Saturday, 24 İyul 2021 17:51
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb - SİYAHI

Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb - SİYAHI

Prezident İlham Əliyev "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" Sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 150 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100 min manat ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

101az

İsveçdəki səfirimiz Azərbaycana qarşı qərəzli olanları ifşa etdi

İsveçdəki səfirimiz Azərbaycana qarşı qərəzli olanları ifşa etdi

Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov ölkəmizin Avro-2020-nin oyunlarına ev sahibliyi etməsinə kölgə salmağa çalışanları ifşa edib.

YAZTV” xəbər verir ki, İsveçin ən nüfuzlu gündəlik “Svenska Dagblaget” qəzeti ölkəmizə qarşı qərəzli mövqenin əks olunduğu “Futbol üzrə Avropa çempionatının dörddəbir finalı təbliğat mənzərəsinin tərkib hissəsidir” sərlövhəli qərəzli məqaləyə Azərbaycan səfiri Zaur Əhmədovun cavab yazısını dərc edib.

Avropanın dırnaqarası demokratiyalarının 10 milyonluq Azərbaycan xalqının guya Avropanın böyük idman turnirinə ev sahibliyi etmək hüququna layiq olmaması ilə bağlı iftiraları ilə üzləşməkdən təəssüfünü bildirən Zaur Əhmədov ölkəmizə qarşı növbəti əsassız ittihamlarla dolu belə yazılarda yol verilən ayrı-seçkiliyin qəbuledilməz olduğunu bildirib.

 

“Ayrı-seçkilik xarakteri daşıyan əvvəlki yazı Azərbaycanın UEFA-nın üzvü olması, onun milli komandasının və klublarının qurumun himayəsi altında keçirilən müxtəlif yarışlarda müntəzəm çıxış etdiyini nəzərə almır. Məsələn, Azərbaycanın “Qarabağ” futbol klubu son 7 ildə Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində çıxış edib. İdman təsisatı olaraq UEFA-nın bəzi Avropa dairələrinin sırf siyasi və islamofob münasibətini nəzərə almaması tam normaldır”, - deyə məqalədə bildirilir.

Qeyd olunur ki, Azərbaycana qarşı qərəzli ifadələrin istifadəsinə heç bir halda bəraət qazandırıla bilməz. Belə ifadələrin işlədilməsi, habelə dünyanın gündən-günə daha çox ehtiyac duyduğu mədəniyyət və dinlər arasında dialoqun təşviqi ilə bağlı xalqların ümumi məqsədlərinə xidmət etmir.

Sonda səfir Zaur Əhmədov diqqətə çatdırır ki, Avropanın idman və mədəni tədbirlərinin təşkilində iştirak heç bir halda təbliğat kimi qiymətləndirilə bilməz. Heç kəs unutmamalıdır ki, belə tədbirlərin əksəriyyəti məhz Avropa İttifaqı ölkələrində keçirilir.

 

 
Prezident Nazarbayevi təbrik etdi

Prezident Nazarbayevi təbrik etdi

Prezident İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

YAZTV” xəbər verir ki, təbrik mətnində deyilir:

“Hörmətli Nursultan Abişeviç,

 Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Siz şərəfli bir ömür yolu keçərək Qazaxıstan Respublikasının rifahı, bugünkü səviyyəyə yüksəlməsi üçün var qüvvənizi sərf etmiş, ölkənizin beynəlxalq aləmdə layiqli yer tutmasına nail olmuş görkəmli dövlət xadimisiniz.

Azərbaycan ilə Qazaxıstanı xalqlarımızın ortaq tarixi və mənəvi dəyərlərindən qaynaqlanan dostluq və qardaşlıq telləri birləşdirir. Mən xalqlarımız və ölkələrimiz arasında bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində xidmətlərinizi yüksək qiymətləndirirəm. Eyni zamanda Türk Şurasının fəxri sədri kimi fəaliyyətinizi, türkdilli xalqlar arasında birliyin bərqərar olması naminə töhfənizi xüsusi qeyd etmək istəyirəm.

Atam Prezident Heydər Əliyevlə Sizin aranızda mövcud olmuş dərin hörmət və ehtiramı, səmimi dostluq münasibətlərini yüksək tutur, həmişə gözəl təəssüratlarla xatırlayıram.

Hörmətli Nursultan Abişeviç, bu əlamətdar gündə bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə işlərinizdə daim uğurlar diləyirəm”.

