Thursday, 23 Sentyabr 2021 19:10
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Sumqayıtda güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub

Sumqayıtda güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub

Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlət başçısına yeni layihə barədə məlumat verib.

Bildirilib ki, Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək.

Diqqətə çatdırılıb ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa olunmuş ilk layihəsi də Sumqayıt şəhərindədir. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Mənzillər, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektriklə təmin ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacaq.

Dövlət başçısı yeni yaşayış kompleksinin təməlini qoyub.

Qeyd edək ki, hazırda dünyada baş verən iqtisadi böhran fonunda ölkəmizdə bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə nə dərəcədə diqqət, qayğı və həssaslıqla yanaşmasının növbəti təzahürüdür. Bu, bir daha sübut edir ki, Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından bu layihə əhəmiyyəti ilə seçilir.

****

Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Elnur Kələntərova polkovnik rütbəsi verilib

Elnur Kələntərova polkovnik rütbəsi verilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərova yeni rütbə verilib.

YAZTV xəbər verir ki, bununla bağlı Xidmət rəisi Vüsal Hüseynov əmr imzalayıb.

Əmrə əsasən, E.Kələntərova polkovnik rütbəsi verilib.

Qeyd edək ki, E.Kələntərov ötən ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb. E.Kələntərov bu il “For Azerbaijan” Xeyriyyə Təşkilatının təşəbbüsü və dəstəyi, Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi ilə reallaşan“Qaliblər düşərgəsi”nin Əməliyyat Komitəsinin rəhbəri olub.

Azərbaycanda vətənpərvərliklə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda vətənpərvərliklə bağlı yeni qanun layihəsi hazırlanır

Azərbaycanda vətənpərvərliklə bağlı qanun layihəsi hazırlanır.

YAZTV-nin məlumatına görə, qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılıb.

"Vətənpərvərlik haqqında" qanun layihəsi hazırlandıqdan sonra payız sessiyasında müzakirəyə çıxarıla bilər.

Sumqayıtda 20 nömrəli tam orta məktəb istifadəyə verilib

Sumqayıtda 20 nömrəli tam orta məktəb istifadəyə verilib

Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub.

"YAZTV" xəbər verir ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbdə yaradılan şərait barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, əmək və hərbi təlim otaqları, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.

Qeyd edək ki, son illərdə dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən biri də bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsidir. Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə də yaradılan şərait Azərbaycanda təhsil sahəsinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasının əyani göstəricisidir. Paytaxtla yanaşı, digər şəhərlər də yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Bütün bu işlər həm də Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısının olduğunu göstərir. Bu da təsadüfi deyil. Çünki Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin bilikli və savadlı, yüksək intellektual potensiala malik yetişdirilməsidir.

****

Sentyabrın 3-də Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin binası istifadəyə verilib.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Rəsmi Bakı Ermənistana xəbərdarlıq etdi

Rəsmi Bakı Ermənistana xəbərdarlıq etdi

“Ermənistan Baş naziri və bu ölkənin Xarici İşlər Nazirliyinin 2 sentyabr 2021-ci il tarixində Azərbaycanın Qarabağ bölgəsində separatçılığın təşviq olunmasına xidmət edən bəyanatlarını qətiyyətlə pisləyirik”.

YAZTV” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan rəsmilərinin Azərbaycan ərazilərində separatçılığı qızışdıran bəyanatlarına dair şərhində bildirilib.

Qeyd olunub ki, Azərbaycanın tarixi və beynəlxalq hüquqi çərçivədə mövcud olan ərazilərinə qarşı əsassız iddialarından, tarixin saxtalaşdırılmasından əl çəkməyən, beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan, yürütdüyü təcavüz siyasət səbəbindən düşdüyü acınacaqlı vəziyyətdən nəticə çıxarmayan bir ölkənin heç bir çərçivəyə sığmayan bu davranışı yalnız xəstə təxəyyülün nəticəsidir:

 

“Ermənistan rəsmiləri istədikləri qədər tarixi faktları və hüququ yanlış təqdim etməyə çalışa bilərlər, lakin bu, həqiqətləri dəyişməyəcək. Qarabağ Azərbaycanın tarixi ərazisidir, beynəlxalq tanınmış ərazilərinin ayrılmaz tərkib hissəsidir.

Ermənistan hələ 1980-ci illərin sonlarından başlayaraq Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinə açıq iddialar irəli sürüb və təcavüzkar separatçılığı dəstəkləyib.

Məlumdur ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağın birtərəfli qaydada ayrılması sovet qanunlarına zidd idi və bu, hələ o zaman ali konstitusiya səviyyəsində təsdiqlənmişdi.

