İranın Azərbaycanla bağlı iddiasına İsraildən cavab - “Axmaqlıqdır”

İranın Azərbaycanla bağlı iddiasına İsraildən cavab - “Axmaqlıqdır”

“İranın bu iddiası axmaqlıqdır”.

YAZTV-nin məlumatına görə, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi İranın səsləndirdiyi Azərbaycan tərəfindən İsrailin bölgəyə gətirilməsi iddiasına cavab olaraq bildirib.

“Bunun böyük bir axmaqlıq olduğunu düşünürəm. Çünki Qarabağda həm rus, həm də türk əsgərləri yer alıb. İranlılar fantaziyasını işə salıb marsılıların da orada olduğunu deyə bilərlər”, - deyə səfir qeyd edib.

 

Qeyd edək ki, İranın bu iddiasına daha öncə Azərbaycan Prezidenti İlham Əliyev də cavab verib.

Dövlət başçısı bildirib: 

“Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır.

Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.