Wednesday, 05 Oktyabr 2022 13:07
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
İlham Əliyev idmançılarımızı təbrik etdi

İlham Əliyev idmançılarımızı təbrik etdi

Prezidenti İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.

YAZTV” xəbər verir ki, dövlət başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib:

“Növbəti qızıl medal sevincini bizə bəxş etdikləri üçün Dürsədəf Kərimovaya, rekordçularımız Həmid Heydəri və Elvin Astanova təşəkkür edir, onları qələbələri münasibətilə ürəkdən təbrik edirəm!

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən komandamızın üzvləri - İlham Zəkiyev, Namiq Abbaslı və Pərvin Məmmədovu səmimi qəlbdən təbrik edirəm!”

Mehriban Əliyeva bu gün qələbə qazanmış idmançılarımızı təbrik etdi

Mehriban Əliyeva bu gün qələbə qazanmış idmançılarımızı təbrik etdi

"Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram".

"YAZTV" xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində yazıb.

 

Qeyd edək ki, Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub.

Azərbaycanın para-atleti Elvin Astanov isə nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub. O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb.

Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya oyunlarında qalib gələn idmançıları təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Yay Paralimpiya oyunlarında qalib gələn idmançıları təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva "Tokio-2020” XVI Yay Paralimpiya oyunlarında qalib gələn idmançılarımızı təbrik edib.

YAZTV-nin məlumatına görə, Mehriban Əliyeva bununla bağlı "İnstagram" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Bizim idmançılarımızı – qızıl medal sahibləri Şəhanə Hacıyeva, Vüqar Şirinli, Saleh Raman, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimlini, bürünc medal sahibləri Pərvin Məmmədov və Namiq Abaslını parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl fiziki hazırlıq və yenilməz qələbə əzmi nümayiş etdirərək, siz Azərbaycanı “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında layiqincə təmsil etdiniz. Əldə etdiyiniz yüksək nəticələr sizin bacarığınızın, əla səviyyədə hazırlığınızın, məqsədyönlülüyünüzün və iradənizin əyani sübutudur. Sizin hər birinizə və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər diləyir və ən xoş arzularımı çatdırıram".

Mehriban Əliyeva Şuşaya gedərkən çəkdiyi görüntüləri paylaşdı - Video

Mehriban Əliyeva Şuşaya gedərkən çəkdiyi görüntüləri paylaşdı - Video

Birinci vitse-prezident Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşaya gedərkən çəkdiyi görüntüləri paylaşıb.

YAZTV” xəbər verir ki, birinci xanım instaqram postunu “İşğaldan azad olunmuş ərazilərə növbəti səfərimiz. Şuşaya gedərkən.” şərhi ilə paylaşıb.

https://www.youtube.com/watch?v=4rRWXbHDFRQ

“Artıq əfqan xalqı bu qədər yükü daşıya bilməz” - Ərdoğan

“Artıq əfqan xalqı bu qədər yükü daşıya bilməz” - Ərdoğan

Türkiyə Əfqanıstanın tezliklə bərpa olunmasının tərəfdarıdır və bu prosesdə hərtərəfli dəstəyə hazırdır.

YAZTV” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Bosniya və Herseqovina səfərindən dönən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi təyyarəsində jurnalistlərlə söhbətləşərkən bildirib.

“Artıq əfqan xalqı bu qədər yükü daşıya bilməz. Ölkə əhalisinin sayı 40 milyona yaxındır. Bu, böyük ölkədir. Ankara Əfqanıstanda birliyi və bərabərliyi hər vasitə ilə dəstəkləməyə hazırdır. Əsas odur ki, Əfqanıstanda da eyni mövqe tutsunlar”, - türkiyəli lider deyib.

 

Ərdoğan Türkiyənin Kabildəki səfirliyinin işi ilə bağlı bütün mümkün ssenarilərin olduğu təqdirdə alternativ planların olduğunu da bəyan edib.

“Personalımızın təhlükəsizliyi bizim üçün prioritetdir”, - Prezident vurğulayıb.

Ərdoğanın sözlərinə görə, diplomatik missiya iki həftə fəaliyyətini müvəqqəti olaraq Kabildə Həmid Kərzai adına Beynəlxalq Hava Limanı ərazisində davam etdirib.

