Monday, 17 Yanvar 2022 06:00
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi

Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağlığı verib:

Başsağlığında deyilir:

“Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm”.

YAZTV

Ceyhun Bayramov səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib

Ceyhun Bayramov səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib

“İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luca Attanasio və karabiner bir əsgərin BMT konvoyuna edilən qorxunc hücum nəticəsində öldürülməsindən dərindən kədərləndim”.

YAZTV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.

“Həlak olanların ailələrinə və dost İtaliya xalqına başsağlığı veririk”, - nazir vurğulayıb.

Zəngilan rayonunun İkinci Alıbəyli kəndindən VİDEO

Zəngilan rayonunun İkinci Alıbəyli kəndindən VİDEO

Müdafiə Nazirliyi Zəngilan rayonunun İkinci Alıbəyli kəndindən videogörüntülər hazırlayıb.

YAZTV-e həmin görüntüləri təqdim edir.

https://www.youtube.com/watch?v=WCMtdLISW-k&feature=emb_logo

YAZTV

Prezident videoformatda qəbul keçirdi

Prezident videoformatda qəbul keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edib.

 YAZTV-e xəbər verir ki, bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb. 
Türkiyənin təhsil naziri: "Qarabağın bərpasında təhsilin önəmini bilirik"

Türkiyənin təhsil naziri: "Qarabağın bərpasında təhsilin önəmini bilirik"

“Qarabağın bərpası mövzusunda təhsilin nə dərəcədə önəmə sahib olduğunu bilirik və təhsil işləri məsələsində böyük çalışmalar içindəyik”.

YAZTV “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Ziya Selçuk azərbaycanlı həmkarı Emin Əmrullayevlə görüşdən sonra söyləyib.

Baş Prokurorluq: “Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq”

Baş Prokurorluq: “Bakıda intihar edən gənc qızın şəxsi yazışmaları araşdırılacaq”

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən YAZTV-yə bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

 “Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir”, - deyə məlumatda qeyd edilir.

Qeyd edək ki, 20 yaşlı S.Atakişiyeva Yeryemenko küçəsindəki çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edib. O, evin həyətində olan avtomobilin üzərinə düşüb.

YAZTV

Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib

Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib

Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

YAZTV-nin məlumatına görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Türkiyə XİN başçısının müavini Gürcüstanda səfərdədir

Türkiyə XİN başçısının müavini Gürcüstanda səfərdədir

Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal Gürcüstana işgüzar səfər edib.

YAZTV xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

S.Önalın başçılıq etdiyi nümayəndə heyəti və Gürcüstanın xarici işlər naziri Laşa Darsaliya arasında görüş keçirilib. Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələlərini və strateji tərəfdaşlığın dərinləşdirilməsi üzrə perspektivləri müzakirə ediblər.

Türkiyə tərəfi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini bir daha təsdiqləyib. Görüşdə bölgədə yaranan yeni reallıq, çağırışlar, təhdidlər və əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib.

Qeyd olunub ki, Gürcüstan hər iki ölkənin iştirak etdiyi iqtisadi layihələrə böyük önəm verir. Tərəflər xüsusi diqqəti Türkiyə və Gürcüstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti görüşünə yönəldiblər.

Görüşdə həmçinin COVID-19 pandemiyası ilə bağlı məsələlərə də toxunulub və bu sahədə qarşılıqlı yardım və təcrübə mübadiləsinin zərurliyi vurğulanıb.

S.Önalın fevralın 23-də Gürcüstanın XİN başçısı ilə görüşü də nəzərdə tutulub.

Vilayət Eyvazov polkovnik-leytenanta VƏZİFƏ VERDİ

Vilayət Eyvazov polkovnik-leytenanta VƏZİFƏ VERDİ

Daxili İşlər Nazirliyində növbəti kadr islahatı olub.

YAZTV   xəbər verir ki, bu barədə Daxili İşlər naziri, qeneral-olkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Azər Hüseynov Mingəçevir Şəhər Polis Şöbəsinə xidmət üzrə rəis müavini təyin olunub.

O, bundan əvvəl Hacıqabul Rayon Polis şöbəsində müavin vəzifəsində çalışıb.

