Wednesday, 10 Avqust 2022 22:00
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Nazir Ziya Məmmədovun kadrını işdən çıxardı

Nazir Ziya Məmmədovun kadrını işdən çıxardı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi müavini İbrahim Əliyevi tutduğu vəzifədən azad edib.

YAZTV Qaynarinfo.az-a istinadən xəbər verir ki, R.Nəbiyevin müvafiq əmri ilə İ.Əliyevin yerində Anar Rzayev təyin olunub.

Qeyd edək ki, İbrahim Əliyev sabiq Nəqliyyat naziri Ziya Məmmədovun 21 avqust 2015-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi müavini təyin olunmuşdu.

Qarabağda daha 6 erməni hərbçisinin qalıqları tapıldı

Qarabağda daha 6 erməni hərbçisinin qalıqları tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 6 erməni hərbçisinin meyitinin qalıqları tapılıb.

YAZTV xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Füzuli və Xocavənd rayonları ərazisində aşkarlanaraq qarşı tərəfə təhvil verilib.

Qeyd edilib ki, cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.

Xatırladaq ki, 13 Noyabr 2020-ci il tarixindən bu günə qədər aparılan axtarış tədbirləri nəticəsində 1629 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.

Previous Next

Prezident İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlətimizin başçısına Bakıda 6-cı, ölkə üzrə isə 21-ci olan bu “ASAN xidmət” mərkəzi barədə məlumat verdi.

Qeyd edək ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.

Təsadüfi deyil ki, dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin olunub və bu proses sürətlə davam edir. Dövlətimizin başçısının təşəbbüsü ilə 2012-ci ildə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması bürokratik əngəllərin və mümkün korrupsiya hallarının aradan qaldırılmasında inqilabi dəyişiklik etdi və innovasiya sahəsində Azərbaycan brendi kimi dünyada tanındı.

Məlumat verildi ki, 6 saylı Mərkəzdə müxtəlif dövlət orqanları, özəl şirkətlər və kommunal xidmət qurumları qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara ümumilikdə 320-dən çox xidmət göstərəcək. Dövlət orqanlarının bu mərkəzdə fəaliyyət göstərəcək işçiləri də daxil olmaqla ümumilikdə 230 əməkdaş və 85 könüllü çalışacaq. Onların mütləq əksəriyyəti şəhid ailələrinin üzvləri və qazilərdən, Vətən müharibəsinin iştirakçılarından ibarətdir.

Bildirildi ki, hazırda fəaliyyət göstərən 20 "ASAN xidmət” mərkəzinin 5-i Bakıda, digərləri isə bölgələrdədir. Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi də davam etdirilir. Bu günədək “ASAN xidmət”ə 7 milyon 465 mindən çox vətəndaşın 45 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Prezident İlham Əliyevin ötən ilin dekabrında imzaladığı Fərmanla yaradılan “YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi qazilərinin sağlamlıqlarının bərpa olunması istiqamətində çox mühüm işlər görülüb. Şəhid ailələri üzvlərinin və yaralıların 1152 müraciəti üzrə 3,8 milyon manat kreditləri “YAŞAT” Fondu tərəfindən ödənilib. 5667 müraciət üzrə şəhid ailəsi üzvlərinin və yaralı hərbçinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 22,6 milyon manat, bu qəbildən olan 2357 şəxsin tibb və xaricdə təhsil haqlarının ödənilməsi üçün isə 5.6 milyon vəsait ayrılıb. 120 ağır yaralı müalicə üçün Türkiyəyə göndərilib. Onların 64 nəfəri tam sağalıb, 56 nəfər isə hazırda müalicədədir. Bundan başqa, “Onlar bizə əmanət” layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn 100 şəhid övladına 1000 manat məbləğində maddi yardım olunub, onların adına 5000 manat məbləğində depozit hesab açılıb.

Prezident İlham Əliyevin 2020-ci ilin noyabrında imzaladığı Sərəncama uyğun olaraq yaradılan vahid məlumat bazasında Vətən müharibəsi zamanı mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı ətraflı məlumat yerləşdirilib.

Dövlətimizin başçısına 16 ölkədən 500-dən çox iştirakçının qatıldığı Qlobal Müdafiə Texnologiyaları Hakatonu və Vətən müharibəsində tvit siyasəti barədə də məlumat verildi. Qeyd edək ki, müharibə dövründə ilk yerdə dövlətimizin başçısının tvitləri dayanıb. Bu tvitlərə 396 min baxış olub. #karabakhisazerbaijan həştəqi 800 mindən çox paylaşılmaqla bu mövzuda ən çox paylaşılan həştəq olub. Prezident İlham Əliyevə ASAN sosial innovasiyalar texnoparkı, Görmə məhdudiyyətli şəxslər üçün xüsusi eynək layihələri və ASAN ICESCO mükafatı barədə də məlumat verildi.

Baş Prokurorluq Avropaya qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi barədə məlumat yayıb

Baş Prokurorluq Avropaya qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi barədə məlumat yayıb

Baş Prokurorluq Avropaya qanunsuz miqrasiyanın təşkili ilə bağlı cinayət işi barədə məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  bildirilib ki, Avropa ölkələrinə Azərbaycan Respublikasının vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilib:

"Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmayıb, ona hər hansı məzmunda ittiham verilməyib, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməmiş və axtarışa verilməyib.

