Monday, 29 May 2023 09:29
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Binəqədidə yolların yenidən qurulması işləri üçün 3,7 milyon manat ayrıldı - SƏRƏNCAM

Binəqədidə yolların yenidən qurulması işləri üçün 3,7 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, Sərəncamada deyilir:

- Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, M.Ə.Rəsulzadə və Sulutəpə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,7 milyon (üç milyon yeddi yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Dövlət büdcəsi haqqında qanun layihəsi bu tarixədək Milli Məclisə təqdim ediləcək

Dövlət büdcəsi haqqında qanun layihəsi bu tarixədək Milli Məclisə təqdim ediləcək

2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi oktyabrın 15-dək Milli Məclisin müzakirəsinə təqdim ediləcək.

YAZTV xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib.

Onun sözlərinə görə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

M.Piriyev bildirib ki, növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.

Yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub

Yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub

Bu gün yeni gənclər və idman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyində kollektivə təqdim olunub.

YAZTV-nin məlumatına görə, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Nazir təyin olunması ilə əlaqədar Fərid Qayıbov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul olunub.

Bakıya göndərilən türk generallar - FOTO

Bakıya göndərilən türk generallar - FOTO

Avqustun 25-də Türkiyə Yüksək Hərbi Şurasının toplantısı keçirilib.

YAZTV Teleqraf.com-a istinadən xəbər verir ki, həmin toplantıda Bakıda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək generalların adları bəlli olub.

Qərarla Azərbaycanda Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib.

Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi, general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib.

General Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb.

General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının qərargah rəisi təyin edilib.

Bununla yanaşı Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.

Sahibə Qafarova erməni spikerin əsassız iddialarına cavab verib

Sahibə Qafarova erməni spikerin əsassız iddialarına cavab verib

Milli Məclisin sədri parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxışında Ermənistan spikerinin əsassız iddialarına cavab verib.

Milli Məclisdən  verilən məlumata görə, sentyabrın 8-də Milli Məclisin sədri Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxış edib.

Spiker Sahibə Qafarova bildirib ki, müasir dövrün çağırışları qarşısında dünya ictimaiyyətinin bütün imkan və səylərinin birləşdirilməsi beynəlxalq münasibətlər sisteminin bütün iştirakçıları arasında davamlı dialoqdan çox asılıdır. Parlamentlərarası əməkdaşlığın və parlament diplomatiyasının əhəmiyyəti bu kontekstdə xüsusilə vurğulanmalıdır. Parlament diplomatiyasının sülh və təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolu qeyd edən Sahibə Qafarova deyib ki, bu, ilk növbədə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi əsas prinsiplərə hörmətin təşviq edilməsi vasitəsilə həyata keçirilməlidir.

Spiker qeyd edib ki, parlamentlərin, eləcə də parlamentlərarası əməkdaşlıq platformalarının həm milli, həm də beynəlxalq səviyyədə qərar qəbuletmə prosesinə təsiri üçün xüsusi mexanizmlərə və əsas vasitələrə malik olması qanunverici orqanların beynəlxalq münasibətlərdə əhəmiyyətli rol oynamasını şərtləndirir. Bu, parlamentlərin qlobal idarəetmənin əhəmiyyətli bir komponentinə çevrilməsinin yolunu açır. Bu mənada, hesab edirəm ki, parlament spikerlərinin 2000-ci ildə keçirilən Ümumdünya Konfransının ardınca BMT ilə işləmək üçün parlament ölçüsünün yaradılması tarixi və strateji bir addım idi.

S.Qafarova əlavə edib ki, bu gün parlamentlər BMT-nin fəaliyyətinə iki mexanizm - üzv dövlətlərin təşkilatda daimi nümayəndəlikləri vasitəsilə və birbaşa müraciət etməklə təsir edə bilərlər. Yeni təsir mexanizmlərindən danışarkən, Parlamentlərarası İttifaqın təşkilati və vasitəçilik roluna diqqət çəkən Sahibə Qafarova deyib ki, BMT-də müzakirə olunan qlobal miqyaslı məsələlər, qəbul edilən qərarlar barəsində məlumatların milli parlamentlərə, milli parlamentlərin mövqelərinin isə BMT-yə çatdırılması Parlamentlərarası İttifaqın fəaliyyətinin yeni mühüm bir istiqamətini təşkil edə bilər.

Milli Məclisin sədri çıxışında Ermənistan spikerinin səsləndirdiyi əsassız iddialara cavab verərək, deyib ki, Ermənistan yalan iddialarını təkrar etməkdən əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalı, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas yaradan 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında qəbul olunmuş üçtərəfli bəyanatların tələblərini yerinə yetirməlidir.

Qobustan Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib

Qobustan Rayon Polis Şöbəsinə rəis müavini təyin edilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

YAZTV-nin əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Ağaşirin Nəsibbəyli vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə həmin vəzifəyə polis kapitanı Vüsal İsmayılov təyin olunub.

