Monday, 29 May 2023 09:36
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
İlham Əliyevdən gənclərin xaricdə təhsili ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən gənclərin xaricdə təhsili ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinin qarşısında tapşırıq qoyulub.

Nazirlər Kabineti gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Deputatlar bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclasına toplaşır

Deputatlar bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclasına toplaşır

Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

YAZTV-nin məlumatına görə, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il payız sessiyasının qanunvericilik işləri planı.

2. Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı.

3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya qanununun layihəsi (ikinci səsvermə).

4. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

5. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

7. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

8. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

9. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi

10. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi

11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).

12. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

13. “Valyuta tənzimi haqqında”, “Kredit ittifaqları haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Mühasibat uçotu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

14. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Azərbaycan öz Qələbəsi ilə erməni faşizminə son qoydu

Azərbaycan öz Qələbəsi ilə erməni faşizminə son qoydu

Azərbaycan ötən il torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yolla son qoydu. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasını reallaşdıraraq, ərazi bütövlüyünü gerçəkləşdirdi. Düşmən Azərbaycan torpağı olan Qarabağdan qovuldu, 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi.

2020-ci il noyabrın 10-da isə Azərbaycan Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa etdiyi müraciətində də bu barədə fikir bildirdi. “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik.

Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Bizim şəhər və kəndlərimiz müntəzəm olaraq daim atəş altında idi. Ermənistan qadağan olunmuş silahlardan istifadə edirdi, ağ fosforlu bombalardan istifadə edirdi, ballistik raketlərdən istifadə edirdi. Ancaq heç nə bizi dayandıra bilməzdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Bizi heç kim və heç nə dayandıra bilməzdi.

Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq.” Vətən müharibəsində əsas məqsəd torpaqlarımızı tam azad etmək idi. Artıq bu da sirr deyildi ki, əvvəllər aparılan danışıqlar zamanı masa üzərindəki təkliflər Azərbaycanın maraqlarını qane etmirdi. Çünki son 10 il ərzində söhbət işğal altındakı beş rayonun Azərbaycana qaytarılmasından gedirdi. Kəlbəcər və Laçının isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra qəsbkardan alınacağı nəzərdə tutulurdu. Təbii ki, müharibənin gedişində Azərbaycan buna heç cür razı ola bilməzdi. Prezident İlham Əliyevin yürütdüyü siyasət də ərazi bütövlüyümüzün tam bərpa edilməsi üzərində qurulmuşdu. Bir sözlə, Azərbaycan artıq məsələnin yarımçıq həllinin tərəfdarı deyildi.

Bəli, gələcək nəsil erməni vəhşiliyini heç zaman unutmayacaq. Çünki düşmən 30 il ərzində işğal etdiyi əraziləri xarabalığa çevirib, daşı daş üstə qoymayıb. Məscidləri, məzarlıqları dağıdıb. Yaşıllıqları doğrayıb, təbii sərvətlərimizi talan edib. Yaşayış məntəqələrimizin adlarını erməniləşdirib, bu yerlərdə qanunsuz məskunlaşma aparıb. Xaricdə yaşayan soydaşları üçün qəsəbələr salıb. Yeri gəlmişkən, bir daha qeyd edək ki, Vətən müharibəsində erməni silahlı birləşmələri ordumuzun güc-qüdrəti qarşısında davam gətirməyərək, tamamilə darmadağın olundu. Bu, təsadüfi deyildi. Çünki istər ulu öndər Heydər Əliyev, istərsə də dövlətimizin başçısı İlham Əliyev tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsi hər zaman prioritet istiqamət kimi diqqət mərkəzində saxlanılaraq, dünya miqyasında güclü ordular səviyyəsinə çatdırılıb.

Vətən müharibəsi də bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu güclü, yenilməz, müzəffər ordudur. Belə bir güc-qüvvə ilə Azərbaycan müharibədə erməni mifini məhv etdi, erməni uydurmalarına son qoydu, işğalçını yerinə oturtdu, düşmənə diz çökdür­dü. Bəli erməni faşizmi bundan sonra bu rəzalət damğası ilə yaşayacaq.

