Saturday, 04 Dekabr 2021 17:15
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.5%-dən 7%-ə qaldırılması barədə qərar qəbul edib.

YAZTV-nin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Dəhlizin aşağı həddi 6% saxlanılıb, yuxarı həddinin isə 7%-dən 8%-ə yüksəldilməsi qərara alınıb. 

Qeyd olunub ki, bu qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib: "Qeyd olunan amillər qiymətlər sabitliyinin risklər balansında inflyasiya amillərinin rolunu gücləndirməklə monetar - fiskal siyasətin neytrallaşdırıcı təsirini zəiflədir."

Mərkəzi Bankın faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 17-də ictimaiyyətə açıqlanacaq.

Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub

Dövlət Dəniz və Liman Agentliyinə sədr təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Arif Baloğlan oğlu Məmmədov təyin olunub.

Nazirlikdən  verilən məlumata görə, Arif Məmmədov bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində işləyib.

Arif Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

O, həmçinin Çexiyanın Praqa Metropolitan Universitetində Beynəlxalq münasibətlər və Avropa araşdırmaları, Kanadanın Ottava Universitetinin Telfer İdarəçilik Məktəbində Biznesin idarə edilməsi ixtisasları üzrə magistr dərəcəsi əldə edib.

Arif Məmmədov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Xarici İşlər Nazirliyində və ölkəmizin bir sıra ölkələrdəki səfirliklərində çalışıb.

Azərbaycan nefti 88 dollardan satılır

Azərbaycan nefti 88 dollardan satılır

Azərbaycan neftinin qiyməti bahalaşıb.

YAZTV xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,5 dollar artaraq 88,19 dollar təşkil edib.

 Xatırladaq ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Məzənnədən nə xəbər?

Məzənnədən nə xəbər?

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

YAZTV xəbər verir ki, 2021-ci ilin oktyabrın 29-da ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1.9847 manata yüksəlib. 

1 türk lirəsi 0.1787 manata enib, 1 Rusiya rublunun məzənnəsi isə 0.0242 manata qalxıb.

Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi

Oktyabrın 28-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən bildirilib ki, bankın oktyabrın 28-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

"WTI" neftinin qiyməti yeddiillik rekordu vurdu

"WTI" neftinin qiyməti yeddiillik rekordu vurdu

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə ABŞ-ın WTI markalı neftinin 1 barelinin qiyməti 2014-cü ilin oktyabrından ilk dəfə olaraq 85 dolları ötüb.

YAZTV-nin məlumatına görə, WTI neftinin qiyməti 1,58% artaraq 85,08 dollara çatıb.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 1,1% artaraq 85,57 ABŞ dollarını ötüb. (unikal org)

Doqquz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 19,5 milyon ton neft daşınıb

Doqquz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 19,5 milyon ton neft daşınıb

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 170,6 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, nəqletmənin 74,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 9 ayda bu kəmərlə 19 milyon 566,4 min ton neft nəql edilib.

Cari ildə BTC ilə 2 milyon 522,1 min ton tranzit nefti də ötürülüb.

Qarabağ balı Fransaya ixrac olunacaq

Qarabağ balı Fransaya ixrac olunacaq

Qarabağ balı Avropa bazarlarına və ərəb ölkələrinə ixrac olunacaq.

Bunu YAZTV-yə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

O bildirib ki, yerli bal uzun müddət ermənilər tərəfindən "Karvaçar" qondarma adı ilə uzun müddət Fransada satılıb: "Biz tezliklə bu vəziyyəti düzəltməyi və Kəlbəcər balını Fransaya əsil adı ilə ixrac etməyi planlaşdırırıq".

Onun sözlərinə görə, Qarabağda iqtisadi fəallığın bərpası ölkədə bal istehsalının həcminin kəskin artmasına gətirib çıxaracaq:

 

"Azad edilmiş ərazilərdə təxminən 300 min arı ailəsinin yerləşdirilməsi planlaşdırılır. Bu, bal istehsalı həcmini ildə təxminən 4,5-5 min ton artıracaq".

Avropada təbii qazın qiyməti yenidən yüksəlib

Avropada təbii qazın qiyməti yenidən yüksəlib

Londonun ICE birjasında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarını ötüb.

YAZTV TASS agentliyinə istinadən xəbər verir ki, Niderlanddakı TTF habı üzrə qazın noyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 1109 ABŞ dollarına çatıb.

Gün ərzində qeydə alınmış ən yüksək göstərici isə 1 000 kubmetr üçün 1 139 ABŞ dolları olub.

İcmalçıların fikrincə, Avropada qazın qiyməti ilə bağlı müşahidə olunan böhran müxtəlif amillərdən qaynaqlanır. Bunlardan biri Asiyada qaza olan tələbin kəskin sürətdə artmasıdır. Avropada külək enerjisinin payının azalması da vəziyyətə təsir edən amillər sırasındadır. Qaz bazarındakı yüksək volatilliyin əsas səbəbi isə Avropada qaz anbarlarının doluluq səviyyəsi ilə bağlıdır. Belə ki, oktyabrın ortalarına olan məlumata görə, Avropanın yeraltı anbarlarının doluluq səviyyəsi ötən mövsümlə müqayisədə 71 %  təşkil edir. (report az)

Doqquz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 19,5 milyon ton neft daşınıb

Doqquz ayda Bakı–Tbilisi–Ceyhan kəməri ilə 19,5 milyon ton neft daşınıb

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 26 milyon 170,6 min ton neft nəql olunub.

Dövlət Statistika Komitəsindən  bildirilib ki, nəqletmənin 74,8 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 9 ayda bu kəmərlə 19 milyon 566,4 min ton neft nəql edilib.

Cari ildə BTC ilə 2 milyon 522,1 min ton tranzit nefti də ötürülüb.

Dolların məzənnəsi sabit qaldı

Dolların məzənnəsi sabit qaldı

Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 27-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən YAZTV-yə bildirilib ki, bankın oktyabrın 27-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.

Lirə kəskin ucuzlaşdı

Lirə kəskin ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

YAZTV xəbər verir ki, 2021-ci ilin oktyabrın 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 avro 1.9826 manata, 1 Rusiya rublu 0.0242 manata yüksəlib, 1 türk lirəsinin məzənnəsi isə 0.1747 manata enib.