Wednesday, 10 Avqust 2022 21:54
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident serbiyalı naziri qəbul edib

Prezident serbiyalı naziri qəbul edib

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YAZTV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir - MN

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir - MN

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən YAZTV-yə verilən məlumata görə, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

XİN: Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir

XİN: Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir

Müdafiə Nazirliyinin məlumatına əsasən, bu il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.

"YAZTV" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır.

Allah Şəhidimizə rəhmət eləsin.

Prezident serbiyalı naziri qəbul edib

Prezident serbiyalı naziri qəbul edib

İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YAZTV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

MN: Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb

MN: Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb

Bu barədə YAZTV-yə Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tətəfin növbəti dezinformasiyasıdır.

Bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.

 

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini vəzifəsindən azad edildi

Prezident İlham Əliyev A.B.Həsənovun Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam verib.

Sərəncamla general-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir

Türkiyə parlamentinin sədri Azərbaycana səfərə gəlir

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Pakistan-Türkiyə parlamentlərinin rəhbərlərinin birinci üçtərəfli görüşündə iştirak etmək üçün sabah Azərbaycana səfərə gəlir.

YAZTV-nin məlumatına görə, üçtərəfli görüş iyulun 27-də keçiriləcək. Görüşdə "Bakı Bəyannaməsi" imzalanacaq.

Məlumata əsasən, iyulun 26-da M.Şentop Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək.

İyulun 28-i Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

SON DƏQİQƏ: Dövlət sərhədində atışma davam edir

SON DƏQİQƏ: Dövlət sərhədində atışma davam edir

YAZTV bildirir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata əsasən, dövlət sərhədində atışma davam edir.

**

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.

Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Ordunun Baş Qərargah rəisi təyin edilib

Kərim Vəliyev müdafiə nazirinin birinci müavini - Ordunun Baş Qərargah rəisi təyin edilib

Prezident İlham Əliyev K.T.Vəliyevin Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncama əsasən, General-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

YAZTV-nin məlumatına görə, başsağlığında deyilir: "Fərat Qalxanı” antiterror əməliyyatının aparıldığı bölgədə qardaş Türkiyə Silahlı Qüvvələrinə qarşı edilmiş xain terror hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.

Həlak olanlara uca Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin".

Ağdamın Göytəpə kəndi - VİDEO

Ağdamın Göytəpə kəndi - VİDEO

Müdafiə Nazirliyi Ağdam rayonunun Göytəpə kəndindən videogörüntülər yayımlayıb.

YAZTV həmin görüntüləri təqdim edir:

https://www.youtube.com/watch?v=GCFyZsxj4Lo

Prezident Avstriyaya yeni səfir təyin etdi

Prezident Avstriyaya yeni səfir təyin etdi

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

""YAZTV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə R.Sadıqbəyli Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.