“Bir gün əvvəl heyət şəhərin mərkəzindəki səfirliyin binasına qayıtıb və işini burada davam etdirib. Diplomatik missiyanın fəaliyyətini hələlik bu yolla dəstəkləməyi planlaşdırırıq. Əfqanıstan paytaxtında təhlükəsizliklə bağlı vəziyyətdən asılı olaraq planlar daim dəyişir”, - deyə Ərdoğan bildirib.

Lavrov Ermənistan XİN rəhbəri ilə Qarabağla bağlı razılaşmaları müzakirə edəcək

Lavrov Ermənistan XİN rəhbəri ilə Qarabağla bağlı razılaşmaları müzakirə edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 31-də Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Qarabağla bağlı üçtərəfli razılaşmaların reallaşdırılmasını müzakirə edəcək.

YAZTV-nin  məlumatına görə, görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il razılaşmalarının reallaşdırılması məsələsi nəzərdən keçiriləcək.

Bundan başqa, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması və digər humanitar məsələlər müzakirə mövzusu olacaq.

Şuşada Vaqifin büstünün açılışı oldu

Şuşada Vaqifin büstünün açılışı oldu

Avqustun 29-da Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub.

 “YAZTV” xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Mehriban Əliyeva yeni dünya rekorduna imza atan idmançımızı təbrik edib

Mehriban Əliyeva yeni dünya rekorduna imza atan idmançımızı təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram” hesabında paylaşım edərək yeni dünya rekorduna imza atan idmançımızı təbrik edib.

Paylaşımda deyilir:

“Bizim növbəti qələbəmiz! Milli yığmamızın atleti Həmid Heydəri Azərbaycan üçün yeddinci qızıl medalı qazandı! Nizə atma yarışlarında o, 51,42 metr nəticə göstərərək yeni dünya rekorduna imza atdı. İdmançımızı səmimi qəlbdən təbrik edir və milli yığmamıza yeni nailiyyətlər arzulayıram!”

Prezident İlham Əliyev qızıl medal qazanan Milli Paralimpiya komandamızın üzvlərini təbrik edib

Prezident İlham Əliyev qızıl medal qazanan Milli Paralimpiya komandamızın üzvlərini təbrik edib

Prezident İlham Əliyev qızıl medal qazanan Milli Paralimpiya komandamızın üzvlərini təbrik edib.

YAZTV-nin məlumatına görə, Prezident İlham Əliyevin rəsmi "twitter" hesabında edilən paylaşımda deyilir:

"Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!"

Prezidentlə xanımı Füzuli aeroportunda

Prezidentlə xanımı Füzuli aeroportunda

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 29-da Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. 

YAZTV” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Almaniya xarici işlər naziri sabah Türkiyəyə işgüzar səfərə gələcək

Almaniya xarici işlər naziri sabah Türkiyəyə işgüzar səfərə gələcək

Almaniyanın xarici işlər naziri Hayko Maas sabah Türkiyəyə işgüzar səfərə gələcək.

YAZTV-nin məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.

Qarşıdakı görüşlərdə, iki ölkə arasındakı və Türkiyə ilə Avropa İttifaqı arasındakı əlaqələrdən əlavə, regional məsələlərin, xüsusilə Əfqanıstanda baş verən hadisələrin, müzakirə ediləcəyi gözlənilir

Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları - 2021” yarışında uğurla iştirak edirlər

Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları - 2021” yarışında uğurla iştirak edirlər

Azərbaycan tankçıları Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin növbəti mərhələsində uğurla iştirak ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YAZTV-yə bildiriblər ki, “Fərdi sürmə” mərhələsində güclərini sınayan komandamızın növbəti tank heyəti də uğurla çıxış edib.

Müsabiqənin şərtlərinə uyğun olaraq bu mərhələ üzrə müxtəlif manevrlərlə hədəfləri məhv edən tankçılarımız qrupda ikinci yerdə qərarlaşıb.

Belarus birinci, Serbiya üçüncü, Qazaxıstan komandası isə dördüncü yerə layiq görülüb.