Thursday, 23 Sentyabr 2021 18:01
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
“Erməni hərbçinin snayper tüfəngindən ölməsi məlumatı yalandır”

“Erməni hərbçinin snayper tüfəngindən ölməsi məlumatı yalandır”

Son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən atəşkəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayırlar.

"YAZTV" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

 Qeyd edilib ki, bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır. Bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb:

"Bildiririk ki, Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalıq və nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur". (qol az)

Azərbaycan və İran Xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İran Xarici işlər nazirləri arasında telefon danışığı olub

31 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, Nazir Ceyhun Bayramov, İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə həmkarını təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov, Azərbaycan və İran arasında dərin tarixi köklərə əsaslanan dostluq və əməkdaşlıq münasibətlərinin, geniş spektrli ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu vurğulayıb və iki ölkə tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.

Tərəflər, həmçinin regionda mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov, iranlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

 

 

Prezident İlham Əliyev Özbəkistan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Özbəkistan Prezidentini təbrik edib

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Qardaş Özbəkistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Ötən dövr ərzində Sizin müdrik rəhbərliyiniz altında Özbəkistanda sosial-iqtisadi tərəqqi və digər sahələrdə mühüm nailiyyətlərin əldə edilməsi qardaş dövlət olaraq bizi çox sevindirir.

Qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Özbəkistan münasibətlərinin mövcud vəziyyəti məmnunluq doğurur. Bu münasibətlərimiz siyasi, iqtisadi və mədəni əlaqələrimizin yüksək inkişaf səviyyəsi ilə səciyyələnir.

Əminəm ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində atdığımız birgə addımlar bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, qardaş Özbəkistan Respublikasına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları Şuşada səfərdədir

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları Şuşada səfərdədir

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları “Azərbaycana Media Tur” çərçivəsində işğaldan Şuşa şəhərinə səfər edib.

Səfər çərçivəsində xarici jurnalistlər Birinci Qarabağ müharibəsi dönəmində ermənilər tərəfindən güllələnmiş Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəyli və Bülbülün abidəsini ziyarət ediblər. Daha sonra isə Şuşa qalasında və Cıdır düzündə olublar.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.

Gələn ilin birinci yarısınadək azad edilmiş üç rayonda seysmik stansiyalar quraşdırılacaq

Gələn ilin birinci yarısınadək azad edilmiş üç rayonda seysmik stansiyalar quraşdırılacaq

"Gələn ilin birinci yarısına qədər Ağdam, Cəbrayıl və Kəlbəcərdə seysmik stansiyaların quraşdırılması nəzərdə tutulur".

Bunu  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, artıq seysmik stansiyaların quraşdırılması ilə bağlı plan hazırlanıb: "Tikintiyə başlamaq üçün avadanlıqlarımız da hazırdır. Hazırda sözügedən ərazidə minatəmizləmə prosesinin yekunlaşmasını gözləyirik. Bu stansiyalar yaşayış məkanlarından kənarda qurulur. Minatəmizləmə ilkin olaraq yaşayış məkanlarını əhatə etdiyinə görə gözləməli oluruq. Bu proses yekunlaşandan sonra Qarabağın 3 rayonunda keçmiş stansiyaların yerləşdiyi məkanlarda stansiyalar qurulacaq".

Q.Yetirmişli deyib ki, sonrakı mərhələlərdə Qarabağın 7 rayonunda da seysmik stansiyaların quraşdırılması planlaşdırılır: "Sözügedən rayonlarda əvvəlcədən seysmik stansiyalar olmayıb və ilk dəfə quraşdırılacaq. Ümumilikdə, plan Qarabağın 10 rayonunu əhatə edəcək və 2024-cü ilin sonuna qədər proses tamamilə yekunlaşacaq".

Qazax Rayon Polis Şöbəsinin rəis müavini işdən azad edilib

Qazax Rayon Polis Şöbəsinin rəis müavini işdən azad edilib

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini işdən azad edilib.

YAZTV-nin xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Report”a faktı təsdiqləyib.

Parlamentin payız sessiyasının ilk plenar iclasının vaxtı…

Parlamentin payız sessiyasının ilk plenar iclasının vaxtı…

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.

YAZTV xəbər verir ki, parlamentin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır.

Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Bu il sentyabrın 30-u cümə axşamına düşdüyündən, yəni iş günü olduğundan sessiyanın ilk iclası da həmin tarixdə baş tutacaq.

3 rayona yeni polis rəisi təyin edildi

3 rayona yeni polis rəisi təyin edildi

Daxili işlər orqanlarında yeni kadr təyinatları olub.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) rəisi Eldar İlyasov vəzifəsindən azad edilərək, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rəis, Səbail RPİ-nin rəisi Cavid Muradov vəzifəsindən azad olunaraq, Sabunçu RPİ-nə rəis təyin edilib.

Bundan başqa, Samux RPŞ-nin rəisi Polad Qarayev vəzifəsindən azad edilərək, Cəlilabad RPŞ-nə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib

Ulu öndər Heydər Əliyevin Şuşa ilə bağlı sözləri birinci xanım Mehriban Əliyevanı kövrəltdi (VİDEO)

Ulu öndər Heydər Əliyevin Şuşa ilə bağlı sözləri birinci xanım Mehriban Əliyevanı kövrəltdi (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edib.

YAZTV xəbər verir ki, açılış mərasimində iştirakçılara təqdim olunan videoçarx birinci xanımı kövrəldib. Belə ki, görüntülərdə Ulu öndər Heydər Əliyevin Şuşaya getməklə bağlı arzusunu dinləyən Mehriban Əliyeva eynəyinin altından göz yaşlarını silib.

https://www.youtube.com/watch?v=qwop5x1zUuA

Füzulidən Cəbrayıla gedən yol birinci mərhələ üzrə minalardan tam təmizlənib - ANAMA

Füzulidən Cəbrayıla gedən yol birinci mərhələ üzrə minalardan tam təmizlənib - ANAMA

Hazırda durduğumuz ərazi Füzulinin Qarğabazarı kəndidir. Burada Füzulidən Cəbrayıl rayonuna gedən yolun minalardan təmizlənməsini həyata keçiririk. Sahənin birinci mərhələsi (3.4 kilometr) artıq yekunlaşıb və istifadə üçün təhvil verilib. Orada artıq müəyyən işlər aparılır, yollar çəkilir.

Bunu  Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) supervayzeri Natiq Əsədov deyib.

Onun sözlərinə görə, sözügedən sahənin ikinci hissəsinin uzunluğu 4.5 kilometrdir: "Eyni zamanda, bu sahədə 316 min kv/m olan yekun sahənin 289 mini təmizlənib və bu sahədə 174 ədəd partlamamış sursat tapılıb. Həmçinin, bu sahənin 3-cü mərhələsi də var. Bu isə Yal Pirəhmədli sahəsidir, onun da uzunluğu 4.5 kilometrdir. Bu sahə ümumi olaraq 390 min kv/m-dir. Burada da işlər yekunlaşmaq üzrədir. Təxminən bir həftə ərzində işləri başa çatdıracağıq".

Xatırladaq ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanları “Azərbaycana Media Tur” çərçivəsində işğaldan azad olunan ərazilərdə səfərdədir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Serbiya və Bosniya və Herseqovinadan olan 20-dən artıq xarici jurnalist iştirak edir. Məqsəd işğal zamanı ermənilər tərəfindən Azərbaycan ərazisində törədilən vəhşiliklər, dağıdılan tarixi abidələr və yerlə yeksan olunan yaşayış əraziləri barədə KİV nümayəndələrinin məlumatlandırılmasıdır.

Üçgünlük səfər zamanı xarici jurnalistlər Füzuli, Cəbrayıl, Şuşa və Gəncədə olacaqlar. (trend az)

Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən FHN işçiləri medallarla təltif edildi - SƏRƏNCAM

Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən FHN işçiləri medallarla təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb

YAZTV xəbər verir ki, Sərəncamla Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində və fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı əməkdaşları təltif edilirlər:

