Monday, 17 Yanvar 2022 06:05
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bankların, birjaların, sığortaçıların qeydiyyatı rüsumu 300 manata qaldırılır

Bankların, birjaların, sığortaçıların qeydiyyatı rüsumu 300 manata qaldırılır

Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri artırılır.

YAZTV xəbər verir ki, bankların, birjaların, sığortaçıların, sığorta birlik-brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün rüsum 220 manatdan 300 manata qaldırılır.

Bundan əlavə, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün rüsum 3 manatdan 5 manata, digər hüquqi şəxslərin qeydiyyatı üçün rüsum 11 manatdan 15 manata, hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün rüsum 2 manatdan 3 manata, sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) – 1 manatdan 2 manata qaldırılır.

Açıq məkanda reklama görə bu qədər rüsum ödəyəcəksiniz

Açıq məkanda reklama görə bu qədər rüsum ödəyəcəksiniz

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətlərinə görə rüsumların yeni qiymətləri müəyyənləşib.

YAZTV xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda bildirilir. 

Belə ki, reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq bu Qanunun 33-1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

 

Bakı şəhəri üzrə - 1;

Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və

Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;

Digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.

Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.

YAZTV-nin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Dəhlizin aşağı həddi 6% saxlanılıb, yuxarı həddinin isə 7%-dən 8%-ə yüksəldilməsi qərara alınıb. 

Qeyd olunub ki, bu qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib: "Qeyd olunan amillər qiymətlər sabitliyinin risklər balansında inflyasiya amillərinin rolunu gücləndirməklə monetar - fiskal siyasətin neytrallaşdırıcı təsirini zəiflədir."

Mərkəzi Bankın faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 17-də ictimaiyyətə açıqlanacaq.

Silahla bağlı rüsum ikiqat artırılır

Silahla bağlı rüsum ikiqat artırılır

Xidməti silahın əldə edilməsinə icazənin verilməsinə görə dövlət rüsumunun artırılması təklif edilir.

YAZTV xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda bildirilir. 

Belə ki, xidməti silahın əldə edilməsinə icazənin verilməsinin ilkin qeydiyyatına görə rüsum 10 manatdan 20 manata, təkrar qeydiyyata görə isə 5 manatdan 10 manata qaldırılması təklif edilir. 

Sürücülük imtahanına ödəniş 40 manat olacaq

Sürücülük imtahanına ödəniş 40 manat olacaq

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə rüsumların dərəcələri artırılır.

YAZTV xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikilikdə bildirilir. Belə ki, avto-moto nəqliyyat vasitələri üçün rüsum 25 manatdan 30 manata qaldırılır. Bundan əlavə, beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün 12 manat manat təyin olunur.

Həmçinin sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:

 

avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün  rüsum 20 manatdan 40 manata;

avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə  rüsum 10 manatdan 20 manata.

digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün isə rüsum 5 manatdan 10 manata qaldırılır.

Məzənnədən nə xəbər?

Məzənnədən nə xəbər?

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

YAZTV xəbər verir ki, 2021-ci ilin oktyabrın 29-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1.9847 manata yüksəlib. 

1 türk lirəsi 0.1787 manata enib, 1 Rusiya rublunun məzənnəsi isə 0.0242 manata qalxıb.

Tikintiyə başlayan şəxslərin nəzərinə

Tikintiyə başlayan şəxslərin nəzərinə

Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə rüsumların artırılması təklif edilir.

YAZTV xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda bildirilir. Belə ki, tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsinə görə 60 manatdan 90 manata qaldırılır. 

Eyni zamanda, qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizasına görə rüsum 30 manatdan 45 manata qaldırılır. 

 

Yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsinə görə 50 manatdan 75 manata qaldırılır.

Eyni zamanda, inşaat pasportunun verilməsinə görə rüsum 50 manatdan 75 manata qaldırılır. 

İnşaat pasportunun dublikatının verilməsinə görə 10 manatdan 15 manata qaldırılır. 

Tikinti obyektinin istismarına icazənin verilməsinə görə 60 manat rüsum olacaq.

Bu gün dövlət rüsumlarının indeksasiyası müzakirə ediləcək

Bu gün dövlət rüsumlarının indeksasiyası müzakirə ediləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçiriləcək.

YAZTV-nin məlumatına görə, iclasın gündəliyinə “Dövlət rüsumu haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunlarda, Su Məcəlləsində, Gömrük Məcəlləsində və digər qanunlarda dəyişikliklərin edilməsi daxil edilib.

İclasda dövlət rüsumlarının inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməsi, dövlət rüsumlarının tam olaraq büdcəyə köçürülməsi, sığorta münasibətlərinin dəqiqləşdirilməsi, su obyektlərinin xüsusi məqsədlər üçün istifadəyə verilməsi qaydaları, səlahiyyətli iqtisadi operator statusuna görə rüsumun müəyyən edilməsi və digər məsələlər müzakirə ediləcəkdir.

Doqquz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 19,5 milyon ton neft daşınıb

Doqquz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 19,5 milyon ton neft daşınıb

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 170,6 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, nəqletmənin 74,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 9 ayda bu kəmərlə 19 milyon 566,4 min ton neft nəql edilib.

Cari ildə BTC ilə 2 milyon 522,1 min ton tranzit nefti də ötürülüb.

Qiymətli kağızların qeydiyyatı üçün yeni rüsumlar

Qiymətli kağızların qeydiyyatı üçün yeni rüsumlar

Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələrinin artırılması təklif edilir.

YAZTV xəbər verir ki, belə ki, qiymətli kağızların emissiya prospektinin təsdiq edilməsi üçün:

emissiya məbləği 99000 manatadək olduqda – 220 300 manat;

 

emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda – 440 600 manat;

emissiya məbləği 198000 manatdan çox olduqda – 880  manatdan 1200 manata;

depozit sertifikatlarının emissiyasının döv|ət qeydiyyatına alınması üçün rüsum 1100 manatdan 1500 manata qaldırılması təklif edilir.

İrandan gətirilən 64 ton yararsız kartof geri qaytarılıb

İrandan gətirilən 64 ton yararsız kartof geri qaytarılıb

İrandan idxal olunan 64 tondan çox yararsız kartof məhsulu geri qaytarılıb.

Bu barədə YAZTV-yə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Ağayev İlkin Adil oğlu tərəfindən idxal edilən ümumi çəkisi 23.7 ton və hüquqi şəxs "ZE-DENT" MMC tərəfindən idxal edilən ümumi çəkisi 40.45 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 64.15 ton ərzaqlıq kartof məhsulu partiyalarının İran İslam Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.

Doqquz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 19,5 milyon ton neft daşınıb

Doqquz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 19,5 milyon ton neft daşınıb

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 170,6 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, nəqletmənin 74,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 9 ayda bu kəmərlə 19 milyon 566,4 min ton neft nəql edilib.

Cari ildə BTC ilə 2 milyon 522,1 min ton tranzit nefti də ötürülüb.