Monday, 17 Yanvar 2022 05:06
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Naqif Həmzəyev: İanə ilə yaşayan Ermənistan tənəzzülə doğru gedir

Naqif Həmzəyev: İanə ilə yaşayan Ermənistan tənəzzülə doğru gedir

Bu gün dünya siyasətçilərinin ən çox müzakirə etdiyi mövzulardan biri də Soros fondunun "rəngli inqilablar"ın həyata keçirilməsinə maraqlı olması, bu məqsədlə külli miqdarda maliyyə vəsaitini xərcləməsidir.

YAZTV xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, xaosların yaradılması, onların idarə edilməsi strategiyası üzrə peşəkarlaşan Soros fondunun təsisçisi Corc Soros dünyanın bir çox ölkəsində baş verən təxribatların mərkəzində dayanan ən təhlükəli insan kimi tanınır. Serbiyada, Gürcüstanda, Ukraynada baş verən hadisələrinin, 2018-ci ildə küçə yürüşləri, qanunsuz mitinqlər, kütləvi aksiyalar təşkil etməklə, inqilab yolu ilə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsinin əsas dəstəkçisinin Soros fondunun olduğu hər kəsə bəllidir.

Ölkə Prezidenti İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə Ermənistanın bugünkü rəhbərliyinin də Soros fondunun təsiri altında olan adamlardan ibarət olduğuna diqqət çəkib.

Azərbaycanın ərazi bütövlüyünə göz tikən Ermənistatın Tovuz istiqamətində təcavüzkar niyyətinin Silahlı Qüvvələrimiz tərəfindən puç olduqdan sonra Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşklatına üz tutudu. İşğalçı siyasətinə dəstək ala bilməyən Ermənistan, ölkə Başçımızın qeyd etdiyi kimi Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz: “Ona görə indi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Sərhəddəki təxribat hesab edirəm ki, onlar tərəfindən bir sınama cəhdi idi ki, baxsınlar, görsünlər buna kim nə reaksiya verəcək. Gördülər ki, onların müttəfiq saydıqları bütün ölkələr ya bizi dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür. Ona görə bu, onlar üçün dərs olmalıdır”.

Ermənistan hakimiyyəti bir daha Azərbaycanın beynəlxalq nüfuzunun onlardan qat-qat yüksək olduğunu, KTMT-nin üzv beynəlxalq təşkilatların çoxunun ölkəmizin mövqeyini dəstəklədiyini dərk etdi. Ermənistan hakimiyyəti artıq anlamalıdır ki, təcavüzkar siyasətinin davam etdirərsə ölkələrinin müstəqilliyindən danışmaq bir müddət sonra mümkün olmayacaq. Çünki regionun əsas aparıcı gücü, dövləti Azərbaycandır. Regionda bütün beynəlxalq tədbirlər Azərbaycanın iradəsi ilə, məhz Azərbaycanın istəyi ilə həyata keçirilir. Ermənistanın Tovuz istiqmətindəki təxribatı bir daha göstərdi ki, əksər təşkilatlar Azərbaycanın dəstəkləyir. İlk oaraq qardaş Türkiyə rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, ərazi bütövlüyününün bərpası üçün əlindən gələni edəcəyini bəyan etdi. Daha sonra müxtəlif beynəlxalq təşkilatlar, Qoşulmama Hərəkatı, Türkdilli Dövlətlərin Təhlükəsizlik Şurası, ABŞ-ın senatı da ilk dəfə olaraq Azərbaycanın ərazilərinin işğal olduğunu rəsmi tanıdı.Ümumilikdə isə, biz açıq - aşkar bəyan edirik ki, heç bir beynəlxalq güclərin təsiri altında deyilik, biz hansısa havadarların çaldığı mahnıları ifa etmirik. Biz yalnız Azərbaycan xalqının inkişafını, Azərbaycan dövlətinin gülənməsinin və torpaqlarımızın işğaldan azad olmasını istəyirik. Ermənistan hökumətindən tək tələbimiz işğalçı caynaqlarının ölkəmizdən çəkməsidir.