“İgidliyə görə” medalı ilə

Mirzəyev Etibar Böyükbəy oğlu – general-leytenant

Həsənov Məhərrəm İmamqulu oğlu – general-mayor

Kərimov Emil Kərim oğlu – polkovnik-leytenant

Qlıçov Emil Cəmiyeviç – mayor

Təhməzov Nahid Aydın oğlu – kapitan

Əkbərov Cəlal Mirzəbala oğlu – baş gizir

Əliyev Elnur Qaçay oğlu – daxili xidmət baş çavuşu

Əliyev Samir Savalan oğlu – daxili xidmət baş çavuşu

Abbasov Eyvaz Əjdər oğlu – mülki işçi

Cəfərov Zəfər İdris oğlu – mülki işçi

Əliyev Faiq Sabir oğlu – mülki işçi

Hüseynov Telman Səfər oğlu – mülki işçi

Kolmıkov Viktor İvanoviç – mülki işçi

Qəhrəmanov Cavid Əkrəm oğlu – mülki işçi

“Hərbi xidmətlərə görə” medalı ilə

Əliyev Ələsgər Nəcəf oğlu – polkovnik

Həsənov Anar Şükür oğlu – polkovnik-leytenant

Xəlilli Məmməd İsfəndiyar oğlu – polkovnik-leytenant

Hüseynov Bəhruz Elxan oğlu – mayor

Şixəliyev Vüqar Məmməd oğlu – mayor

Abbasov Nurlan İsmayıl oğlu – kapitan

Allahverdiyev Elməddin Sərəddin oğlu – kapitan

Eyvazov Qurban Əbülfət oğlu – tibb xidməti kapitanı

Əhmədov Nuriddin Abbas oğlu – kapitan

Hüseynov Zaur Sahib oğlu – kapitan

İbrahimov Qəzənfər Surxay oğlu – kapitan

Məmmədov Rauf Həbib oğlu – kapitan

Əliyev Hüseyn Sadıq oğlu – baş leytenant

Kərimov Rahib Əsgər oğlu – baş leytenant

Qocayev Elvin Novruz oğlu – baş leytenant

Məmmədov Səmədağa Məmmədağa oğlu – baş leytenant

Rzalı Samir Adıgözəl oğlu – baş leytenant

Səfəralıyev Səfəralı Hacəddin oğlu – baş leytenant

Ağayev Allahverdi Sabir oğlu – leytenant

Bayramov Rüstəm Çingiz oğlu – leytenant

Əliyev Rizvan Rəhman oğlu – leytenant

İbrahimov Eldəniz Hilal oğlu – leytenant

İsmayılov Ələskər Fərman oğlu – leytenant

Bayramov İsmayıl Novruz oğlu – gizir

Eyvazlı Elmir Qafqaz oğlu – gizir

Əkbərli Kamal Elçin oğlu – gizir

Həsənov Arzuman Arzu oğlu – gizir

Hüseynov Səbuhi Yuris oğlu – gizir

İmanov Zahir İsmayıl oğlu – gizir

Mahmudov Sahil Murad oğlu – gizir

Məmmədov Rəvan Bayram oğlu – gizir

Musayev Vüqar Zülfüqar oğlu – gizir

Nəsirov Xəyal Elçin oğlu – gizir

Ramazanov Orxan Rasim oğlu – gizir

Ramazanov Tahir Aşur oğlu – gizir

Səfərov Nazim Zahid oğlu – gizir

Süleymanzadə Əhməd Şakir oğlu – gizir

Bədəlzadə Nurlan Polad oğlu – kiçik gizir

Məhəmmədov Ramin Həbib oğlu – kiçik gizir

Yusifov İlqar Yusif oğlu – kiçik gizir

Salamov Rövşən Bəybala oğlu – baş çavuş

Cəfərov İsmayıl Qadir oğlu – çavuş

Qarayev Rəşad Mərdan oğlu – çavuş

2-ci dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə

Nəbiyev Xudat Allahverdi oğlu – daxili xidmət polkovniki

Dünyamalıyev Rəşad İsmayıl oğlu – daxili xidmət polkovnik-leytenantı

Ələsgərov Elçin Rasim oğlu – daxili xidmət polkovnik-leytenantı

3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında
xidmətdə fərqlənməyə görə” medalı ilə

