Wednesday, 05 Oktyabr 2022 13:06
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
MN: "Azərbaycan Ordusunun hərbi qulluqçuları mülki şəxsləri atəşə tutmur"

MN: "Azərbaycan Ordusunun hərbi qulluqçuları mülki şəxsləri atəşə tutmur"

Guya Azərbaycan Ordusu tərəfindən Ermənistan ərazisindəki kəndlərin və əhalinin atəşə tutulması xəbərini təkzib edirik. Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları beynəlxalq humanitar hüquq prinsiplərinə riayət edərək qeyri-hərbi obyektləri və mülki şəxsləri atəşə tutmur

Eldar Həsənovun səhhəti ilə bağlı rəsmi açıqlama

Eldar Həsənovun səhhəti ilə bağlı rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Azərbaycanın Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov haqda açılmış cinayət işinin tamamlanması haqda məlumat yayıb. 

YAZTV-nin məlumatına görə, açıqlamada eyni zamanda sabiq səfirin səhhəti ilə bağlı yayılan xəbərlərə də münasibət bildirilib:

 “O, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin hərbi hospitalında müayinə və müalicə olunub, barəsində cinayət təqibinin həyata keçirilməsinə mane olan hər hansı xəstəliyi aşkar olunmayıb”.

Qeyd edək ki, bu gün cinayət işi üzrə ittiham aktı təsdiq edilməklə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

MN: "Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur"

MN: "Azərbaycan sülhməramlılarının həyatı üçün hazırda təhlükə yoxdur"

"Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil".

YAZTV-nin xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Vurğulanıb ki, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur:

"Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir".

Azərbaycan Prezidenti Kəlbəcərdəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub

Azərbaycan Prezidenti Kəlbəcərdəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

YAZTV  xəbər verir ki, Kəlbəcərə səfəri zamanı dövlətimizin başçısı “İstisu” sanatoriyasında da olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxıb.

İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İndoneziya Prezidenti Coko Vidodonu təbrik edib. 

YAZTV” xəbər verir ki, məktubda deyilir: 

“İndoneziya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. 

Azərbaycan-İndoneziya dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin həm ikitərəfli, həm də çoxtərəfli qaydada, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram”.

MN: "Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçisinin həlak olması məlumatı dezinformasiyasıdır"

MN: "Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçisinin həlak olması məlumatı dezinformasiyasıdır"

Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır.

Bu barədə YAZTV-yə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd etdiyimiz kimi bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir.

Prezident İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb

Prezident İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb

Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib.

YAZTV  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.

Azərbaycan və Türkiyə XİN rəhbərləri Əfqanıstandakı sülhməramlıların vəziyyətini müzakirə ediblər

Azərbaycan və Türkiyə XİN rəhbərləri Əfqanıstandakı sülhməramlıların vəziyyətini müzakirə ediblər

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.

XİN: "Azərbaycanın yeni səfiri hələ ki, Əfqanıstana getməyib"

XİN: "Azərbaycanın yeni səfiri hələ ki, Əfqanıstana getməyib"

"Hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur"

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 28 iyul 2021-cu il tarixli Sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub.

Azərbaycan XİN-dən YAZTV-yə daxil olan məlumata görə, təyinatından sonra səfir hələ ki, Əfqanıstana getməyib:

"Əfqanıstandakı azərbaycanlı vətəndaşlara gəldikdə, hazırda bu ölkədə mülki azərbaycanlı yoxdur. Sülhməramlılarımız isə öz fəaliyyətini davam etdirir".

Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub

Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub

Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

"YAZTV" xəbər verir ki, dövlət başçısının birinci xanım Mehriban Əlieva ilə Kəlbəcər və Laçına səfəri çərçivəsində daha bir neçə infrastruktur layihəsinin təməli qoyulub.

Ombudsman Aparatı Ermənistanın hərbi təxribatları ilə bağlı bəyanat yaydı

Ombudsman Aparatı Ermənistanın hərbi təxribatları ilə bağlı bəyanat yaydı

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı növbəti dəfə açıqlama yayıb.

YAZTV-nin xəbərinə görə, açıqlamada deyilir:

"Təəssüflə bildiririk ki, Ermənistan sərhədyanı və işğaldan azad edilmiş ərazilərimiz ətrafında sistemli şəkildə hərbi təxribatlar törətməkdə davam edir.

Belə ki, avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlamışdır.

Beynəlxalq hüququn norma və prinsiplərinə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olan, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş sülhə təhdid olan bu kimi təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyir və dünya ictimaiyyətini, müvafiq beynəlxalq təşkilatları Ermənistanın bu əməllərindən çəkindirilməsi istiqamətində qəti tədbirlər görməyə çağırırıq".

Qeyd edək ki, Ombudsman Aparatı daha əvvəl də Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yaymışdı.

Müdafiə Nazirliyi gizirin vəfatı ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi gizirin vəfatı ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi bir ilə yaxın komada olan və daha sonra vəfat edən gizir Əhmədov Mirzə Balaqardaş oğlu ilə bağlı məlumat yayıb.

Nazirlik bildirib ki, gizir Əhmədov Mirzə Balaqardaş oğlu 2020-ci ilin avqust ayının 7-də xidmət zamanı aldığı xəsarət səbəbindən bir ildən artıq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunub:

"Lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, dünən vəfat edib. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir."