Saturday, 04 Dekabr 2021 17:49
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətini təşkil edəcək

Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətini təşkil edəcək

Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətinin təşkil olunmasında razılığa gəlib.

YAZTV-nin məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

E.Rüstəmov bildirib ki, Azərbaycan tərəfi Türkiyə dövləti, onun maliyyə infrastrukturu ilə geniş əməkdaşlıq edir:

"Razılığa gəlmişik ki, Türkiyənin “İstanbul Fond Birjası”nda listinqdə olan qiymətli kağızlar “Bakı Fond Birjası”nda, Azərbaycana məxsus qiymətli kağızlar isə Türkiyə birjasında ticarət olunsun", - Mərkəzi Bankın sədri deyib.

E.Rüstəmov bildirib ki, böyük şirkətlərlə əməkdaşlıq davam edir:

"Onlar öz qiymətli kağızlarını buraxmaq istəyirlər. Sığorta bazarında inkişaf potensialı böyükdür. 2022-ci il yeni sosial iqtisadi strategiyanın, yeni onilliyin başlanğıc ilidir", - deyə Elman Rüstəmov qeyd edib.

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,24 ABŞ dolları, yaxud 0,3 % azalıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 84,13 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Mikayıl Cabbarov Türkiyənin ticarət naziri ilə görüşüb

Mikayıl Cabbarov Türkiyənin ticarət naziri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Türkiyənin ticarət naziri Mehmet Muş arasında görüş olub.

YAZTV xəbər verir ki, bu barədə Mikayıl Cabbarov rəsmi "Twitter" hesabında paylaşım edib.

"Türkiyənin ticarət naziri Mehmet Muşla görüşümüzdə qardaş ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrimiz və biznesin qlobal çağırışlara uyğunlaşması məsələləri barədə fikir mübadiləsi apardıq", - deyə nazir yazıb.

Noyabrın 16-na USD/AZN rəsmi məzənnəsi

Noyabrın 16-na USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən YAZTV-yə bildirilib ki, bankın noyabrın 16-dan etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişdi

Gömrükdən keçən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları dəyişdi

Nazirlər Kabineti gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarında dəyişiklik edib.

YAZTV  xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin Qərarının hazırlanmasının məqsədi gömrük sərhəd buraxılış məntəqələrində qanunvericiliyin tələblərinə ciddi riayət olunaraq daha səmərəli və sürətli keçidin təmin edilməsidir.  

Fiziki şəxslər tərəfindən müxtəlif malların gömrük sərhədindən keçirilməsi, o cümlədən turist axınının çoxalması müasir dövrün tələblərinə uyğun olaraq fiziki şəxslər üzərində səmərəli gömrük nəzarətinin həyata keçirilməsi və onlar tərəfindən təqdim olunan sadələşdirilmiş bəyannamənin daha dolğun və anlaşılan olması zərurətini yaradıb.

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və Azərbaycan Respublikasına gətirilməsi zamanı bəyan edilməsi Qaydası”na əsasən rezident və qeyri-rezident fiziki şəxslər 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyutanı (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunmuş qiymətli kağızları gömrük orqanlarına yazılı formada tam məbləğdə bəyan etməklə gömrük sərhədindən keçirə bilərlər.

Bundan əlavə, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Nazirlər Kabinetinin Qərarı ilə bu Qaydaların 1 nömrəli əlavəsi - “Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”nda da dəyişiklik edilib.

Göstərilənləri nəzərə alaraq “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın 10 nömrəli əlavəsinin yeni formada tərtib olunmasına zərurət yaranıb.

Qərarın qəbulu gömrük sərhəd buraxılış məntəqələrində fiziki şəxslər üzərində gömrük nəzarətinin dəqiq aparılması ilə yanaşı, gömrük sərhəd buraxılış məntəqələrində  daha səmərəli və effektiv gömrük işinin təşkilinə müsbət təsirini göstərəcək.

