Monday, 30 Yanvar 2023 05:59
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

“İclasımız tarixi gün ərəfəsində keçirilir. Bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 30 il ötür”.

YAZTV-nin xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, həmin vaxt ölkəmizin qarşısında duran ən vacib məsələlərdən biri dəyişən şəraitə uyğun dövlət quruculuğu yaratmaq idi: “Həmin dövrdə hərc-mərclik, hakimiyyət davası dövləti idarəedilməz hala gətirmişdi. Erməni silahlı birləşmələri fürsətdən istifadə edərək işğalı günü-gündən genişləndirirdi. 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı xilas etdi. Xilaskarlıq missiyasını yerinə yetirmək yolunda onun fəaliyyəti bu binadan başlamışdı”.

Spiker bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə söz sahibi olan qüdrətli dövlətdir: “Əminliklə demək olar ki, qarşıdakı dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq”.

S.Qafarova təklif edib ki, Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.

Deputatlar sədrin təklifini dəstəkləyiblər.

Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

Xəbər verdiyimiz kimi, bu gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

YAZTV xəbər verir ki, Müdafiə Nazirliyi bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərib.

“Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır.

Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsd gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək”, - nazirlikdən bildirilib.

Azərbaycanda əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb

Azərbaycanda əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb

Azərbaycanda əks-göstəriş sertifikatı alanların sayı açıqlanıb.

YAZTV-nin sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, bugünə qədər ümumilikdə 20 minə yaxın şəxsin müraciətinə müsbət cavab verilib.

Həmin vətəndaşlar əks-göstəriş sertifikatı alıblar.

İstanbulda Türk Şurasının mediaforumu keçiriləcək

İstanbulda Türk Şurasının mediaforumu keçiriləcək

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu keçiriləcək.

YAZTV xəbər verir ki, tədbirdə Türk Şurasına üzv ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi dövlət Macarıstanla yanaşı Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan media nümayəndələri, akademiklər, dövlət qurumları və təşkilatlarının yüksək vəzifəli şəxsləri, sosial media fenomenləri, universitet tələbələri olmaqla 250 nəfərin iştirakı gözlənilir.

Tədbirin oktyabrın 22-dən 24-dək keçirilməsi nəzərdə tutulur.

Ceyhun Bayramov Lavrovla görüşdü

Ceyhun Bayramov Lavrovla görüşdü

Bu gün Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Bu barədə YAZTV-yə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.

Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ramil Usubov: "Azərbaycan və Türkiyə arasında müttəfiqlik və strateji tərəfdaşlıq ən yüksək səviyyəyə qalxıb"

Ramil Usubov: "Azərbaycan və Türkiyə arasında müttəfiqlik və strateji tərəfdaşlıq ən yüksək səviyyəyə qalxıb"

"Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlər bu gün qardaş ölkələrin prezidentlərinin rəhbərliyi ilə müttəfiqlik və strateji tərəfdaşlıq ən yüksək səviyyəsinə qalxıb".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlu ilə görüşdə deyib.

R.Usubov Vətən müharibəsinin ilk anlarından qardaş Türkiyənin qətiyyətli siyasi və mənəvi dəstəyinin, münaqişənin ədalətli həlli ilə bağlı ortaya qoyduğu qəti və birmənalı mövqeyinin xalqımızın haqq işinin Zəfərlə başa çatmasında çox mühüm rol oynadığını qeyd edib.

Qeyd edək ki, səfər Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran aktual məsələlərin müzakirəsi məqsədilə həyata keçirilib.

Müdafiə Nazirliyi vətəndaşlara MÜRACİƏT ETDİ

Müdafiə Nazirliyi vətəndaşlara MÜRACİƏT ETDİ

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - nazirlikdən qeyd edilib

Prezident Abşeronda yol tikintisinə 3,3 milyon manat ayırıb

Prezident Abşeronda yol tikintisinə 3,3 milyon manat ayırıb

Prezident İlham Əliyev "Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, Sərəncamla Bakı–Şamaxı–Yevlax (33 km)–Pirəkəşkül avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,3 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib

Peru Konqresi Azərbaycanın Anım Günü ilə əlaqədar bəyanat qəbul edib

Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən  verilən məlumata görə, sənəddə 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin təxribatçı addımlarına qarşı cavab tədbirləri gördüyü və beləcə həmin ölkənin təcavüzkar siyasətinə son qoyan 44 günlük Vətən müharibəsinin başlandığı bildirilir.

Bəyanatda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən təxminən 30 illik işğalından sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyi və bir milyona yaxın azərbaycanlı məcburi köçkünün fundamental hüquqlarını təmin edərək öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratdığı qeyd olunur.

Ardınca 27 sentyabrda qardaş ölkə Azərbaycanın Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş əsgər və zabitlərinin xatirəsini yad etmək üçün ölkə prezidenti İlham Əliyevin sərəncamı əsasında elan edilmiş Anım Gününü qeyd etdiyi söylənilir və ölkə tarixində yeni dövrün başlanğıcını qoyduğu, bölgədəki reallıqları dəyişdiyi və beynəlxalq ədaləti bərpa etdiyi üçün “Anım Günü”nün Azərbaycanda olduqca əlamətdar tarix hesab olunduğu deyilir.

Sonda Azərbaycan xalqına Vətəninin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram olaraq başsağlığı ifadə edilir.

XİN şəhid olan hərbçimizlə bağlı məlumat yaydı

XİN şəhid olan hərbçimizlə bağlı məlumat yaydı

“Bu gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu həlak olub. Bu terror-təxribat əməlini kəskin şəkildə qınayırıq”.

YAZTV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir:

“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir”.

Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix açıqlanıb

Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

YAZTV “HaberGlobal”a istinadən xəbər verir ki, səfər noyabrın 8-də - Qarabağ Zəfərinin birinci ildönümündə baş tutacaq.

“Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir”, - məlumatda bildirilib.

Əliyevlə Ərdoğan Füzuli aeroportunu bu tarixdə açacaqlar

Əliyevlə Ərdoğan Füzuli aeroportunu bu tarixdə açacaqlar

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Füzuliyə səfər edəcəklər.

YAZTV “Habertürk”ə istinadən xəbər verir ki, Prezidentlər Şuşa şəhərinin azad olunmasının birinci ildönümündə Füzuli hava limanının açılışını edəcəklər.

Qeyd edək ki, oktyabrın 5-i Bakıdan uçan “AZAL”a məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək, işğaldan azad olunmuş Qarabağın ilk hava limanında, Füzuli beynəlxalq hava limanında eniş edib. Bununla yanaşı, elə həmin gün Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” tipli hava gəmisi Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.

 

Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edir. Füzuli beynəlxalq hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib.