Wednesday, 30 Noyabr 2022 12:10
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan Qırğızıstana yeni səfir təyin edib

Azərbaycan Qırğızıstana yeni səfir təyin edib

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

YAZTV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, L.Qəndilov bu ilin iyulunda Azərbaycanın Belarusdakı səfiri vəzifəsindən geri çağırılmışdı.

Prezident Petr Mixalkonun etimadnaməsini qəbul etdi - Fotolar

Prezident Petr Mixalkonun etimadnaməsini qəbul etdi - Fotolar

Prezident İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib. 

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İrandakı səfirimiz türkiyəli həmkarı ilə görüşdü

İrandakı səfirimiz türkiyəli həmkarı ilə görüşdü

Azərbaycanın İrandakı yeni səfiri Əli Əlizadə Türkiyənin İrandakı səfiri Dərya Örslə görüşüb.

YAZTV” xəbər verir ki, bu barədə Əli Əlizadə Tvitter hesabında paylaşım edib. 

Qeyd edək ki, Ə.Əlizadə Prezident İlham Əliyevin avqustun 7-də imzaladığı sərəncamla İrana səfir təyin edilib. O, vəzifəsinin icrasına sentyabrın 30-da başlayıb.

Azərbaycan Prezidenti Yaponiyanın yeni Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti Yaponiyanın yeni Baş nazirini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın yeni Baş naziri Fumio Kişidaya təbrik məktubu ünvanlayıb.

YAZTV təbrik mətnini təqdim edir:

"Hörmətli cənab Baş nazir,

Yaponiyanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulduğu otuz ilə yaxın müddət ərzində Azərbaycan-Yaponiya əlaqələrinin, xüsusilə də iqtisadi əməkdaşlığının inkişafı yolunda əldə edilmiş nailiyyətlər məmnunluq doğurur.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini genişləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

AZAL illər sonra ilk dəfə Ermənistan üzərindən uçuşlara başladı

AZAL illər sonra ilk dəfə Ermənistan üzərindən uçuşlara başladı

“Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

AZAL-dan  bildirilib ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir.

Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi, həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq.

Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.(qafqazinfo az)

Prezidentə arzusunu çatdırıb onu qucaqladı - Video

Prezidentə arzusunu çatdırıb onu qucaqladı - Video

Prezident İlham Əliyevin Cəbrayılda ictimaiyyət nümayəndələri ilə görüşündə maraqlı anlar yaşanıb. 

YAZTV xəbər verir ki, görüşdə çıxış edən Əməkdar artist Yaqut Abdullayeva ötən bir il ərzində bir arzusu olduğunu - "dəmir yumruğ"u öpmək istədiyini dilə gətirib. 

Daha sonra Y. Abdullayeva Prezidentə yaxınlaşıb və dövlət başçısı onunla görüşüb, lakin əlindən öpməyə qoymayıb. 

Həmin görüntüləri təqdim edirik: 

https://www.youtube.com/watch?v=kqbhbA0gp-A

Hidayət Orucov səfir vəzifəsindən geri çağırılıb

Hidayət Orucov səfir vəzifəsindən geri çağırılıb

Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

YAZTV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, H.Orucov 2012-ci ildə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

İranın Azərbaycanla bağlı iddiasına İsraildən cavab - “Axmaqlıqdır”

İranın Azərbaycanla bağlı iddiasına İsraildən cavab - “Axmaqlıqdır”

“İranın bu iddiası axmaqlıqdır”.

YAZTV-nin məlumatına görə, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi İranın səsləndirdiyi Azərbaycan tərəfindən İsrailin bölgəyə gətirilməsi iddiasına cavab olaraq bildirib.

“Bunun böyük bir axmaqlıq olduğunu düşünürəm. Çünki Qarabağda həm rus, həm də türk əsgərləri yer alıb. İranlılar fantaziyasını işə salıb marsılıların da orada olduğunu deyə bilərlər”, - deyə səfir qeyd edib.

 

Qeyd edək ki, İranın bu iddiasına daha öncə Azərbaycan Prezidenti İlham Əliyev də cavab verib.

Dövlət başçısı bildirib: 

“Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır.

Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun”.