Bağışov Nəzər Zayid oğlu – daxili xidmət polkovniki

Əliyev Azad Arif oğlu – daxili xidmət polkovniki

Xudiyev Rza Xudu oğlu – daxili xidmət polkovniki

Ağayev Saleh İldır oğlu – daxili xidmət polkovnik-leytenantı

Bayramov Rəşad Xıdır oğlu – daxili xidmət polkovnik-leytenantı

Nəsibov İlqar Vüqar oğlu – daxili xidmət polkovnik-leytenantı

Abdullayev Abdulla Əjdər oğlu – daxili xidmət mayoru

Cəbrayılov Elçin Namiq oğlu – daxili xidmət mayoru

Dəmirov Sərxan Adil oğlu – daxili xidmət mayoru

Həsənli Xalid Şahin oğlu – daxili xidmət mayoru

Məmmədov Elçin Şahsevər oğlu – daxili xidmət mayoru

Niyazov Sənan Nizami oğlu – daxili xidmət mayoru

Əsgərov Murad Hafiz oğlu – daxili xidmət kapitanı

Gəncəliyev Şəmsəddin Qəşəm oğlu – daxili xidmət kapitanı

Əkbərov Vahab Sadıq oğlu – daxili xidmət leytenantı

Cəfərov Xəqani Məhərrəm oğlu – daxili xidmət giziri

Babayev Ağa Bala Valeh oğlu – daxili xidmət kiçik giziri

Əliyev Azər Akif oğlu – daxili xidmət baş çavuşu

Hüseynov Seyran Fikrət oğlu – daxili xidmət baş çavuşu

İsmiyev Mustafa Cəlal oğlu – daxili xidmət baş çavuşu

Qurbanov Elvin Nadir oğlu – daxili xidmət baş çavuşu

Məmmədov Hafiz Asif oğlu – daxili xidmət baş çavuşu

Məmmədov Qılman Məhəmməd oğlu – daxili xidmət baş çavuşu

Məmmədov Rüstəm Vilayət oğlu – daxili xidmət baş çavuşu

Nəsirov Rəşad Allahverən oğlu – daxili xidmət baş çavuşu

Paşayev Əlisgəndər Tahir oğlu – daxili xidmət baş çavuşu

Rəhmanov Telman Mətləb oğlu – daxili xidmət baş çavuşu

Sadıqov Elçin Nizami oğlu – daxili xidmət baş çavuşu

Abasov Tomar Əliağa oğlu – daxili xidmət çavuşu

Ağayev Mircəlil Mirzə oğlu – daxili xidmət çavuşu.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada sərgilər açılıb

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada sərgilər açılıb

Vaqif Poeziya Günləri çərçivəsində avqustun 30-də Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilərin açılışı olub.

YAZTV xəbər verir ki, hər üç sərgidə nümayiş olunan qiymətli sənət nümunələri dünənlə bu günün vəhdətini yaratmaqla yanaşı, xalqımızın bənzərsiz sənətkarlıq xüsusiyyətlərini nümayiş etdirirdi. Burda nümayiş olunan hər fotoşəkil, hər rəsm əsəri, hər xalı nümunəsi təkcə dünən deyildi, həm də sabaha ünvanlanmış bir ismarış idi. Bu əsərlər tariximizin bir parçası olmaq şansını qazanmış sənət inciləri olmaqla yanaşı, onu yaradan sənətkarların timsalında xalqımızın nəyə qadir olduğunu, istedadını göstərir. Bəlkə də elə bu səbəbdən idi ki, hər bir iştirakçı bu sənət nümunələrinə baxmaqdan doymurdu, təkrar-təkrar baxaraq hər rəngdə, hər ilmədə nələrisə duymağa, nələrisə kəşf etməyə çalışırdı. Axı rənglər də bir yaddaşdır, silinməyən, solmayan, unudulmayan bir yaddaş. Bu sərgilər bizə bizim yaddaşımızdan, kimliyimizdən, hansı xüsusiyyətlər və nələrə sahib olmağımızdan xəbər verirdi.

Qonaqların ilk tanış olduğu sərgi “Yaddaş. Fotoqrafik tarix” adlanırdı. Vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası olan və ölkə əhəmiyyətli memarlıq abidəsi sırasında olan binada Yaradıcılıq Mərkəzi yaradılıb. Hazırda Yaradıcılıq Mərkəzində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Yaddaş. Fotoqrafik tarix” sərgisi nümayiş olunur. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrinə qarşı vandalizm həyata keçirmiş, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilmiş, bir sıra rayon və şəhərlər yerlə-yeksan edilmişdir.

