Saturday, 24 İyul 2021 18:37
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Azərbaycanın övladına dil uzadanlar layiqli cavablarını alıblar"

"Azərbaycanın övladına dil uzadanlar layiqli cavablarını alıblar"

Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı qərarı Azərbaycan üçün əhəmiyyət kəsb etmir. Azərbaycana və Macarıstana qarşı iddia qaldıran Ermənistanın bu addımı arxadan atılan daşa bənzəyir. Ramil Səfərov 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya olunub, üstündən 8 il keçsə də, ermənilərin “hirsi” soyumayıb.

YAZTV-nin məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Adil Əliyev deyib.

O bildirib ki, Ramil Səfərov Azərbaycanın fəxri oğludur: “Onun yerində hansı soydaşımız olsaydı, Azərbaycan bayrağını təhqir edəni cəzalandırardı. Ermənistan hakimiyyəti hansı haqla Ramil Səfərovun işi üzrə maddi və mənəvi zərərin əvəzinin ödəilməsini tələb edir?

Ramil Səfərov 8 il Macarıstan həbsxanasında yatıb, Azərbaycana ekstradisiya olunub və dövlət başçısı İlham Əliyevin qərarı ilə əfv edilib. Bəlkə ermənilər düşünürdülər ki, Macarıstanda 8 il həbs həyatı yaşayan Ramil Səfərov ömrünün qalan hissəsini də vətənində həbsdə yatmalı idi? Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçılar onu qara-qara düşünsünlər ki, törətdiklərin cinayətlərə, işğala, qətliamlara və soyqırımlara görə cavab verməli olacaqlar.

Digər tərəfdən həmin Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci ildə “Çıraqovlar və digərləri Ermənistana qarşı” qərarı var. Həmin qərara görə, Azərbaycan ərazilərinin işğalına görə Ermənistanın məsuliyyəti təsbit olunub. Bu Azərbaycan torpaqlarının işğalının, yəni cinayətin rəsmən təsdiqidir. Avropa İnsan Hüquqları Məhkəməsindən “ədalət” tələb edən Ermənistan eyni təşkilatın bir başqa vacib qərarını yerinə yetirmək – işğala və bir milyondan artıq soydaşımızın hüquqlarının pozuntusuna son qoymaq istəmir.

Ona görə də Ermənistan hakimiyyətinin Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələb irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur. Özü də Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın əsas istəyini yerinə yetirməyib. Birincisi, Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. İkincisi, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia rədd edilib.

Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib

Həsən Ruhani Prezident İlham Əliyevə məktub göndərib

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

YAZTV  xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan Respublikasının xalqını səmimi qəlbdən təbrik edirəm.

Ortaq tarixi, mədəni və dini dəyərlərə malik olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası geniş əməkdaşlıq və investisiya imkanlarına malikdirlər. Ölkələrimizdə mövcud olan siyasi iradəyə əsaslanaraq, göstərilən birgə səylər və qarşılıqlı dəstək sayəsində xalqlarımızın rifahı və mənafeyi istiqamətində böyük addımlar atıla bilər.

Ümidvaram ki, bütün dünyada və ölkələrimizdə koronavirusa qalib gələrək, ikitərəfli münasibətləri inkişaf etdirmək və razılaşmaları həyata keçirməklə beynəlxalq və regional miqyasda müxtəlif sahələrdə birgə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.

Fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram".

Müstəqilliyimizin 2-ci ilini qeyd edən Gəncə  

Müstəqilliyimizin 2-ci ilini qeyd edən Gəncə  

İndi söz açacağımız millətimizin ləyaqət və mərdlik tarixinin növbəti silinməz hissəsidir. Çünki Sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanı Cavad xan ruhunun əyilməzlik, qürür və azadlığa aparan yolda milli istiqlal mübarizəsinin növbəti igidlik nümunəsini göstərdi. Üsyanın məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır.

