Saturday, 04 Dekabr 2021 18:02
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azad edilmiş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılacaq - Nazir

Azad edilmiş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılacaq - Nazir

İşğaldan azad edilmiş ərazilərin bərpası üçün gələn ilin dövlət büdcəsindən 2.2 milyard manat vəsait ayrılacaq.

YAZTV-nin məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, cari ildə olduğu kimi 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpası əsas prioritet olaraq qalmaqdadır.

 

“İşğaldan azad olunmuş ərazilərin tarixi simalarının qaytarılması, mədəni tarixi abidələrin bərpası, elektrik, su yol xətlərinin çəkilməsi ilə bağlı başlanılan işlər böyük sürətlə davam etməkdədir” - deyə nazir əlavə edib.

İşğaldan azad olunan ərazilərin minadan təmizlənməsi üçün idxal edilən malların siyahısı təsdiqlənib (SİYAHI)

İşğaldan azad olunan ərazilərin minadan təmizlənməsi üçün idxal edilən malların siyahısı təsdiqlənib (SİYAHI)

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı təsdiqlənib.

YAZTV-nin məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu istiqamət üçün müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün istifadəsinin təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı tərəfindən həyata keçiriləcək.

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı aşağıdakı kimidir:

Elmi tədqiqatlara ayrılacaq vəsaitlərin həcmi artırılmalıdır - Nazir

Elmi tədqiqatlara ayrılacaq vəsaitlərin həcmi artırılmalıdır - Nazir

Qarşıya qoyulan məqsədlər ondan ibarət olmalıdır ki, elmi tədqiqatlara ayrılacaq vəsaitlərin həcmi artırılsın.

YAZTV xəbər verir ki, bunu "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri" adlı konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O bildirib ki, tarixi zəfərimizlə nəticələnən 44 günlük Vətən müharibəsi eyni zamanda texnologiya, bilik və innovasiyalar müharibəsi idi. Bizim güclü iqtisadiyyatımız olmasaydı, bu texnologiyalara sahib ola bilməzdik:

"Bir neçə onilliklər öncə iqtisadiyyatın əsas aparıcı qüvvəsi insanlar, təbii sərvətlər, faydalı qazıntılar idisə, indi aparıcı güc innovasiya və biliklərdir. Son illərdə müşahidələrimiz onu göstərir ki, istər hüquq-məhkəmə, istərsə də texnologiya sahəsində ciddi islahatlar aparılıb.

Əgər cəmiyyətdə ixtiralar olmasa, innovasiyaların inkişafı üçün əsas olmaz. Rəqəmsal transformasiyadan danışsaq, bir çox halarda biz bunu rəqəmsallaşma və s. anlayışlarla səhv salırıq. Lakin bu, bütövlükdə biznes şüurunun dəyişməsidir.

Bu gün dünyanın aparıcı ölkələrində ÜDM-nin 2-3 faizi elmi tədqiqatlara ayrılır. Bizdə bu rəqəm arzu etdiyimiz səviyyədə deyil. Qarşıya qoyulan məqsədlər ondan ibarət olmalıdır ki, elmi tədqiqatlara ayrılacaq vəsaitlərin həcmi artırılsın. Lakin bu yük dövlətin üzərinə düşməməlidir".

“Bitcoin”dən tarixi rekord

“Bitcoin”dən tarixi rekord

“Bitcoin”in qiyməti 68 min dolları ötüb.

YAZTV xəbər verir ki, bununla kriptovalyuta tarixi rekord qırıb.

Analitiklər dünyanın ən çox tanınan kriptovalyutasının qiymıtinin daha da yüksələcəyini proqnozlaşdırırlar.

Hazırda “Bitcoin”in bazar dəyəri 1,1 trilyon dollardır. Lider kriptovalyuta beş il əvvəl 700 dollar dəyərində idi.

Naxçıvanın büdcəsi 13% artırılır

Naxçıvanın büdcəsi 13% artırılır

Gələn il Azərbaycanda icmal büdcənin tərkib hissəsi olan Naxçıvan MR-nın büdcəsi 569,8 milyon manat məbləğində nəzərdə tutulub.

YAZTV-nin xəbərinə görə, bu məsələ "2022-ci il icmal büdcə zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, bu, bu ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,5% çoxdur.

Neft ucuzlaşdı

Neft ucuzlaşdı

Dünya bazarında “qara qızıl”ın qiyməti ucuzlaşıb.

YAZTV xəbər verir ki, Brent markalı neft 2,71% ucuzlaşaraq bir barelə görə 82,42 dollar təşkil edir. 

