Sunday, 29 May 2022 13:08
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bir qrup gəncə Prezident mükafatları verildi - SƏRƏNCAM

Bir qrup gəncə Prezident mükafatları verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncama əsasən, Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən qərara alınıb ki, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2021-ci il Gənclər üçün Prezident mükafatları verilsin:

Abbaszadə Orucəli Saleh oğlu

Abdullayeva Nərgiz Cövdət qızı

Əhmədov Ramil Bayram oğlu

İsmayıllı İsmayıl Cəfər oğlu

Qarayev Atəş İbrahim oğlu

Qasımov Pərvin Alim oğlu

Qasımzadə Zəhra İsa qızı

Qənbərov Nəcəf Bilal oğlu

Mirzəyeva Səmra Tahir qızı

Pərdəşünas Fərid Bayram oğlu.

Naqif Həmzəyev: "Bu günün Azərbaycan gəncləri gələcək nəslə örnək oldular"

Naqif Həmzəyev: "Bu günün Azərbaycan gəncləri gələcək nəslə örnək oldular"

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə Müzəffər Ordumuzun zəfər yürüşü, ölkəmizin tarixinə qızıl hərflərlə yazılan 44 gün davam edən Vətən müharibəsi Azərbaycan gənclərinin milli vətənpərvərlik ruhunun yüksək səviyyədə olduğunu, mənəvi dəyərlərə sadiqliklərini təsdiq etdi.

YAZTV Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycan gəncləri tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olublar. Onlar hər zaman cəmiyyətin ən dinamik zümrəsi olaraq ölkədə baş verən bütün proseslərin mərkəzində dayanıb, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər.

Ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların düzgün yetişdirilməsi, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar.

Bu gün gənclərin önündə böyük qapılar, yollar açılıb. İctimai həyatın bütün sahələrində kifayət qədər fəal olan Azərbaycan gəncliyi bu imkanlardan layiqincə yararlanır, həm öz inkişaflarını təmin edir, həm də, dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi özlərini təsdiq edirlər. 2020-ci ilin ölkəmizdə Prezidentimiz İlham Əliyev tərəfindən “Könüllülər ili” elan edilməsi, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclərin dövlətə, Vətənə bağlı, məsuliyyətli bir vətəndaş kimi formalaşmasına, uğurla həyata keçirilən gənclər siyasətinə yeni nəfəs verdi. Gənclərin sülhsevərlik, xeyirxahlıq kimi ümumbəşəri dəyərlər ətrafında birləşməsində “Könüllülər ili”nin də öz payı oldu.

Demək olar, indi ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Onlar dövlət müstəqilliyinin möhkəmləndirilməsində, ölkədə uğurlu islahatların həyata keçirilməsində, dövlət qarşısında duran vacib problemlərin həllində öz sanballı töhfələri ilə fəallıq göstərirlər.

Fərəhli haldır ki, Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə hər bir sahədə böyük fəallıq göstərən gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşib, xoşbəxt gələcəklərinin təminatını Yeni Azərbaycan Partiyasında görürlər. Bu gün gənclərin seçiminin Yeni Azərbaycan Partiyası olmasının arxasında dövlətçiliyə bağlılıq, milli mənafenin qorunması kimi müqəddəs amallar dayanır. Çox sevindirici haldır ki, partiya sıralarına axın edən gənclərimiz həm özlərinin ictimai fəaliyyətləri üçün çox geniş meydan əldə edir, həm də Azərbaycan cəmiyyətinin inkişafına töhfələrini vermək imkanı qazanırlar.

Ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşən vətənpərvər gənclər Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açan 44 günlük Vətən müharibəsində, Azərbaycanın haqq savaşında milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə aldıqlarını, el-oba, Vətən uğrunda canlarında keçməyə belə hazır olduqlarını təsdiq etdilər. Dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün minlərlə igid və mərd gənclərimiz “Vətən mənə oğul desə nə dərdim” deyərək sinəsini düşmən gülləsinə sipər etdi, Ana Vətəni azğın düşmənlərdən qorudular, illərlə vandalların, barbarların tapdağı altında qalan torpaqlarımızı əsl sahiblərinə qovuşdurdular. İgidlikləri, mərdlikləri, düşmənin bağrını yararaq qəhrəmanlıq dastanı yazan Azərbaycan gəncləri gələcək nəslə örnək oldular.

