Saturday, 04 Dekabr 2021 17:33
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 24-də 83,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.

Bu barədə YAZTV-yə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 83,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 79,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 83,13 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel çoxdur.

Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb

Bəzi ölkələrin strateji neft ehtiyatlarının istifadəyə açılması ehtimalının yaranması neftin ucuzlaşmasına səbəb olub.

YAZTV xəbər verir ki, bu gün səhər hərraclarında Bakı vaxtı ilə saat 8:41-ə olan vəziyyətə görə “Brent” markalı neftin yanvar fyüçersləri 0,49 faiz uuczlaşaraq 79,31, WTI markalı neftin isə 0,04 faiz ucuzlaşaraq 79,19 ABŞ dollarından satılıb. Hərrac zamanı “Brent” son iki aya yaxın müddət ərzində ilk dəfədir 78 dollar həddindən aşağı düşüb.

Qeyd edək ki, bundan əvvəl “Bloomberg” ABŞ Prezidenti Cozef Baydenin strateji neft ehtiyatını bu gündən istifadəyə açacağını, daha sonra Hindistan, Yaponiya, Cənubi Koreya tərəfindən bənzər addımlar atılacağını bildirib.

Hərraca yeni faydalı qazıntı yataqları çıxarılacaq

Hərraca yeni faydalı qazıntı yataqları çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

İqtisadiyyat Nazirliyindən  verilən məlumata görə, Göygöl rayonunda yerləşən “Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboyda olan “Yuxarı Ağcakənd” gips-anhidrid yatağının 5 hektar sahəsi, “Qarasuçay” qum-çınqıl yatağının 33 hektar sahəsi, İsmayıllı rayonunda yerləşən “Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 7 dekabr saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda ölkəmizin və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3nh7H6S) və Özəlləşdirmə portalında (https://bit.ly/3nhXkQi) tanış olmaq mümkündür.

Qeyd edək ki, cari ildə 12 faydalı qazıntı yatağı hərrac qaydasında istifadəyə verilib.

Neftin qiyməti fərqli dinamika üzrə dəyişib

Neftin qiyməti fərqli dinamika üzrə dəyişib

Dünya bazarlarında neftin qiyməti fərqli dinamika nümayiş etdirib.

YAZTV” “Prime”a istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 8.50-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,12% ucuzlaşaraq, 1 bareli 82,21 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə əksinə 0,13% artaraq, 1 bareli 78,6 ABŞ dolları təşkil edib.

Dünən ABŞ Prezidenti Cozef Bayden ölkənin strateji neft ehtiyatlarından 50 milyon barelin satışa çıxarılacağını bəyan edib. Dünya bazarlarındakı qiyməti endirmək üçün Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Böyük Britaniyanın da eyni addımı atacağı məlum olub.

Hələlik bu məlumatlar qiymətlərin ucuzlaşmasına səbəb olmayıb. Əksinə, Ağ Evin bəyanatından sonra “Brent” və WTI neftinin qiyməti müvafiq olaraq, 3,3% və 2,3% artım nümayiş etdirib.

Amerika Neft İnstitutu (API) noyabrın 19-dək olan həftə ərzində ABŞ-da neft ehtiyatlarının 2,3 milyon barel artdığını açıqlayıb. Analitiklər isə ehtiyatların azalacağını gözləyirdilər. ABŞ-ın Energetika Nazirliyinin ölkədəki neft ehtiyatları ilə bağlı rəsmi açıqlaması bu gün dərc edəcək.

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir. 

Manata nəzərən avronun məzənnəsi 1.9169 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1521 manat, 1 Rusiya rublu 0.0232, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5459 manatdır.

Neft ucuzlaşdı

Neft ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,35% azalaraq 1 barelə görə 80 dollar təşkil edib.

YAZTV xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,62% azalaraq 77,07 dollar təşkil edib.

Lirə 13 qəpiyə düşdü

Lirə 13 qəpiyə düşdü

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

"YAZTV" xəbər verir ki, 2021-ci ilin noyabrın 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1.9105 manata, 1 Rusiya rublu 0.0227 manata yüksəlib, 1 türk lirəsinin məzənnəsi isə 0.1334 manata enib.

Azərbaycan nefti 80 dollara qədər ucuzlaşıb

Azərbaycan nefti 80 dollara qədər ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,23 ABŞ dolları, yaxud 2,7 % azalıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 80,39 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 18 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9257 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1565 manat, 1 Rusiya rublu 0.0234, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5423 manatdır.

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 36 min 257 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 36 min 257 ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 36 min 257 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 958 milyon 460 min 426 manatdır. (AZƏRTAC)

Şaxtalı hava səbəbindən tələbin artması nefti bahalaşdırıb

Şaxtalı hava səbəbindən tələbin artması nefti bahalaşdırıb

Soyuq hava ilə əlaqədar əlavə tələbin artımı dünya bazarlarında neftin bahalaşmasına səbəb olub.

YAZTV “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə 09.16-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,59% bahalaşaraq, 1 bareli 81,72 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti də 0,71% artaraq, 1 bareli 78,97 ABŞ dolları təşkil edib.

Enişdən sonra qiymətlərin bərpası fonunda bazarda müsbət dinamika müşahidə olunur. Daha əvvəl Çinin öz strateji ehtiyatlarından istifadə etməyə hazırlaşması haqqında xəbərlər mənfi dinamikaya səbəb olmuşdu.

Analitiklər hesab edirlər ki, hava neft qiymətlərinə təsir edəcək, belə ki, temperaturun aşağı olması təbii qaz çatışmazlığına və alternativ enerji mənbələri uğrunda mübarizəyə səbəb ola bilər.

Azərbaycan nefti 84 dollara qədər bahalaşıb

Azərbaycan nefti 84 dollara qədər bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,97 ABŞ dolları, yaxud 1,17 % artıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 83,90 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.