Monday, 17 Yanvar 2022 04:29
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Nazirlər Kabinetində yeni təyinat olub

Nazirlər Kabinetində yeni təyinat olub

Nazirlər Kabinetində yeni təyinat olub.

YAZTV-nin qurumun saytına istinadən məlumatına görə, Anar Məmmədov Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri təyin olub.

Aİ-nin Azərbaycandakı nümayəndəsi və Belçikanın səfiri XİN-ə çağırılıb

Aİ-nin Azərbaycandakı nümayəndəsi və Belçikanın səfiri XİN-ə çağırılıb

Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəsi Kestutis Yankauskas və Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər Nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

XİN-dən YAZTV-ə verilən məlumata görə, görüşdə X.Xələfov Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilmiş son hərbi təxribatın həm iki ölkə arasında, həm də bölgədə gərginliyin alovlanmasına xidmət etdiyini qeyd edib.

Son zamanlar radikal ermənilər tərəfindən Avropanın bir çox ölkələrinin paytaxtlarında və böyük şəhərlərində azərbaycanlılara qarşı vandalizm aktlarının törədildiyi, eləcə də Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarına müdaxilə cəhdlərinin edildiyi, həmin ölkələrdə fəaliyyət göstərən diplomatlarımızın təhdid edildiyi, soydaşlarımıza qarşı hücumların təşkil edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Bu ilin 22 iyul tarixində Belçika Erməniləri Komitəsinin çağırışına uyğun olaraq, Brüsseldəki Səfirliyimizin qarşısında ciddi təxribat və vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayişin keçirildiyi Belçika səfirinin və Aİ nümayəndəsinin diqqətinə çatdırılıb. Öncədən Belçikanın bütün aidiyyəti hökumət orqanlarına dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq, bu təxribatların qarşısının istənilən səviyyədə alınmadığı vurğulanıb.

Nazir müavini hadisələr zamanı “REAL” televiziyasının Avropa müxbiri də daxil olmaqla, 6 azərbaycanlı diaspor nümayəndələrinin ciddi xəsarət aldığını və xəstəxanaya yerləşdirildiyini bildirib.

X.Xələfov qeyd edib ki, Belçikanın müvafiq orqanları tərəfindən məsələ ciddi şəkildə araşdırılmalı, məsələyə hüquqi qiymət verilməli, cinayət və vandalizm aktı törətmiş şəxslər məsuliyyətə cəlb edilməlidirlər.

Nazir müavini, eyni zamanda Kestutis Yankauskasa müraciət edərək, Avropa İttifaqının dünyada insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar verdiyi halda, çox açıq şəkildə baş vermiş ksenofobiya, vanadalizm, irqi ayrı-seçkilik zəminində baş vermiş son hadisələrlə bağlı hər-hansı açıqlama vermədiyini bildirib. O, bunun Azərbaycan ictimaiyyətində ciddi narahatlığa səbəb olduğunu və suallar doğurduğunu vurğulayıb.

Belçika Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bert Şufs ilk öncə Azərbaycan-Ermənistan sərhədində baş vermiş hadisə nəticəsində həyatını itirmiş Azərbaycan hərbçilərinin və mülki vətəndaşının həlak olması ilə əlaqədar Azərbaycan xalqına və həyatını itirmiş şəxslərin yaxınlarına başsağlığı verib.

Səfir B.Şufs Brüsseldə keçirilən aksiyanın icazəsiz olduğunu, bu barədə məlumatlı olduqlarını və məhz bu səbəbdən Səfirliyin ərazisinə çox sayda polislərin yerləşdirildiyini bildirib. Bununla belə, səfir, polislərin yetərli sayda olmadığını və dinc nümayişçilərə qarşı hücum edildiyini qeyd edib.

Brüsseldə 200-ə yaxın diplomatik missiyanın fəaliyyət göstərdiyini qeyd edən səfir, onların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin görülməsinin olduqca vacib olduğunu bildirib. O, Səfirliyin inzibati binasının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı yerli hakimiyyət orqanlarına müvafiq təlimatların verildiyi diqqətə çatdırıb.

Səfir B.Şufs bu məsələnin Belçika hökuməti tərəfindən ciddi bir hal kimi qəbul edildiyini, görüşdə qaldırılan məsələlərin müvafiq şəkildə Mərkəzə çatdırılacağını bildirib, məsələnin araşdırılacağını, müvafiq tədbirlərin görüləcəyini və görüləcək işlərlə bağlı Azərbaycan tərəfinin məlumatlandırılacağını vəd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas da cəbhədə baş vermiş hadisələr zamanı həyatını itirmiş hərbçilər və mülki vətəndaşla bağlı Azərbaycan xalqına və onların ailə üzvlərinə başsağlığı verib.

K.Yankauskas hadisələri yaxından izlədiyini son günlərdə Avropanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı baş vermiş qarşıdurma hadisələrinin davam etməkdə olduğunu təəssüflə bildirib.

Aİ nümayəndəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabaş münaqişəsi ilə bağlı məsələlərin Avropa İttifaqı tərəfindən yaxından izlənildiyini və beynəlxalq sərhəddə baş vermiş son hadisələrlə bağlı bəyanat verildiyini qeyd edib. O, Brüssel ilə mütəmadi qaydada videokonfrans vasitəsilə əlaqə yaradıldığını qeyd etdi və hazırkı görüşdə qaldırılan məsələlərin müvafiq qaydada Aİ rəsmilərinin diqqətinə çatıdırlacağını vəd edib.

Baş Prokuror xarici ölkələrdəki həmkarlarına müraciət etdi

Baş Prokuror xarici ölkələrdəki həmkarlarına müraciət etdi

Azərbaycanın Baş prokuroru xarici ölkələrdəki həmkarlarına müraciət edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən YAZTV-ə verilən məlumatda bildirilir ki, məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib.

Baş vermiş hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru Vilyam Barr, Kaliforniya Ştatının Baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin Baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib.

Həmin müraciətlərdə qeyd edilmişdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına suni əngəllər törədir, habelə terrorçu siyasətinin təzahürü kimi bu ilin iyulun 12-də Azərbaycanla Ermənistanın sərhədində yerləşən Tovuzda təxribat törətmiş, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutub.

Eyni zamanda göstərilmişdir ki, iyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları, Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Baş Prokuror diplomatik nümayəndələrimizin və həmsoydaşlarımızın təhlükəsizliklərinin təmin edilməsini xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirib.

Şahin İsmayılov: “Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir”

Şahin İsmayılov: “Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir”

 

Azərbaycan dövləti ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan, yaralanan, zərərçəkən insanların sosial müdafiəsi istiqamətində bütün resursularından istifadə edir. Bu sahədə işlər hər il artan xətt üzrə inkişaf edir. Ötən illərdə olduğu kimi bu il də biz bu sahədə çox böyük işlərin şahidi oluruq. Koronavirus pandemiyası bütövlükdə dünya iqtisadiyyatına, o cümldən, Azərbaycan iqtisadiyyatına da mənfi təsirlər göstərmişdir. Buna baxmayaraq, ölkə prezidenti cənab İlham Əliyev bu il də ölkəmizdə heç bir sosial layihənin dayandırılmayacağını elan etdi. Bu bir daha ölkə başçısının Azərbaycan insanına verdiyi dəyərin göstəricisidir. Ölkə başçısının bir başa diqqəti ilə son illər ərzində 8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il ərzində də 1500 şəhid ailəsinin mənzillərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, bu mənzillər həmçinin yüksək səviyyədə təmir olunaraq vətəndaşlarımızın ixtiyarına verilir. Bundan başqa, bu il 400 avtomobilin verilməsi də nəzərdə tutulmuşdur ki, düşünürəm bu da öz-özlüyündə kifayət qədər böyük rəqəmdir.  Sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunmaqdadır.

2020-ci ildə  il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcəkdir. Sevindrici hal ondan ibarətdir ki, dövlətin bu sahədə gördüyü işlərə özəl şirkətlər də dəstək verməkdədir. Yerli şirkətlərimizdən olan “Kapital Bank” bu il 68 mənzili öz vəsaiti hesabına inşa edərək  bu qrupdan olan insanlara təqdim etmişdir. “Pasha Holding” isə Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edib və orada artıq 4 minə yaxın ailə məskunlaşmışdır. Bu, həm də çox gözəl bir həmrəylik nümunəsidir.

