Saturday, 04 Dekabr 2021 17:00
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Əli Əsədov qərar imzaladı

Əli Əsədov qərar imzaladı

Azərbaycanın aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə qaydaları müəyyənləşib.

YAZTV-nin xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası aeroportlarının (hava limanlarının) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında (bundan sonra - VIP salonları) VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin qarşılanması və yola salınması üçün yüksək səviyyədə xidmətin göstərilməsi təmin edilir.

Beynəlxalq aeroport statusuna malik olan Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) VİP salonları həmin aeroportlarda dövlət sərhədindən buraxılış məntəqələrinin xüsusiləşdirilmiş hissəsi hesab olunur.

VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin bu salonlarda qarşılanması və yola salınması üzrə yüksək səviyyədə xüsusi xidmətin göstərilməsinə dair işlərin təşkili və fasiləsiz fəaliyyəti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin edilir.

 

Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonunda bu Qaydanın 1.1-ci bəndində qeyd olunmuş xidmətlər Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin edilir.

VİP salonlarında təhlükəsizliyin təmin edilməsi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.

“Naxçıvan” Beynəlxalq Hava Limanının VİP salonunda təhlükəsizliyin təmin edilməsi “Naxçıvan” Beynəlxalq Hava Limanı, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilir.

VİP salonlarında göstərilən xidmətlərin keyfiyyətinə və VİP salonlarından istifadə qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir.

VİP salonlarında ödənişsiz əsaslarla xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ayrılmış vəsait hesabına həyata keçirilir.

Bankların, birjaların, sığortaçıların qeydiyyatı rüsumu 300 manata qaldırılır

Bankların, birjaların, sığortaçıların qeydiyyatı rüsumu 300 manata qaldırılır

Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri artırılır.

YAZTV xəbər verir ki, bankların, birjaların, sığortaçıların, sığorta birlik-brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün rüsum 220 manatdan 300 manata qaldırılır.

Bundan əlavə, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün rüsum 3 manatdan 5 manata, digər hüquqi şəxslərin qeydiyyatı üçün rüsum 11 manatdan 15 manata, hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün rüsum 2 manatdan 3 manata, sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə) – 1 manatdan 2 manata qaldırılır.

Açıq məkanda reklama görə bu qədər rüsum ödəyəcəksiniz

Açıq məkanda reklama görə bu qədər rüsum ödəyəcəksiniz

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətlərinə görə rüsumların yeni qiymətləri müəyyənləşib.

YAZTV xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda bildirilir. 

Belə ki, reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq bu Qanunun 33-1-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:

 

Bakı şəhəri üzrə - 1;

Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və

Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;

Digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə ediləcək.

Bu hərbçilərə sığorta məbləğinin 15 faizi ödəniləcək

Bu hərbçilərə sığorta məbləğinin 15 faizi ödəniləcək

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanuna dəyişikliklər edilməsi təklif edilir.

YAZTV xəbər verir ki, layihəyə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sabah keçiriləcək iclasında baxılacaq.

Təklif olunan dəyişikliyə əsasən, sığortaolunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman az ağır xəsarət( yaralanma, travma, kontuziya) alma zamanı sığorta pulunun 15 faizi miqdarında sığorta ödənişi alacaq.

Layihədə bildirilir ki, ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilmiş siyahıya uyğun müəyyən edilir.

Qeyd edək ki, layihə hərbi qulluqçuların icbari sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.

Silahla bağlı rüsum ikiqat artırılır

Silahla bağlı rüsum ikiqat artırılır

Xidməti silahın əldə edilməsinə icazənin verilməsinə görə dövlət rüsumunun artırılması təklif edilir.

YAZTV xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda bildirilir. 

Belə ki, xidməti silahın əldə edilməsinə icazənin verilməsinin ilkin qeydiyyatına görə rüsum 10 manatdan 20 manata, təkrar qeydiyyata görə isə 5 manatdan 10 manata qaldırılması təklif edilir. 

Sürücülük imtahanına ödəniş 40 manat olacaq

Sürücülük imtahanına ödəniş 40 manat olacaq

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə rüsumların dərəcələri artırılır.

YAZTV xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna təklif edilən dəyişikilikdə bildirilir. Belə ki, avto-moto nəqliyyat vasitələri üçün rüsum 25 manatdan 30 manata qaldırılır. Bundan əlavə, beynəlxalq sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi üçün 12 manat manat təyin olunur.

