Wednesday, 05 Oktyabr 2022 14:02
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident: "UNESCO-nun missiyası yenə gecikir"

Prezident: "UNESCO-nun missiyası yenə gecikir"

"İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.

"Sözsüz ki, bizim BMT institutları ilə daha çox qarşılıqlı əlaqəyə ehtiyacımız var. Bildiyiniz kimi, UNESCO ilə də təmasdayıq. Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik. Bilmirəm bunu bilirsiniz ya yox biz, bir neçə il bundan öncə hələ işğal dövründə, UNESCO-nu buraya səfər etməyə və bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdik. Çünki, ATƏT-in Minsk qrupu işğal olunmuş ərazilərə artıq iki faktaraşdırıcı missiya göndərmişdi. Biz onlardan yenidən bir missiya göndərməyi xahiş etdik, lakin onlar göndərmədilər. Biz UNESCO-dan tarixi abidələrimizə erməni təcavüzkarları tərəfindən dəymiş ziyanı gəlib görməyi xahiş edirdik, lakin onlar imtina etdilər. UNESCO rəsmiləri dedilər ki, UNESCO siyasi məsələlərə qarışmır. Lakin, müharibə bitdikdən sonra UNESCO tərəfindən onların gəlmək istədiyinə dair siqnallar aldıq. Əlbəttə, biz öz təəccübümüzü bildirdik. Çünki, demək olar, 30 il idi ki, biz onları çağıranda gəlmirdilər. Müharibədən sonra isə gəlməyə qərar verdilər. Buna görə biz buna razılaşdıq və mənim də bildiyim qədər son məlumat belə idi ki, missiya artıq yaradılıb, amma indi Ermənistan yenə etiraz edir. Buna görə yenə də missiya gecikir", - Prezident vurğulayıb

Milli Məclisin sədri Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Milli Məclisin sədri Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb

Avqustun 24-də Milli Məclisin Sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YAZTV-yə verilən məlumata görə, spiker qonağı salamlayaraq, Azərbaycanın dost Qazaxıstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Görüşdə qardaş ölkələrimiz arasında dostluq münasibətlərinin əsasının ulu öndər Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev tərəfindən qoyulduğu qeyd olunaraq, hazırda bu siyasətin Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Spiker Sahibə Qafarova vurğulayıb ki, ikitərəfli münasibətlərimiz parlamentlər səviyyəsində də yüksələn xətlə inkişaf edir. O, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının əməkdaşlığını təqdir edib. Bildirilib ki, deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq parlament təşkilatlarında mütəmadi görüşlərin keçirilməsi tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox əhəmiyyətlidir. Spiker TÜRK PA çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov xalqlarımız arasında münasibətlərin qədim tarixi olduğunu deyib. Bildirilib ki, iqtisadi, mədəni, humanitar sahələrdə də əməkdaşlığımız uğurla inkişaf edir.

Səfir Azərbaycanın şanlı Qələbəsinin regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət etdiyini bildirib.

Qonaq iki ölkənin deputatlarının müxtəlif platformalarda görüşlərinin, qarşılıqlı səfərlərinin önəmini vurğulayaraq, Qazaxıstanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib.

Görüşdə pandemiya, regionda baş verən hadisələr və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 
Prezident İlham Əliyev Ukrayna Prezidentini təbrik edib

Prezident İlham Əliyev Ukrayna Prezidentini təbrik edib

Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.

YAZTV deyilir: "Hörmətli cənab Prezident,

Dost Ukraynanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan-Ukrayna əlaqələri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Möhkəm təməllər üzərində qurulan dövlətlərarası münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.

Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz, müxtəlif sahələri əhatə edən sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar, dost Ukrayna xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

BMT COVID-19-a qarşı mübarizədə Azərbaycan Prezidentinin və dövlətinin səylərini alqışlayıb

BMT COVID-19-a qarşı mübarizədə Azərbaycan Prezidentinin və dövlətinin səylərini alqışlayıb

"BMT ilə Azərbaycan arasında dostluğun artıq 29 yaşı var. Gələn il, biz Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyini qeyd edəcəyik. Eyni zamanda, BMT-nin Bakıda nümayəndəliyinin açılmasının da 30 illiyi olacaq."

