Friday, 21 Yanvar 2022 03:28
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar yaxın vaxtlarda Gürcüstan və Azərbaycana səfər edəcək.

YAZTV-e Gürcüstan mətbuatına istinadən məlumatına görə, səfər zamanı T.Klaar ölkə rəsmiləri ilə görüşlər keçirəcək.

Gəncə polisinin rəisinə birinci müavin təyin edilib

Gəncə polisinin rəisinə birinci müavin təyin edilib

Daxili işlər orqanlarında yeni təyinat olub.

YAZTV-e xəbər verir ki, polis polkovnik-leytenantı Niyaməddin Qasımov Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.

N.Qasımov bu təyinata qədər Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şöbə müdiri vəzifəsində çalışırdı.

Qeyd edək ki, Gəncə Şəhər Baş Polis İdarəsi rəisinin birinci müavini, polis polkovnik-leytenantı Çingiz Aslanov vəzifəsindən azad olunaraq Balakən Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

YAZTV (report az)

Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib

Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib

Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

YAZTV-nin məlumatına görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.

Deputatların bir qrupu peyvənd olunub

Deputatların bir qrupu peyvənd olunub

Milli Məclisin deputatlarının bir qrupu koronavirusa qarşı peyvənd olunub.

YAZTV-nin məlumatına görə, peyvənd olunan deputatlar özlərini yaxşı hiss edir. Koronavirusu keçirmiş deputatlarda isə anticisimlər olduğu üçün peyvənd olunmaları hələki tövsiyə olunmayıb.

Deputatların peyvəd olunması prosesi davam edir. Qeyd edək ki, deputatların peyvənd olunması könüllü əsasla aparılır.

Azərbaycan Prezidenti: Hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim

Azərbaycan Prezidenti: Hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim

Xatırladığınız kimi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin daimi forumları zamanı mən auditoriyaya müraciət edərkən hər dəfə münaqişəyə diqqət çəkirdim, hər dəfə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına diqqət çəkirdim.

YAZTV-nin məlumatına görə, bunu Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "İndi vəziyyət dəyişib. Azərbaycan beynəlxalq hüququ bərpa edib, faktiki olaraq regionda və dünyada yeni reallıqlar yaradıb. Düşünürəm ki, bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olması imkanından istifadə etmək üçün indi çox şey bu reallıqların region ölkələri, böyük dövlətlər tərəfindən düzgün qiymətləndirilməsindən asılı olacaq. Zənnimcə, bu gün Azərbaycan həqiqətən də düşmənçilik, nifrət, qarşıdurma səhifəsini bağlamaq və region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Əslində, biz artıq buna başlamışıq. Biz yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik və proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlamışıq. Ona görə də düşünürəm ki, hamımızın yeni reallıqları qiymətləndirməyə və əməkdaşlığın müsbət imkanlarına və sülh şəraitində birgəyaşayışa diqqəti cəmləşdirmək üçün hökumətlər və beynəlxalq təşkilatlar olaraq addımlarımızı planlaşdırmağa ehtiyac var".

Milli Məclis “Dostluq” yatağı ilə bağlı sənədi təsdiqlədi

Milli Məclis “Dostluq” yatağı ilə bağlı sənədi təsdiqlədi

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.

YAZTV-nin xəbərinə görə, sənədə əsasən, tərəflər “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi məqsədi ilə həmin yatağın coğrafi koordinatlarını müəyyən edəcəklər.

“Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30 % Azərbaycana, 70 % Türkmənistana nisbətdə bölüşdürüləcək.

“Dostluq” yatağından çıxarılmış, beynəlxalq bazarlara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat-tranzit sistemlərinin istifadə edilməsi ilə rəqabət qabiliyyətli şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun olaraq həyata keçiriləcək. Bu konteksdə tərəflər karbohidrogen resurslarının beynəlxalq bazarlara nəqli sahəsində ən səmərəli beynəlxalq əməkdaşlıq formalarını istifadə edəcəklər.

“Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə tərəflər arasında əməkdaşlığı tənzimləyəcək hökumətlərarası saziş bağlanacaq.

Hökumətlərarası sazişin işlənib hazırlanması və razılaşdırılması məqsədilə tərəflər birgə işçi qrup yaradırlar. Birgə işçi qrupunun tərkibinə daxil olacaq tərəflərin nümayəndələri barədə diplomatik kanallar vasitəsilə bir-birini məlumatlandıracaqlar. Birgə işçi qrupu mümkün qısa müddət ərzində hökumətlərarası sazişin layihəsini hazırlayacaq və razılaşdıracaq.