Həmçinin sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə:

 

avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsi üçün  rüsum 20 manatdan 40 manata;

avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının milli və beynəlxalq sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə  rüsum 10 manatdan 20 manata.

digər sürücülük vəsiqəsi, o cümlədən traktorçu maşinist vəsiqəsi üçün isə rüsum 5 manatdan 10 manata qaldırılır.

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 1-də 87,08 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,91 dollar/barel çoxdur.

Bu barədə YAZTV-yə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 86,13 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,92 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 82,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,01 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 84,7 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,07 dollar/barel çoxdur.

Tikintiyə başlayan şəxslərin nəzərinə

Tikintiyə başlayan şəxslərin nəzərinə

Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə rüsumların artırılması təklif edilir.

YAZTV xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda bildirilir. Belə ki, tikintinin layihəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilməsi və qeydiyyatdan keçirilməsinə görə 60 manatdan 90 manata qaldırılır. 

Eyni zamanda, qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada tikintinin eskiz, arxitektura-işçi, konstruksiya layihəsinin ekspertizasına görə rüsum 30 manatdan 45 manata qaldırılır. 

 

Yenidənqurulma və yenidən planlaşdırılma işlərinə icazənin verilməsinə görə 50 manatdan 75 manata qaldırılır.

Eyni zamanda, inşaat pasportunun verilməsinə görə rüsum 50 manatdan 75 manata qaldırılır. 

İnşaat pasportunun dublikatının verilməsinə görə 10 manatdan 15 manata qaldırılır. 

Tikinti obyektinin istismarına icazənin verilməsinə görə 60 manat rüsum olacaq.

Bu gün dövlət rüsumlarının indeksasiyası müzakirə ediləcək

Bu gün dövlət rüsumlarının indeksasiyası müzakirə ediləcək

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçiriləcək.

YAZTV-nin məlumatına görə, iclasın gündəliyinə “Dövlət rüsumu haqqında”, “Sığorta fəaliyyəti haqqında” qanunlarda, Su Məcəlləsində, Gömrük Məcəlləsində və digər qanunlarda dəyişikliklərin edilməsi daxil edilib.

İclasda dövlət rüsumlarının inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməsi, dövlət rüsumlarının tam olaraq büdcəyə köçürülməsi, sığorta münasibətlərinin dəqiqləşdirilməsi, su obyektlərinin xüsusi məqsədlər üçün istifadəyə verilməsi qaydaları, səlahiyyətli iqtisadi operator statusuna görə rüsumun müəyyən edilməsi və digər məsələlər müzakirə ediləcəkdir.

Azərbaycan vətəndaşlığı ilə bağlı rüsum 200 manat olacaq

Azərbaycan vətəndaşlığı ilə bağlı rüsum 200 manat olacaq

Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək və ya ondan çıxmaq barədə ərizələrə tətbiq edilən rüsum dərəcəsinin artırılması təklif edilir. 

YAZTV xəbər verir ki, bu barədə “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya ondan çıxmaq barədə ərizələrə görə dövlət rüsumu 110 manatdan 200 manata qaldırılır.
Qiymətli kağızların qeydiyyatı üçün yeni rüsumlar

Qiymətli kağızların qeydiyyatı üçün yeni rüsumlar

Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələrinin artırılması təklif edilir.

YAZTV xəbər verir ki, belə ki, qiymətli kağızların emissiya prospektinin təsdiq edilməsi üçün:

emissiya məbləği 99000 manatadək olduqda – 220 300 manat;

 

emissiya məbləği 99000 manatdan 198000 manatadək olduqda – 440 600 manat;

emissiya məbləği 198000 manatdan çox olduqda – 880  manatdan 1200 manata;

depozit sertifikatlarının emissiyasının döv|ət qeydiyyatına alınması üçün rüsum 1100 manatdan 1500 manata qaldırılması təklif edilir.

İrandan gətirilən 64 ton yararsız kartof geri qaytarılıb

İrandan gətirilən 64 ton yararsız kartof geri qaytarılıb

İrandan idxal olunan 64 tondan çox yararsız kartof məhsulu geri qaytarılıb.

Bu barədə YAZTV-yə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından fiziki şəxs Ağayev İlkin Adil oğlu tərəfindən idxal edilən ümumi çəkisi 23.7 ton və hüquqi şəxs "ZE-DENT" MMC tərəfindən idxal edilən ümumi çəkisi 40.45 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.

Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.

Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 64.15 ton ərzaqlıq kartof məhsulu partiyalarının İran İslam Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.