Beləliklə, üsyandan iki həftə əvvəl Samuxda yerləşən Şahmalinskinin mülkündə baş verən gizlin görüşdə keçmiş baş nazir Nəsib bəy Yusifbəyli, Qazax qəzasının general-qubernatoru Əmir xan Xoyski, keçmiş Daxili İşlər naziri Mustafa bəy Vəkilov, Cahangir bəy Kazımbəyli və türk general Nuru Paşa iştirak edərək üsyana hazırlıq görməyə başlayırlar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirilir. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər.

Üsyanın təşkilində başlıca olaraq, Azərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının şəhərdə olan bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, qaçaq Qasım Kolaxani, qaçaq Mikayıl və başqaları da öz silahlıları ilə birlikdə Gəncə üsyanında iştirak edirdilər. Üsyan etmiş orduya ətraf kəndlərin də ordusu qoşuldu. Üsyana qalxmış əsgərlərin sayı 2 min nəfərə yaxın idi. Sonradan şəhər əhalisindən formalaşan könüllülərin sayəsində üsyançıların sayı 10-12 min nəfərə çatır. Elə həmin gecə ruhanilər müsəlmanları bolşevik hökumətinə qarşı cihada çağırdılar. Şəhər bolşeviklərin əlindən azad edildikdən sonra bolşeviklər üsyanı yatırmaq üçün şəhərə əlavə ordu hissələri yeritdilər. Gəncədə yaşayan satqın ermənilər rusların ordusuna lazımı bütün köməkliyi edirdilər. Beləliklə üsyan mayın 31-də böyük qəddarlıqla yatırıldı. Bir həftə ərzində hər iki tərəfdən üst-üstə təxminən 20 min adam öldü. Minlərlə gəncəli doğma yurdunu tərk etməyə məcbur oldu. Şəhər, demək olar ki, boşaldı. Əgər 1916-1917-ci illərdə Gəncədə 60.291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38.880-ə endi. Üsyan yatırılandan sonra erməni və ruslar üç gün ərzində Gəncədə qanı su yerinə axıtdılar. Qeyri-rəsmi məlumatlara görə 20 min nəfərdən artıq dinc əhali qətlə yetrildi. Qətliamlar sonrakı günlərdə də davam etdi. İyun-avqust aylarında üsyanda iştirak etməkdə və ya onlara yardımda şübhəli bilinən 13 min adam məhkəməsiz güllələndi. Qırmızı ordu isə Gəncə döyüşlərində 900 nəfərdən artıq əsgərini itridi. 6 mindən artıq Qırmızı ordu əsgəri isə yaralandı.

Bundan başqa üsyanda iştirakla bağlı 12 min müsəlman həbs edildi, onlardan 8 mini azadlığa çıxsa da 4 mini güllələndi.Bolşeviklər tərəfindən Güllələnənlər arasında general-mayor Məhəmməd Mirzə Qacar, Qaçaq Qəmbər, hüquqşünas İsmayıl xan Ziyadxanov, ədəbiyyatçı Firidun bəy Köçərli, mühəndis Abuzər bəy Rzayev, Qafqazın VII şeyxülislamı Məhəmmədəli Pişnamazzadə və müəllim Mirzə Abbas Abbaszadə kimi şəxsiyyətlərlə yanaşı Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitan, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu da var idi. Onların bir hissəsini də Nargin adasına apararaq orada güllələdilər. Bir neçə yüz insan Xalq Daxili İşlər komissarı Həmid Sultanovun əmri ilə edam olundular. Üsyanın yatırılmasında göstərdiyi xidmətlərə görə Həmid Sultanov Qırmızı bayraq ordeni aldı. Gəncə şəhərinin sakinlərinin kollektiv yaddaşında isə onun adı xəyanət sözü ilə sinonim idi.

