Prezidentin köməkçisi: "20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin ayrılmaz hissəsidir"

Prezidentin köməkçisi: "20 Yanvar xalqımızın qəhrəmanlıq tarixinin ayrılmaz hissəsidir"

"Hadisələr kəskin bir informasiya blokadası şəraitində həyata keçirilirdi. Bakı şəhərində törədilmiş bu qırğınların beynəlxalq ictimaiyyətdən gizlədilməsi üçün televiziya və mətbuat imkanları tamamilə məhdudlaşdırılmışdı".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Beynəlxalq ictimaiyyətə Bakı qırğınları, 20 Yanvar faciəsi haqqında ilk dolğun və həqiqi məlumatları çatdıran rəhmətlik ulu öndər Heydər Əliyev olub. Onun Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək hadisələrə qiymət verməsi və beynəlxalq ictimaiyyətə müraciətləri 20 Yanvar faciəsi ətrafında formalaşdırılmış bütün informasiya blokadasını darmadağın etmiş oldu.

Sonrakı illərdə - rəhmətlik ulu öndərin hakimiyyətə gəldiyi ilk günlərdən 20 Yanvar faciəsinə respublika səviyyəsində qiymət verildi və bu, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi kimi bizim ayrılmaz hissəsinə çevrildi. Biz artıq 20 Yanvar faciəsini əvvəlki illərdən fərqli bir ruhda, ahəngdə qeyd edirik. Belə ki, artıq Azərbaycan torpaqları işğaldan azad olunub. Azərbaycan xalqı qəhrəmanlıq nümayiş etdirərək torpaqlarını işğaldan azad etmiş məğrur, qürurlu bir xalq olaraq 20 Yanvar faciəsinə də tariximizin ayrılmaz hissəsi kimi baxır", - H.Hacıyev bildirib.