Milli Məclis Vətən müharibəsinin ildönümü ilə əlaqədar bəyanat qəbul edib

Milli Məclis Vətən müharibəsinin ildönümü ilə əlaqədar bəyanat qəbul edib

Milli Məclisinin 2021-ci il payız sessiyasında Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar bəyanat qəbul edib.

YAZTV-nin məlumatına görə, bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən işğalına son qoyulmasını, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmiş 44 günlük Vətən müharibəsinin başlanmasından 1 il keçir.

Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağ əsarətdən azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri, etnik təmizləmələr və deportasiya silsiləsinə son qoymuş və onun tarixində yeni dövr açıb.

Bildirilir ki, Ermənistan Respublikasının heç bir tarixi və hüquqi faktlara söykənməyən əsassız ərazi iddiaları və təcavüzkarlıq siyasəti ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan Respublikası ərazisinin 20%-nin işğal olunmasına gətirib çıxarıb. Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazisində qəddarcasına etnik təmizləmə aparılıb, 1 milyon azərbaycanlı ata-baba yurdlarından qovulub. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan dəhşətli cinayət aktları həyata keçirilib, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər soyqırımı əməlləri törədilib:

"Dörd ilə yaxın davam edən birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, 50 mindən çox adam yaralanmış və ya şikəst edilmişdir. 4750 nəfər əsir və itkin düşmüş, girov götürülmüşdür. 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır. İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, milli və mədəni irsi amansızlıqla məhv edilmişdir.

BMT Təhlükəsizlik şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə, bir sıra nüfuzlu beynəlxalq təşkilatların aktlarında Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təsdiq edilmiş, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmiş, daimi yaşayış yerlərindən didərgin düşmüş insanların öz geri dönməsi hüququ təsdiq edilmişdir. Münaqişənin nizama salınması üçün vasitəçilik səyləri göstərən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin, yəni ABŞ, Rusiyanın və Fransanın dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Təəssüf ki, münaqişənin həll edilməsi üçün Minsk Qrupunun və digər beynəlxalq təşkilatların göstərdikləri səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməmişdir. Üstəlik bölgədə sülh və sabitlik yaradılmasında marağı olmayan xarici qüvvələrdən dəstək alaraq, Ermənistan Respublikası aparılan danışıqlar prosesini pozmaq və özgə torpaqlarının işğalını əbədiləşdirmək üçün davamlı cəhdlər göstərmişdir.

Beynəlxalq təşkilatların qətiyyətsizliyindən istifadə edən Ermənistan tərəfi 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinin ön mövqelərinə hücum etmiş və dinc yaşayış məntəqələrini iriçaplı toplardan, raket qurğularından, zirehli texnikadan və atıcı silahlardan atəşə tutmuşdur. Bu təxribatlara cavab olaraq Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxarmışdır. 2020-ci il sentyabrın 27-də növbəti təxribatdan sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə etmiş və təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ilk günlərdən Ermənistan silahlı qüvvələrini ağır məğlubiyyətə uğratmışlar.

Döyüş meydanında aciz durumda qalan Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törətmişlər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir.

Dinc yaşayış məntəqələrinə 227 raket və 30 minə yaxın mərmi atılmış, nəticədə 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilmiş, 450-dən çox insan yaralanmışdır.

Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər və çoxmənzilli yaşayış binaları dağıdılmış və ya onlara ciddi ziyan vurulmuşdur.

Lakin bu qanlı hücumlar və vəhşilik əməlləri Azərbaycanı öz məqsədindən geri döndərə bilmədi. O dəhşətli günlərdə bütün xalqımız, o cümlədən Ermənistanın dövlət terrorizmi aktlarına məruz qalan dinc şəhərlərin sakinləri Ali Baş Komandanın ətrafında daha sıx birləşdilər.

Müharibə cinayətlərinin və insanlıq əleyhinə cinayətlərin qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar işğalçı qüvvələrə sarsıdıcı zərbələr endirilməsinə, onların minlərcə canlı qüvvəsinin, çoxlu sayda hərbi texnikasının və silahlarının məhv edilməsinə və ya qənimət götürülməsinə gətirib çıxardı. Ölkəmizin işğal altında olan ərazisinin böyük hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlar, Şuşa şəhəri, Suqovuşan və Hadrut qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edildi.

Döyüş meydanında qazanılmış parlaq və möhtəşəm qələbə siyasi müstəvidə əldə edilən uğurlar ilə möhkəmləndirildi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoyaraq, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim etdi. Bəyanatın müddəalarına uyğun olaraq, Kəlbəcər, Ağdam və Laçın rayonları dinc yolla Azərbaycana qaytarıldı.

Azərbaycan BMT-nin, digər beynəlxalq təşkilatların münaqişəyə dair sənədlərinin icrasını faktiki təmin edərək, ərazi bütövlüyünün bərpasına nail olmuş, Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq yaratmışdır. Azərbaycanın əzəli və tarixi torpağı olan Qarabağın həyatında yeni dövr – bərpa və quruculuq dövrü başlanmışdır.

30 illik işğal dövründə vandalcasına viran qoyulmuş torpaqlarda yaşayış məntəqələrinin bərpası layihələri həyata keçirilir, infrastruktur obyektləri qurulur, hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik, su xətləri çəkilir. Məcburi köçkünlərin mümkün qədər tez müddətdə doğma yurdlarına qayıtması üçün şərait yaradılır.

Regionda dinc həyatın sahmana salınması, davamlı sülhün təmin edilməsi üçün Azərbaycanın lazımi addımlar atdığı bir vaxtda, təəssüf ki, Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, hərbi məğlubiyyətin əvəzini çıxmaq, Azərbaycan torpaqlarını yenidən işğal etmək, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Müharibə başa çatdıqdan sonra Azərbaycan Respublikasının hakimiyyət orqanları Ermənistan Respublikasına dəfələrlə müraciət edərək, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə böyük sülh müqaviləsi imzalamağı təklif etmişlər. Lakin qarşı tərəf müxtəlif bəhanələr gətirərək sülh təkliflərini qəbul etməkdən yayınmışdır.

Ermənistan Respublikası Azərbaycanla dövlət sərhədinin delimitasiya və demarkasiya olunmamasından istifadə edərək sərhəddə təxribatlar törədir, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi Laçın dəhlizi vasitəsi ilə yaraqlıların və hərbi yüklərin daşınmasını təşkil edir, Azərbaycan Silahlı Qüvvələrinə qarşı müntəzəm təxribatlar törədir, müharibə başa çatdıqdan sonra yaxalanmış təxribatçıları hərbi əsirlər kimi qələmə verir, ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. Darmadağın edilmiş erməni ordusunun bərpası, təcavüzkar dövlətin müasir silahlar və hərbi texnika ilə təchiz edilməsi planları elan olunmuşdur. Qarabağ ərazisindən hələ də tam çıxarılmamışdır.

Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində yüz minlərcə tank və piyada əleyhinə minalar basdırmış və israrlı tələbələrdən sonra minalanmış sahələrin kiçik bir hissəsinin xəritəsini vermişdir. Lakin məlum olmuşdur ki, həmin xəritə real vəziyyətin yalnız 25%-ni düzgün əks etdirir. Minalanmış bütün ərazilərin düzgün xəritələrini verməkdən imtina edilməsi Ermənistanın törətdiyi çoxsaylı müharibə cinayətlərindən biridir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 159 insan, o cümlədən, mülki şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların partlaması nəticəsində həlak olmuş və yaralanmışlar.

Xüsusi narahatlıq doğuran cəhət budur ki, bəzi dövlətlər öz maraqlarını həyata keçirmək vasitəsinə çevirdikləri münaqişəyə son qoyulması ilə barışmaq istəmirlər. Bu dövlətlər öz bəyanatları və hərəkətləri ilə regionda sülh və sabitliyin bərqərar edilməsinə, əslində, mane olurlar. ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətinin bərpa edilməsinə cəhdlər göstərilir, Qarabağda 20-30 min erməninin yaşadığı əraziyə ayrıca status verilməsi barədə iddialar irəli sürülür.

Unutmaq lazım deyil ki, Azərbaycan Respublikası münaqişəni öz gücü ilə həll etmiş və əvvəlki formatda vasitəçilik səylərinə, əslində ehtiyac qalmamışdır. Digər tərəfdən, Azərbaycan qədim tolerantlıq ənənələrinə malik olan çoxmillətli unitar dövlətdir və burada bütün etnik qrupların nümayəndələri bərabərlik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu ölkə bütün Azərbaycan vətəndaşlarının ümumi və bölünməz vətənidir. Qarabağda yaşayan ermənilər Azərbaycanın digər vətəndaşları ilə eyni hüquq və azadlıqlara malikdirlər və onlara hər hansı statusun verilməsindən söhbət gedə bilməz".

Milli Məclis ümid etdiyini bildirir ki, uzun illər ərzində qanlı münaqişədən əziyyət çəkmiş Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında daimi sülhün bərqərar edilməsi, sivil dövlətlərarası münasibətlərin qurulması, bu dövlətlərin ərazisində Azərbaycan və erməni xalqlarının nümayəndələrinin dinc yanaşı həyatının təmin edilməsi üçün yaranmış tarixi imkan lazımınca dəyərləndiriləcəkdir. Azərbaycan Respublikası bölgənin bütün etnik qrupların nümayəndələrinin firavanlıq şəraitində yaşadıqları sülh, sabitlik və inkişaf məkanına çevrilməsi üçün özündən asılı olan bütün tədbirləri görməkdə davam edəcək.

Azərbaycanla Gürcüstan arasında beş sənəd imzalandı

Azərbaycanla Gürcüstan arasında beş sənəd imzalandı

Bu gün Bakıda keçirilmiş Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasının protokolu imzalanıb.

YAZTV xəbər verir ki, sənədi hər iki ölkənin baş nazirləri - Əli Əsədov və İrakli Qaribaşvili imzalayıblar.

Toplantı çərçivəsində, həmçinin Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında anlaşma haqqında memorandumlar da imzalanıb.

Həmin sənədlərə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi ilə Azərbaycanın Mədəniyyət Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq proqramı, iki hökumət arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətəndirilməsi sahəsində əməkdaşlığa dair razılaşma, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədində keçid məntəqələrinə dair razılaşma, “Produce in Georgia” ictimai hüquqlu publik şəxsin Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlıq haqqında memorandumlar daxildir.

İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan arasında etimad var”

İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan arasında etimad var”

“Sabah (bu gün-red) Bakıya səfər edəcəm və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəm. Mənim ona böyük hörmətim var. Bizim yaxşı münasibətlərimiz, ən əsası etimad mövcuddur”.

YAZTV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.

Onun sözlərinə görə, ölkələr və onların liderləri arasında etimad varsa, bütün məsələlər buna uyğun həll olunur.

Baş nazir yaxın zamanlarda Ermənistana da səfər edəcəyini bildirib: “Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlərdə faydalı rol oynayacam”.

Qeyd edək ki, sentyabrın 29-da Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçiriləcək. İ.Qaribaşvili komissiyanın həmsədri kimi toplantıda iştirak edəcək.

Prezident Dövlət Agentliyinə 6 milyon manat ayırdı

Prezident Dövlət Agentliyinə 6 milyon manat ayırdı

Prezident İlham Əliyev "Kürdəmir rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. 

YAZTV xəbər verir ki, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (26 km)–Qarasaqqal–Cəyli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Sahibə Qafarova Qazaxıstan parlamentini Xocalı soyqırımını tanımağa çağırdı

Sahibə Qafarova Qazaxıstan parlamentini Xocalı soyqırımını tanımağa çağırdı

Milli Məclisin sədri Sahibə Qafarova rəsmi səfəri çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə və Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşlərində bu ölkənin parlamentini Xocalı soyqırımını tanımağa çağırıb.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

O, qarşıdan 30-cu ildönümü gələn Xocalı soyqırımı barədə həmkarına ətraflı məlumat verib.

Spiker diqqətə çatdırıb ki, bəzi beynəlxalq təşkilatlar və dünyanın bir çox ölkələrinin parlamentləri bu faciəni soyqırımı kimi tanıyıblar.

S.Qafarova deyib ki, Qazaxıstan parlamentinin də insanlığa qarşı böyük cinayət olan bu faciəyə öz münasibətini bildirməsi yaxşı olardı.

Görüşlərdə Milli Məclisin sədri həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın zəfər qazanmaqla torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoyduğunu deyib.

Azad edilmiş Azərbaycan ərazilərində işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılmış şəhərlərin, kəndlərin bərpasından və həyata keçirilən genişmiqyaslı infrastruktur layihələrindən bəhs edib.

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşımbayevlə görüşündə də Xocalı soyqırımı ilə bağlı məsələni vurğulayıb və qarşı tərəfdən müvafiq addım atılmasının arzuolunan olduğunu bildirib.

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

Zakir Həsənov Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Bu barədə YAZTV Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.

Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Çex Respublikasının xarici işlər nazirini qəbul edib

Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.

YAZTV xəbər verir ki, görüş zamanı 2015-ci ildə Azərbaycan Respublikası ilə Çex Respublikası arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədən irəli gələn əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edilib ki, Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanekin Azərbaycana səfəri postkovid dövründə münasibətlərimizin perspektivlərinin nəzərdən keçirilməsi, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ticarət, iqtisadiyyat, investisiya qoyuluşu, nəqliyyat, enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.

Yakub Kulhanek Çex Respublikası əsgərlərinin Əfqanıstandan təxliyə edilməsi işində Azərbaycanın göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi - SƏRƏNCAM

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

 

YAZTV xəbər verir ki, Sərəncama əsasən, 2021/2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

 

Sərəncamla 2021/2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilir:

 

Abdullayev Anar Yaşar oğlu

 

Abdullayev Camal Əhməd oğlu

 

Abdullazadə Nigar Qabil qızı

 

Ağarzayeva Tamara Mehran qızı

 

Ağayev Tamerlan Rizvan oğlu

 

Ağayeva Əsmər Osman qızı

 

Allahverdiyeva Aynur Rauf qızı

 

Allahverdiyeva Türkan Musa qızı

 

Alməmmədli Aydan Faiq qızı

 

Aslanova Rübabə Kamran qızı

 

Bağırova Gülay Elşad qızı

 

Baxşalıyev Ramin Amil oğlu

 

Baxşəliyev Eldar Fətəli oğlu

 

Bayramov Elçin İlqar oğlu

 

Bəbişli Cavad Ümüdvar oğlu

 

Bədəlov Əflan Aslan oğlu

 

Bəşirov Fətulla Vaqif oğlu

 

Cabbarzadə Sevinc Zeynal qızı

 

Camaləddinli Cəmşid Mürşüd oğlu

 

Cəfərli Aysel Eynur qızı

 

Cəfərova Nərgiz Zaur qızı

 

Çələbiyev Nazim Eldəniz oğlu

 

Dürüskari Fatimə Rzayevna

 

Əfəndiyev Kamil Nazim oğlu

 

Əhmədzadə Fatimə İxtiyar qızı

 

Əliyev Əlehsan Rövşənoviç

 

Əliyev Mirmahmud İsmayıl oğlu

 

Əliyev Murad Elçin oğlu

 

Əliyeva Elvina İlqar qızı

 

Əliyoldaşov Gülbala Əliyoldaş oğlu

 

Əmirova Şəbnəm Zöhrab qızı

 

Ənsərli Cahan Akif qızı

 

Əsədov İsmayıl Abbas oğlu

 

Fərziyeva Esmira Natiq qızı

 

Hacıyeva Sevin Eldar qızı

 

Heydərova Elanə Arif qızı

 

Həmzalı Nəzrin Elçin qızı

 

Həsənli Oğuz Malik oğlu

 

Həsənov İlham Babək oğlu

 

Həşimzadə Həmid Ramin oğlu

 

Hümmətova Aysu Razim qızı

 