Üsyanın 3-cü günü milli şərəf və namus məsələsi olan üç rəngli bayrağımızın bir daha dalğalanması üçün dövlətimizin və millətmizin azadlıq uğurunda bolşeviklərə qarşı güclü döyüşlərin getməsinə baxmayaraq üsyançılar 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının ikinci ilini qeyd etmək haqqında qərar vermişdilər. Həmin gün səhər saat 8-də şəhərin nüfuzlu adamları, Gəncə üsyanının təşkilatçılarının nümayəndələri və şeyxülislam dairə məhkəməsinin binasına toplaşdılar, Azərbaycanın müstəqilliyinin ildönümünü qeyd etməklə bərabər, şəhərdə yaranmış vəziyyətlə bağlı öz fikirlərini bölüşdülər. Mərasim iştirakçıları hamını sona qədər mübarizəyə səslədilər. Bu hadisə ilə bağlı Cahangir bəy Kazımbəyli öz xatirələrində yazırdı:

Hamı sona qədər mübarizəyə səsləyirdi. Qoy bizə qalib gəlsinlər, lakin qoy düşmən öz qələbəsinə özünün yüzlərlə, minlərlə meyiti üzərindən çatsın. Qoy 28 may günü bizim tariximizə yalnız bizim müstəqilliyimizin elan edildiyi gün kimi yox, həm də Vətən naminə böyük qurbanlar günü kimi yazılsın. Qoy 28 may günündə düşmən ağır, amansız, ölüm-dirim mübarizəsi ilə qarşılaşsın. 28 may günündə layiqli müqavimət bizim iradəmizin böyüklüyünün simvolu, mənəvi qələbəmizin simvolu olacaqdır.

Üsyanda mərd qadınlarımız da qəhrəmanlıq dastanı yazmışdır. XI Qırmızı ordunun piyada inspektoru Melnikov Orconikidzeyə verdiyi hesabatında qeyd edirdi ki:

Üsyana qalxanların demək olar ki hamısı müsəlman idi. Bəzən hətta qadınların belə tüfəngdən atəş açdığına şahid olurduq. Sonradan apardığımız axtarışlarda da bəzi qadınların paltar qatlarının arasından revolverlər tapırdıq. Hətta bir bolşevikin mənə dediyinə görə qadınlardan birini evin damında pulemyot arxasında tapıblar.

Beləliklə Gəncə üsyanı tez bir zamanda Azərbaycanın hər yerinə yayıldı. Bunu görən XI Qırmızı ordu komandanlığı gizli direktiv imzaladı. Direktivdə deyilir:

 Bakı, 26 may. Xüsusi gizli operativ direktiv nömrə 60. Yelizavetpolda (Gəncə) üsyan baş verib. Tərtərdə yenicə üsyan yatırılıb. Onlar Bakı üzərinə yürüşə hazırlaşırdılar. Ölkənin hər yerində üsyan təhlükəsi gözlənilir. Biz bu mübarizəyə hazır olmalıyıq.

Üsyanda iştirak edən və bolşevik mühasirəsini yararaqşəhər sakinlərinin bir hissəsi ilə dağlara çəkilməyi bacaran Qaçaq Məmmədqasımın sözlərinə görə 1920-ci ilin may ayında Gəncədə başlayan üsyan ondan sonra 12 il boyunca da davam edib.Gəncə üsyanı bütün respublika ərazisində zəncirvari şəkildə üsyanlara səbəb oldu. Sonradan Tərtər üsyanı , Lənkəran üsyanı , Qarabağ üsyanı, Zaqatala üsyanı , Quba üsyanı və digər bölgələrdə müxtəlif üsyanlar baş tutsa da 1924-cü ildə qədər heç bir üsyan Gəncə üsyanı qədər böyük olmadı.

Gəncə üsyanından bəhs edərkən Cümhuriyyət lideri Məhəmməd Əmin Rəsulzadə belə qeyd edirdi:

