Friday, 21 Yanvar 2022 03:21
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalanıb

İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsi sazişi imzalanıb

Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb.

Bu barədə YAZTV “İRİB” teleradio yayım korporasiyasına istinadən xəbər verir.

Qeyd olunub ki, imzalanma mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi iştirak edib.

Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 26 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9076 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1407 manat, 1 Rusiya rublu 0.0225, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5475 manatdır.

Lirə 13 qəpiyə düşdü

Lirə 13 qəpiyə düşdü

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

"YAZTV" xəbər verir ki, 2021-ci ilin noyabrın 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1.9105 manata, 1 Rusiya rublu 0.0227 manata yüksəlib, 1 türk lirəsinin məzənnəsi isə 0.1334 manata enib.

Azərbaycan nefti kəskin ucuzlaşıb

Azərbaycan nefti kəskin ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 8,91 ABŞ dolları, yaxud 10,8 % azalıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 73,91 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Neft 2%-dən çox ucuzlaşıb

Neft 2%-dən çox ucuzlaşıb

Koronavirusun (COVID-19) yeni ştamının aşkarlanması haqqında xəbərdən sonra dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.

YAZTV xəbər verir ki, Bakı vaxtı ilə saat 08:00-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 2,04% ucuzlaşaraq, 1 bareli 80,54 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 2,62% aşağı düşərək, 1 bareli 76,33 ABŞ dolları təşkil edib.

Treyderlər koronavirusun yeni ştamının peyda olması ilə daha çox ölkənin karantin qaydalarını sərtləşdirəcəyindən və bunun neftə olan tələbi azaldacağından ehtiyat edirlər. Bir sıra ölkələrin öz strateji ehtiyatlarında olan neftin hissəsini bazara çıxarması da qiymətlərə təsirsiz ötüşməyib.

Xatırladaq ki, Cənubi Afrikada virusun yeni ştamı aşkarlanıb. Bu virusun digərlərindən daha təhlükəli olmaq ehtimalı ilə əlaqədar bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə iclası keçiriləcək.

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 36 min 257 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 36 min 257 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 36 min 257 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 958 milyon 460 min 426 manatdır. (AZƏRTAC)

Dörd ölkədən diri quşların Azərbaycandan tranzitinə məhdudiyyət qoyulub

Dörd ölkədən diri quşların Azərbaycandan tranzitinə məhdudiyyət qoyulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan  verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Niderland Krallığının Utrext əyalətində, Polşa Respublikasının Velikopolsk inzibati ərazisində, Slovakiya Respublikasının Trnavsk diyarında, Macarıstanın Çonqrad və Bekeş inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Niderland Krallığının Utrext əyalətindən, Polşa Respublikasının Velikopolsk inzibati ərazisindən, Slovakiya Respublikasının Trnavsk diyarından, Macarıstanın Çonqrad və Bekeş inzibati ərazi vahidlərindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən diri quşların Azərbaycan ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Niderland Krallığından, Polşa Respublikasından, Slovakiya Respublikasından və Macarıstandan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 24-də 83,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.

Bu barədə YAZTV-yə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,13 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel çoxdur.

Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb

Bəzi ölkələrin strateji neft ehtiyatlarının istifadəyə açılması ehtimalının yaranması neftin ucuzlaşmasına səbəb olub.

YAZTV xəbər verir ki, bu gün səhər hərraclarında Bakı vaxtı ilə saat 8:41-ə olan vəziyyətə görə “Brent” markalı neftin yanvar fyüçersləri 0,49 faiz uuczlaşaraq 79,31, WTI markalı neftin isə 0,04 faiz ucuzlaşaraq 79,19 ABŞ dollarından satılıb. Hərrac zamanı “Brent” son iki aya yaxın müddət ərzində ilk dəfədir 78 dollar həddindən aşağı düşüb.

Qeyd edək ki, bundan əvvəl “Bloomberg” ABŞ Prezidenti Cozef Baydenin strateji neft ehtiyatını bu gündən istifadəyə açacağını, daha sonra Hindistan, Yaponiya, Cənubi Koreya tərəfindən bənzər addımlar atılacağını bildirib.

Bu il Azərbaycanda 26,4 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb

Bu il Azərbaycanda 26,4 milyard kubmetrdən çox əmtəəlik təbii qaz çıxarılıb

Yanvar-oktyabr aylarında Azərbaycanda 28 milyon 779 min ton xam neft (qaz kondensatı daxil olmaqla) və 35,7 milyard kubmetrdən çox təbii qaz hasil olunub. Həmin həcmdən 26 milyard 427 milyon kubmetr əmtəəlik təbii qaz alınıb.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, 10 ayda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,5 milyard manat olmaqla əvvəlki ilin eyni aylarına nisbətən 1,6 faiz artıb.

Ölkədə əmtəəlik neft istehsalı 0,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 22 faiz artıb.

Neftin qiyməti fərqli dinamika üzrə dəyişib

Neftin qiyməti fərqli dinamika üzrə dəyişib

Dünya bazarlarında neftin qiyməti fərqli dinamika nümayiş etdirib.

YAZTV” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.50-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,12% ucuzlaşaraq, 1 bareli 82,21 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə əksinə 0,13% artaraq, 1 bareli 78,6 ABŞ dolları təşkil edib.

Dünən ABŞ Prezidenti Cozef Bayden ölkənin strateji neft ehtiyatlarından 50 milyon barelin satışa çıxarılacağını bəyan edib. Dünya bazarlarındakı qiyməti endirmək üçün Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanın da eyni addımı atacağı məlum olub.

Hələlik bu məlumatlar qiymətlərin ucuzlaşmasına səbəb olmayıb. Əksinə, Ağ Evin bəyanatından sonra “Brent” və WTI neftinin qiyməti müvafiq olaraq, 3,3% və 2,3% artım nümayiş etdirib.

Amerika Neft İnstitutu (API) noyabrın 19-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatlarının 2,3 milyon barel artdığını açıqlayıb. Analitiklər isə ehtiyatların azalacağını gözləyirdilər. ABŞ-ın Energetika Nazirliyinin ölkədəki neft ehtiyatları ilə bağlı rəsmi açıqlaması bu gün dərc edəcək.

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir. 

Manata nəzərən avronun məzənnəsi 1.9169 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1521 manat, 1 Rusiya rublu 0.0232, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5459 manatdır.