Noyabrın 12-nə USD/AZN rəsmi məzənnəsi

Noyabrın 12-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 12-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən  bildirilib ki, bankın noyabrın 12-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 15 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9479 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1692 manat, 1 Rusiya rublu 0.0234, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5394 manatdır.

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 12 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan   verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9447 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1705 manat, 1 Rusiya rublu 0.0237, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5405 manatdır.

Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb

Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb

Cari ilin yanvar-oktyabr aylarının ilkin nəticələrinə əsasən, Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb.

YAZTV "Azərtac"a istinadən xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən “Türkiyə-Türk Dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı”nın açılış mərasimində ifadə edib.

İqtisadi əlaqələrimizin möhkəmləndirilməsi və genişləndirilməsinin pandemiya dövründə xüsusi önəmə sahib olduğunu vurğulayan nazir deyib: “Şübhəsiz ki, heç bir ölkə təkbaşına, beynəlxalq əməkdaşlıq, investisiyalar, bilik və texnologiya mübadiləsi, ticarət olmadan inkişaf edə bilməz. Beynəlxalq ticarət əlaqələrinin inkişafı isə mütləq dayanıqlılıq, inklüzivlik və ətraf mühitin mühafizəsi prinsiplərinə söykənməlidir. Yalnız sıx əməkdaşlıq vasitəsilə dayanıqlı iqtisadi inkişafı təmin edə bilərik. Sevindirici haldır ki, pandemiya məhdudiyyətlərinin yumşalması Azərbaycanda iqtisadi artımın bərpa olunmasına və sürətlənməsinə əlverişli zəmin yaradıb. Cari ilin 9 ayında ÜDM-in real artımı 4,8 faiz olub, qeyri-neft sektorunda isə ÜDM-in real artım tempi 6,2 faizə çatıb. Ticarət dövriyyəmiz də artır. Belə ki, 10 ayın ilkin nəticələrinə əsasən, xarici ticarət dövriyyəmiz 24,7 faiz, ixracımız 37,7 faiz, o cümlədən qeyri-neft ixracımız 42 faiz artıb”.
Yanvar-oktyabrda vergi daxilolmaları üzrə proqnoza 122,4 faiz əməl edilib

Yanvar-oktyabrda vergi daxilolmaları üzrə proqnoza 122,4 faiz əməl edilib

Cari ilin yanvar-oktyabr ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.

Dövlət Vergi Xidmətindən  verilən məlumata əsasən, həmin dövr ərzində Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 362,4 milyon manat vergi daxil olub, proqnoza 122,4 faiz əməl edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 15,8 faiz və ya 1 milyard manatdan çox artıb.

Hesablama Palatasından YENİ TƏKLİF

Hesablama Palatasından YENİ TƏKLİF

Hesablama Palatası dövlət proqramlarının vahid yanaşma əsasında tərtib edilməsini və proqramlılıq ilə bağlı məlumatların artırılmasını təklif edir.

Palatadan YAZTV-yə bildirilib ki, 2022-ci ilin dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində məqsədli proqramlar üzrə nəzərdə tutulmuş maliyyələşmə barədə məlumatın “Büdcə zərfi”nə ayrıca daxil edilməsi, burada gözlənilən nəticələrin əks etdirilməsi üçün qanunvericilikdə dəyişikliklərin edilməsi, icra müddəti başa çatmış proqramlara dövlət büdcəsindən vəsaitlərin ayrılmamasının məqsədəmüvafiq olduğu qeyd edilib. Eyni zamanda, bildirilib ki, dövlət proqramları ilə bağlı məlumatların təhlili proqramların vahid yanaşma əsasında tərtib olunması və nəticəliliyin ölçülməsi məqsədilə hazırda qüvvədə olan əksər dövlət proqramlarının Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”na uyğunlaşdırılmasının vacibliyini göstərir.

Xarici valyutaların manata qarşı məzənnələri

Xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 11 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan  verilən məlumata görə, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1.9505 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.1722 manat, 1 Rusiya rublu 0.0239, 100 İran rialı 0.0040 manat, 1 Gürcüstan larisi 0.5409 manatdır.