 İxtilaldan bir ay sonra artıq bütün Azərbaycan, məmləkətinin müdhiş bir istilaya məruz qaldığını acı bir surətdə dərk eyləmişdi. Türkiyəyə gediyor – deyə təhəmmül eylədiyi rus ordusunu məmləkətində fəsad iqa etməklə bir davam görüncə, sevgili ordusunun, kəndisinə hər yürüşü ilə dünyalar qədər ruh və izzətinəfs edən bu gənc əsgərlərin mürəttəb bir surətdə dağıldığını, münəvvəranının kəndisi ilə münasibətdən mən edildiyini, sərvət və samanının yağmaya getdiyini, ədəb və əxlaqi-milliyyəsinin fəna surətdə təhqirə məruz qaldığını duyunca, bittəb xalq təhəmmül edəmədi. Üsyan etdi. Bu üsyan ibtida Gəncədə başladı. Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftə qədər davam etdi. Ruslar burada divizyonlarını qeyb etdilər. Bakıdan qüvayi-imdadiyyə gəldi. Digər tərəfdən də Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrlə kəsilən əhali müdhiş bir qətli-ama məruz qaldı. Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk edilmədən irz və namus buraxılmadı.

Məşhur bəstəkarımız Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli 1952-ci ildə çapdan çıxmış "Azərbaycan" dərgisində Gəncə üsyanına layiqli qiymət verərək onun haqqında belə yazırdı:

 Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib-götürdü.

Beləliklə tariximizin bu şanlı səhifəsi ilə bağlı, cəmiyyətimizi daha çox məlumatlandırmaq əsas amalımız və borcumuz olmalıdır. Bu şanlı və qürurlu tariximizi əbədiləşdirilməsi üçün 1995-ci ilin aprel ayının 11-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elsevər İbrahimov Gəncə döyüşlərin 75 illiyi ilə bağlı şəhərin görkəmli yerlərindən birində Gəncə üsyanında həlak olmuş həmyerlilərin xatirəsinə abidə ucaldılması haqqında sərəncam imzalamışdı. Üsyanı rəhbərlərinin adlarının əbədiləşdirilməsi məsələlərinə baxmaq isə Gəncə şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Adların əbədiləşdirilməsi” üzrə komissiyaya həvalə edilmişdi. Abidəsinin qoyulması üçün Gəncənin Quru Qobu adlanan ərazisi seçilib və həmin yerə burada gələcəkdə abidənin ucaldılacağı barədə ağ mərmərdən lövhə vurulur. Lakin üzərindən illər keçsə də bununla bağlı heç bir iş aparılmamışdır. Tariximizə sahib çıxmaq və bu döyüşlərin 100 illiyinin qeyd edildiyi zamanda onu əbədiləşdirərək milli irsimiz barədə cəmiyyətimizi məlumatlandırmaq hər birimizin borcudur!

Pərvin Mehdiyev

 

Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı - Açıqlama

Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı - Açıqlama

Sosial şəbəkələrdə Milli Məclisin spikeri və deputatlarının aylıq vəzifə maaşlarının artırıldığı ilə bağlı məlumatlar paylaşılıb.

YAZTV xəbər verir ki, məlumatda qeyd olunur ki, Milli Məclisin sədri 7424 manat, sədrin birinci müavini 6680 manat, sədrin müavini 6308 manat, komitə sədri 5940 manat, komitə sədrinin müavini 5568 manat və sıravi deputat isə 5196 manat əməkhaqqı alır.

Milli Məclisin Mətbuta və ictimaiyyətlə əlaqələr şöbəsi yayılan məlumatlarla bağlı açıqlama yayıb.

Bildirilir ki, Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrləri və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. "Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir

İsveçrə Konfederasiyasının Prezidenti Simonetta Sommaruqadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə və ölkənizin vətəndaşlarına xoşbəxtlik, rifah və yeni-yeni uğurlar arzulayıram.

Ölkələrimiz arasında yaxşı, etibarlı əlaqələr bizə əsas qlobal çağırışları, xüsusilə beynəlxalq əməkdaşlıq və həmrəyliyin hər zamankından daha vacib olduğu bir vaxtda, hazırkı COVID-19 pandemiyası dövründə birgə həll etməyə imkan verir.

Mən bu il yanvarın 22-də Davosda ölkələrimiz arasında güclü dostluq əlaqələrini yeniləməyə imkan verən fikir mübadiləmizi məmnuniyyətlə xatırlayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Jüli Peyet Kanadanın General-Qubernatorundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri, cənab Prezident.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə bütün kanadalılar adından Sizə və xalqınıza ən xoş arzularımı yetirirəm.