Qeyd edək ki, V.İsmayılov bu təyinatadək həmin Şöbənin ictimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsində çalışırdı.

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Laçında - VİDEO

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları Laçında - VİDEO

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlim davam edir.

Müdafiə Nazirliyindən YAZTV-yə verilən məlumata görə, təlimin növbəti günündə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma tapşırıqları icra olunub.

Xüsusi təyinatlılar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

https://www.youtube.com/watch?v=kCe0FUVkmMQ

Putinlə Mişel Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdilər

Putinlə Mişel Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdilər

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

YAZTV xəbər verir ki, bu barədə Şarl Mişel öz rəsmi tviter hesabında məlumat verib.

 Məlumata əsasən, tərəflər söhbət zamanı Azərbaycan-Ermənistan münasibətləri də daxil olmaqla bir neçə mövzu ətrafında fikir mübadiləsi aparıblar.

Belə ki, Şarl Mişel və Vladimir Putin Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı perspektivləri müzakirə ediblər. Həmçinin tərəflər Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına və dialoqa ehtiyacın olduğunu da vurğulayıblar.

BQXK nümayəndələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər

BQXK nümayəndələri Ağdərədə saxlanılan Azərbaycan hərbçisinə baş çəkiblər

"Sentyabr ayının əvvəlində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Ağdərədə saxlanılan Azərbaycan hərbçisi Cəmil Babayevlə görüşüblər".

Bunu YAZTV-yə açıqlamasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

"Mandatına uyğun olaraq, BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxsə ailəsi ilə əlaqə saxlamasına şərait yaratsın", - qurum rəsmisi bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Onun haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Ermənistan işğal dövründə mindən çox təhsil müəssisəsi və uşaq bağçasını tamamilə məhv edib - XİN

Ermənistan işğal dövründə mindən çox təhsil müəssisəsi və uşaq bağçasını tamamilə məhv edib - XİN

Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib.

YAZTV-nin xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 9 sentyabr - Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü ilə bağlı məlumatında deyilir.

Qeyd edilir ki, Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolunun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfi olan Azərbaycan Respublikası uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə qətiyyətlə və davamlı olaraq dəstək verir:

"Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş silahlı təcavüzü zamanı Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurulub, mindən çox təhsil müəssisəsi və uşaq bağçası tamamilə məhv edilib. Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün oğlanlar və qızlar Ermənistanın hərbi təcavüzündən irəli gələn ciddi problemlərin təsiri altında təhsil hüquqlarını həyata keçirə biliblər. Azərbaycan ərazisindəki təhsil müəssisələri Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq heç bir fərq qoyulmadan atəşə məruz qalıb və məktəblilər və təhsil personalı təhlükə altında tədris prosesində iştirak edib.

Ötən il baş vermiş 44 günlük müharibə zamanı da Ermənistan beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq məktəbləri qəsdən hədəfə alıb, nəticədə 54 məktəbimiz dağıdılıb, 6-15 yaş arası 10 məktəbli faciəvi şəkildə qətlə yetirilib, 16 məktəbli isə yaralanıb.

 

Münaqişəni geridə qoyaraq, Azərbaycan diqqətini bütün uşaqlarımızın təhsil və potensiallarından təhlükəsiz şəkildə istifadə etmələrinə yönəldib. Hazırda biz azad olunmuş ərazilərimizdə məktəblərimizi yenidən tikirik.

9 sentyabr tarixini Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü kimi dünya ictimaiyyəti ilə birgə qeyd edərək, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistanın daşıdığı məsuliyyətini və uşaqların təhlükəsiz şəraitdə təhsil almaq hüququna hörmət edilməsinin vacibliyini bir daha vurğulayırıq. Ermənistandan silahlı qüvvələri tərəfindən törədilmiş müharibə cinayətlərinə dair çoxsaylı faktları araşdırmaq və bu cinayətləri törədənləri məsuliyyətə cəlb etmək beynəlxalq öhdəliklərinə riayət etməyi tələb edirik".

Prezident Emoməli Rəhmonu təbrik edib

Prezident Emoməli Rəhmonu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu təbrik edib. 

"YAZTV" xəbər verir ki, məktubda deyilir:

"Tacikistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

 Müstəqillik illərində Sizin müdrik rəhbərliyiniz altında ölkəniz sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmlənməsi, sosial-iqtisadi tərəqqi sahəsində nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə nüfuz qazanmışdır. Azərbaycan Respublikası dost ölkənizin bu uğurlarına ürəkdən sevinir.

Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Tacikistan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında daim genişlənən yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, iqtisadi-ticari sahələrdə faydalı əməkdaşlıq çoxşaxəli əlaqələrimizi xarakterizə edən başlıca amillərdəndir.

Əminəm ki, ənənəvi dostluq münasibətlərimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

İlham Əliyev Şimali Makedoniyanın Prezidentini təbrik edib

İlham Əliyev Şimali Makedoniyanın Prezidentini təbrik edib

Prezdeint İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovskiyə təbrik məktubu ünvanlayıb.

YAZTV xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".