Qəbələdə məktəb tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Qəbələdə məktəb tikintisinə 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Qəbələ rayonunun Zarağan kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncama əsasən Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qəbələdə modul tipli xəstəxana istifadəyə verilib

Qəbələdə modul tipli xəstəxana istifadəyə verilib

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub

İyulun 31-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

YAZTV xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Qurbanqulu Berdiməhəmmədov dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və firavanlıq arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində Qurbanqulu Berdiməhəmmədova və Türkmənistan xalqına ən xoş bayram arzularını çatdırıb.

Dövlət başçıları Azərbaycan-Türkmənistan dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq ortaq tarixi köklərə malik xalqlarımız arasında əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı bu yaxınlarda Azərbaycan-Türkmənistan-Əfqanıstan prezidentlərinin videoformatda keçirilən sammitinin yekunlarından məmnunluq ifadə edilib, nəqliyyat, logistika, telekommunikasiya sahələrində uğurlu əməkdaşlığın perspektivləri müzakirə olunub, Lapis-Lazuli nəqliyyat dəhlizinin Azərbaycanın nəqliyyat infrastrukturuna birləşdirilməsinin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi qeyd edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12 milyon manat ayrılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şəki rayonunun Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncama əsasən, üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm–İsmayıllı–Şəki (134 km)–Şirinbulaq avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 12,0 (on iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Los Anceles meri Azərbaycan icmasının üzvlərinə qarşı hücumları pisləyib

Los Anceles meri Azərbaycan icmasının üzvlərinə qarşı hücumları pisləyib

Los Anceles şəhərinin meri Erik Qarsetti Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevə məktub ünvanlayaraq, 21 iyulda Baş Konsulluğun ofisi qarşısında azərbaycanlılara münasibətdə baş verən zorakılığı kəskin şəkildə qınadığını bildirib və hadisənin Los Anceles Polis İdarəsi tərəfindən araşdırıldığını qeyd edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan YAZTV-ə verilən məlumata görə, sərbəst toplaşmaq və söz azadlığının amerikan dəyərlərinin təməl daşları olduğunu və bu azadlıqların Los Ancelesdə də uzun illərdir təmin olunduğunu deyən mer zorakılığın Los Ancelesdə yolverilməz olduğunu vurğulayıb.

E.Qarsetti Los Ancelesdə yaşayan Azərbaycan icmasının təhlükəsizliyinin təmin olunması istiqamətində səylərin davam etdiriləcəyini bildirib.

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən YAZTV-ə verilən məlumata görə, dövlətimizin başçısı müqəddəs Qurban bayramı münasibətilə Rəcəb Tayyib Ərdoğanı və qardaş Türkiyə xalqını təbrik edib, Türkiyə Prezidentinə möhkəm cansağlığı və Türkiyə xalqına firavanlıq arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində dövlətimizin başçısına və xalqımıza bayram münasibətilə ən xoş arzularını çatdırıb.

Söhbət zamanı Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin gündən-günə inkişafından məmnunluq ifadə edilib, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib. Dövlət başçıları bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla keçirildiyini vurğulayıb, bunu Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürü kimi dəyərləndiriblər.

Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində Ermənistanın hərbi təxribatı nəticəsində baş vermiş hadisələrlə əlaqədar Türkiyə Prezidentinin göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçıları əməkdaşlığımızın müxtəlif sahələrdə uğurlu inkişafının perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Şəki şəhərində 960 şagird yerlik məktəb inşa ediləcək

