Bəhreyn Krallığının vəliəhdi İlham Əliyevi təbrik etdi

Bəhreyn Krallığının vəliəhdi İlham Əliyevi təbrik etdi

Bəhreyn Krallığının vəliəhdi, Nazirlər Şurasının sədri Salman bin Həməd Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

“Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm”.