdiq edən müvafiq sənəd təqdim edir. Müvəkkil kredit təşkilatı 10 (on) iş günündən gec olmayaraq, öz biznes maraqları və Fondun müəyyən etdiyi investisiya layihələrinin tərtib olunmasına dair minimal tələblər və qiymətləndirmə meyarları əsasında investisiya layihələrini təhlil edərək, layihənin maliyyələşdirilməsi və ya maliyyələşdirmədən imtina barədə qərarını sahibkara bildirir. Müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi layihələrə dair Fondun müəyyən etdiyi məlumatları və sənədləri Fonda təqdim edir. Fond investisiya layihəsinin tam və hərtərəfli ekspertizası üçün əlavə məlumat və sənədlər tələb edə bilər.

4.2. Fond 10 (on) iş günü müddətində Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirir və müvəkkil kredit təşkilatlarının təqdim etdiyi investisiya layihələrinin bilavasitə yerində, Müşahidə Şurasının müəyyən etdiyi qaydada ilkin monitorinqini aparır. Ekspertizanın nəticəsindən asılı olaraq, Fond müraciətlərin təmin olunmasına və ya ondan imtina edilməsinə dair qərar qəbul edir və bu barədə müvəkkil kredit təşkilatına rəsmi məlumat verir.

4.3. Sahibkarlıq subyekti ilə kreditləşməyə dair bütün sənədləşmə yekunlaşdırıldıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir. Fond 3 (üç) iş günü müddətində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edir. Ayrılmış vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 5 (beş) iş günü müddətində vəsaiti sahibkarlıq subyektinin hesabına köçürərək, Fonda və sahibkarlıq subyektinə bu barədə məlumat verir.

4.4. Fondun güzəştli kreditlərindən istifadə etmək üçün müraciət etmiş bütün sahibkarlıq subyektləri haqqında müvəkkil kredit təşkilatı hər rüb bitdikdən sonra növbəti ayın ilk 5 (beş) iş günündən gec olmayaraq Fonda məlumat verməlidir. Təqdim olunacaq məlumatın formasını Fond müəyyənləşdirir. Zəruri hallarda Fond bu məlumatları müəyyən edilmiş müddətdən əvvəl tələb edə bilər.

5. Kreditlərin hədləri

5.1. Sahibkarlıq subyektlərinə Fondun vəsaitindən (bu Qaydanın 8.1.1-ci yarımbəndi istisna olmaqla) aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:

5.1.1. 5 000 manatdan 50 000 manatadək - kiçikhəcmli kreditlər;

5.1.2. 50 001 manatdan 1 000 000 manatadək - ortahəcmli kreditlər;

5.1.3. 1 000 001 manatdan 10 000 000 manatadək - böyükhəcmli kreditlər.

5.2. Hər bir investisiya layihəsi üzrə Fondun ayırdığı vəsaitin maksimum həddi 10 000 000 manatdan artıq ola bilməz.

6. Kreditlərin müddəti və faizləri

6.1. Fondun güzəştli kreditlərinin müddətləri (bu Qaydanın 8.1.2-ci yarımbəndi istisna olmaqla) aşağıdakı kimi müəyyən edilir:

6.1.1. kiçikhəcmli kreditlər üçün - 3 (üç) ilədək;

6.1.2. ortahəcmli kreditlər üçün - 5 (beş) ilədək;

6.1.3. böyükhəcmli kreditlər üçün -10 (on) ilədək.

6.2. Kənd təsərrüfatı məhsullarının istehsalında Fondun Müşahidə Şurası tərəfindən müəyyən edilən uzunmüddətli investisiya tələb edən sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi zamanı kiçikhəcmli və ortahəcmli kreditlər üçün kreditin müddəti 2 (iki) il artırılır.

6.3. Bu Qaydanın 8.1.3-cü yarımbəndi istisna olmaqla, Fondun kreditlərinin illik faiz dərəcəsi 1 (bir) faizdən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 4 (dörd) faizdən artıq olmamaq şərtilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 (beş) faizədək müəyyən edilir.

6.4. Fondun digər mənbələrdən cəlb etdiyi vəsaitlərə həmin mənbələrlə bağlanılan müqavilələrdə nəzərdə tutulmuş faizlər nəzərə alınmaqla, bu Qaydanın 6.3-cü bəndi tətbiq edilir.

7. Güzəşt müddəti

Kreditlərdən istifadə üzrə güzəşt müddəti (bu Qaydanın 8.1.4-cü yarımbəndi istisna olmaqla) sahibkarlıq subyektinin investisiya layihəsi üzrə nağd pulun hərəkəti barədə məlumat əsasında müəyyən edilir və kreditdən istifadə müddətinin ilk 1/2 dövrünü əhatə edə bilər. Bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulan investisiya layihələri üzrə güzəşt müddəti isə kreditdən istifadə müddətinin ilk 1/2 dövrünü əhatə etməlidir. Güzəşt müddətində sahibkarlıq subyektləri yalnız faiz borclarını ödəməlidirlər. Müvəkkil kredit təşkilatı sahibkarlıq subyekti üçün müəyyən etdiyi güzəşt müddəti barədə Fonda məlumat verməlidir.