“Yaddaş. Fotoqrafik tarix”

Ziyarətçilərə məlumat verildi ki, fotosərgidə çinar meşələri ilə məşhur olmuş Zəngilan rayonunun təbiət mənzərələrini, Qafqazın sənət məbədi olan Şuşa şəhərinin tarixi məscidi, məqbərə, bulaq və abidələrini, Qubadlı rayonunun tarixi körpü və ibadətgahlarını, Kəlbəcərin mənzərələrini, İstisu mineral bulağını, Xocavənd rayonunun maddi-mədəniyyət nümunələrini, Cəbrayıl rayonunun Xudafərin körpüsü və tarixi abidələrini, eləcə də Qarabağın digər mənzərələrini əks etdirən eksponatlar yer alıb.

Bununla yanaşı, sərgidə tanınmış fotoqraf Yakov Xalipin 1937-ci ildə Şuşa şəhərinə, Daşaltı kəndinə, Turşsu qəsəbəsinə səfəri zamanı çəkilmiş müxtəlif arxiv fotolar da nümayiş olunur. Sərgidə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər, dağıntılara dair fotolar yer alıb.

Sərgi zalında təqdim olunan videoçarx da izləyicilərə rayon və şəhərlərimizin işğaldan əvvəl və işğaldan sonrakı vəziyyətini çatdırırdı. Eyni zamanda, Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhalimizə qarşı törədilmiş cinayətləri əks etdirən fotolar nümayiş olunurdu.

“Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir”

Şuşada yaradılan Rəsm Qalereyasında isə “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” sərgisi təqdim edildi. Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. İşğal dövründə talan olunmuş muzeylərdə Azərbaycana məxsus tarix və mədəniyyətin qiymətli nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olmuşdur. Sözügedən məhv edilmiş xəzinələr təkcə Azərbaycanın deyil, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.

Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri bizi sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahət etdirirdi. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünya görüşünə böyük təsir etmişdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib.

60-dan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” əsərləri, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.

Bu sənət incilərinə baxanlar sırasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli də vardı. O, bu unikal sənət incilərinin tariximizin ayrılmaz bir parçası olduğunu vurğulayıb, qısa bir zamanda Şuşada təşkil olunan belə tədbirlərin böyük tarixi əhəmiyyət daşıdığını bildirərək, bu günlərin şahidi olmasından qürur duyduğunu söyləyib: “Xoşbəxtəm ki, bu gün bu tədbirdə iştirak edirəm. Xoşbəxtəm ki, mayın 13-də “Xarıbülbül” festivalında iştirak etmişəm. Şuşa hər bir azərbaycanlı üçün unikal bir şəhərdir. Bütün şəhərlər bizim üçün doğmadır, Naxçıvan da, Kəlbəcər də, Tərtər də, Zəngilan da. Amma Şuşa özlüyündə nadirdir və onun öz yeri var. Ziyalılarla birlikdə bu gözəl tədbirdə iştirak etmək mənim üçün böyük bir şərəfdir”.

“Yenidən doğma diyarda. Qarabağın sənət inciləri”

Heydər Əliyev Fondu tərəfindən Şuşada bərpa və təmir olunaraq yaradılan Xalçaçılıq qalereyasında isə “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi açılmışdı.

Fondun təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Milli Xalça Muzeyinin təqdimatında xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunurdu. Sərgidə, həmçinin Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri yer alıb.

Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti I Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından təxliyə edilib.

Burada əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Onlara maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar – “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır.

Sərgiləri böyük maraqla izləyən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bu sənət nümunələrinin bənzərsizliyindən və xalqımıza məxsus böyük sənət nümunəsi olduğundan söz açıb. Xalq rəssamı fikirlərini belə ümumiləşdirib: “Şuşa xalçalarını yenidən burada görmək bizdə qürur hissi yaşadır. Şuşa xalçaları doğrudan da möcüzədir. Bu gün biz hədsiz xoşbəxtik. Görürük ki, nə qədər böyük işlər görülüb. Biz doğrudan da yeni həyat yaşayırıq, Vətən müharibəsində Qələbə və bu gün aparılan bərpa işləri bizi bir millət kimi yeni mərhələyə qaldırır. Bir daha Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu günü bizə yaşatdıqları üçün təşəkkür edirəm”.

Beləliklə, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradırdı.