Monday, 17 Yanvar 2022 04:15
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
“Eşitmişəm ki, Ermənistan ordusunu yenə canlandırmaq istəyirlər”

“Eşitmişəm ki, Ermənistan ordusunu yenə canlandırmaq istəyirlər”

“Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı?”

YAZTV-e xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, müharibə başa çatıb: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər”.
 
YAZTV (qafqazinfo az)
İlham Əliyev Ərdoğanı təbrik etdi

İlham Əliyev Ərdoğanı təbrik etdi

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

YAZTV-nin xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Heç şübhəsiz ki, qazanılmış bütün bu uğurlar bilavasitə Sizin böyük dövlət xadimi kimi gərgin fəaliyyətinizin nəticəsidir.

Fəxr hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir.

Dostluq və qardaşlıq üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında şəxsən Sizin misilsiz rolunuz var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin və strateji müttəfiqliyimizin daha da möhkəmləndirilməsi yolunda qətiyyətiniz, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyiniz xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm".

ÜST Azərbaycana təşəkkür etdi

ÜST Azərbaycana təşəkkür etdi

Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) COVID-19 pandemiyasına qarşı qlobal səviyyədə mübarizə aparan ölkələrə və təşkilatlara təşəkkürünü bildirib.

YAZTV-e xəbər verir ki, COVID-19 pandemiyasının bütün dünyada geniş yayıldığı bir vaxtda ÜST və onun tərəfdaşları dünya ölkələrinə bu pandemiyaya qarşı mübarizədə öz dəstəklərini davam etdirirlər.

ÜST COVID-19 pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə töhfə verən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını ifadə edən məlumat yayıb. Yayılan məlumatda bir çox donor təşkilatların və hökumətlərin dəstəyi sayəsində həyata keçirilən tədbirlər geniş şəkildə qeyd olunur. Təşəkkür bildirilən ölkələr sırasında Azərbaycanın da adı var.

ÜST bildirir ki, donorların və tərəfdaşların dəstəyi olmadan pandemiyaya qarşı mübarizədə həmin ölkələrə kömək mümkünsüz olardı. ÜST koronavirusla qlobal səviyyədə mübarizəyə töhfə verən, xüsusilə də bu virusa qarşı hərtərəfli mübarizə aparmaq məqsədilə çevik həllər təklif edən bütün hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını bildirir.

Adıçəkilən siyahıda Azərbaycanla yanaşı bir sıra ölkə, həmçinin Afrika İnkişaf Bankı, Bill və Melinda Qeyts Fondu, Amerikalararası İnkişaf Bankı (İİB), İslam İnkişaf Bankı, OPEC, Beynəlxalq İnkişaf Fondu (OFID), “Standard Chartered” bankı, BMT-nin Humanitar məsələlərin koordinasiya ofisi, BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Əhali Fondu (BMTƏF), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Bankı kimi təşkilatlar qeyd olunub.

YAZTV (ölkə az)

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzalayıb

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzalayıb

Prezident İlham Əliyev “Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” 26 dekabr 2013-cü il fərmanında və “Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ondan istifadə sahəsində əlavə tədbirlər haqqında” 15 oktyabr 2014-cü il tarixli sərəncamında dəyişiklik edib.

YAZTV-e xəbər verir ki, dövlət başçısının imzaladığı yenu fərmana əsasən adları çəkilən göllərlə bağlı səlahiyyətlər İqtisadiyyat Nazirliyindən alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib.

1-ci göllərə aid bütün sənədləri və məlumatları bir ay müddətində 2-ciyə təhvil verməli, Nazirlər Kabineti isə bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

Ərdoğan: "Terrora qarşı mübarizə aparmaq üçün heç kimdən icazə almayacağıq"

Ərdoğan: "Terrora qarşı mübarizə aparmaq üçün heç kimdən icazə almayacağıq"

“İraqın şimalında bir mağarada 13 silahsız insanın başına gətirilən hadisə belə qarşımızdakı pisniyyətli insanların utanmasına yetərli olmayıb”.

YAZTV-e xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 24-dəki çıxışında bildirib.

“Terrorçuların sayı on minlərlə idi, indi yüzlərə enib. Bu mübarizəmizi davam etdiririk, etdirəcəyik”, - Türkiyə prezidenti vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan Qafqazdan Balkanlaradək bir ərazidə terrora qarşı mübarizə aparacaqlarını deyib:

“Coğrafiyamızda minillik mövculuğumuzun bizə yüklədiyi qardaşlıq, dostluq vəzifələrimizi yerinə yetirmək üçün heç kimdən icazə almayacağıq. Bütün sərhədlərimizi yetərincə təhlükəsiz hala gətirənədək dayanmacağıq. Kimsə bu mübarizəyə müəmmalı bəyanatlarla kölgə salmaq istərsə, həyatı boyu yanlışlıq içində olar”.

Qeyd edək ki, PKK/YPG-PYD terrorçuları 2015-ci ildə qaçırdığı Türkiyənin 13 vətəndaşını fevralın 13-də qətlə yetirib.