8. Avadanlıqların alınması üçün güzəştli kreditlərin şərtləri

8.1. Avadanlıqların girov qoyulması yolu ilə mövcud avadanlıqlarını yeniləmək və ya yeni avadanlıqlar əldə etmək istəyən sahibkarlıq subyektlərinə Fondun güzəştli kreditləri bu Qaydaya uyğun olaraq aşağıdakı şərtlərlə verilir:

8.1.1. kredit 5 000 manatdan az, 3 000 000 manatdan çox olmamalı;

8.1.2. kreditin müddəti 5 (beş) ildən çox olmamalı;

8.1.3. Fondun illik faiz dərəcəsi 2 (iki) faizdən, müvəkkil kredit təşkilatlarının tətbiq etdikləri illik faiz dərəcəsi isə 7 (yeddi) faizdən artıq olmamaq şərtilə, ümumilikdə kreditin illik faiz dərəcəsi 9 (doqquz) faizdən artıq olmamalı;

8.1.4. güzəşt müddəti avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 (on iki) aydan çox olmamalı;

8.1.5. kreditlərin təminatı kimi alınan avadanlıqlar müvəkkil kredit təşkilatının xeyrinə yüklü edilməli və Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməli;

8.1.6. kreditlər yalnız yeni avadanlıqların alınması üçün verilməli;

8.1.7. sahibkarlıq subyekti avadanlığın qiymətləndirilməsi nəticəsində müəyyən edilən satış dəyərinin minimum 20 faizi (yerli istehsal məhsulu olan avadanlıqlar üçün isə 10 faizi) həcmində müvəkkil kredit təşkilatına ilkin ödəniş etməli;

8.1.8. kredit vəsaiti sahibkarlıq subyektinin ilkin ödəniş məbləği ilə birlikdə satıcının bank hesabına köçürülməlidir.

8.2. Sahibkarlıq subyekti ilə satıcı arasında avadanlıqların alınmasına dair bağlanılmış müqavilənin şərtlərindən asılı olaraq, kredit tam və ya mərhələli şəkildə ayrılır.

9. Sahibkarlıq subyektlərinin krediti geri qaytarması

9.1. Sahibkarlıq subyektləri aldıqları güzəştli kreditlər üzrə faiz borclarını müqavilə şərtlərinə uyğun olaraq hər ay ödəməlidirlər. Əsas borc isə güzəşt müddəti bitdikdən sonra qalan müddət ərzində növbəti aydan etibarən bərabər hissələrə bölünməklə ödənilir. Sahibkarlıq subyektlərinin vaxtından əvvəl ödədikləri faizləri və ya əsas borcu müvəkkil kredit təşkilatı 3 (üç) iş günündən gec olmayaraq Fondun hesabına köçürməlidir. Müvəkkil kredit təşkilatları həmin vəsaitin Fondun hesabına köçürülməsini gecikdirdikdə, onlar bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq cərimə ödəməlidirlər. Gecikdirmə 30 (otuz) iş günündən çox olarsa, Fondun Müşahidə Şurası müvəkkil kredit təşkilatına yeni vəsait ayrılmasını dayandıra və ya onu müvəkkil kredit təşkilatlan sırasından çıxara bilər.

9.2. Fond sahibkarlıq subyektlərinin əsas borcu və faizləri müvəkkil kredit təşkilatına ödəməsi tarixi ilə müvəkkil kredit təşkilatı tərəfindən Fonda köçürülməsi tarixinin üzləşməsini apara və ya bunun üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edə bilər. Belə müraciət daxil olduğu təqdirdə, Azərbaycan Respublikasının Mərkəzi Bankı yoxlama zamanı müvəkkil kredit təşkilatı tərəfindən Fonda köçürmələrdə uyğunsuzluq aşkar etdikdə, bu barədə Fonda məlumat verir.

9.3. Sahibkarlıq subyektlərinin krediti geri qaytarmaması və ya gecikdirməsi müvəkkil kredit təşkilatını Fond qarşısındakı öhdəliklərdən azad etmir.

9.4. Müvəkkil kredit təşkilatının lisenziyası ləğv olunduqda, eləcə də məcburi ləğv və ya iflas prosesi zamanı güzəştli kreditlərin qaytarılmasını bu Qaydanın 9.1-ci bəndinə uyğun olaraq bu məqsədlə təyin edilmiş səlahiyyətli orqan (ləğvedici) həyata keçirməlidir.

10. Layihənin monitorinqi

10.1. Müvəkkil kredit təşkilatları Fondun müəyyən etdiyi qaydada ildə azı iki dəfə hər bir sahibkarlıq subyektinin Fondun güzəştli kredit vəsaitindən investisiya layihəsi üzrə istifadə etməsinin monitorinqini aparır və bu barədə Fonda hesabat verirlər. Hesabatın strukturunu və formasını Fond müəyyən edir. Müvəkkil kredit təşkilatının apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı güzəştli kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində məhz bu layihə ilə bağlı kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsini və ona hesablanmış faiz borcunu Fondun hesabına köçürməlidir.

10.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond maliyyələşdirdiyi sahibkarlıq subyektlərində müstəqil monitorinqlər apara bilər. Fondun apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkarlandıqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edib-etməməsindən asılı olmayaraq kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Fondun hesabına köçürülür. Fondun yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini gecikdirərsə, bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq Fonda cərimə ödəyir. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Fond gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.

10.3. Fondun müəyyən etdiyi monitorinq keçirilməsi qaydasını müvəkkil kredit təşkilatı 3 (üç) dəfə pozduqda, həmin müvəkkil kredit təşkilatı üçün Fondun müəyyən etdiyi limitlər ləğv edilə və ya o, müvəkkil kredit təşkilatları sırasından çıxarıla bilər.

11. Yekun müddəa

Bu Qaydanın 1.3-cü, 3.7-ci, 3.8-ci, 3.9-cu və 9.4-cü bəndləri bu Qayda təsdiq olunduğu günədək müvəkkil kredit təşkilatları ilə yaranmış münasibətlərə də şamil edilir.

Türkiyə Azərbaycanla hava sərhədini açır

Türkiyə Azərbaycanla hava sərhədini açır

İyunun 15-dən etibarən Türkiyədən Azərbaycana uçuşlar bərpa olunacaq.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Məlumata görə, iyun ayında mərhələli şəkildə 40 ölkəyə uçuşlar bərpa ediləcək. (Report)

Bank əməkdaşları üçün vebinar təşkil olunub

Bank əməkdaşları üçün vebinar təşkil olunub

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Mərkəzi Bankın təşkilatçılığı ilə “Visa Inc” beynəlxalq kart təşkilatı tərəfindən onlayn platforma vasitəsilə bankların müvafiq rəhbər şəxsləri və əməkdaşları üçün vebinar keçirilib.

ABA-dan YAZTV-ə bildirilib ki, təlimdə xarici ekspertlər “Hissəli ödəniş: artan tendensiya” və “CyberSource: Qlobal Ödəniş İdarəetmə Platforması” mövzularında təqdimat edib və iştirakçıların suallarını cavablandırıblar.

Vebinarda “Visa International” şirkətinin Qafqaz regionu üzrə direktoru Kristina Doros da iştirak edib.

Qeyd edək ki, ABA 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi, ödəniş ekosistemində rəqabətə davamlı məhsul və xidmətlərin təqdim edilməsi istiqamətində maarifləndirici tədbirlərin icrasını davam etdirir.

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edildi

 

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

YAZTV-nin  məlumatına görə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

1. 12.2.3-cü maddədən “yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə” sözləri çıxarılsın.

2. 16-cı maddə aşağıdakı redaksiyada verilsin:

Dövlət maliyyə dəstəyi üçün 141 mindən çox vergiödəyicisi müraciət edib

Dövlət maliyyə dəstəyi üçün 141 mindən çox vergiödəyicisi müraciət edib

Koronavirus (COVID-19) pandemiyasından zərərçəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YAZTV-a bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, iyunun 2-nə nazirliyə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus pandemiyasından zərərçəkmiş 28 min 155 vergiödəyicisi və maliyyə dəstəyi almaq üçün 113 min 146 fərdi (mikro) sahibkar, cəmi 141 min 301 vergiödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 258 min 141 işçini əhatə edən 28 min 155 vergiödəyicisi müraciət edib. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,43 milyon manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi (50 faiz) 47,71 milyon manat təşkil edir. İyunun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 min 464 vergiödəyicisinə 202 min 647 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 85,54 milyon manat vəsaitin köçürülməsi təmin olunub.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 113 min 146 vergiödəyicisindən müraciət daxil olub, 105 min 731 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,02 milyon manat təşkil edir. İyunun 2-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 60,56 milyon manat vəsaitin 101 min 39 fərdi (mikro) sahibkarın bank hesabına köçürülməsi təmin edilib.

Qeyd edək ki, maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergiödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergiödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergiödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Ətraflı:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3c7VAAt

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/2VlICZ7