 

Kütləvi informasiya vasitələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatlara istinad etməmələri xahiş olunur".

Məhkəmə Eldəniz Səlimovla bağlı qərar verdi

Məhkəmə Eldəniz Səlimovla bağlı qərar verdi

Polisi döydüyü üçün bu gün toxunulmazlığına xitam verilərək saxlanılan deputat Eldəniz Səlimovun məhkəməsi başa çatıb.

"YAZTV" xəbər verir ki, Binəqədi rayon məhkəməsində keçirilən iclasda Səlimov barəsində məhkəmənin qərarıyla üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Eldəniz Səlimov saxlanılıb

Eldəniz Səlimov saxlanılıb

Bu gün Milli Məclisin qərarı ilə deputat toxunulmazlığı ləğv edilən Eldəniz Səlimov saxlanılıb.

YAZTV -nin məlumatına görə, E.Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Erməni təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrinin bərpası üçün yeddi milyon manat ayrıldı

Erməni təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrinin bərpası üçün yeddi milyon manat ayrıldı

Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam verib.

YAZTV xəbər verir ki, Sərəncamda deyilir:

- 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Gəncə şəhəri, Ağdam, Goranboy və Tərtər rayonlarında zərər vurulmuş təhsil müəssisələrində təmir-tikinti işlərinin həyata keçirilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 7,0 (yeddi) milyon manat vəsait ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Eldəniz Səlimov məhkəməyə gətirildi

Eldəniz Səlimov məhkəməyə gətirildi

Bu gün toxunulmazlığına xitam verilərək saxlanılan deputat Eldəniz Səlimov Binəqədi rayon məhkəməsinə gətirilib.

"YAZTV" xəbər verir ki, iclas jurnalistlərə qapalı şəkildə keçirilir.

Xatırladaq ki, bir neçə saat əvvəl toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili törətdiyi əmələ görə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. 

 İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. 
 
 
Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edildi

Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edildi

Deputat Eldəniz Səlimovun toxunulmazlığı ləğv edilib.

YAZTV-nin məlumatına görə, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

Deputatlar Eldəniz Səlimovun hərəkətinin təəssüf doğurduğunu və Milli Məclisin adına böyük ləkə gətirdiyini diqqətə çatdırıblar.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, polis əməkdaşını döydüyü üçün Eldəniz Səlimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətirib

Müdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətirib

"Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad etmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur".

Bu barədə YAZTV-yə nazirlikdən məlumat verilib.

"Ümumiyyətlə, şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar xidməti xarakter daşıyır və hərbi-dövlət sirri sayıla bilər.

Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etmədən Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində zəfər çalmış qalib Ordu haqda bu kimi məlumatların yayılması və ya sosial şəbəkələrdə əsassız müzakirə obyektinə çevrilməsi Ordumuzun gündəlik fəaliyyətinin təşkilinə mənfi təsir göstərir və əməliyyat şəraitində olan hərbi qulluqçularımızın həyatını təhlükə altına qoya bilər. Bu kimi hallar eyni zamanda Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına, onların Ordumuza qarşı apardığı dezinformasiya və "fakenews" əməliyyatlarının asanlaşdırılmasına xidmət edir.

Peşəkar, məsuliyyətli və vətənpərvər Azərbaycan mediasının daim və Vətən müharibəsi dövründə xüsusilə Ordumuza göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bununla belə, bəzi media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Xalq-Ordu birliyinə xələl gətirə biləcək informasiya təxribatlarının və məlumatlarının tirajlamasının qarşısının alınmasında fəal olmağa və vətəndaş məsuliyyəti prinsipindən çıxış edərək Orduya dəstək olmağa çağırırıq", - Müdafiə Nazirliyindən bildirilib.

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə meşə yanğınlarının söndürülməsində dəstəyini göstərmiş ölkələrə təşəkkür edib.

YAZTV” xəbər verir ki, Türkiyə Prezidenti bunu öz tviter hesabında yazıb. 

“Meşə yanğınlarında mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını verən, köməyə hazır olduğunu bildirən, kömək göstərən bütün dost ölkə və təşkilatlara millətim adımdan təşəkkür edirəm. İnşallah, ən qısa müddətdə bu çətin vəziyyəti geridə qoyacağıq”, - deyə Ərdoğan yazıb. 

Rəcəb Tayyib Ərdoğan bunun ardınca başda Prezident İlham Əliyev olmaqla digər ölkələrin rəhbərlərinə təşəkkür edib:

“Xüsusilə, ilk andan etibarən dəstəklərini əsirgəməyən Can Azərbaycanın Prezidenti, dəyərli dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə, İspaniyanın Baş naziri Pedro Sançezə ölkəm adından təşəkkür edirəm”.

Bununla yanaşı, Türkiyə Prezidenti İran, Qətər, Xorvatiya və Ukraynaya da dəstəyi üçün təşəkkürünü bildirib.

Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır

Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək.

YAZTV xəbər verir ki, toplantıda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Milli Məclisin 53 deputatı qanunverici orqanın növbədənkənar sessiyasının çağırılması üçün spiker Sahibə Qafarovaya müraciət edib. S.Qafarova deputatların tələbini nəzərə alaraq, avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.