Bu əlamətdar gün bizə beynəlxalq əməkdaşlığımızı, təhsil mübadiləsi və ticarət sahələrində əlaqələrimizi, eləcə də qadınların səlahiyyətlərinin artırılması, demokratiya və qanunun aliliyi kimi prinsiplərə birgə sadiqliyimizi qeyd etmək imkanı verir. Fəal Azərbaycan-Kanada cəmiyyətinə əsaslanan xalqlararası əlaqələrimiz ikitərəfli əməkdaşlığımızın möhkəm təməlini təşkil edir və bizim çoxşaxəli cəmiyyətimizə və firavanlığa öz töhfəsini verməkdədir.

Bununla yanaşı, Kanada Azərbaycanın ətraf mühitin idarə olunmasının yaxşılaşdırılması və iqlim dəyişikliyinin yumşaldılması istiqamətində davamlı səylərini dəstəkləyir.

Bizim hər birimizin üzləşdiyi COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərə baxmayaraq, Kanada Azərbaycan xalqı ilə birgə ölkənizin müstəqilliyinin və ümidverici gələcəyinin qeyd olunmasına qoşulur".

X X X

Filippin Respublikasının Prezidenti Rodriqo Roa Dutertedən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Biz Azərbaycan xalqının hər birimizin paylaşdığı və əziz tutduğu müstəqillik, azadlıq və suverenlik kimi dəyərləri təntənə ilə qeyd etməsinə qoşuluruq. Qoy, bu gün Sizin həmrəy, etibarlı və firavan ölkənizin quruculuğuna dəyərli töhfə olsun.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

X X X

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş Katibi Bağdad Amreyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Türk Şurası adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm.

Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də müstəqilliyini elan etməsi ilə Türk və İslam dünyasında ilk demokratik respublikanın qurulması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olmaqla yanaşı, digər xalqlara da bir örnək olmuşdur.

Müstəqilliyinin bərpasından etibarən gündən-günə daha da inkişaf edən Azərbaycan Respublikası Sizin liderliyiniz və müdrik siyasətiniz sayəsində regionun ən inkişaf etmiş ölkəsi olaraq, dünya dövlətləri arasında nüfuzunu möhkəmləndirməkdədir.

Eyni zamanda, Türk Şurasına daimi dəstəyinizi və Sizin sədrliyinizlə Bakıda keçirilən yeddinci Zirvə görüşünün uğurlu nəticələrinin Türk Şurasının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına və təşkilatımızın regional müstəvidə daha da cəlbedici platformaya çevrilməsinə zəmin yaratdığını məmnuniyyətlə qeyd etmək istərdik.

Bunun bariz nümunəsi kimi, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat olaraq, bir daha Sizin təşəbbüsünüz və sədrliyiniz ilə COVID-19 pandemiyasına həsr edilmiş videokonfrans formatında ilk fövqəladə Zirvə görüşünü keçirmişdir. Bəşəriyyətin üzləşdiyi belə bir çətin dövrdə türkdilli dövlətlər arasında həmrəylik və birlik nümayişi beynəlxalq aləmdəki nüfuzumuzu daha da artırmışdır.

Zati-aliləri, Sizin uzaqgörən xarici siyasətiniz nəticəsində Türk Şurasının COVID-19 infeksiyası ilə mübarizədə təcrübəsinin və həmrəylinin dünya birliyi tərəfindən örnək kimi qəbul olunmasını xüsusi qeyd etmək istərdik.

Fürsətdən istifadə edərək, bu tarixi gün münasibətilə Zati-alinizə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayır, Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik diləyirəm".

X X X

Macarıstanın Prezidenti Yanoş Aderdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə təbrik edim.

Azərbaycan bizim üçün yalnız strateji tərəfdaş deyil, həm də dost ölkədir. Bizim ortaq mədəni ənənələrimiz ölkələrimiz arasındakı əlaqələri daha da sıxlaşdırır.