WTI markalı neft isə 3,155 ucuzlaşma ilə bir barelə görə 81,27 dollar olub.

Bitkoin tarixində ən baha qiymətə satılır

Bitkoin tarixində ən baha qiymətə satılır

Bitkoinin qiyməti tarixində ən yüksək göstəricisinə çatıb.

YAZTV Coindesk platformasına istinadən verdiyi son məlumata görə, kriptovalyutanən dəyəri 4,97 % artaraq 68 519,95 dollar səviyyəsində qərarlaşıb.

Bu göstərici kriptovalyuta tarixində ən yüksək qiymətdi.

Məzənnədən nə xəbər?

Məzənnədən nə xəbər?

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan valyuta məzənnələrini açıqlayıb.

YAZTV xəbər verir ki, 5 noyabr 2021-ci il tarixi üçün 1 ABŞ dolları 1.7 manat təşkil edib. 

1 avro 1.9638 manata, 1 türk lirəsi isə 0.1751 manata enib,

1 Rusiya rublu isə 0.0237 manatda qalıb.

Lirə yenə ucuzlaşdı

Lirə yenə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan valyuta məzənnələrini açıqlayıb.

YAZTV xəbər verir ki, 3 noyabr 2021-ci il tarixi üçün 1 ABŞ dolları 1.7 manat, 1 avro 1.9691 manat təşkil edib. 

1 türk lirəsi 0.1769 manata, 1 Rusiya rublu isə 0.0237 manata enib.

Gələn il Azərbaycanda real ÜDM-nin artım proqnozu açıqlanıb

Gələn il Azərbaycanda real ÜDM-nin artım proqnozu açıqlanıb

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2022-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 3,9 faiz artaraq 86,6 milyard manata çatacaq.

YAZTV-nin məlumatına görə, bu barədə 2022-ci il üçün dövlət büdcəsi layihəsində deyilir.

Eyni zamanda gələn il qeyri-neft ÜDM-in 4,9 faiz, neft ÜDM-in 1,8 faiz artması gözlənilir.

Qeyd edək ki, neft qiymətlərinin 50 dollar/barel səviyyəsi nəzərdə tutularaq hazırlanmış makroiqtisadi proqnozlara əsasən, bu ilin sonunda Azərbaycanın ÜDM-si 5,1 faiz, qeyri-neft ÜDM-si 6 faiz, neft ÜDM-si 3,2 faiz artacaq.

Növbəti illərdə iqtisadiyyatın şaxələndirilməsi Azərbaycanın əsas strateji prioritetlərindən olacaq. 2022-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 69,7 faiz, neft sektorunun payı 30,3 faiz səviyyəsində proqnozlaşdırılır.

20 manatlıq əskinasın dizaynı yenilənir

20 manatlıq əskinasın dizaynı yenilənir

Mərkəzi Bank mövcud konsepsiya çərçivəsində “Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıq əskinasın yenilənməsini həyata keçirib.

YAZTV xəbər verir ki, bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

Bildirilib ki, yenilənmiş əskinasların növbəti ildən tədavülə buraxılması nəzərdə tutulur.

“Qarabağ” mövzusuna həsr olunmuş bu pul nişanı üzərində əsas dizayn motivləri - Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvirləri saxlanılmaqla əlavə dizayn elementləri, o cümlədən, Qarabağ florasının incisi sayılan və qələbə rəmzini simvolizə edən Xarıbülbül nişanəsi və “Qarabağ” sözü ön plana çəkilib.

Birjalarda taxılın qiyməti bahalaşıb

Birjalarda taxılın qiyməti bahalaşıb

Çikaqo birjasında (NYSE Chicago) buğdanın mart fyüçersinin qiyməti 8,08 dollara çataraq 2012-ci ilin dekabr ayından bu yana ilk dəfə 8 USD/bsh (1 buşel = 35,23 litr) həddini keçib.

101.az “Bloomberg”ə istinadən xəbər verir ki, bahalaşmanın əsas səbəbləri əlverişsiz havalar və gübrənin bahalaşması üzündən məhsulun azalma ehtimalıdır. Belə ki, buğda 6 aydır dalbadal bahalaşır, ötən ay bahalaşma 6,5 faiz olub. 2007-ci ildə buğda aprel – sentyabr ayları ərzində davamlı olaraq bahalaşmışdı.

Buğdanın qiymət artımı nəticəsində başqa ərzaq məhsullarının da bahalaşacağı qeyd olunur. Ötən ayın əvvəlində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında ərzağın dünya qiymətləri son 10 ilin ən yüksək həddinə çatdığını açıqlamışdı.