Friday, 20 May 2022 09:10
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib.

YAZTV xəbər verir ki, Prezident İlham Əliyev Türkiyənin Rize şəhərində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə həmkarını Azərbaycana dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub.

Azərbaycan lideri: "İkinci Qarabağ müharibəsi bizim ortaq şanlı tariximizdir"

Azərbaycan lideri: "İkinci Qarabağ müharibəsi bizim ortaq şanlı tariximizdir"

"İkinci Qarabağ müharibəsi bizim müştərək, ortaq şanlı tariximizdir. 30 illik işğala son qoyduq".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rizə-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"Müharibənin ilk günündə cənab Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu", - Prezident vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxdu

Türkiyənin Azərbaycandakı səfiri koronavirusa yoluxdu

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı həyat yoldaşı ilə birlikdə koronavirusa yoluxub.

YAZTV” xəbər verir ki, bu barədə o, Tvitter hesabında yazıb. 

“Ağır qrip şəklində özünü göstərir. Çox şükür, vəziyyətimiz yaxşıdır. Səhhətimizi yaxından izləyən Azərbaycanın Xarici İşlər Nazirliyinə və cənab Ceyhun Bayramova , dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür edirik”, - deyə səfir paylaşımında qeyd edib. 

Rizedə Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

Rizedə Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

Mayın 14-də Türkiyənin Rizə şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

YAZTV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başlayıb.

YAZTV xəbər verir ki, dövlət başçısının təyyarəsi Rizə şəhərində yeni inşa olunan Rizə-Artvin Hava Limanına eniş edib.

Azərbaycan lideri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Rizə-Artvin Hava Limanının açılış mərasimində iştirak edəcək.

Bundan başqa, Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olacaq.

İtaliya minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək göstərəcək

İtaliya minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək göstərəcək

İtaliya minatəmizləmə sahəsində Azərbaycana əlavə dəstək göstərəcək.

YAZTV-nin məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib. 

"Bugünkü görüş zamanı mina təhlükəsizliyi və minaların təmizlənməsi prosesi haqqında danışdıq. İtaliya şirkətləri bu işdə iştirak edir. İtaliyalı həmkarım bildirdi ki, İtaliya şirkətləri bununla bağlı əlavə addımlar atacaq. Minatəmizləmə sahsində Azərbaycanın müvafiq qurumlarına dəstək göstərəcək”, - deyə nazir bildirib.

İlham Əliyev: "Yenidən qardaş Türkiyə torpaqlarında olmağımdan çox məmnunam"

İlham Əliyev: "Yenidən qardaş Türkiyə torpaqlarında olmağımdan çox məmnunam"

"Yenidən qardaş Türkiyə torpaqlarında olmağımdan çox məmnunam. Bütün türk qardaşlarımı səmimi qəlbdən salamlayıram. Azərbaycandan hərarətli salamlar gətirmişəm".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Rizə şəhərində Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı deyib.

"İlk növbədə əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğana məni bu mərasimə dəvət etdiyi üçün təşəkkürümü bildirirəm. Bu gözəl hava limanının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm", - Prezident vurğulayıb.

Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib

Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib

"Bu gün müharibə bitib. Azərbaycan Qarabağda sülh əməlləri həyata keçirdiyi halda, təəssüflər olsun ki, yenə də ölkəmizə qarşı informasiya müharibəsi davam etməkdədir".

YAZTV-nin xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib.

Onun sözlərinə görə, dünya mediasına baxdıqda erməni lobbi təşkilatları tərəfindən yenə də Azərbaycana qarşı qarayaxma kampaniyalarının davam etdiyini görmək mümkündür: "Bu bir daha onu göstərir ki, bu kimi çirkin kampaniyalara qarşı birgə səylərimizi artırmalıyıq".

Prezidentin köməkçisi bildirib ki, Qarabağ və Zəngəzur türk-islam mədəniyyətinin mərkəzlərindən biridir: "Oradakı dağıntıları da siz ötən il öz gözlərinizlə gördünüz. Biz Türk Dövlətləri Təşkilatı olaraq dünyaya əməkdaşlığı, xoş niyyətimizi təqdim edirik. Məqsədimiz də bundan ibarətdir".

Rəşad Nəbiyev Gürcüstana səfər edəcək

Rəşad Nəbiyev Gürcüstana səfər edəcək

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aprelin 3-də Gürcüstana səfər edəcək.

 YAZTV xəbər verir ki, ikigünlük səfər çərçivəsində nazir Gürcüstanda bir sıra ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan və Gürcüstan arasında rabitə, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.(report az)

Azərbaycan Prezidenti Rizə-Artvin Hava Limanının açılışında çıxış edib - YENİLƏNİB

Azərbaycan Prezidenti Rizə-Artvin Hava Limanının açılışında çıxış edib - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Rizə-Artvin hava limanının açılış mərasimində çıxış edib. 

YAZTV xəbər verir ki, dövlət başçısı iki ölkə arasındakı əlaqələrin tarixi köklərə söykəndiyini bildirib. 

İlham Əliyev Azərbaycanla Türkiyə arasında əlaqələrin müttəfiqlik səviyyəsində yüksəldiyini vurğulayıb.

****

Türkiyənin Rizə şəhərində yeni inşa olunan Rize-Artvin Hava Limanının açılış mərasimi keçirilir.

YAZTV-nin xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.

Açılış mərasimində əvvəlcə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu və hakim Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli İldırım çıxış ediblər. Onlar hava limanının tikintisi üçün görülən işlər və onun əhəmiyyətindən danışıblar.

Daha sonra dövlət başçıları çıxış edəcəklər.

Bu gün İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq

Bu gün İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olacaq.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Görüş Türkiyənin Rizə şəhərində keçiriləcək. Dövlət başçıları Rizə-Artvin hava limanının açılış mərasimində iştirak etdikdən sonra bir araya gələcəklər.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək. Azərbaycan və Türkiyə prezidentləri Rizə-Artvin hava limanının açılış mərasimində iştirak edəcək. Hava limanına ilk enişi İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın təyyarələri edəcək.

Ceyhun Bayramovla İtaliyanın XİN başçısının təkbətək görüşü keçirilir

Ceyhun Bayramovla İtaliyanın XİN başçısının təkbətək görüşü keçirilir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio arasında təkbətək görüş başlayıb.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat yayılıb.