Tuesday, 05 İyul 2022 10:34
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident büdcədən pul ayırdı

Prezident büdcədən pul ayırdı

Prezident İlham Əliyev İsmayıllı rayonunun Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV” xəbər verir ki, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon (beş milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Kəmaləddin Heydərov müharibədə iştirak etmiş jurnalistə VƏZİFƏ VERDİ

Kəmaləddin Heydərov müharibədə iştirak etmiş jurnalistə VƏZİFƏ VERDİ

Tanınmış jurnalist, Vətən müharibəsinin iştirakçısı Pərviz Aslanov Fövqəladə Hallar Nazirliyində (FHN) yeni vəzifəyə təyin edilib.

Bu barədə nazir general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, P.Aslanov FHN-in Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.

FHN-in Mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, P.Aslanov 29 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmancasına iştirak edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Jurnalist P.Aslanovun sonuncu iş yeri Lider TV olub. (report)

“Dağlıq Qarabağ ayrı bir ərazi vahidi ola bilməz” - Polad Bülbüloğlu

“Dağlıq Qarabağ ayrı bir ərazi vahidi ola bilməz” - Polad Bülbüloğlu

“Qarabağın dağlıq hissəsindən ayrı ərazi vahidi kimi söhbət belə gedə bilməz”.

YAZTV” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “RİA Novosti”yə müsahibəsində deyib.

“Yeri gəlmişkən, iyulun 7-si Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları təsdiq edilib. Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxildir. Şimali Zəngəzur iqtisadi rayonu isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonunu əhatə edir. Bu səbəbdən də Qarabağın dağlıq hissəsindən ayrı ərazi vahidi kimi söhbət gedə bilməz”, - deyə P. Bülbüloğlu qeyd edib.

Previous Next

"Türkiyə xalqının kədəri bizim kədərimizdir” - Mehriban Əliyeva

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva öz instaqram səhifəsində Türkiyədəki meşə yanğınları ilə bağlı paylaşım edib.

YAZTV xəbər verir ki, paylaşımda deyilir:

“Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 “YAZTV” xəbər verir ki, sərəncama əsasən, talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 600 000 (altı yüz min) manat ayrılıb.
Zakir Həsənov ABŞ generalı ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Zakir Həsənov ABŞ generalı ilə sərhəddəki vəziyyəti müzakirə etdi

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb.

YAZTV” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Z.Həsənov azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədində yaranmış son vəziyyətə toxunaraq baş vermiş bugünkü insidentlə bağlı onlara ətraflı məlumat verib, gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.

 

C.K.Stitt Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Ötən il qazanılan qələbənin Azərbaycan Ordusunun yüksək hazırlığının göstəricisi olduğunu qeyd edən Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-mayor M.Tompson şəhid olanların ailələrinə başsağlığı verib.

 

 
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

YAZTV-nin xəbərinə görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir.

Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcəkdir.

Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır.

Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!".

Azərbaycan sərhədini pozan ermənilərə cəza verildi

Azərbaycan sərhədini pozan ermənilərə cəza verildi

Azərbaycan dövlət sərhədini pozan Ermənistan vətəndaşlarından ibarət bir qrupunun - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Gevorg Samueloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşak Aşotoviç, Akopyan Volodiya Qaqiqoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqateryan Qriqor Seyranoviç və Giraqusyan Eduard Armenoviçin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"YAZTV" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Onlar Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli biliniblər.

Onlara təyin olunmuş cəzalarının başa çatdıqdan sonra Azərbaycan hüdudlarından kənara məcburi qaydada çıxarılmalarının təmin olunmasını barədə hökm elan edilib.

Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib

Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib

İyulun 28-də Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

Konfransda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, dövlət qurumlarının əməkdaşları və elm xadimləri iştirak ediblər.

Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.

Gəncə Heydər Əliyev Mərkəzi ilə tanış olan konfrans iştirakçılarına bildirilib ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib.

Numan Kurtulmuş Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında imzalanmış ikitərəfli Əməkdaşlıq Protokolundan sonra ilk belə konfransın Gəncə şəhərində keçirildiyini qeyd edib. 44 günlük Vətən müharibəsinin Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsi olduğunu bildirən T.Budaqov qarşılıqlı əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə söyləyib. İki ölkəni birləşdirən tarixi köklərin, mədəniyyətin, dinin və milli-mənəvi dəyərlərin olması ilə yanaşı, dövlət başçılarının qarşılıqlı münasibətlərinin də bu əlaqələrin yüksək səviyyəyə çatmasında böyük rol oynadığı diqqətə çatdırılıb.

AK Parti sədrinin birinci müavini Numan Kurtulmuş konfransın Vətən müharibəsindəki Zəfərdən sonra keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Qarabağ zəfəri işğal altındakı ərazilərin ermənilərdən azad olunması ilə birgə bütün dünyaya haqlı tərəfin hər zaman qələbə çalaçağını göstərdi. Türkiyə Respublikası başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, müharibənin ilk günündən Azərbaycanın yanında oldu. Bu gün məqsəd bu Qələbədən sonrakı naliyyətləri daha yüksək səviyyəyə qaldırmaqdır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Şuşa Bəyannaməsindən sonra Türkiyə ilə Azərbaycan bir-birinin təhlükəsizliyi üçün nə mümkünsə edəcək. İndiyədək bütün məsələlərdə bir yerdə olan Türkiyə və Azərbaycan bundan sonra da bir yerdə olacaq.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov, SETA Araşdırmalar Mərkəzinin xarici əlaqələr üzrə mütəxəssisi professor Ferhat Pirinççi, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev, AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursa millət vəkili Efkan Ala tədbirdə çıxış edərək Şuşa Bəyənnaməsinin əhəmiyyətindən və gələcəkdə qarşılıqlı əlaqələrin inkişafındakı rolundan danışıblar.

Tədbirdən sonra mətbuat konfransı keçirilib və media nümayəndələrini maraqlnadıran suallar cavablandırılıb.

 

Müdafiə Nazirliyi ordumuza məxsus 2 PUA-nın vurulmasını TƏKZİB ETDİ

Müdafiə Nazirliyi ordumuza məxsus 2 PUA-nın vurulmasını TƏKZİB ETDİ

"Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır".

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - deyə nazirlikdən qeyd edilib

Füzulidə daha iki erməni hərbçinin cəsədləri aşkarlandı

Füzulidə daha iki erməni hərbçinin cəsədləri aşkarlandı

İkinci Qarabağ müharibəsində ölmüş daha iki erməni hərbçi cəsədinin qalıqları aşakarlanıb.

YAZTV  xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Azərbaycanın Füzuli rayonu ərazisində aparılan axtarış tədbirləri nəticəsində xilasedicilər hərbçilərə aid cəsəd qalıqları tapıblar.

Qarabağda daha bir erməni hərbçinin cəsədi aşkarlanıb"Məhkəmə ekspertizasından sonra onların şəxsiyyəti müəyyənləşdiriləcək. Beləliklə, 2020-ci ilin noyabrın 13-dən iyulun 28-ə qədər olan müddətdə Azərbaycan ərazilərində aparılan axtarış tədbirləri nəticəsində xilasetmə qrupları ümumilikdə 1618 cəsəd tapıblar",-erməni saytları yazıb.

Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM

Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, Sərəncamla Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 10.000.000,0 (on milyon) manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.