Friday, 28 Yanvar 2022 19:39
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Sosial təminat və müdafiə ilə bağlı xərclərə dəyişiklik III oxunuşda təsdiq edildi

Sosial təminat və müdafiə ilə bağlı xərclərə dəyişiklik III oxunuşda təsdiq edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" qanuna təklif olunan dəyişikliklər üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

YAZTV-nin məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.

Pandemiya ilə bağlı dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat ayrılması proqnozlaşdırılır. İnfeksiyanın yayılması ilə bağlı iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən, sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100 milyon manat xərc çəkiləcək.

Səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369 milyon manat vəsaitin xərclənəcəyi də proqnozlaşdırılır. Bu məbləğ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş xəstəxanaların saxlanılmasına yönəldiləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Prezident: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

Prezident: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

"Bizim vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu, belə davam edə bilməz. Çünki xarici ticarət böyük dərəcədə tənəzzülə uğrayıb, bir çox ticarət obyektləri bağlıdır. Ancaq bu rəqəm həm sevindiricidir, həm də narahatedicidir. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir".

YAZTV-nin xəbərinə görə, bunu Prezident İlham Əliyev Azərbaycanda koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Ölkə başçsı bildirib: "Onlara edilən güzəştlər, öz mühasibatlığını kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi. Biz əlbəttə ki, bəri başdan cəza tədbirləri tətbiq edə bilərdik və bunun nəticəsində bir çox şirkətlər çətin vəziyyətə düşə bilərdi. Ancaq onlara vaxt, izahat və tövsiyələr verildi - bundan sonra şəffaf işləməlisiniz, gəlirləri gizlətməməlisiniz, kölgə mühasibatlığı yaratmamalısınız. Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın. Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Bəhs dövlət şirkətlərinin payı? Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz.

Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. “Azərenerji”yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər – AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir".

Avqustda da 190 manat veriləcək - İlham Əliyevdən tapşırıq

Avqustda da 190 manat veriləcək - İlham Əliyevdən tapşırıq

Prezident İlham Əliyev bugünkü müşavirədə avqust ayında da 190 manatın ödənilməsi ilə bağlı göstəriş verib.

YAZTV xəbər verir ki, dövlət başçısı qeyd edib ki, altı yüz min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunub:

"Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır. Sizə göstəriş verirəm ki, avqust ayında da onlara 190 manat ödənilsin".

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən YAZTV-ə verilən məlumata görə, Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub.

Dövlətimizin başçısı Serbiya Prezidentinin yuxarıda göstərilən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksəksəviyyəli nümayəndə heyətinin göndərilməsi barədə qərarı ilə bağlı məmnunluğunu ifadə edib.

Telefon söhbəti zamanı tərəflər gələcəkdə ölkələrimiz arasında dostluq əlaqələrinə kölgə sala biləcək hərəkətlərə yol verilməməsi barədə qərara gəliblər.

Prezident İlham Əliyev Serbiyaya səfər ilə əlaqədar dəvətə görə minnətdarlığını bildirib.

Bu gün Milli Məclisin növbədənkənar sessiyası davam edəcək

Bu gün Milli Məclisin növbədənkənar sessiyası davam edəcək

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

YAZTV-nin məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edildi

2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılıb.

YAZTV-nin məlumatına görə, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir.

Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara bazarlarda neft məhsullarına təlabatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır.

Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır.

Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Deputat Milli Məclisdə COVİD-19 test qiymətlərindən danışdı

Deputat Milli Məclisdə COVİD-19 test qiymətlərindən danışdı

2020-ci il dövlət büdcəsi sisteminə daxil edilən sənədlərdəki dəyişiklikləri, təklif edilən qanun layihələrini dəstəklədiyimi bildirirəm. Bir qədər qaydalardan kənara çıxaraq COVİD-19 pandemiyası ilə bağlı testlərin qiyməti haqqında bəzi həmkarlarımın dünən səsləndirdiyi fikirlərə aydınlıq gətirmək istərdim.

YAZTV-nin məlumatına görə, bunu Milli Məclisin deputat Soltan Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Məmmədov qeyd edib ki, Azərbaycan COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən effektiv qabaqlayıcı addımlar atan ölkələr sırasındadır:

“Bu, məhz dövlət başçısının göstərişi ilə vaxtında görülmüş tədbirlər sayəsində mümkün olub. Azərbaycanda bütün testlər pulsuz aparılıb. Bu gün dünya təcrübəsi belədir ki, yalnız xəstəlik simptomları olanlar testdən keçirilir. Ölkəmizdə də simptomları olan insanlar və müxtəlif risk qrupları arasında analizlər dövlət tərəfindən ayrılmış vəsait hesabına pulsuz həyata keçirilir. Bu faktın özü dövlətimizin vətəndaşların sağlamlığına nə qədər həssaslıqla yanaşdığının göstəricisidir. Laboratoriyalarda istifadə edilən reaktivlər dünyanın inkişaf etmiş ölkələrindən alınıb və ən yüksək standartlara cavab verir.

Şübhəsiz ki, bəzi özəl müəssisələrdə də testlər aparılır. Lakin bütün dünyada olduğu kimi, bizdə də özəl müəssisələrin fəaliyyəti bazar iqtisadiyyatı qanunları ilə tənzimlənir. Bu laboratoriyalara yalnız şəxsi məqsədlərlə xarici ölkələrə səfər edənlər, bu və ya digər səbəblərdən testdən keçmək istəyənlər müraciət edir. Ona görə də bu məsələləri bir-birindən fərqləndirməliyik.