Şəki şəhərində 960 şagird yerlik məktəb inşa ediləcək

Prezident İlham Əliyev Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncama əsasən, Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin Sədri Sahibə Qafarova videoformat şəklində seçicilərin növbəti qəbulunu keçirib. Bu videoqəbulun müqəddəs Qurban bayramı ərəfəsində keçirildiyini xatırladan Sahibə Qafarova seçiciləri və onların ailələrini Qurban bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YAZTV-ə bildiriblər ki, videoqəbulda deputat fərdi yaşayış evinin inşası üçün həyətyanı torpaq sahəsi ilə təmin olunması və ya şəhər ərazisində sosial mənzillərin inşası, N.Gəncəvi adına şəhər tam orta məktəbinin binasının yenidən qurulması, II qrup Çernobıl əlilinin nəqliyyat vasitəsi ilə təmin olunması, Morul tam orta məktəbinin binasının inşası və bir sıra digər məsələlərlə bağlı seçicilərin müraciətlərini dinləyib.

Bildirilib ki, bundan əvvəlki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, onların bir qismi artıq müsbət həllini tapıb.

Videoqəbulda Sahibə Qafarova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların həyat şəraitlərinin yaxşılaşdırılması, sosial-müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək deyib ki, Azərbaycanda sosial cəhətdən qayğıya ehtiyacı olan insanlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir, onların mənzil-məişət məsələlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Milli Məclisin deputatı qeyd edib ki, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu sahədə icra olunan layihələr nəticəsində minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

Son illərdə regionlarda böyük infrastruktur layihələrinin icra edildiyini, bu layihələrin ardıcıl icrası nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan spiker Sahibə Qafarova deyib ki, Şəmkir rayonunda da əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunması istiqamətində mühüm işlər görülüb. Seçici müraciətlərinə cavab olaraq Milli Məclisin deputatı təhsil sahəsində də görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib. Sahibə Qafarova bildirib ki, ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun yaradılması dövlət tərəfindən xüsusilə diqqət mərkəzindədir. Deputat xatırladıb ki, son illərdə bu istiqamətdə çox böyük işlər görülüb, müxtəlif layihələr həyata keçirilib. 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Spiker Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətinin də xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Sahibə Qafarova deyib ki, Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizdə təhsilin maddi-texniki bazasının yenilənməsinə mühüm töhfələr verir.

Qeyd edək ki, videoqəbulda Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün icra hakimiyyətinin nümayəndələrinə yönləndirilib. Digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

Birinci vitse-prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

YAZTV-nin məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir:

"Əziz həmvətənlərim!

Mübarək Qurban bayramı münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı yetirirəm! Bu əziz bayram günlərində bütün xeyirxah dua və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram!"

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün tapşırıq verib

Qəbələ rayonunda səfəri zamanı Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.

YAZTV-nin məlumatına görə, dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb.

Qeyd edək ki, iyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Azərbaycanda fəxri ad alanların sayı açıqlandı

Azərbaycanda fəxri ad alanların sayı açıqlandı

Azərbaycanda 293 789 nəfər Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü alır.

YAZTV-nin məlumatına görə, bu ilin yanvarın əvvəlinə olan göstəricilərə əsasən, onların 37 925 nəfərinə bu təqaüd Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərdiyi üçün təyin edilib.

Ölkədə 267 nəfər “Xalq” fəxri adı, 2993 nəfərinə “Əməkdar” fəxri adına görə dövlət tərəfindən təqaüd alır.

Azərbaycanda "Xalq" fəxri adına görə orta aylıq məbləği 150 manat olan, "Əməkdar" fəxri adına görə 100 manat məbləğində təqaüd verilir.

Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü 416 nəfərə verilir. Bu təqaüdün orta aylıq məbləği 1450 manatdır.

Azərbaycanda 21582 nəfər müharibə əlili orta aylıq məbləği 228,52 manat olmaqla təqaüd alır.

Ölkədə 176 nəfər Böyük Vətən müharibəsi əlilinə orta aylıq məbləği 235,68 manat və Cernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olmuş 2833 nəfər şəxsə orta aylıq məbləği 230,14 manat olmaqla təqaüd verilir.