Müzakirələrdən sonra Anlaşma Memorandumu təsdiq edilib.

ÜST Azərbaycana təşəkkür etdi

ÜST Azərbaycana təşəkkür etdi

Ümumdünya Səhiyyə Təşkilatın (ÜST) COVID-19 pandemiyasına qarşı qlobal səviyyədə mübarizə aparan ölkələrə və təşkilatlara təşəkkürünü bildirib.

YAZTV-e xəbər verir ki, COVID-19 pandemiyasının bütün dünyada geniş yayıldığı bir vaxtda ÜST və onun tərəfdaşları dünya ölkələrinə bu pandemiyaya qarşı mübarizədə öz dəstəklərini davam etdirirlər.

ÜST COVID-19 pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə töhfə verən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını ifadə edən məlumat yayıb. Yayılan məlumatda bir çox donor təşkilatların və hökumətlərin dəstəyi sayəsində həyata keçirilən tədbirlər geniş şəkildə qeyd olunur. Təşəkkür bildirilən ölkələr sırasında Azərbaycanın da adı var.

ÜST bildirir ki, donorların və tərəfdaşların dəstəyi olmadan pandemiyaya qarşı mübarizədə həmin ölkələrə kömək mümkünsüz olardı. ÜST koronavirusla qlobal səviyyədə mübarizəyə töhfə verən, xüsusilə də bu virusa qarşı hərtərəfli mübarizə aparmaq məqsədilə çevik həllər təklif edən bütün hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını bildirir.

Adıçəkilən siyahıda Azərbaycanla yanaşı bir sıra ölkə, həmçinin Afrika İnkişaf Bankı, Bill və Melinda Qeyts Fondu, Amerikalararası İnkişaf Bankı (İİB), İslam İnkişaf Bankı, OPEC, Beynəlxalq İnkişaf Fondu (OFID), “Standard Chartered” bankı, BMT-nin Humanitar məsələlərin koordinasiya ofisi, BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Əhali Fondu (BMTƏF), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Bankı kimi təşkilatlar qeyd olunub.

YAZTV (ölkə az)

Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi

Mehriban Əliyeva Yalçın Rzazadənin ailəsinə başsağlığı verdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağlığı verib:

Başsağlığında deyilir:

“Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm”.

YAZTV

Ceyhun Bayramov səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib

Ceyhun Bayramov səfirin öldürülməsi ilə bağlı İtaliyaya başsağlığı verib

“İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luca Attanasio və karabiner bir əsgərin BMT konvoyuna edilən qorxunc hücum nəticəsində öldürülməsindən dərindən kədərləndim”.

YAZTV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.

“Həlak olanların ailələrinə və dost İtaliya xalqına başsağlığı veririk”, - nazir vurğulayıb.

Çavuşoğludan Türkmənistan qazının Avropaya nəqli barədə AÇIQLAMA

Çavuşoğludan Türkmənistan qazının Avropaya nəqli barədə AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkmənistan qazının Avropaya nəqli barədə danışıb.

YAZTV-e xəbər verir ki, Çavuşoğlu bu haqda Türkmənistanın XİN başçısı Reşit Meretovla Ankarada keçirdiyi ortaq mətbuat konfransında danışıb.

"Türkmənistan qazının Türkiyəyə çatdırılması və buradan Avropaya nəqli prosesində üzərimizə düşən bütün işləri görməyə hazırıq", - deyə Çavuşoğlu bəyan edib.

YAZTV (unikal org)

Prezident videoformatda qəbul keçirdi

Prezident videoformatda qəbul keçirdi

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edib.

 YAZTV-e xəbər verir ki, bununla bağlı Prezidentin mətbuat xidməti məlumat yayıb. 
Türkiyənin təhsil naziri: "Qarabağın bərpasında təhsilin önəmini bilirik"

Türkiyənin təhsil naziri: "Qarabağın bərpasında təhsilin önəmini bilirik"

“Qarabağın bərpası mövzusunda təhsilin nə dərəcədə önəmə sahib olduğunu bilirik və təhsil işləri məsələsində böyük çalışmalar içindəyik”.

YAZTV “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Ziya Selçuk azərbaycanlı həmkarı Emin Əmrullayevlə görüşdən sonra söyləyib.