Ön cəbhədə olduğu kimi gənclərimiz arxa çəbhədə, informasiya savaşında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da eyni fəallıq göstərdilər.

Naqif Həmzəyev onu da bildirib ki, gənclərimiz koronavirus pandemiyasının davam etdiyi dövrdə müxtəlif istiqamətlər üzrə cəmiyyətimizin sağlamlığı naminə fəallıq nümayiş etdirdilər. “Gözəgörünməz düşmən”ə qarşı aparılan profilaktik və qabaqlayıcı tədbirlərdə, əhalinin maarifləndirilməsi istiqamətində görülən işlərdə gənclərin xüsusi rolu olub. Pandemiya dövründə gənclərimiz sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə etdilər. Sosial şəbəkələrdə, yaşadıqları ərazilərdə, əhali arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməklə görülən işlərin daha səmərəli nəticə verməsinə töhfələrini verirlər.

2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə dövlətçilik ənənələrini daim uca tutan gənclərimizi təbrik edir, ölkəmizin qüdrətlənməsi, çiçəklənməsi  yolunda gələcək fəaliyyətlərində uğurlar arzu edirəm!

“Gəncə Hava Limanına Nizaminin adı verilsin”

“Gəncə Hava Limanına Nizaminin adı verilsin”

Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncə Beynəlxalq Hava Limanına dünya bədii mədəniyyət tarixinin möcüzələrindən olan Nizami Gəncəvinin adı verilməsini təklif edib. 

Deputat YAZTV-ə bildirib ki, dövlət başçısı İlham Əliyev tərəfindən bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi dahi Azərbaycan şairinin dünyaya daha geniş təbliğ edilməsinə növbəti töhfədir: "Gəncə Beynəlxalq Hava Limanının adının Azərbaycanın bəşəriyyət tarixinə bəxş etdiyi dahi şəxsiyyətin adına uyğun kodlaşdırılması “Nizami Gəncəvi ili”nə daha bir ərməğan olardı.

Eyni zamanda, şəhərə gələn və gedən qonaqların, turistlərin aldıqları biletlərin üzərində və uçuş tablolarında Gəncə Beynəlxalq Hava Limanını KVD (Kirovabad) olaraq deyil, Gəncənin və Nizami Gəncəvinin adına uyğun GNJ qeyd edilərdi.

 

Qeyd edim ki, Türkiyənin İstanbul şəhərindəki Atatürk Hava Limanının kodu şəhərin adına uyğun olaraq İST, Moskvadakı Domodedovo aeroportunun kodu Domodedovo sözünə uyğun olaraq DME, Bakıdakı Heydər Əliyev adına hava limanının kodu Heydər Əliyev sözünün ingilis dili variantına uyğun olaraq GYD-dir”. (Qafqazinfo)

SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsinə yeni rəis təyin edilib

SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsinə yeni rəis təyin edilib

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt şəhər baş idarəsinə yeni rəis təyin edilib.

YAZTV-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Natiq Sahib oğlu Qarayev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi təyin edilib.

 

 

Müşfiq Cəfərov: “Ombudsman Aparatının beynəlxalq təşkilatlara ünvanlanan müraciətini dəstəkləyirəm”

Müşfiq Cəfərov: “Ombudsman Aparatının beynəlxalq təşkilatlara ünvanlanan müraciətini dəstəkləyirəm”

Xəbər verdiyimiz kimi, Ombudsman Aparatı Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Müraciətdə stansiyanın qəzalı vəziyyətdə olduğu, fəaliyyətinin dayandırılmasının vacibliyi qeyd olunub və bildirilib ki, stansiyanın tullantılarının aqibəti də araşdırılmalı, bu tullantılar üzərində əlaqədar beynəlxalq təşkilatların nəzarəti təmin olunmalıdır.

YAZTV-nin xəbərinə görə, Millət vəkili Müşfiq Cəfərov, Metsamor AES təhlükəsinin kiafyət qədər ciddi olduğunu bildirib. Millət vəkili Ombudsman Aparatının bununla bağlı beynəlxalq təşkilatlara ünvanladığı müraciətini dəstəklədiyini vurğulayıb:

“Bildiyimiz kimi, Ermənistanın Metsamor şəhərində yerləşən atom elektrik stansiyası 1980-ci ildə işə salınıb. Dəfələrlə qəzalı vəziyyətə düşən bu stansiyanın hazırda bir bloku fəaliyyət göstərir. Ermənistanın avropalı tərəfdaşları da  atom elektrik stansiyasının təhlükəsindən narazıdır.