İlham Əliyev yol tikintisinə 6,4 milyon manat ayırdı

İlham Əliyev yol tikintisinə 6,4 milyon manat ayırdı

Prezident İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla Giləzi–Xızı (18 km)–Qarabulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6,4 milyon (altı milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Ombudsman bəyanat yaydı

Ombudsman bəyanat yaydı

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsmanın) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset tipli raketlərlə atəşə tutulmasının ildönümü ilə bağlı bəyanat yayıb.

YAZTV bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bəyanatda deyilir: “Dünya ictimaiyyətinə dəfələrlə bəyan edildiyi kimi, Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-dən başlayaraq beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan, o cümlədən əməliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə Azərbaycanın cəbhə bölgəsindən uzaq məsafədə yerləşən yaşayış məntəqələrini qəsdən intensiv şəkildə atəşə tutmaqla kifayətlənməyib, region üçün ciddi ekoloji fəsadlara səbəb ola biləcək, eyni zamanda, region dövlətləri və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə yönəlik qəsd əməlləri törətməklə müharibə cinayətlərini davam etdirib.

Ermənistan silahlı qüvvələri ötən ilin bu günü - 2020-ci il oktyabrın 6-da gecə saat 23 radələrindən başlayaraq hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Yevlax rayonunun ərazisindəki Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini də kaset tipli raketlərlə atəşə tutub.

Azərbaycan, Gürcüstan, Türkiyə, bütövlükdə bölgə, eləcə də Avropa və dünya dövlətləri üçün həm iqtisadi-siyasi baxımdan, həm də enerji təhlükəsizliyi cəhətdən çox böyük strateji əhəmiyyətə malik olan həmin boru kəmərinin 10 metrliyinə düşmüş 300-dən çox kaset tipli bombanın qəlpələrinin ətrafa yayılması mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

 

Bununla əlaqədar Ermənistan tərəfindən törədilən həmin müharibə cinayətinə sərt şəkildə reaksiya verilməsi, region və Avropanın enerji təhlükəsizliyinə təsir edəcək, o cümlədən ciddi ekoloji fəsadların baş verməsinə səbəb ola biləcək bu kimi cinayətkar əməllərin dayandırılması üzrə təcili tədbirlərin görülməsi məqsədilə tərəfimdən dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.

Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən törədilən digər çoxsaylı müharibə cinayətləri kimi bu cinayət faktı ilə bağlı da beynəlxalq səviyyədə heç bir təsirli tədbirin görülməsini müşahidə etmədik. Halbuki beynəlxalq əhəmiyyətə malik neft boru kəmərinin qadağan olunmuş silahlarla atəşə tutulması ilə törədilmiş həmin müharibə cinayəti yalnız Azərbaycana qarşı deyil, bütünlükdə region və Avropa dövlətlərinə yönəlməklə, qlobal enerji təhlükəsizliyinə zərbə vurmaq və region üçün ciddi ekoloji fəsadlar törətmək məqsədi daşıyıb”.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombalarla atəşə tutulmasının birinci ildönümü ilə əlaqədar bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən çoxsaylı müharibə cinayətləri törətmiş Ermənistana qarşı müvafiq sanksiyaların tətbiq edilməsi, bu cinayətlərin törədilməsində bilavasitə iştirak etmiş həmin dövlətin siyasi-hərbi rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətə cəlb edilərək cəzalandırılması istiqamətində qətiyyətli, ədalətli addımlar atmağa çağırıram”.

Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

MN: Azərbaycan Ordusu tərəfindən təminat maşınına atəş açılması barədə məlumatlar yalandır

MN: Azərbaycan Ordusu tərəfindən təminat maşınına atəş açılması barədə məlumatlar yalandır

"Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində təminat maşınına zərər dəyməsi barədə yayılan məlumatlar yalandır".

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.

İlham Əliyev Emoməli Rəhmonu təbrik etdi

İlham Əliyev Emoməli Rəhmonu təbrik etdi

Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona telefonla zəng edib.

YAZTV xəbər verir ki, dövlət başçısı Emoməli Rəhmonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. 

Tacikistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edib, əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildirib, əlaqələrimizin perspektivləri barədə fikir mübadiləsi aparıblar.