Ötən il biz həmçinin müavinətlərin artırılmasının da şahidi olduq. Belə ki,  şəhid ailələrinin müavinəti 20 faiz, köçkünlər üçün müavinətlər 50 faiz,  bəzi müavinətlər isə 100 faiz artırılıb. Bu il isə pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il  90 min insanın ödənişli ictimai iş yerləri ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Qlobal pandemiya dövründə də Azərbaycan dövləti öz daxili imkanları hesabına əhalinin sosial həssas qruplarına, həmçininin sahibkarlara kifayət qədər böyük dəstək göstərmişdir. Eyni zamanda yeni modul tipli xəstəxanalar tikilmiş, xəstələr dərmanlarla təmin edilmiş, bir neçə xarici ölkədən mütəxəssislər, həkimlər ölkəmizə dəvət edilmişdir.

Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına hər zaman qalır və bu istiqamətdə işlərin miqyası hər il genişlənir. Bu da təsadüfi deyil. Çünki, Azərbaycanda ölkə siyasətinin mərkəzində Azərbaycan vətəndaşına qayğı durur. Hər bir ölkə vətəndaşı bu və ya digər formada Azərbaycan vətəndaşının qayğısını hiss edir. Bunun üçün isə güclü iqtisadiyyat, siyasi iradə və vətənə sevgi gərəkdir. Biz bütün bu xüsusiyyətləri ölkə preizdenti cənab İlham Əliyevin timsalında görürük.

 

Milli Məclisin deputatı, Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov

Sahibə Qafarova Rusiyanın Azərbaycandakı səfirini qəbul edib

Sahibə Qafarova Rusiyanın Azərbaycandakı səfirini qəbul edib

İyulun 24-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu qəbul edib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YAZTV-ə verilən məlumata görə, Azərbaycan-Rusiya əlaqələrinin möhkəm dostluğa əsaslandığını qeyd edən səfir iki ölkə arasında münasibətlərin müxtəlif sahələri əhatə etməsindən məmnunluğunu vurğulayıb.

Spiker Sahibə Qafarova mövcud münasibətlərin parlamentlərarası əməkdaşlığın gələcək perspektivi üçün çox yaxşı zəmin yaratdığını qeyd edib, humanitar sahədə əməkdaşlığın vacibliyini vurğulayıb.

Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən etibarən yaratdığı vəziyyətə xüsusilə toxunan Milli Məclisin sədri bildirib ki, bir çox beynəlxalq qurumlar və təşkilatlar Ermənistan tərəfindən törədilən bu təxribatı pisləyib.

Milli Məclisin sədri Ermənistan tərəfindən törədilən təxribata etiraz olaraq son günlər dünyanın müxtəlif ölkələrində dinc aksiyalar keçirən azərbaycanlılara qarşı ermənilər tərəfindən hücumların təşkil edilməsini kəskin şəkildə pisləyib.

Səfir M.Boçarnikov ATƏT-in Minsk qrupunun üzvlərindən biri kimi, Rusiyanın problemin sülh yolu ilə həll edilməsində maksimum səy göstərdiyini bir daha qeyd edib.

Görüşün sonunda Rusiyalı diplomat Rusiya Federasiyası Federal Şurasının Federal Məclisinin sədri Valentina Matviyenkonun dəvətini xatırladaraq, ən qısa zamanda Milli Məclis sədrini Moskvada gözlədiklərini bildirib. Milli Məclis sədri Sahibə Qafarova öz növbəsində COVİD-19 pandemiyası səbəbindən hazırda bütün səfərlərin vaxtının dəyişdirilməsindən təəssüfləndiyini qeyd edərək, pandemiya bitdikdən sonra ilk səfərlərdən birinin məhz Rusiya Federasiyasına ediləcəyini vurğulayıb.

YAP Gəncə şəhər Təşkilatının yaranmasının 27 ili tamam olur (FOTOLAR)

YAP Gəncə şəhər Təşkilatının yaranmasının 27 ili tamam olur (FOTOLAR)

Müasir Azərbaycanın tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması ən yaddaqalan hadisələrdəndir. Müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası son dərəcə ağır və mürəkkəb günlərində, ölkənin ciddi qarşıdurmaya məruz qaldığı bir dövrdə -1992-ci il noyabrın 21-də ziyalıların təşəbbüsü və Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb. Heydər Əliyevə olan inam və etimad YAP-a da inam formalaşdırdı. Qısa müddətdə Azərbaycanın bütün şəhər və rayonlarında YAP-ın təşkilatlanması prosesi başladı. Həmin proses Gəncə şəhərində də öz həllini tapdı. Partiyanın şəhər təşkilatının yaradılması üçün ilk təəssübkeşlər fəaliyyətə başladılar. 1993 – cü il 23 iyul tarixində dövrün təzyiqlərinə və qadağalarına baxmayaraq, Yeni Azərbaycan Partiyasının Ulu öndər Heydər Əliyev ənənələrinə sadiq bir qrup təəssübkeşinin iştirakı ilə Gəncə şəhər təşkilatının təsis konfransı keçirilib.

YAZTV xatırladır ki, həmin vaxt partiya sıralarına gələnləri yalnız bir məqsəd düşündürürdü: Azərbaycanın müstəqilliyini qorumaq və xalqı gözləyən təhlükələrdən, fəlakətlərdən xilas etmək. Xalq isə Ulu öndər Heydər Əliyevdən kömək gözləyirdi. Xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldi. Onun memarı və qurucusu olduğu Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. Dahi Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə xalqı nicat yoluna çıxardı, müstəqilliyimizi əbədi və dönməz etdi.

Bu illərdə Yeni Azərbaycan Partiyasının hansı uğurlara imza atdığı göz önündədir. Xalqın inamını qazanan partiyanın uğurlu gələcəyi danılmazdır. Bu inam partiyanın yaradıcısı Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Prezident cənab İlham Əliyevin bu xətti uğurla davam etdirməsi nəticəsində qazanılıb.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının 27 illik tarixində çətin və şərəfli missiyanı yerinə yetirən partiya veteranlarının, ziyalıların, gənclərin, qadınların layiqli xidmətləri unudulmazdır. Şəhər təşkilatı fəaliyyət göstərdiyi 27 il ərzində kəmiyyətcə böyüyüb, inkişaf edib ideoloji iş təcrübəsini təkmilləşdirib, demokratik seçki təcrübəsinə nail olaraq, bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının qələbələrinə öz töhfələrini verib.

Hazırda YAP Gəncə şəhər Təşkilatının 252 ərazi ilk partiya təşkilatında 44 mindən çox partiya üzvünü birləşib. Bu statistika, eyni zamanda Ulu öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident cənab İlham Əliyevin günbəgün yeniləşən, təkmilləşən siyasətinə dəstəyin nümayişidir. Fəxrlə deyə bilərik ki, təşkilatının sıraları bu gün də gənc, savadlı, vətənpərvər, xalqını, Vətənini sevən gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bütün bunlar şübhəsiz ki, partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricilərindəndir. Təşkilatın üzvlərinin 55,6 faizini gənclər, 62 faizini isə qadınlar təşkil edir. Partiya sıralarına gələnlərin əksəriyyətinin gənclər olması Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın bütün təbəqələrinin, xüsusən gənclərin arasında yorulmaz fəaliyyəti, misilsiz xidmətləri ilə daha böyük inam və etibar, hörmət və nüfuz qazanmasını təsdiq edir. Bu ondan xəbər verir ki, Azərbaycan gəncliyi öz potensial imkanlarını ortaya qoymaq üçün bu partiyada meydan görürlər.

YAP Gəncə şəhər Təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirir, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak edir. Son illər Gəncədə əldə edilən böyük uğurların qazanılmasında şəhər partiya təşkilatının da müstəsna xidmətləri var. Şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarına çevrilib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında keçirilən tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, dəyirmi masalar, forumlar, konfranslar gənclərin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərib.

YAP Gəncə şəhər Təşkilatı öz işini partiyanın Proqram və Nizamnaməsinin, partiya qurultaylarının tələbləri səviyyəsində quraraq, rəhbər orqanların qərarlarını, tövsiyə və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirir, bütün siyasi tədbirlərdə, kampaniyalarda fəal iştirak edir. Son illər Gəncədə əldə edilən böyük uğurların qazanılmasında şəhər partiya təşkilatının da müstəsna xidmətləri var. Şəhər rəhbərliyi ilə partiya təşkilatı arasında yaranan sıx əlaqələr qazanılan qələbələrin əsas meyarına çevrilib.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında keçirilən tədbirlər, diskussiyalar, müzakirələr, seminarlar, dəyirmi masalar, forumlar, konfranslar gənclərin fəallığına, ideoloji-siyasi səviyyəsinin yüksəlməsinə, fəal həyat mövqeyinin formalaşmasına əhəmiyyətli təsir göstərir.

Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası yer kürəsinin, eyni zamanda ölkəmizin saknlərinin sağlamlığını təhdid altına aldığı bir vaxtda gözlə görə bilmədiyimiz düşmənlə mübarizə ilə bağlıGəncədə də müvafiq tədbirlər görülür. Şəhərdə dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları davam etdirilir.

Hakim Yeni Azərbaycan Partiyası kimi YAP Gəncə şəhər təşkilatı da geridə qalmır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə qoşulan təşkilatın əməkdaşları mart və aprel ayları üzrə əmək haqlarını, ümumilikdə 28 440 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər. Bu günə qədər YAP Gəncə şəhər təşkiltının əməkdaşları və könüllüləri yaşı 65-dən yuxarı tənha və ahıl vətəndaşlara, aztəminatlı ailələrə gigiyenik vasitələr, ərzaq olan sovqatlar çatdırıb, xüsusi karantin rejimi ilə əlaqədar onlara maarifləndirici tövsiyələr veriblər. Aksiyada yaşı 65-dən yuxarı olan partiya veteranları da diqqətdən kənarda qalmayıb.

Nəcib aksiyadan faydalanan yüzlərlə aztəminatlı ailələrin üzvləri, tənha yaşayan yaşlı sakinlər əhalinin sağlamlığını daim diqqətdə saxlayan, koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ mübarizə tədbirlərinə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə, aksiyalarda yaxından iştirak ediblər.

Koronavirus pandemiyası bir anda dünyamızın nizamını dəyişdirdi. Ölkələr bir-birlərinə qapılarını bağladı, kütləvi tədbirlər təxirə salındı, iqtisadi əlaqələr məhdudlaşdırıldı. “Gözəgörünməz düşmən” dünyamızı bir sıra iqtisadi, ekoloji, turizm və təhsil problemləri ilə də üz-üzə qoydu. Dünyanın aparıcı ölkələrinin belə pandemiyanın yaratdığı fəsadları aradan qaldırmaq, bu bəladan daha az itki ilə çıxmaq üçün yollar axtardığı vaxtda beyinlərdə bir sual dolaşdı:Postpandemiya dövrünün reallıqları, çağırışları necə olacaq?

YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə keçirilən “Pandemiya və postpandemiya dövründə sosial müdafiə tədbirləri və səhiyyə” “Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzularında keçirilən videokonfranslarda ölkəmizdə həyata keçirilən sosial siyasətin, sosial dəstək proqramlarının əhalinin sağlamlığının, təhlükəsizliyinin qorunmasına, sosial rifaha olan təsirlərindən bəhs edilib. Müzakirə zamanı bütün dünyanın koronavirus pandemiyasının təhdidi altında olduğu bir dövrdə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olduğundan, qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlərin dayanmadan davam etdirildiyindən danışılıb. Eyni zamanda pandemiya dövründə qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı məsələlər də müzakirə mövzüsuna çevrilib.

Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərarın, atdığı hər bir addımın cəmiyyətdə razılıqla, böyük rəğbətlə qarşılandığı videokonfransda məruzəçilər tərəfindən diqqətə çatdırılıb. Pandemiya dövründə əhalinin sağlamlığının qorunması və sosial rifahının dəstəklənməsi istiqamətində görülən işlər, Heydər Əliyev Fondunun xeyirxah təşəbbüsləri, reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri vətəndaşların sonsuz minnətdarlıq hissləri ilə qarşılandığı da vurğulanıb. Koronavirusla mübarizədə Almaniyanın və Türkiyənin atdığı addımlardan, qadağaların hansı formada tənzimlənməsindən də danışılıb. Videokonfransda COVID-19-a qarşı mübarizənin ön sıralarında yorulmadan çalışan Yeni Azərbaycan Partiyasının gənc fəallarının, könüllülərinin cəsarət və mətinlik nümayiş etdirdikləri, yaşlı, əlilliyi olan insanlara hörmət və qayğı ilə yanaşmaları xüsusi ilə qeyd edilib.