Çavuşoğludan Türkmənistan qazının Avropaya nəqli barədə AÇIQLAMA

Çavuşoğludan Türkmənistan qazının Avropaya nəqli barədə AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan qazının Avropaya nəqli barədə danışıb.

YAZTV-e xəbər verir ki, Çavuşoğlu bu haqda Türkmənistanın XİN başçısı Reşit Meretovla Ankarada keçirdiyi ortaq mətbuat konfransında danışıb.

"Türkmənistan qazının Türkiyəyə çatdırılması və buradan Avropaya nəqli prosesində üzərimizə düşən bütün işləri görməyə hazırıq", - deyə Çavuşoğlu bəyan edib.

YAZTV (unikal org)

İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib

İlham Əliyev Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.

Dövlətimizin başçısı kompleksdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar yaxın vaxtlarda Gürcüstan və Azərbaycana səfər edəcək.

YAZTV-e Gürcüstan mətbuatına istinadən məlumatına görə, səfər zamanı T.Klaar ölkə rəsmiləri ilə görüşlər keçirəcək.

Gəncə polisinin rəisinə birinci müavin təyin edilib

Gəncə polisinin rəisinə birinci müavin təyin edilib

Daxili işlər orqanlarında yeni təyinat olub.

YAZTV-e xəbər verir ki, polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

N.Qasımov bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şöbə müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

YAZTV (report az)

Hikmət Hacıyev: “Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdı”

Hikmət Hacıyev: “Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdı”

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünya müsəlmanlarını təmsil edən, 56 ölkənin üzv olduğu İslam Həmrəyliyi Gənclər Forumunun təşkil etdiyi ‘’Special Edition Talks’’ proqramında qonaq olub.

Bu barədə “Sabah” xəbər yayıb.

Bildirilir ki, 28 illik erməni işğalından sonra Dağlıq Qarabağ zəfərindən danışan Hikmət Hacıyev 44 günlük müharibədə Türkiyənin dəstəyinin Azərbaycan üçün böyük önəm daşıdığını vurğulayıb.

“Türkiyə və Azərbaycan dost ölkələrdir. Biz hər zaman Türkiyənin qardaş ölkə Azərbaycana kömək əli uzatdığını gördük. Ermənistanın etdikləri qarşısında da Türkiyə dəstəkləyici mövqeyini və ədalət tərəfdarı münasibətini göstərib. Türkiyə xalqının 44 gün ərzində Azərbaycan xalqının yanında olduğunu gördük və bu, bizi çox sevindirdi. Həm xalqın yanımızda olması, həm də diplomatik dəstək Azərbaycanı şübhəsiz ruhlandırdı. Bu, müharibədə bizim üçün güc mənbəyi oldu”, - deyə o, bildirib.

Xocalı faciəsi ilə bağlı danışan Hikmət Hacıyev dünyanın bir çox qurum və təşkilatlarının bunu bəşəri cinayət adlandırdığını, Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarqsyanın insanlığa qarşı bu cinayətdə məsul olduqlarını vurğulayıb:

“Zamanla bu cür hərbi doktrinaların Ermənistan tərəfindən təkrarlandığını gördük. Xatırladım ki, 44 günlük müharibənin ideyası və mahiyyəti də belə idi. Azərbaycanın mülki vətəndaşlarına atılan ağır raketlər və bombalar nəticəsində yüzlərlə insan öldü”.

Prezidentin köməkçisinin sözlərinə görə, əslində Xocalı faciəsindən bəri zehni olaraq çox şey dəyişməyib, hələ də siyasi və hərbi motivlərdə həmin hadisənin mahiyyətinin əks olunduğu müşahidə edilir. O, insanlığa qarşı bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyindən də danışıb.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Türkiyə ilə Azərbaycanın siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində strateji müttəfiqliyə də toxunub, tarixi İpək Yolu üçün layihələrin böyük əhəmiyyət daşıdığını söyləyib.

Azərbaycanın Türkiyəyə 20 milyard dollarlıq sərmayə yatırdığını bildirən H.Hacıyev “Türkiyə iqtisadiyyatına tam etibar edirik”, - deyə vurğulayıb.

YAZTV (oxu az)

Deputatların bir qrupu peyvənd olunub

Deputatların bir qrupu peyvənd olunub

Milli Məclisin deputatlarının bir qrupu koronavirusa qarşı peyvənd olunub.

YAZTV-nin məlumatına görə, peyvənd olunan deputatlar özlərini yaxşı hiss edir. Koronavirusu keçirmiş deputatlarda isə anticisimlər olduğu üçün peyvənd olunmaları hələki tövsiyə olunmayıb.

Deputatların peyvəd olunması prosesi davam edir. Qeyd edək ki, deputatların peyvənd olunması könüllü əsasla aparılır.

Azərbaycan Prezidenti: Hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim

Azərbaycan Prezidenti: Hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim

Xatırladığınız kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi forumları zamanı mən auditoriyaya müraciət edərkən hər dəfə münaqişəyə diqqət çəkirdim, hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim.

YAZTV-nin məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb. Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var".