Əminliklə deyə bilərəm ki, biz xarici siyasətimizdə Azərbaycanla əlaqələrimizin inkişafına böyük diqqət yetiririk. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və həmçinin onun Budapeştdə yerləşən ofisi bu əlaqələrin gələcək inkişafına təkan verəcək.

Cənab Prezident, Sizə cansağlığı və ali vəzifənizdə uğurlar arzulayıram".

X X X

Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billahdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına öz adımdan və Kraliça adından ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Məmnuniyyətlə qeyd edirəm ki, Malayziya ilə Azərbaycanın hər zaman yaxın və səmimi münasibətləri olub. Malayziya Azərbaycan Respublikasını Qafqaz regionunda vacib tərəfdaş kimi qəbul edir. Qarşılıqlı faydalı əməkdaşlığı və tərəfdaşlığı gücləndirmək üçün Malayziyanın Azərbaycanla sıx işləməyə hazır olduğunu bildirməkdən şərəf duyuram.

Uca Allahdan xalqlarımıza COVID-19 pandemiyasının və sonrakı çətinliklərin öhdəsindən gəlmək üçün qüvvə və dözüm verməsini diləyirik. Allah-Təala Zati-alinizin dinamik rəhbərliyi ilə Azərbaycan Respublikasına və onun xalqına sülh, firavanlıq bəxş etsin.

Fürsətdən istifadə edərək Sizə bir daha hörmət və ehtiramımı bəyan edirəm".

Naqif Həmzəyev: Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir

Naqif Həmzəyev: Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir

İndi bəşəriyyət elm və texnologiyaların sürətli inkişafının yeni mərhələsinə qədəm qoyub. Davamlı inkişafa yol açan əsas amillərdən biri məhz yeni texnologiyaların inkişafından, tərəqqisindən keçir. İnkişaf etmiş ölkələrin iqtisadi, sosial və mədəni inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, bütövlükdə ictimai həyatının demokratikləşməsi elmin müasir texnologiyaların inkişafı ilə zəncirvari bağlılığından faydalanır. Bəşəriyyətin gələcəyinə gedən yolun dünyamıza rəngləndirən, işlərimizi asanlaşdıran müasir texnologiyaların verdiyi üstünlüklərlə daha hamar olduğu heç kimdə şübhə doğurmur.
 
Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, qloballaşan dünyanın bir parçası kimi ölkəmizdə də yeni texnologiyalar cəmiyyətin bütün sahələrində, dövlət idarəetməsindən tutmuş vətəndaşların fərdi istehlakınadək hər yerdə geniş tətbiq olunur, insanların rifahına xidmət edir.
 
Koronavirus pandemiyasının dünyamızı təhdid etdiyi, bir vaxtda müasir texnologiyaların aktuallığına bir daha əmin olduq. Dünyada enerji təhlükəsizliyinin formalaşmasına töhfəsini əsirgəməyən Azərbaycan texnoloji inkişafda, müasir texnologiyaların ölkəmizə gətirilməsi prosesində də irəlidədir. Genişmiqyaslı beynəlxalq tədbirlər çərçivəsində dünyanın texnoloji gündəliyinin dəfələrlə Azərbaycanda müzakirə olunması bu sahədə malik olduğumuz imkanların təqdimatına böyük töhfə olmaqla yanaşı dövlətimizin başçısı İlham Əliyevin müasir texnoloji yeniliklərə daim açıq olduğunun bariz nümunəsidir.
 
CISCO şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və şirkətlərin digər nümayəndələri ilə ölkəmizin Prezidenti İlham Əliyev arasında keçirilən videokonfransda COVID-19 virusu ilə mübarizə sahəsində müasir texnologiyaların əhəmiyyəinə də toxunulub.
 
May ayının 22-də işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olan “Signify” şirkətinin təşəbbüsü ilə keçirilən videokonfransda kənd təsərrüfatında, o cümlədən heyvandarlıq, quşçuluq və əkinçilik sahələrində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılması, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, su istehlakının azaldılması və s. kimi sahələrdə də yeni texnologiyaların tətbiqinin yeni uğurlara yol aça biləcəyi qeyd edilib. Azərbaycanda yeni elektron kənd təsərrüfatı sisteminin həyata keçirildiyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyev “bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını” da diqqətə çatdırıb.
 
“Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur”- söyləyən ölkə Prezidentimiz Azərbaycanın dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxaran yeni texnologiyalara tam açıq olduğunu da vurğulayıb.
 
Dövlətimizin başçısının rəhbərliyi və siyasi iradəsi ilə həyata keçirilən islahat və layihələr postpandemiya dövründə də müasir texnologiyaların tətbiqi Azərbaycanın daha da müasirləşməsinə təkan verəcək. (Trend)
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib

 
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
 
YAZTV xəbər verir ki, təbrikdə deyilir:
 
"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.
 
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və firavanlıq arzu edirəm".
Azərbaycan XİN Gürcüstanı təbrik edib

Azərbaycan XİN Gürcüstanı təbrik edib

Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edib.

YAZTV-nin məlumatına görə, XİN-in rəsmi “Twitter” səhifəsində paylaşılan təbrikdə deyilir:

"Dost Gürcüstan xalqına möhkəm cansağlığı, uğurlar və əbədi firavanlıq diləyirik".

Prezident Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR

Prezident Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında oldular.

YAZTV xəbər verir ki, hazırda Heydər Əliyev Fondunun layihəsi əsasında burada bərpa-konservasiya işləri aparılır.

Ziyarətgahda aparılan arxeoloji tədqiqatlar zamanı XIV əsrin ortalarına aid türbə qalıqları və onun məhz xəlvətilik təliminin banisi Pir Ömər Avaxıliyə aid olduğunu təsdiqləyən artefaktlar aşkar edilib.

Rumıniya Prezidenti İlham Əliyevi təbrik etdi

Rumıniya Prezidenti İlham Əliyevi təbrik etdi

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

YAZTV xəbər verir ki, məktubda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Rumıniya ilə Azərbaycan arasındakı dialoqun və əməkdaşlığın inkişafı strateji tərəfdaşlığın institusional çərçivəsində davam edəcəkdir. İkitərəfli iqtisadi əlaqələrin, o cümlədən regional əhəmiyyətə malik enerji və nəqliyyat layihələri vasitəsilə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq çərçivəsində aparılan dialoqun gücləndirilməsi və şaxələndirilməsi qarşılıqlı münasibətlərimizin mühüm istiqamətlərini təcəssüm etdirir.

Zati-aliləri cənab Prezident, xahiş edirəm, Sizə olan dərin ehtiramımı qəbul edin”.

Deputatlar nə qədər maaş alır? - MƏBLƏĞLƏR

Deputatlar nə qədər maaş alır? - MƏBLƏĞLƏR

 
Sosial şəbəkələrdə Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrlərinin və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı məlumatlar yayılıb.
 
Paylaşılan cədvəldə Milli Məclis Sədrinin 7 424 manat, onun birinci müavininin 6 680 və müavinlərinin 6 308 manat, Milli Məclisin komitə sədrlərinin 5 940 manat, müavinlərinin 5 568 manat və sıravi deputatların isə 5196 manat maaş aldığı iddia edilib.
 
Məsələ ilə bağlı Milli Məclisin İşlər müdirinin xidmətinin Maliyyə şöbəsinin müdiri Rəna Qurbanova “Report”a açıqlama verib.
 
Şöbə müdiri bildirib ki, Milli Məclis Sədrinin, onun birinci müavininin və müavinlərinin, Milli Məclisin komitə sədrlərinin və deputatların vəzifə maaşlarının artırılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir:
 
“Milli Məclis deputatının statusu haqqında” qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar”.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr-evi uşaq bağçasının mayın 25-də açılışı olub.

"YAZTV" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

110 yerlik bu müəssisədə uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanacaq.

Dövlətimizin başçısının Şamaxıya səfəri zamanı Meysəri kəndində də yeni uşaq bağçası istifadəyə verilib. Kənd yerlərində belə bağçaların inşası ölkəmizdə şəhərlə kənd arasında fərqin getdikcə aradan qaldırılması üçün atılan mühüm addımlardandır.