Ən əsası isə xalq-hakimiyyət birliyi, həmrəyliyimiz, insanlar arasında qarşılıqlı şəfqət, qayğı və mərhəmət hissləri, vətəndaş məsuliyyəti koronavius kimi qorxunc kabusa qalib gəlməkdə yardım edəcək, tezliklə xalqımız gözəgörünməz təhlükədən sovuşacaq. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi “Biz birlikdə güclüyük!

ABŞ-ın Bakı və İrəvandakı səfirlikləri bəyanat yayıb

ABŞ-ın Bakı və İrəvandakı səfirlikləri bəyanat yayıb

ABŞ-ın Bakıdakı və İrəvandakı səfirlikləri Azərbaycanın Los-Ancelesdəki konsulluğu qarşısında iyulun 21-də keçirilmiş etiraz aksiyasına cavab bəyanatı yayıb.

ABŞ-ın Bakıdakı səfirliyindən YAZTV-ə daxil olan bəyanatda bildirilir ki, ABŞ-ın Bakıdakı səfirliyi və ABŞ-ın İrəvandakı səfirliyi dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir.

“ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”, - deyə bəyanatda bildirilir.

"Azərbaycan xalqı addım-addım qələbəyə doğru irəliləyir"

"Azərbaycan xalqı addım-addım qələbəyə doğru irəliləyir"

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiyə kimi tənzimlənməməsi Ermənistanın ardıcıl olaraq davam edən təxribatları üçün “münbit” zəmin yaradıb. İyulun 12-də dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törədilən təxribat nəticəsində baş verən qanlı toqquşmalar da bunun nümunəsi sayıla bilər”.

YAZTV-nin verdiyi məlumata görə, bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “İyul döyüşləri: Qəhrəmanlıq və vətənpərvərlik dərsləri” mövzusunda keçirilən videokonfransda deyib.

Əli Əhmədov bildirib ki, ayrı-ayrı beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədrləri müxtəlif dövrlərdə erməni təxribatı nəticəsində baş verən qanlı toqquşmalarla əlaqədar ədalətli mövqe ortaya qoymaq əvəzinə tarazlı, balanslaşdırılmış bəyanatlar səsləndirməyə üstünlük verirlər. Həqiqət isə budur ki, bu cür bəyanatlar əslində mahiyyət etibarilə təcavüzkar Ermənistanı gizli yollarla dəstəklənməsi effektini yaradır. Bu da onları növbəti təxribatlar törətməyə həvəsləndirir. Erməni tərəfinin bu təxribatları törətməkdə məqsədi münaqişənin ədalətli həllini uzatmaqdır.

“Ermənistan bu təxribatı törətməklə münaqişənin coğrafiyasını və onun iştirakçılarının sayını artırmaq niyyətini ortaya qoymuşdu. Başqa bir niyyətləri də o idi ki, Aprel döyüşlərindən sonra yaşadıqları uğursuzluq və gücsüzlük sindromundan xilas olsunlar. Amma ordumuzun düşmənə sarsıdıcı zərbələri nəinki onların bu sindromdan xilas olmasına kömək etmədi, əksinə bu zərbələrin təsirindən yəqin ki, təxribat törətməklərindən ciddi şəkildə peşman olublar. Döyüşlər nəticəsində bir daha sübut olundu ki, ordumuz bütün parametrlər üzrə erməni ordusundan xeyli üstündür. Bu, erməni tərəfinə növbəti dəfə dərs oldu. Digər tərəfdən, döyüşlər bütün dünyaya Azərbaycan və Ermənistanın hansı döyüş potensialına malik olduğunu göstərdi”, -deyə YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqı addım-addım qələbəyə doğru irəliləyir və biz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu qələbəyə nail olacağıq.

“Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün?”

“Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün?”

“Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?”.