Öz müqəddəratını müəyyən etmək hüququna istinad edən Ermənistan rəsmiləri, 1991-ci ilin 10 dekabrında Qarabağda separatçıların keçirdiyi “müstəqillik referendumunun” muxtar vilayətin hüquqi baxımdan tərkib hissəsini təşkil etdiyi Azərbaycanın razılığı olmadan və bu bölgənin azərbaycanlı əhalisinin iştirakı olmadan keçirildiyini söyləmirlər.

Azərbaycanın Qarabağ bölgəsinin Ermənistan silahlı qüvvələri tərəfindən 30 ilə yaxın hərbi işğal altında saxlanıldığı, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının pozulduğu faktının üzərindən də erməni rəsmiləri susqunluqla keçirlər.

Bu və digər faktları, Ermənistanın əsassız və destruktiv mövqeyini, beynəlxalq təşkilatların qərarlarını uzun illər ərzində dəfələrlə rəsmi bəyanatlarımızda səsləndirdik.

Onilliklər ərzində münaqişəni danışıqlar yolu ilə həll etmək üçün strateji səbir nümayiş etdirdik. Təcavüz siyasətindən əl çəkməyən Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlanılan 44 günlük Vətən müharibəsi nəticəsində beynəlxalq ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik.

Bundan sonra Azərbaycan ərazilərinə qarşı hər hansı iddialarla çıxış etmək və ərazilərimizdə aqressiv separatçı meylləri qızışdırmaq cəhdləri tərəfimizdən qətiyyətlə alınacaq və lazımi şəkildə cavablandırılacaq.

Bölgədə yaranmış yeni reallıqlar fonunda Ermənistanın sərgilədiyi destruktiv davranşın nəinki heç bir perspektivi yoxdur, əksinə bu mövqe Ermənistanı səfalətə sürükləyir”.

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançımızı təbrik edib

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Vəli İsrafilovu təbrik edib.

YAZTV-nin məlumatına görə, dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.

Paylaşımda deyilir: "Qızıl medalçımız Vəli İsrafilovu inamlı qələbəsi münasibətilə səmimi qəlbdən təbrik edirəm!"

Prezident İlham Əliyev Sumqayıt Məhkəmə Kompleksinin açılışını edib

Prezident İlham Əliyev Sumqayıt Məhkəmə Kompleksinin açılışını edib

Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Ədliyyə naziri Fikrət Məmmədov kompleksdə yaradılan şərait barədə dövlət başçısına məlumat verib.

Qeyd edək ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Fərman bu sahədə mühüm "yol xəritəsi" olmaqla onun icrası ilə bağlı kompleks qanunvericilik və praktiki tədbirlər görülür. Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin və hakimlərin təminatı gücləndirilib. Bu sahədə infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində yeni məhkəmə bina və komplekslərinin inşası, onların ən müasir İKT qurğuları ilə təchizi xüsusi yer tutur. Sumqayıt Məhkəmə Kompleksinin inşası da bu istiqamətində icra olunan layihələrdən biridir. Bu, respublikamızda inşa olunan sayca dördüncü məhkəmə kompleksidir.

Kompleks Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində inşa olunub. Konseptual baxımdan yeni olan, öz funksionallığı ilə fərqlənən müasir Məhkəmə Kompleksi altı məhkəməni, o cümlədən Sumqayıt apellyasiya, inzibati, kommersiya və ağır cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı rayon məhkəmələrini əhatə edir. "Bir qapı" prinsipi ilə fəaliyyət göstərəcək məhkəmə kompleksi ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına xidmət edəcək.

Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması və şəffaflığın təmin edilməsi üçün "Femida" sistemi quraşdırılıb. Burada 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərəcək. Sumqayıt Məhkəmə Kompleksində yaradılmış müasir şərait təxminən 1 milyon 460 min əhaliyə yüksək səviyyədə məhkəmə xidmətləri göstərməyə imkan verəcək.

Prezident İlham Əliyevə ədliyyə və məhkəmə sahəsində tətbiq olunan növbəti rəqəmsal innovasiyalar barədə də məlumat verilib, bununla bağlı videoçarx nümayiş etdirilib.

Bildirilib ki, dövlət başçısının sosial ədalətə əsaslanan islahatlarına, eləcə də birinci xanım Mehriban Əliyevanın inklüziv cəmiyyətin inkişafı üzrə təşəbbüslərinə uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə ardıcıl tədbirlər görülür. Bütün bu işlər vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasına, onlara yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, şəffaflığın artırılmasına, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadın yüksəldilməsinə yönəlib.

****

Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət orqanlarında daxili idarəetmə proseslərinin elektronlaşdırılması ilə bağlı sənədə dəyişiklik edilib

Dövlət orqanlarında daxili idarəetmə proseslərinin elektronlaşdırılması ilə bağlı sənədə dəyişiklik edilib

Prezident İlham Əliyev “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

YAZTV xəbər verir ki, fərmanın 8.1-ci bənd ləğv edilib.