Hüseynov Hüseynəli Surxay oğlu

 

Hüseynov Şamşur Şahmar oğlu

 

Hüseynzadə Aysun Eldar qızı

 

Xəlilli Murad Çingiz oğlu

 

İbrahimxəlilov Yaşar Təmraz oğlu

 

İbrahimova Mədinə Eldəniz qızı

 

İsgəndərli Nərmin Şahin qızı

 

İsmayılova Nuridə Qüdrət qızı

 

Kazımov Ayxan Seymur oğlu

 

Kərimli Fidan Vasif qızı

 

Kərimova Maya Ramin qızı

 

Qasımov Səmral Seymur oğlu

 

Qasımova Röya Anar qızı

 

Qebedova Billurə Elnur qızı

 

Quliyev Cəfər Qafar oğlu

 

Quliyev Fuad Anar oğlu

 

Quliyev Rüfət Vüqar oğlu

 

Quliyev Şamil Orxan oğlu

 

Qulizadə Nərmin Əli qızı

 

Qurbanlı Qənirə Akif qızı

 

Qurbanzadə Məhəmməd Fəxrəddin oğlu

 

Mahmudzadə Zəhra Əli qızı

 

Mansırlı Ayşə Ələddin qızı

 

Mehdizadə Cavidan Azər oğlu

 

Məhərrəmli İsa Yusif oğlu

 

Məhərrəmli Şahid Rövşən oğlu

 

Məhərrəmova Aygün Allahverdi qızı

 

Məmmədli İsmayıl İbrahim oğlu

 

Məmmədli Məmməd Fuad oğlu

 

Məmmədov Mirsaleh Mircəlal oğlu

 

Məmmədova Arzu Ramil qızı

 

Məmmədova Gülcan Araz qızı

 

Məmmədova Jalə Müşviq qızı

 

Məmmədova Nəzrin Vüqar qızı

 

Məmmədova Vətən Mütəllim qızı

 

Məsmalıyev Sərcan Şahin oğlu

 

Mirzəyev Vüqar İlqar oğlu

 

Muradlı Kamil Anar oğlu

 

Murtuzov Ruslan Abbas oğlu

 

Mustafayev Anar Zahidoviç

 

Mustafayev Kamran Teymur oğlu

 

Nəsibova Yasəmən Həsənəli qızı

 

Nəzərova Gülay Müslüm qızı

 

Novruzova İlhamə Natiq qızı

 

Nuriyeva Lalə Tahir qızı

 

Nurkişiyev Aydın Aqil oğlu

 

Pirizadə Nurlan Müşfiq oğlu

 

Rəşidova Türanə Oruc qızı

 

Rüstəmli Aysu Seymur qızı

 

Sadıqova Zümrüd Fərman qızı

 

Sevdimli Jalə Ceyhun qızı

 

Sultanov Rəvan Nüsrət oğlu

 

Süleymanova Ləman Elman qızı

 

Şamilzadə Günay Ruslan qızı

 

Şəfiyev Əbil Üzeyir oğlu

 

Vahablı Əkbər Mahir oğlu

 

Yusifova Cəmilə Mahir qızı

 

Yusifova Nigar Əhməd qızı

 

Yüzbəyova Aytac Romik qızı

 

Zeynallı Ülviyyə Üzeyir qızı

 

Zeynallı Zeybə Rəfail qızı.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Səməd Seyidova YENİ VƏZİFƏ verildi

Səməd Seyidova YENİ VƏZİFƏ verildi

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın “Avropada ultrasağçı ideologiyanın demokratiyaya çağırışları və insan haqları” mövzusu üzrə məruzəçi seçilib.

YAZTV xəbər verir ki, seçki Avropa Şurasının siyasi məsələlər üzrə Komitəsində keçirilib.

 

S.Seyidovun namizədliyini Avropa mühafizəkarlar və demokratik alyans qrupu irəli sürüb.

Avropa Şurasının siyasi məsələlər üzrə Komitəsinin bütün üzvləri Azərbaycan nümayəndəsinin məruzəçi seçilməsini dəstəkləyib. (publika az)