YAZTV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib:

“Ona görə mən vəziyyəti tam təhlil edərkən bu il aprel ayında xüsusi komissiya yaratmışam. Artıq komissiya üç aydır ki, işləyir və bu müddət ərzində gördüyü işlər, mövcud problemlərlə bağlı müntəzəm olaraq mənə məlumat verib. Komissiyanın rəhbəri Baş Nazirin müavini Şahin Mustafayevdir. Komissiyanın tərkibində nazirlər, aidiyyəti qurumların rəhbərləri fəaliyyət göstərirlər. Əgər bütün aidiyyəti qurumlar öz işini düzgün qursaydılar, bu komissiyaya ehtiyac olmayacaqdı. Necə ola bilər ki, üç ay ərzində işləyən komissiya bəlkə də son 20 il ərzində görülən, təhlil və təklif baxımından daha dəyərli, əhəmiyyətli nəticə hasil edib? Deməli, bunu etmək mümkündür. Sadəcə olaraq, heç kimin vecinə deyildi, biri-birinin üstünə yıxırdı. Ortalıqda da nə - quraqlıq. Bu problem iki ildir var və gələn il də ola bilər. İndi iqlim dəyişikliyi elə məsələdir ki, bunu bütün dünya müzakirə edir. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək. Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.

Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib

Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin rəhbəri və ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ABŞ, Belçika, Böyük Britaniya, Fransa və İsveçin ATƏT PA-dakı nümayəndə heyətlərinin rəhbərlərinə məktub ünvanlayıb.

YAZTV xəbər verir ki, A.Quliyev Ermənistanın iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar və yuxarıda adı sadalanan 5 ölkədə yaşayan Azərbaycan diasporu nümayəndələrinin Ermənistanın təcavüzünə qarşı təşkil etdikləri dinc nümayişlərə erməni millətçiləri tərəfindən edilən hücumlar və zorakılıq faktları barədə məlumatlandırıb və bu zorakılığı nümayiş etdirən fotoşəkilləri onlara təqdim edib.

Azay Quliyev erməni diasporu üzvlərinin təşkilatlanmış qaydada Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin inzibati binalarına qarşı törətdikləri vandalizm faktlarını, eləcə də diplomatik missiya nümayəndələrinə hücumlar və dinc etiraz aksiyaları keçirən azərbaycanlılara qarşı fiziki güc tətbiq etdiklərini və onlara bədən xəsarəti yetirdiklərini nümayəndə heyətlərinin rəhbərlərinin diqqətinə çatdıraraq bu cür nifrət, təcavüz və zorakılıq cinayətlərinin yolverilməzliyini və onların yerli qanunvericilik, beynəlxalq hüquqla qadağan edildiyini və ATƏT-in müvafiq prinsipləri ilə tam ziddiyyət təşkil etdiyini bildirib.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri xarici həmkarlarından azərbaycanlılara qarşı açıq cinayət törətmiş ermənilərin qanun qarşısında cavab vermələri məsələsini nəzarətdə saxlamağı xahiş edib və analoji cinayətlərin təkrarlanmasına yol verməmək istiqamətində parlament səviyyəsində də səylərin göstərilməsinin vacibliyini nümayəndə heyətləri rəhbərlərinin diqqətinə çatdırıb.

Azay Quliyev ATƏT PA-nın ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəallığının artırılması baxımından bütün imkanlarının səfərbər olunmasının əhəmiyyətini xatırladaraq Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan sərhədlərin toxunulmazlığı prinsipi, 1975-ci il Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində həlli istiqamətində Minsk Qrupu həmsədrlərinin daha fəal olmağa çağırıb.

Nümayəndə heyətlərinə göndərilən məktubların surəti ATƏT PA-nın prezidenti Georgi Sereteli və Baş katibi Roberto Montellaya da təqdim olunub.

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

"Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən bu ilin 23 iyul tarixində hökumətin iclası zamanı səsləndirilən fikirlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə növbəti zərbədir".

Bunu YAZTV-ə açıqlamasında XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Bununla, Ermənistanın rəhbərliyi danışıqlar prosesini dayandırmaq istəyir. Onun əvvəlki dövrlərdə də səsləndirdiyi çıxış və bəyanatları göstərir ki, Ermənistan danışıqlar prosesinə qarşıdır, danışıqların formatının dəyişdirilməsi iddiası ilə çıxış edir. Lakin, danışıqların formatı dəyişdirilə bilməz.

Ermənistanın işğalçı və təcavüzkar dövlət olaraq danışıqlara qeyd-şərt qoyması cəhdləri qəbuledilməzdir.

N.Paşinyanın çıxışında danışıqların mahiyyətinə zidd şəkildə xalqların öz müqəddəratını müəyyən etməsi prinsipindən danışmasına gəldikdə isə, bu növbəti dəfə danışıqların formatını pozmaq və təhrif etmək cəhdidir.