YAZTV xəbər verir ki, bu fikirləri BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

"Bir halda, qeyd olunacaq və nəzərdən keçiriləcək tarixlər çoxdur, hesab edirəm ki, son 18 ay görünməmiş hadisələrlə yadda qaldı. COVID-19 qlobal böhrana çevrildi və bir çox dövlətlər mübarizə aparırdılar. Mən COVID-19-a qarşı çox qətiyyətli milli cavab tədbirlərinin görülməsində Sizin və hökumətinizin göstərdiyi səyləri alqışlamaq istəyirəm. Bununla belə, Siz də qeyd etdiniz ki, bu dövrdə biz çoxtərəfliliyə, ümumi məsuliyyətə daha güclü sadiqliyimizi nümayiş etdirməli olduq. Biz, ilk olaraq, COVID-19-a qarşı cavab tədbirlərinin müzakirəsinə həsr olunmuş Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsi, sonra isə, BMT-nin Baş Assambleyasında xüsusi sessiyanın təşkil olunması üçün göstərdiyiniz səylərə görə minnətdarıq", - o, əlavə edib.

Ötən həftə 147 hektar ərazi minadan təmizlənib

Ötən həftə 147 hektar ərazi minadan təmizlənib

Avqustun 16-dan 21-dək 147 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

YAZTV-nin məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 110 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 54 partlamamış hərbi sursat aşkarlanıb.

“Taliban” Əhməd Məsuda 4 saat vaxt verdi

“Taliban” Əhməd Məsuda 4 saat vaxt verdi

“Taliban” silahlıları hərəkatın nəzarətində olmayan Pəncşir əyalətində müqavimət lideri Əhməd Məsuda bu regionu onlara təhvil verməsi üçün dörd saat vaxt verib.

Bu barədə “YAZTV” “Al Arabiya” telekanalına istinadən xəbər verir.

Qeyd olunur ki, hərəkatın dəstələri bu əyalətin ələ keçirilməsi əməliyyatına başlamaq üçün tam hazırdırlar.

 

Bununla yanaşı, Qətərin “Al Jazeera” telekanalı qeyd edir ki, taliblər yaxın vaxtlarda Məsudla görüş üçün nümayəndə heyəti göndərmək niyyətindədirlər.

Qeyd edək ki, Əhməd Məsud 90-cı illərin sonlarında “Taliban”a qarşı mübarizə aparan “Şimal alyansı”nın lideri, 2001-ci ildə həlak olan Əhməd Şah Məsudun oğludur.  

İlham Əliyev: "Biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq"

İlham Əliyev: "Biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq"

"Bildiyiniz kimi, Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur. Biz təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə hətta Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdik. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və bu da Azərbaycanın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirirdi".

YAZTV-nin xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.

"İki illik sədrlik dövründə biz mühüm məsələlərlə bağlı təşəbbüslər irəli sürdük və beynəlxalq birliyin gündəliyində duran vacib qlobal məsələlərə toxunduq. İndi isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırıq və BMT baş katibinin təşəbbüslərinə dəstək oluruq, xüsusilə COVID ilə mübarizə sahəsində. Bildiyiniz kimi, ötən ilin sonunda Qoşulmama Hərəkatının sədri kimi bizim təşəbbüsümüzlə koronavirusa həsr olunmuş BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilmişdir və bu da bu xəstəliyə qarşı bizim qlobal mübarizəyə bir töhfəmiz idi. Həmçinin milli qisimdə 30-dan çox ölkəyə yardım göstərmişik. Maliyyə, humanitar yardımı göstərmişik, biz dəstəyə ehtiyacı olan ölkələrlə peyvəndləri paylaşmışdıq. Bu, bizim beynəlxalq birliyin məsul üzvü kimi gündəliyimizi nümayiş etdirir. İmkanlarımız və potensialımız daxilində biz sülhə və təhlükəsizliyə töhfə verməyə çalışırıq", - dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən FHN əməkdaşlarını mükafatlandırdı

Prezident İlham Əliyev Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən FHN əməkdaşlarını mükafatlandırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması haqqında Sərəncam verib.

YAZTV xəbər verir ki, Sərəncamda deyilir:

- Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşların mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə 1,0 (bir) milyon manat vəsait ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edilib

Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV-nin xəbərinə görə, sərəncamla xidməti vəzifələrini yerinə yetirərkən fəqləndiklərinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