YAZTV

Milli Məclis “Dostluq” yatağı ilə bağlı sənədi təsdiqlədi

Milli Məclis “Dostluq” yatağı ilə bağlı sənədi təsdiqlədi

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.

YAZTV-nin xəbərinə görə, sənədə əsasən, tərəflər “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədi ilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcəklər.

“Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətdə bölüşdürüləcək.

“Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabət qabiliyyətli şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçiriləcək. Bu konteksdə tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarını istifadə edəcəklər.

“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası saziş bağlanacaq.

Hökumətlərarası sazişin işlənib hazırlanması və razılaşdırılması məqsədilə tərəflər birgə işçi qrup yaradırlar. Birgə işçi qrupunun tərkibinə daxil olacaq tərəflərin nümayəndələri barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar. Birgə işçi qrupu mümkün qısa müddət ərzində hökumətlərarası sazişin layihəsini hazırlayacaq və razılaşdıracaq.

Müzakirələrdən sonra Anlaşma Memorandumu təsdiq edilib.

Mədət Quliyev BƏƏ Baş nazirinin müavini ilə görüşdü

Mədət Quliyev BƏƏ Baş nazirinin müavini ilə görüşdü

Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi naziri Mədət Quliyevin Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, Prezident işləri naziri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşü baş tutub.

Müdafiə Sənayesi Nazirliyindən YAZTV-yə verilən məlumata görə, görüş zamanı hər iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Şeyx Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkə olduğunu vurğulayaraq hər bir sahədə qarşılıqlı əməkdaşlığın faydalarından danışıb, hər iki ölkə arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Mədət Quliyev Baş nazirin müavinindən Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyana çatdırmasını xahiş edib.

Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti fevralın 21-dən Əbu-Dabidə keçirilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir. Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, mina atanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

Sərgi zamanı Müdafiə Sənayesi naziri Mədət Quliyevin BƏƏ-nin dövlət və hökumət nümayəndələri və sərgiyə qatılan ölkələrin rəsmi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulub.

“IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi öz işini fevralın 25-dək davam etdirəcək.

YAZTV

 

Şuşadakı məktəbin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birgə atacaq

Şuşadakı məktəbin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birgə atacaq

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalının təşəbbüsü ilə Şuşada tikiləcək məktəbin təməlqoyma mərasimində Prezident İlham Əliyev, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və MHP liderinin iştirak edəcəyi gözlənilir. 

YAZTV-e xəbər verir ki, bu barədə MHP liderinin müşaviri və layihənin baş memarı Yusif Ziya Günaydın Türkiyə mətbuatına açıqlamasında məlumat verib.

O bildirib ki, bu yaxınlarda Azərbaycana səfəri zamanı partiyanın səlahiyyətli şəxsləriylə birgə dövlət başçısı İlham Əliyevlə görüşüb. Onun sözlərinə görə, görüş 1 saatdan çox davam edib. Ölkə başçısı həm Prezident R. T. Ərdoğana, həm də Baxçalıya tez-tez qardaşım deyə xitab edib: "Cənab İlham Əliyev vurğuladı ki, "mən qardaşımsız Şuşaya getmərəm, onunla birlikdə gedəcəyik". O həmçinin cənab Dövlət bəyin də Şuşaya gəlməsini arzu etdi və orada da məktəbin təməlinin atılacağını bildirdi". 

Xatırladaq ki, fevralın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədr müavini, Ankaradan deputat Mevlüt Karakayanı qəbul edib. Mevlüt Karakaya Azərbaycanın işğaldan azad edilən torpaqlarında mədəniyyət və incəsənət təmayüllü məktəbin tikintisi ilə bağlı təşəbbüs barədə dövlət başçısına məlumat verib. Bu xüsusda Azərbaycanın təhsil naziri və digər rəsmi şəxsləri ilə görüşdüyünü bildirib. 

İlham Əliyev bu təşəbbüsə görə təşəkkürünü bildirib, azad edilmiş torpaqlarda aparılan bərpa və şəhərsalma işləri çərçivəsində bu təşəbbüsün nəzərə alınacağını deyib.

YAZTV (qafqazinfo az)