Belə ki, 2017-ci il noyabrda Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlıq haqqında yeni sazişə əsasən, energetika sahəsində əməkdaşlıq çərçivəsində Ermənistan Metsamor atom elektrik stansiyasını bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarmalı idi.

Ermənistanla Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan bu sazişin mətni Avropa ittifaqının rəsmi internet saytında dərc olunmuşdu, 357 səhifədən ibarət sənədin "Nüvə təhlükəsizliyi daxil olaraq, energetik əməkdaşlıq" sərlövhəli bəndində deyilir ki, əməkdaşlıq tərəfdaşlıq, qarşılıqlı fayda və şəffaflıq prinsiplərinə əsaslanmalıdır.

Hazırda birinci blok dayandırılıb, ikinci blokun istismar resursu isə 2019-cu ildə tükənməli idi. Lakin hələ də fəaliyyət göstərir.

İrəvan Metsamor atom stansiyasını bağlamaq və 2020-ci ilədək yeni stansiya tikmək öhdəliyini üzərinə götürmüşdü. Ermənistanda Aİ nümayəndəliyinin rəhbəri Traian Hristea hələ 2005-ci ildə demişdi ki, Ermənistan atom elektrik stansiyasının bağlanması və istismardan çıxarılması Avropa İttifaqının əsas məqsədi olaraq qalır.

Lakin Ermənistan ölkənin elektrik enerji tələbatının təxminən 40 faizini ödəyən Metsamor atom stansiyasını bağlamaq niyyətində deyildi. Stansiya region üçün böyük təhlükə sayılır, heç bir təhlükəsizlik tələblərinə cavab vermir. Bununla bağlı Azərbaycan Ombudsman Aparatının beynəlxlaq təşkilatlara olan müraciətini dəstəkləyirəm. Bu məsələylə bağlı tək Ombudsman deyil, bütün aidiyyəti qurumlar münasibət bildirməlidirlər. Mən Ombusdman Aparatının bu addımını təqdirəlayiq hal olaraq qiymətləndirirəm. Ümid edirəm ki, beynəlxalq təşkilatlar da region üçün təhlükənin hansı səviyyədə olduğunu başa düşüb, münasibət bildirəcəklər.  Düşünürəm ki, bu məsələdə nəinki Azərbaycan rəsmiləri, hətta regionun digər dövləti olan Gürcüstan da birlikdə fəaliyyət göstərməlidir”.

moderator.az

Prezident İlham Əliyev: Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik

Prezident İlham Əliyev: Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik

Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı. Demişdim ki, Şuşasız qələbəmiz yarımçıq olacaq və o vaxt müharibə dövründə bundan artığını deyə bilmirdim. Çünki müharibənin aparılmasının məxfiliyi gözlənilməli idi.

YAZTV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.

“Müharibənin ilk günlərindən biz bilirdik ki, hədəfimiz nədir və Şuşaya doğru uğurla irəliləyirdik. Əgər müharibənin gedişatına hər bir mütəxəssis nəzər salsa, görər ki, bizim strateji hədəfimiz nə idi. Biz Ermənistan tərəfindən qurulmuş istehkamları yararaq cənub istiqamətindən işğal edilmiş torpaqlara daxil olduq, onları azad etdik və müxtəlif istiqamətlər üzrə əks-hücuma keçdik. Bunun nəticəsində Cəbrayıl, Füzuli, Hadrut, Xocavənd rayonlarının bir hissəsini, Murovdağ yüksəkliyini, Kəlbəcər rayonunun bir hissəsini, Zəngilan, Qubadlı, Laçın rayonlarının cənub hissəsini və Şuşa şəhərini azad etdik”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı deyib ki, hədəf Qarabağın tacı olan Şuşa idi və noyabrın 8-də Azərbaycan bayrağı Şuşada qaldırıldı. Ondan sonra düşmən diz çökdü, təslim oldu, ağ bayraq qaldırdı: “Biz Kəlbəcər, Laçın, Ağdam rayonlarını bir güllə atmadan geri götürdük. Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu. Şuşanın azad olunması günü Zəfər günü elan edildi”.

İlham Əliyev: "Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər"

İlham Əliyev: "Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər"

“Xüsusilə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi mütləq bunu etməli idi. Bir çox ölkələrin maddi vəziyyəti, xüsusilə indiki dövrdə çox aşağıdır. Bir çox ölkələr vətəndaşların gündəlik tələbatlarını ödəyə bilmirlər. Belə olan halda, biz hesab edirik ki, mütləq imkan daxilində bu yardımı etməliyik. Beləliklə, bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərilmişdir, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verilmişdir. Onun 5 milyonu onların ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan xüsusilə kasıb ölkələrin yardımına istiqamətləndirilmişdir”.

YAZTV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Bundan əlavə, biz beynəlxalq müstəvidə zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olmuşuq. Həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki zirvə görüşü COVID-19-a həsr edilmişdir. Onların da çox müsbət nəticələri olmuşdur. Çünki birinci belə bir təşəbbüs idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının üzvlərinin dəstəyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasını keçirdik. Bu, o qədər də asan deyildi. Çünki Baş Assambleyanın xüsusi sessiyasını keçirmək üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr açıq etiraz etməsələr də, buna o qədər də maraqlı deyildilər. Çünki bəziləri hesab edirdi ki, belə bir təşəbbüs, necə deyərlər, ancaq böyük ölkələrə məxsus olmalıdır və belə bir təşəbbüs yəqin ki, onların fikirlərinə görə gərək daha əvvəl razılaşdırılaydı. Biz isə onu öz təşəbbüsümüz kimi irəli sürdük. Bildiyiniz kimi, Ermənistan buna qarşı çıxmışdır və bu da böyük təəccüb doğururdu. Yəni, Ermənistanda azərbaycanafobiyanın nə qədər böyük olduğunu Ermənistan bir daha bütün dünyaya göstərdi və bu, müharibədən əvvəl olan hadisə idi.

BMT Baş Assambleyasının xüsusi sessiyasında mən Qoşulmama Hərəkatının sədri kimi çıxış edərkən bütün ölkələri həmrəyliyə çağırmışdım ki, bu bəlaya qarşı mübarizədə biz səylərimizi birləşdirməliyik, burada hansısa birtərəfli addımlar atılmamalıdır, zəngin ölkələr məsuliyyət göstərməlidirlər. Peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Hətta demişdim ki, kasıb olan ölkələrin vətəndaşları üçün zəngin olan ölkələr o peyvəndi alıb onlara ötürsünlər. Şirkətlərə də çağırışlar etmişdim ki, onlar da bu sahədə qazanc dalınca qaçmasınlar, yəni, məsuliyyətli olsunlar. Prinsipcə, mənim bu çağırışlarımı bir çox ölkələr dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə tam başqa mənzərə nümayiş etdirir. Burada sözlə əməl arasında böyük bir fərqi görürük”, - dövlət başçısı deyib.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Dövlətimizin başçısı Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar Rusiya Prezidentini təbrik edib.

Rusiya Prezidenti təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu Mərkəzin fəaliyyətinin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunması işinə xidmət edəcəyini vurğulayıblar.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəqliyyat-kommunikasiya bəndinin müddəalarının icrası ilə bağlı Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində keçirilən görüşün əhəmiyyətini qeyd ediblər.

Söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. (Azərtac)

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

YAZTV xəbər verir ki, Prezident İlham Əliyev dedi:

-Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.

Məhəmməd Cavad Zərif:

-Təşəkkür edirəm, cənab Prezident. Mən Prezident Ruhaninin ən xoş arzularını və salamlarını çatdırıram.

Prezident İlham Əliyev: Çox sağ olun. Mənim də ən səmimi salamlarımı və yeni ildə ən xoş arzularımı cənab Prezidentə çatdırın. İl artıq başlayıb və mən planlarımızı müzakirə etmək, görülmüş işlərə yenidən nəzər salmaq üçün sizi Azərbaycanda qəbul etməyə şadam. Biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq. Bildiyiniz kimi, biz çoxsaylı – prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub. Bu yaxınlarda ölkənizdə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev mənə aparılan müzakirələr və razılaşmalar barədə hesabat verdi. Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik. Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir. Şimal-Cənub nəqliyyat dəhlizi işləyir. Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik.

Regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır. Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə - Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər.

Bizim müzakirə edəcəyimiz çox məsələlər var. Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var. Beləliklə, cənab Nazir, bir daha xoş gəlmisiniz.

Məhəmməd Cavad Zərif:

-Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.

Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.

Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik.

Prezident İlham Əliyev:

-Əlbəttə. Bildiyiniz kimi, mən Xudafərin ərazisinə səfər edərkən həmin sərhədi dostluq sərhədi adlandırdım. Bu, məhz dost və qardaş xalqların sərhədidir. (AZƏRTAC)

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

YAZTV xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Alman portalında ermənilər tərəfindən dağıdılmış kəndlər haqqında videoreportaj yerləşdirilib

Alman portalında ermənilər tərəfindən dağıdılmış kəndlər haqqında videoreportaj yerləşdirilib

Almaniyanın “Die Welt” qəzetinin onlayn platforması olan “welt.de” portalında Klemens Hirmke və Daniel-Dilan Bömerin müəllifliyi ilə “Mən qürurla geri dönəcəyəm” başlıqlı videoreportaj yerləşdirilib.

YAZTV xəbər verir ki, videoreportajda Azərbaycanın Tərtər rayonunun Şıxarx kəndi və ermənilər tərəfindən dağıdılmış Ağdam şəhərindəki vəziyyətdən bəhs olunur.

Bildirilir ki, Azərbaycanın Şıxarx kəndinin sakinləri bu kəndə 1993-cü ildə Dağlıq Qarabağdan qovulma nəticəsində köçüblər və hazırda qovulduqları ərazinin qonşuluğunda yaşayırlar. Kənd sakini Akif Əhmədov azərbaycanlıların kəndə köçməsindən sonra burada öz evlərini inşa etdiklərini bildirir. O, həmçinin son müharibə zamanı gözündən və əlindən qəlpə yarası alıb.

Digər kənd sakini Nəsibə Cabbarova ermənilər tərəfindən qovulan zaman bütün əmlaklarını tərk etdikləri ərazidə qoyub gəldiklərini və ermənilərin onların yurdunu zorla ələ keçirməyə cəhd etdiyini vurğulayır. O, həmçinin son müharibə zamanı ona məxsus evin ermənilərin raket hücumuna məruz qalmasından bəhs edir.

Şıxarx kəndinin sakinləri vətənlərinin işğaldan azad olunmasını məmnunluqla vurğulayır, sevinclə artıq qaçqın olmadıqlarını və geri qayıdacaqlarını bildirir, habelə buna görə Azərbaycan Ordusuna və Prezidentinə təşəkkür edirlər.

Qeyd olunur ki, 2020-ci ilin payız aylarında baş vermiş müharibə zamanı Azərbaycan 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş Ağdam şəhəri də daxil olmaqla, bir sıra ərazilərini geri qaytarıb. Əlavə olunur ki, bir zamanlar Ağdamda 28 min əhali yaşayıb. 10 noyabr 2020-ci il tarixində əldə olunmuş razılaşmanın şərtlərinə əsasən ermənilər şəhəri tərk etməli olub. Hazırda ərazi sıx şəkildə minalanıb və oradakı binalar dağıdılıb. Vurğulanır ki, ərazinin minalardan təmizlənməsi bir neçə il davam edəcək.

Videoreportajda Ağdam şəhərinin keçmiş sakini Məlahət Quliyeva doğma şəhərinin əvvəlki vəziyyəti barədə məlumat verir. O, yurd-yuvalarından qovulan zaman yaxın qohumlarından 8 nəfərin şəhid olduğunu, onlardan dördünün itkin düşdüyünü, dördünü isə dəfn edə bildiklərini qeyd edir. (Azərtac)

Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN

Dövlət Neft Şirkətinin Müşahidə Şurası yaradılıb FƏRMAN

Yanvarın 23-də Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərman imzalayıb.

YAZTV xəbər verir ki, Fərmana əsasən, Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla, yeddi üzvdən ibarətdir.

SOCAR-ın yenidən təşkili və ləğvi, Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyətləri Azərbaycan Respublikasının Prezidentinə həvalə olunub.

Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi, illik hesabatların, maliyyə hesabatlarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiqi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi, SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul olunmasını həyata keçirəcək.

SOCAR-ın Müşahidə Şurasına şirkətin uzunmüddətli inkişaf strategiyasını, xərclər və gəlirlər smetasını təsdiq etmək, onun icrasına nəzarəti həyata keçirmək və digər səlahiyyətlər verilib.

Müşahidə Şurası qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə yaradılıb.

Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibi təsdiq edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin olunub.