Saturday, 04 Dekabr 2021 17:18
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi

Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 2-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən  bildirilib ki, bankın dekabrın 2-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR

İlin sonunadək Neft Emalı Zavodunda modernizasiya işlərinin 90 faizi tamamlana bilər - SOCAR

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiyası layihəsi çərçivəsində yaxın iki ay ərzində 4 yeni qurğuda istismara hazırlıq işləri başlayacaq.

SOCAR-dan  verilən məlumata görə, yeni məşəl təsərrüfatı, buxar istehsalı və suyun deminerallaşdırılması qurğuları, yeni susoyutma qurğusu və müvafiq infrastrukturların işə salınması yeni əsas emal qurğularının istehsala başlaması üçün tələb olunan yanacaq təminatına imkan verəcək və su/buxar kimi yardımcı xidmətləri təmin edəcəkdir. Məşəl təsərrüfatı fövqəladə hallarda təhlükəsizliyi təmin etmək üçün karbohidrogen maddələrinin sistemdən boşaldılması məqsədi ilə istifadə ediləcək.

2020-2021-ci illərdə tikinti sektorunda mövcud məhdudiyyətlərə və təklif sıxlığına baxmayaraq, görülən tədbir/ər nəticəsində layihənin icrasında əhəmiyyətli irəliləyiş (2021 -ci ilin əvvəlindən 25%, pandemiya dövründə isə təqribən 45%) əldə edilib.

 

Ümumilikdə, cari ilin oktyabr ayının sonunadək layihənin hazırkı mərhələsi üzrə ümumi irəliləyiş 85%-dən yüksək olub. Cari ilin sonunadək layihənin hazırkı mərhələsi üzrə yenidənqurma işlərinin 90%-nin tamamlanması gözlənilir. Hazırda NEZ-də istismara hazırlıq və sazlama işlərinə başlanıb, eyni zamanda 2022-ci ildə zavodda aparılacaq əsaslı və dövri təmir işlərinə fəal hazırlıq görülür.

Dörd ölkədən diri quşların Azərbaycandan tranzitinə məhdudiyyət qoyulub

Dörd ölkədən diri quşların Azərbaycandan tranzitinə məhdudiyyət qoyulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan  verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Niderland Krallığının Utrext əyalətində, Polşa Respublikasının Velikopolsk inzibati ərazisində, Slovakiya Respublikasının Trnavsk diyarında, Macarıstanın Çonqrad və Bekeş inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Niderland Krallığının Utrext əyalətindən, Polşa Respublikasının Velikopolsk inzibati ərazisindən, Slovakiya Respublikasının Trnavsk diyarından, Macarıstanın Çonqrad və Bekeş inzibati ərazi vahidlərindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Niderland Krallığından, Polşa Respublikasından, Slovakiya Respublikasından və Macarıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Lirə 12 qəpiyə düşdü

Lirə 12 qəpiyə düşdü

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

YAZTV  xəbər verir ki, 2021-ci ilin dekabrın 1-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 avro isə 1.9262 manata yüksəlib. 

1 Rusiya rublu isə 0.0230 manat təşkil edib, 1 türk lirəsinin məzənnəsi isə 0.1253 manata enib.

Neft kəskin bahalaşdı

Neft kəskin bahalaşdı

Dünya bazarında neftin qiyməti bahalaşır.

YAZTV xəbər verir ki, bunu sövdələşmələrin nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 04:59-a olan məlumata görə, “Brent” markalı neftin 2022-ci yanvar fyuçerslərinin qiyməti 5,01 % artaraq bir barelə görə 75,18 ABŞ dollarına, WTI markalı neftin fyuçersləri isə 5,62% artaraq 71,98 dollar/barelə çatıb.

Bundan əvvəl, Afrikanın cənubundakı bir sıra ölkələrdə aşkar edilmiş yeni COVID-19 ştamının Avropada qeydə alınması ilə bağlı xəbərlər fonunda neftin qiyməti 10%-dən çox uculaşaraq 72 dollar/barelə düşmüşdü.

Bu il Azərbaycanda 26,4 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb

Bu il Azərbaycanda 26,4 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb

Yanvar-oktyabr aylarında Azərbaycanda 28 milyon 779 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 35,7 milyard kubmetrdən çox təbii qaz hasil olunub. Həmin həcmdən 26 milyard 427 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, 10 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,5 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 1,6 faiz artıb.

Ölkədə əmtəəlik neft istehsalı 0,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 22 faiz artıb.

Azərbaycan nefti 5 %-dən çox ucuzlaşıb

Azərbaycan nefti 5 %-dən çox ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 3,86 ABŞ dolları, yaxud 5,1 % azalıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 71,74 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalanıb

İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalanıb

Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.

Bu barədə YAZTV “İRİB” teleradio yayım korporasiyasına istinadən xəbər verir.

Qeyd olunub ki, imzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iştirak edib.

Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 26 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9076 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1407 manat, 1 Rusiya rublu 0.0225, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5475 manatdır.

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 30 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

 

Manata nəzərən avronun məzənnəsi 1.9204 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1334 manat, 1 Rusiya rublu 0.0229, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5485 manatdır.

Azərbaycan nefti kəskin ucuzlaşıb

Azərbaycan nefti kəskin ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 8,91 ABŞ dolları, yaxud 10,8 % azalıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,91 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Neft 2%-dən çox ucuzlaşıb

Neft 2%-dən çox ucuzlaşıb

Koronavirusun (COVID-19) yeni ştamının aşkarlanması haqqında xəbərdən sonra dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.

YAZTV xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 2,04% ucuzlaşaraq, 1 bareli 80,54 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 2,62% aşağı düşərək, 1 bareli 76,33 ABŞ dolları təşkil edib.

Treyderlər koronavirusun yeni ştamının peyda olması ilə daha çox ölkənin karantin qaydalarını sərtləşdirəcəyindən və bunun neftə olan tələbi azaldacağından ehtiyat edirlər. Bir sıra ölkələrin öz strateji ehtiyatlarında olan neftin hissəsini bazara çıxarması da qiymətlərə təsirsiz ötüşməyib.

Xatırladaq ki, Cənubi Afrikada virusun yeni ştamı aşkarlanıb. Bu virusun digərlərindən daha təhlükəli olmaq ehtimalı ilə əlaqədar bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə iclası keçiriləcək.