İlham Əliyevdən Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına MÜRACİƏT

İlham Əliyevdən Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına MÜRACİƏT

Prezident İlham Əliyev XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. 

YAZTV xəbər verir ki, müraciətdə deyilir:

“Hörmətli sammit iştirakçıları!

 Sizi səmimi qəlbdən salamlayır və “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə gerçəkləşdirilən növbəti Avrasiya İqtisadi Zirvə Toplantısının öz işinə başlaması münasibətilə təbrik edirəm.

Avrasiya iqtisadi zirvə toplantıları uzun illərdir uğurla sülh və dialoqu təşviq edir, qloballaşma dövründə yeni çağırışların müzakirə edildiyi bir platforma kimi Avrasiya regionunda əməkdaşlığın inkişafına hər zaman dəyərli töhfələr verir. Builki sammit “İnsanlık daha iyisini hak ediyor” (Bəşəriyyət daha yaxşısına layiqdir) devizi altında keçirilir və bunun da böyük rəmzi mənası var. Bəşəriyyətin rifahı, qlobal miqyasda bütün maraqların və siyasətlərin mərkəzində insan amilinin dayanması, insanların layiq olduğu bir dünyada yaşaması üçün bu gün hər birimiz məsuliyyət daşıyırıq. Pandemiya ilə bərabər dünyamız hazırda iqlim dəyişikliyindən irəli gələn çağırışlar, qlobal təhlükəsizliyə təhdid yaradan bir sıra risklərlə üz-üzədir. Bütün bu problemlər qlobaldır və onların həlli də yalnız qlobal əməkdaşlıqla mümkündür. İnsanlığı təhdid edən problemlər üzərində birgə çalışma, ədalətin təmini, regional əməkdaşlıq, bərabərsizliyin aradan qaldırılması yeni geosiyasi nizamın da başlıca şərtidir.

Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi. Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan–Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir. Ən önəmlisi isə hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu da Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün möhkəm təməl olaraq qalacaqdır.

İnanıram ki, bu toplantıda aparacağınız müzakirələr bəşəriyyətin rifahı naminə əməkdaşlıq üçün yeni perspektivlərin müəyyənləşməsində faydalı olacaqdır.

Zirvə Toplantısının işinə uğurlar arzulayıram”.

Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb

İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib

Anar Kərimov sabah Gürcüstana gedir

Anar Kərimov sabah Gürcüstana gedir

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov sabah Gürcüstana səfər edəcək.

YAZTV verir ki, o, Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani ilə görüşəcək.

Görüşdə iki ölkə arasında mədəni əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Nazir səfər çərçivəsində Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi, Nəriman Nərimanovun xatirə muzeyi və digər mədəniyyət ocaqlarına baş çəkəcək.

A.Kərimovun Gürcüstanın azərbaycanlı mədəniyyət xadimləri ilə görüşü də planlaşdırılıb. (publika az)

Müdafiə Nazirliyi Şeylanlıdan görüntülər yaydı - VİDEO

Müdafiə Nazirliyi Şeylanlıdan görüntülər yaydı - VİDEO

Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Şeylanlı kəndindən videogörüntülər yayıb.

YAZTV həmin görüntüləri təqdim edir.

https://www.youtube.com/watch?v=XEosZt-hj7c

MN: Azərbaycan Ordusunun atəş açması iddiaları yalandır

MN: Azərbaycan Ordusunun atəş açması iddiaları yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur".

YAZTV xəbər verir ki, bu barədə Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

"Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər", - nazirlikdən qeyd olunub.

İşğaldan azad edilən Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO

İşğaldan azad edilən Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Çullu kəndindən video yayıb. 

 Həmin görüntüləri təqdim edirik:
 
İşğaldan azad edilən Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO

İşğaldan azad edilən Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Çələbilər kəndindən video yayıb. 

Həmin görüntüləri təqdim edirik:

https://www.youtube.com/watch?v=hH4rRQfyI3w

 

Ermənilərin təcavüzü nəticəsində əmlakına ziyan dəymiş mülki əhaliyə yardım ödəniləcək

Ermənilərin təcavüzü nəticəsində əmlakına ziyan dəymiş mülki əhaliyə yardım ödəniləcək

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanla bağlı maddi yardım ödənilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Maliyyə Nazirliyinə 5 200 000 manat vəsait ayrılıb.

Salyanda yol tikintisinə 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Salyanda yol tikintisinə 6,8 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Salyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Salyan–Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.