İndiyə qədər aparılan testlərin sayı 760 minə yaxındır. Ölkəmizdə gündəlik 10 minə qədər test həyata keçirilir. Adambaşına düşən testlərin sayına görə də ölkəmiz dünyada qabaqcıl yerlərdədir. Məhz yoluxmaların vaxtında müəyyənləşdirilməsi nəticəsində 30 minə yaxın insanın bu xəstəlikdən sağalması mümkün olub. Bu testləri həyata keçirən 31 laboratoriya var ki, onların da çox böyük əksəriyyəti son bir neçə ay ərzində yaradılıb. Daha 9 laboratoriyanın yaxın günlərdə açılması planlaşdırılır.

Mən eyni zamanda, sosial şəbəkələrdə xaricdən gələn həkimlərlə bağlı bəzi qeyri-obyektiv müzakirələrə də toxunmaq istəyirəm. Həm İtaliyadan, həm Çindən, həm də digər ölkələrdən həkimlər Azərbaycana koronavirusla mübarizədə dəstək olmaq amalı ilə gəliblər. Bu ölkələrin hər birinə Azərbaycan çətin günlərdə kömək edib. Ona görə də bu cür təşəbbüsləri ölkəmizin zamanında göstərdiyi köməyin qarşılığı kimi qiymətləndirməliyik”.

Deputat qeyd edib ki, koronavirusla mübarizə son dərəcə çətin, böyük zəhmət tələb edən ağır bir işdir:
“Hamımız bu sahədə çalışan insanların fədakarlığını, əziyyətini nəzərə alaraq, mümkün qədər bu mövzuya həssas yanaşmalı, obyektiv olmağa çalışmalıyıq. Sonda onu da bildirmək istəyirəm ki, zəruri hesab olunacağı təqdirdə bu məsələlərə aydınlıq gətirmək üçün biz Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrini də dəvət edərək, dinləmə keçirə bilərik”.

Uşaq pulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunub

Uşaq pulu ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunub

Uşaq pulu ilə bağlı məsələ hökumətdə müzakirə edilib. Bu gün vətəndaşlara 20-yə yaxın sosial müavinət verilir. Bunlardan 9-u uşaqların sosial müdafiəsi ilə bağlıdır.

YAZTV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, sovet vaxtından qalan uşaq plunun məbləği o qədər az idi ki, onun heç verilməməsi ondan yaxşı idi:

"Bu gün uşaq pulu üçün ayrılan vəsaiti ünvanlı şəkildə ehtiyacı olan ailəyə vermək daha məqsədəuyğundur. Uşaq pulu müavinətinə yalnız ünvanlılıq prinsipi əsasında qayıda bilərik. Yəni, yalnız ehtiyacı olan ailələrin uşaqlarına uşaq pulu verə bilərik. Komitəyə deputatlar gəlsin, işçi qrupu yaradaq, konkret təkliflər hazırlayaq. Bunun büdcəyə yükünü hesablayaq və hökumətə konkret təkliflərlə çıxaq”.

Prezident koronavirusla bağlı müşavirə keçirdi

Prezident koronavirusla bağlı müşavirə keçirdi

Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

YAZTV xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib.

2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

2020-ci il dövlət büdcəsinə dəyişiklik son oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə dəyişiklik III oxunuşda müzakirəyə çıxarılıb.

YAZTV-nin məlumatına görə, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir.

Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara daxili bazarlarda neft məhsullarına təlabatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır.

Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır.

Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

DSMF-yə büdcədən ayrılan vəsait 13% azaldılır

DSMF-yə büdcədən ayrılan vəsait 13% azaldılır

Bu ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) pensiyaların maliyyələşdirilməsi ilə bağlı dövlət öhdəliklərinin icrası üçün transfertin (dövlət büdcəsindən ayrılan vəsaitin) həcmi 903 mln. manat müəyyən olunsa da, həmin vəsaitin 848 mln. manat istifadə edilib.

Nazirlikdən YAZTV-ə verilən məlumata görə, yanvar-iyun aylarında Fondun xərcləri 24% və ya 453 mln. manat artsa da, transfertin həcmi proqnozdan 55 milyon manat və ya 6% az olub.

Ümumilikdə son illərdə sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, effektiv idarə olunması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması nəticəsində ciddi maliyyə qənaətlərinin əldə olunması Fondun transfert asılılığının əhəmiyyətli dərəcədə azalmasına imkan yaradıb.

Dövlət büdcəsindən ayrılan vəsaitin Fondun gəlirlərində nisbi payının 2020-ci ildə 2017-ci illə müqayisədə 13% azalaraq 25% təşkil edəcəyi proqnozlaşdırılır. Bu da Fondun dövlət büdcəsindən aslılığının azalması və maliyyə dayanıqlığının möhkəmlənməsinin əsas göstəricisidir.

Qeyd edək ki, pensiyaların təyinatının elektronlaşdırılması, saxta və əsassız pensiya işlərinin ləğvi, inzibati nəzarət tədbirlərinin gücləndirilməsi və şəffaflığın təmin edilməsi pensiyalarının nominal xərcləri üzrə 2018-ci ildə 26 mln. manat, 2019-cu ildə 104 mln. manat, 2020-ci ilin ilk altı ayında 55 mln. manat vəsaitə qənaət edilməsinə imkan verib. İndeksasiya göstəriciləri tətbiq edildikdə son 2 ildə pensiya xərcləri üzrə qənaətin həcmi ümumilikdə 238 mln. manat təşkil edib.

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

 

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmayacaq.

YAZTV-nin məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyekt- lərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin (o cümlədən, sənaye məhəllələrinin iştirakçılarının) siyahısını müəyyən edərək bu Qərarın icrasını təmin etmək və güzəşt nəticəsində yaranan fərqin dövlət büdcəsində nəzərə alınması üçün zəruri məlumatların Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.