Ermənistanın bu kimi mövqeyi danışıqlardan boyun qaçırmaq kimi qiymətləndirilməlidir və ATƏT-in Minsk Qrupunun həmsədrləri buna müvafiq qiymət verməlidirlər. Həmsədrlər, Ermənistanın danışıqlar prosesini pozan bu açıqlamasına bilavasitə mövqe bildirməlidirlər.

Ermənistan rəhbərliyinin Azərbaycanın guya ki, mülki əhaliyə zərər yetirməsi barədə ittihamlarına gəldikdə xatırladırıq ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanlı etnik təmizləmə törədib və 1992-ci ilin Xocalı qətliamı bütün dünyaya bəllidir. Bu ilin 12 iyul tarixində Ermənistan-Azərbaycan sərhədində Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı zamanı Tovuz rayonunun kəndlərdəki mülki insanları və obyektləri hədəfə alması və Ağdamlı kənd sakini, 76 yaşlı Əziz Əzizovun qətlə yetirilməsi təcavüzkar ölkənin terrorçu mahiyyətini bir daha ifşa etdi. Ermənistan tərəfində isə heç bir mülki şəxs ölməyib və yaralanmayıb. Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində baş vermiş gərginlik bilavasitə Ermənistanın əvvəlcədən planlaşdırdığı təxribatı idi.

Münaqişənin həlli üzrə danışıqlar prosesinə zərbə vuran bəyanatlarından sonra Ermənistanın münaqişənin sülh yolu ilə həlli məqsədilə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləməyə davam edəcəyi barədə fikirlər səsləndirməsi isə N.Paşinyanın riyakarlğından başqa bir şey deyildir.

Ermənistan baş naziri öz çıxışında, həmçinin Türkiyəyə qarşı əsassız iddialar irəli sürür. Türkiyə bölgədə sabitliyə və təhlükəsizliyə töhfə verən dövlətdir. Türkiyə ATƏT-in Minsk Qrupunun üzv ölkələrindən biridir. Türkiyə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləyir. Azərbaycan və Türkiyənin tərəfdaşlığı və həyata keçirdikləri birgə layihələr regionun inkişafına, sabitliyinə və çiçəklənməsinə xidmət edir.

Bölgədə sülh, sabitlik və təhlükəsizliyə təhdid yaradan isə məhz N.Paşinyan və onun yürütdüyü siyasətdir. Regionda baş vermiş gərginliyə görə bütün məsuliyyət şəxsən N.Paşinyanın üzərinə düşür", XİN rəsmisi vurğulayıb.

Prezident xəbərdarlıq etdi: “Hər kəs nəticə çıxarsın”

Prezident xəbərdarlıq etdi: “Hər kəs nəticə çıxarsın”

“Əlbəttə, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir”.

YAZTV xəbər verir ki, bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. Amma elə bil ki, bu itkilər kiməsə sərf edir. Çünki itkilər olan yerdə uçot olmur. Nəyi istəyirsənsə, itkilərə silmək olar. Ona görə ayrıca bir proqramın içində xüsusi bir istiqamət olmalıdır və qrafik tutulmalıdır ki, itkilərin azaldılması hansı templə gedəcək, hansı ildə hansı səviyyəyə düşəcək və əgər düşməyəcəksə, buna məsuliyyət daşıyan qurumların rəhbərləri cəzalandırılmalıdır. Yoxsa ildən-ilə mən bunu eşidirəm - itkilər, itkilər. Yaxşı, itkilər var, amma bunun qarşısını almağın yolu da var. Bu illər ərzində məgər bu yolu tapmaq mümkün deyildi?! Deməli, kimsə maraqlıdır ki, bu itkilər olsun. Hər kəs nəticə çıxarsın.

Dağ çaylarının sularının yığılması ilə bağlı təkliflər səsləndi. Mən bunu dəstəkləyirəm. Artıq bizim dağ çaylarımızda mövcud olan resursların geniş təhlili aparılıb. Ona görə sututarların, kiçik su anbarlarının tikilməsi və dağ çaylarının bizim əsas su xətlərinə birləşdirilməsi məsələlərinə də mütləq baxılmalıdır. Hesab edirəm ki, biz bu işi qısa müddət ərzində görə bilərik. Yenə də çox işlək bir nəzarət mexanizmi olmalıdır”-deyə, Dövlət başçısı bildirib.