“Vətən uğrunda” medalı ilə

Əliyev Malik Vəli oğlu – polkovnik-leytenant

İmanov Nizami Azadxan oğlu – polkovnik-leytenant

Fərəcov Elşən Fərəc oğlu – mayor

Quluyev Yaşar Məhər oğlu – mayor

Əliyev Məhərrəm Valeh oğlu – kapitan

“İgidliyə görə” medalı ilə

Həmidov Elşad Belal oğlu – tibb xidməti general-mayoru

Məmmədov Mübariz Hacıbaba oğlu – polkovnik

Namazova Səidə Oqtay qızı – polkovnik

Atakişiyev Əbülfəz Atakişi oğlu – polkovnik-leytenant

Şahmurov İlkin Gülverdi oğlu – polkovnik-leytenant

Əsgərov Vasif Asif oğlu – mayor

Əzizov Vüqar Əzizxan oğlu – mayor

Nəzərov Altun Səfalı oğlu – mayor

Mahalov Orxan Xalis oğlu – kapitan

“Hərbi xidmətlərə görə” medalı ilə

Mirzəyev Əli Əbdüləli oğlu – polkovnik

Nəzirov Vaqif Cəlal oğlu – polkovnik

Məmmədov Elşən Nazim oğlu – polkovnik-leytenant

Zeynalov Elsevər Elçin oğlu – polkovnik-leytenant

Cabbarova Nigar Sahib qızı – mayor

Həsənov Elmir Yadigar oğlu – mayor

Hüseynov Ramil Vaqif oğlu – mayor

Xələfov Azər Tahir oğlu – mayor

Qasımov Laçın Həsrət oğlu – mayor

Qocayev Pərviz Akif oğlu – mayor

Məmmədov Nahid Arif oğlu – mayor

Sultanov Fəxrəddin Fərhad oğlu – mayor

Tağıyev Səyyat Məhərrəm oğlu – mayor

Zalov Dəmir Bəhram oğlu – mayor

Allahverdi Tural Edilxan oğlu – tibb xidməti mayoru

Alıyev Şükür Eyvaz oğlu – kapitan

Babaşov Samid Həqiqət oğlu – kapitan

Əliyev Məmməd Fəxrəddin oğlu – kapitan

Əmirov Esmir Azər oğlu – kapitan

Ələkbərov İsabala İntiqam oğlu – baş leytenant

Əliyeva Lalə Akif qızı – baş leytenant

Gülməmmədov Faiq Vahid oğlu – baş leytenant

Həsənli Xaqani Füzuli oğlu – baş leytenant

Məlikov Emin Arif oğlu – baş leytenant

Məmmədov Rasim Alik oğlu – baş leytenant

Seyidov Musa Xanlar oğlu – baş leytenant

Tahirov Tahir Kamil oğlu – baş leytenant

Cəlilov Rövşən Hamlet oğlu – gizir

Əliyev Vüqar Əkrəm oğlu – gizir.

Azərbaycan Prezidenti: "Bütün beynəlxalq alətlərdən istifadə edərək öz ərazi bütövlüyümüzü bərpa etdik"

Azərbaycan Prezidenti: "Bütün beynəlxalq alətlərdən istifadə edərək öz ərazi bütövlüyümüzü bərpa etdik"

"BMT ilə bizim fəal qarşılıqlı əlaqəmiz Ermənistanın təcavüzü nəticəsində başlamışdır və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunmuşdur. Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi".

YAZTV-nin xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən deyib.

"Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və sizin də yəqin bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır. Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib. Bir çox hallarda mən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi məsələsini qaldırmışdım. Çünki, düşünürdüm ki, bu, toqquşmanın, müharibənin qarşısının alınması üçün bir yol ola bilərdi. Biz məsələni sülh yolu ilə həll etmək istəyirdik. Ötən il, müharibədən cəmi bir neçə gün əvvəl, Baş Assambleyada çıxış edərkən mən beynəlxalq birliyi xəbərdar edərək, Ermənistanın müharibəyə hazırlaşdığını dedim. Bu təbliğat deyildi, Ermənistanın müharibədən əvvəlki aylar ərzində davranışının real təhlilin nəticəsi idi. Əfsuslar olsun ki, mən haqlı çıxdım. Ona görə də, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Biz ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. Biz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özümüz yerinə yetirdik. Biz BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdik. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır. Beləliklə, biz bütün beynəlxalq alətlərdən istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik", - dövlət başçısı bildirib.

Yasamal rayonunda avtomobil yollarının yenidən qurulmasına vəsait ayrılıb - SƏRƏNCAM

Yasamal rayonunda avtomobil yollarının yenidən qurulmasına vəsait ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Mehriban Əliyeva haqqında sənədli film hazırlanıb

Mehriban Əliyeva haqqında sənədli film hazırlanıb

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva haqqında "Birinci xanım" adlı sənədli film hazırlanıb.

YAZTV-nin xəbərinə görə, sənədli film Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirir.

Sənədli film avqustun 26-da saat 15:00-da AzTV-də yayımlanacaq.

Qeyd edək ki, avqustun 26-da Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür.

https://www.youtube.com/watch?v=glmsk1krmY0