Sənədə əsasən, bu fərmanın 5-ci və 6-cı hissələrinə əsasən yaradılan daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tarifləri Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməlidir

Nazirlər Kabinetinə “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanının 10.3-2-ci bəndində nəzərdə tutulmuş tapşırığın icrasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etmək tapşırılıb.

Oktyabrın 1-dək bir doza ilə də restoran və mollara getmək olar

Oktyabrın 1-dək bir doza ilə də restoran və mollara getmək olar

Sentyabrın 1-dən etibarən iri ticarət mərkəzlərinə, mehmanxanalara, kafelərə, restoranlara və digər ictimai iaşə obyektlərinə giriş üçün vətəndaşlardan mütləq qaydada COVID-19 pasportu tələb olunur. Oktyabrın 1-dək iki dozadan birini qəbul etmiş şəxslər COVID-19 pasportunu təqdim etməklə ictimai iaşə obyektlərinə daxil ola biləcəklər.

YAZTV xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən etibarən isə yalnız hər iki vaksin dozasını qəbul etmiş şəxslər iri ticarət mərkəzlərinin, mehmanxanaların, kafelərin, restoranların və digər ictimai iaşə obyektlərinin xidmətlərindən yararlana biləcəklər.

 

Şahmar Mövsümov, həmçinin qeyd edib ki, açıq havada fəaliyyət göstərən restoran və kafelərə giriş üçün vətəndaşlardan COVID pasportu və ya immunitet sertifikatı tələb edilmir. İctimai nəqliyyatda isə COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur.

Xatırladaq ki, daha əvvəl DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, qeyd olunan xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş pasportla təmin olunan şəxslər istifadə edə bilərlər: “İctimai iaşə müəssisələrində, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş pasportla təmin olunan şəxslər istifadə edə bilərlər”.

Prezident İlham Əliyev Sumqayıtda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Sumqayıtda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.

YAZTV xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Ermənistan hələ də qonşuluq siyasətinə hazır olmadığını nümayiş etdirir - XİN

Ermənistan hələ də qonşuluq siyasətinə hazır olmadığını nümayiş etdirir - XİN

Ermənistan tərəfinin revanşist bəyanat və davranışları bu ölkənin hələ də beynəlxalq hüquq prinsiplərinə əsaslanan qonşuluq siyasətinə hazır olmadığını nümayiş etdirir.

YAZTV-nin məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan xarici işlər nazirinin “RİA” agentliyinə müsahibəsinə dair şərhində deyib.

L.Abdullayeva qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın RİA xəbər agentliyinə müsahibəsində rəsmi İrəvanın bu günədək sərgilədiyi ənənəvi beynəlxalq hüquqa zidd və Azərbaycana qarşı ərazi iddialarını əks etdirən mövqeyini təkrar edib. Erməni xarici işlər naziri Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazilərində aqressiv separatçılığı qızışdırmaqla, bəhs etdiyi “sülh və təhlükəsizlik strategiyasının” saxtakarlıqdan başqa bir şey olmadığını və bu ölkənin hələ də təcavüz siyasətindən əl çəkmədiyini açıq şəkildə göstərir.

Ermənistanın yeni xarici işlər nazirinin diqqətinə çardırırıq ki, Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüququn tələblərinə uyğun olaraq təmin edib və hazırda tərəflərin imzaladığı bəyanatların icrasının zamanıdır. Bu reallığı dərk etmək Ermənistan tərəfinin maraqlarındadır, çünki ölkə nəhayət yalan və xülyalara son verərək, gələcək inkişaf və tərəqqiyə köklənə bilər.

Ölkəmiz dəfələrlə beynəlxalq hüquq prinsipləri əsasında münasibətləri normallaşdırmaq tərəfdarı olduğunu bəyan edib. Ermənistan tərəfinin revanşist bəyanat və davranışları isə bu ölkənin hələ də beynəlxalq hüquq prinsiplərinə əsaslanan qonşuluq siyasətinə hazır olmadığını nümayiş etdirir".

İlham Əliyev Vyetnam Prezidentini təbrik edib

İlham Əliyev Vyetnam Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuka məktub ünvanlayıb. 

YAZTV” xəbər verir ki, məktubda deyilir: 

“Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 Ənənəvi Azərbaycan-Vyetnam dostluq əlaqələrinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr, iqtisadi və humanitar sahələrdə sıx təmaslar mövcuddur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz həmçinin çoxtərəfli formatda səmərəli əməkdaşlığımızla müşayiət olunur.

İnanıram ki, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram”.