Wednesday, 30 Noyabr 2022 10:25
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Dövlət başçısı Hadrutda yol tikintisi ilə tanış olub

Dövlət başçısı Hadrutda yol tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-HadYAZTVrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub.

YAZTV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

Goranboyda məmur iş otağında qətlə yetirildi

Goranboyda məmur iş otağında qətlə yetirildi

Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) binasında qətl baş verib. 

Goranboy rayon prokurorluğundan  verilən məlumata görə, oktyabrın 8-i saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin Mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Nazir Ramiz Zeynalovun bacısı oğlunu İŞDƏN ÇIXARDI

Nazir Ramiz Zeynalovun bacısı oğlunu İŞDƏN ÇIXARDI

Tovuz rayonunda yerləşən 10 saylı Regional İmtahan-Qeydiyyat və Texniki Baxış Şöbəsinin ("MERO") rəisi Xəqani Əsgərov vəzifəsindən azad edilib.

YAZTV bildirir ki, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, X.Əsgərov təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Vüqar Orucov təyinat alıb. Qeyd edək ki, V.Orucov bu təyinatadək Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Xəqani Əsgərov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun bacısı oğludur.

Prezident İlham Əliyev Salome Zurabişviliyə başsağlığı verib

Prezident İlham Əliyev Salome Zurabişviliyə başsağlığı verib

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə başsağlığı verib.

YAZTV xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Hörmətli xanım Prezident,

Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

YAZTV-nin xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışında iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışında iştirak ediblər

Oktyabrın 7-də Bakı Zooloji Parkının yenidənqurmadan sonra açılışı olub.

YAZTV  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub.

Azərbaycan XİN-dən Hadrut paylaşımı

Azərbaycan XİN-dən Hadrut paylaşımı

Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində ötən ilin bu günü işğaldan azad edilən Hadrut qəsəbəsi ilə bağlı paylaşım edilib.

YAZTV xəbər verir ki, paylaşımda deyilir:

“9 oktyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Hadrut qəsəbəsində üçrəngli bayrağımızı ucaltdı”.

Zakir Həsənov Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ilə görüşüb

Zakir Həsənov Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ilə görüşüb

Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb.

Ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor Z.Yalçın Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu vurğulanıb. Bildirilib ki, bu əlaqələr yüksələn xətt üzrə inkişaf edir.

Tərəflər, həmçinin regiondakı hərbi-siyasi vəziyyəti, hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Prezident İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Pakistan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Arif Alviyə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, ölkənizin Bəluçistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Böyük qayıdış Cəbrayıldan başlayıb

Böyük qayıdış Cəbrayıldan başlayıb

Hərb tariximizə qızıl hərflərlə yazılan şanlı Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad edilməsi ilə nəticələndi. Bu böyük qələbənin və Qarabağa böyük qayıdışın başlanğıcı idi.

Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olundu. Və biz cəbhədən gələn hər qələbə xəbərini nəfəs almadan dinləyir, düşmənin məhv olan texnika və canlı qüvvəsinin videogörüntüsünü gördükcə qisasın qiyamətə qalmadığını görürdük. Hər bir azərbaycanlı eyni hissləri keçirirdi - Xocalı, Kəlbəcər, Zəngilan və ümumilikdə öz yurdundan didərgin, şəhid düşənlər! Qanınız yerdə qalmır deyirdik! Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi. Prezident müraciətində oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, Cəbrayıl rayonunun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğalına da son qoyulduğunu bildirdi.

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon idi və nə xoşbəxt xalqıq ki, bu bütöv Qarabağın azad olunması ilə nəticələnən bir savaş oldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. Artıq 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşmüşdür.

Müharibədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında “Cəbrayılın azad olunmasına görə” medalı təsis olundu. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər. Bu mənim üçün də bir qürur mənbəyidir, çünki bu təltif olunanlar içərisində mənim ailəmin də payı vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il oktyabrın 4-də azad Cəbrayıla səfər etmiş, bir sıra tədbirlərdə iştirak etmiş, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoymuşdur. Görüşdə çıxış edən dövlət başçımızın müraciəti hər bir cəbrayıllının ürəyini fərəh hissi ilə doldurur: “Cəbrayıllılarla müzəffər Ordumuzun Qələbəsindən sonra ilk görüşümdür və bu görüşü məhz oktyabrın 4-də keçirmək xüsusi məna daşıyır. Çünki düz bir il əvvəl məhz oktyabrın 4-də Azərbaycan Ordusu Cəbrayıl şəhərini işğalçılardan azad etdi və bu gün bu şanlı tarixi birlikdə qeyd etmək üçün mən cəbrayıllıları onların öz yurduna, vətəninə dəvət etdim. Ona görə “Cəbrayıla xoş gəlmisiniz” demək sözləri ilə öz çıxışıma başlayıram. Amma əminəm ki, bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər”. Çıxışına davam edən dövlət başçımız Cəbrayılın azad olunmasının böyük əhəmiyyətini vurğuladı: “Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. Çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir. Cəbrayıllılar yaxşı bilirlər ki, müharibənin ilk günündə Cəbrayılın iki kəndi işğalçılardan azad edilmişdir – Böyük Mərcanlı və Nüzgar kəndləri, Füzuli rayonunun 4 kəndi bizim birinci uğurumuz idi. Amma ondan sonra bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Oktyabrın 4-də cəbrayıllıları və bütün Azərbaycan xalqını mən bu xoş müjdə ilə sevindirmişdim - Cəbrayıl şəhəri azad edilmişdir! Bir il bundan əvvəlki dövrə qayıtsaq Qələbəmizin əzəmətini bir daha görərik. Çünki müharibə getdiyi zaman, əlbəttə, bizim gündəlik fəaliyyətimiz qələbəni möhkəmləndirmək, işğal edilmiş bütün torpaqları azad etməkdən ibarət idi. Yəni, əldə edilmiş uğurları təhlil etmək üçün heç vaxt yox idi və buna heç gərək də yox idi. Amma bu gün müharibədən və Cəbrayılın azad olunmasından bir il keçməsindən sonra bunu daha dəqiq və aydın təhlil edərkən görürük ki, bu Qələbənin çox böyük əhəmiyyəti olmuşdur. Eyni zamanda, məhz burada, bu ərazidə düşmən bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Bizim əsgər və zabitlərimiz, sözün əsl mənasında, ölümə gedirdilər. Biz şəhidlərimizin canı-qanı bahasına öz doğma torpaqlarımıza qayıtmışıq. Fürsətdən istifadə edərək bir daha əziz şəhidlərimizin xatirəsini yad etmək istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Mehriban Aslanova
Azərbaycan Texnologiya Universitetinin Qida mühəndisliyi və ekspertiza kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib.

YAZTV-nin xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində COVID-19 infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti noyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, bu müddət sentyabrın 1-də başa çatmışdı.

Bu hərbçilər təltif edildi - Siyahı

Bu hərbçilər təltif edildi - Siyahı

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sənədə əsasən, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

 

“İgidliyə görə” medalı ilə

 

Abdullayev Cəsarət Ramazan oğlu – mayor

 

Gəncəliyev Həsən Altay oğlu – kapitan

 

Abduləzimov Əli Xanlar oğlu – tibb xidməti baş leytenantı

 

Hacıyev Pərviz Əskər oğlu – baş leytenant

 

İsmayılov Elmar Elnur oğlu – baş leytenant

 

Salahov Gündüz Vəliyəddin oğlu – baş leytenant

 

Yusifli Seymur Şəmistan oğlu – baş leytenant

 

Zeynalov Elvin Elman oğlu – baş leytenant

 

Quliyev İlkin Məstan oğlu – leytenant

 

Ağaliyev Kamran Məmmədağa oğlu – baş gizir

 

Seyidov Mirbağır Miryaqub oğlu – baş gizir

 

Ağayev Şəhram Hilal oğlu – gizir

 

Həşimov Sahil Nağı oğlu – gizir

 

Mahmudzadə Tural Nazim oğlu – gizir

 

Məhərrəmov Cahangir Çingiz oğlu – gizir

 

Hüseynov Vasif Vahid oğlu – baş çavuş

 

Məmmədov Vüqar Məmməd oğlu – əsgər

 

Musayev Rövşən Nail oğlu – əsgər

 

Rzayev Qafar Tofiq oğlu – əsgər

 

 

 

“Hərbi xidmətlərə görə” medalı ilə

 

Nəsirli Səməd Yaşılxan oğlu – baş leytenant

 

Saqizadə Məhəmməd Elman oğlu – baş leytenant

 

Abdunov Saleh Valeh oğlu – çavuş

 

Əcəmov Zaur Zabil oğlu – çavuş

 

Əliyev Vüsal Qurbanxan oğlu – çavuş

 

Həsənov Rusif Yusif oğlu – çavuş

 

Kərimov Alik Kərim oğlu – çavuş

 

Mirzəmətov Vadim Mihman oğlu – çavuş

 

Baxşiyev Elman Əlhüseyn oğlu – kiçik çavuş

 

Familzadə Əliheydər Ədalət oğlu – kiçik çavuş

 

Həziyev Pilağa Bəfalı oğlu – kiçik çavuş

 

Qəhrəman Elmir Elnur oğlu – kiçik çavuş

 

Musayev İsmət Cəlil oğlu – kiçik çavuş

 

Şabutov Şabut Sakit oğlu – kiçik çavuş

 

Paşayev Seymur Silduz oğlu – baş əsgər

 

Bayramov Ağabala Bəhram oğlu – əsgər

 

Əzizov Pərviz Qubad oğlu – əsgər

 

Muradov Zahid Məmməd oğlu – əsgər

 

Tahirov Çingiz Abdulla oğlu – əsgər

 

Tarıverdiyev Fariz Əfqan oğlu – əsgər.