Monday, 17 Yanvar 2022 04:43
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident Balakəndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident Balakəndə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gəlib.

YAZTV-nin məlumatına görə, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İsmayıllı rayonuna səfər edib

Prezident İsmayıllı rayonuna səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

YAZTV xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.

Prezident Qurban bayramı münasibətilə xalqı təbrik edib

Prezident Qurban bayramı münasibətilə xalqı təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

YAZTV xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.

İnsanlar arasında həmrəylik və qardaşlığın, humanizm və mərhəmətin rəmzi olan Qurban bayramı İslam dininin əsas bayramlarından biridir. Müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına qurbanlarla Allaha yaxınlığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühitinin formalaşmasında və etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında İslam dininin müstəsna rolu olmuşdur.

Hər il ölkəmizdə keçirilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir. Builki Qurban bayramı dünyanın qarşılaşdığı çətin sınaq dövrünə təsadüf etsə də, mömin vətəndaşlarımız Allah və din yolunda mənəvi borclarını layiqincə yerinə yetirir, öz nəcib əməlləri ilə cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirirlər.

Əziz bacı və qardaşlarım!

Bu bayram günlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ölməz xatirəsini minnətdarlıqla yad edir, onların yaxınlarına və bütün xalqımıza səbir diləyirəm. İnanıram ki, xalqımızın firavanlığı və əmin-amanlığı, Vətənimizin çiçəklənməsi və tərəqqisi naminə etdiyiniz dua və diləklər gerçəkləşəcəkdir.

Bir daha hər birinizə səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə cansağlığı və xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!"

İsmayıllıda yeni yolun açılışı olub

İsmayıllıda yeni yolun açılışı olub

İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.

Qobustanda modul tipli xəstəxananın açılışı olub

Qobustanda modul tipli xəstəxananın açılışı olub

İyulun 29-da Qobustanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.

YAZTV-nin məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına modul tipli xəstəxanada yaradılan şərait barədə məlumat verildi.

DTX: Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətin ona heç bir aidiyyəti yoxdur

DTX: Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətin ona heç bir aidiyyəti yoxdur

Bəzi internet resurslarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın adından sosial şəbəkədə yayılmış müraciətdə, guya istifadəçilərə hərbi məsələlərlə bağlı paylaşım etməməyə çağırışlar yer almışdır.

YAZTV bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, aparılmış ilkin araşdırmalarla qeyd olunan məlumatların saxta profillərdən istifadə edilməklə ictimai rəyi çaşdırmaq və sensasiya naminə yayımlandığı və belə məlumatların Arzu Əliyevaya heç bir aidiyyətinin olmadığı müəyyən edilmişdir:

"Bildiririk ki, hazırda sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımları edən şəxslərin müəyyənləşdirilməsi və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün fəaliyyət davam etdirilir".

İsmayıllıda modul tipli xəstəxananın açılışı olub

İsmayıllıda modul tipli xəstəxananın açılışı olub

İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub.

YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Prezident İlham Əliyevin Qobustan rayonuna səfəri başlayıb

Prezident İlham Əliyevin Qobustan rayonuna səfəri başlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qobustan rayonuna səfərə gəlib.

YAZTV-nin məlumatına görə, dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyev Emin Əmrullayevi videoformatda qəbul edib

Prezident İlham Əliyev Emin Əmrullayevi videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

YAZTV xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib.

Prezident təməlqoyma mərasimində iştirak edib

Prezident təməlqoyma mərasimində iştirak edib

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.

YAZTV  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəz barədə məlumat verdi.
Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.

Dağlıq Qarabağda turistlərə kirayə evlərin verilməsinə qarşı petisiya hazırlanıb

Dağlıq Qarabağda turistlərə kirayə evlərin verilməsinə qarşı petisiya hazırlanıb

Azərbcaynın işğal olunmuş ərazilərində kirayə evlərin verilməsi ilə bağlı petisiya hazırlanıb.

Bu barədə YAZTV-ə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər. Qeyd olunub ki, petisiyanı Macarıstandakı azərbaycanlı tələbələr hazırlayıblar:

""airbnb.com" saytı Azərbaycanın işğal edilmiş ərazilərində kirayə evlər təqdim edilməsi barədə reklam yerləşdirib. Macarıstandakı azərbaycanlı tələbələr saytın rəhbərliyinin adına petisiya hazırlayıb və soydaşlarımızı bu petisiyanı imzalamağa çağırır".

Petisiyaya buradan keçid edə bilərsiniz: https://www.change.org/p/airbnb-remove-illegal-airbnb-listings-in-nagorno-karabakh-stopairbnbinkarabakh/psf/promote_or_share?guest=existing&short_display_name=Esmira&recruiter&source_location=react-fe

Emin Əmrullayev Təhsil naziri təyin edilib

Emin Əmrullayev Təhsil naziri təyin edilib

Emin Əmrullayev Təhsil naziri təyin edilib.

YAZTV-nin məlumatına görə, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Emin Əmrullayev Təhsil İnstitutunun direktoru vəzifəsində çalışırdı.