Friday, 20 May 2022 07:11
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Dövlət başçısı: "3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur"

Dövlət başçısı: "3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur"

"İtalyan şirkətlərinin azad edilmiş ərazilərin bərpa-quruculuq işlərində fəal iştirakı bizi sevindirir".

YAZTV xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 2-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Hazırda 3 şəhərdə İşğal və Zəfər muzeyləri İtaliya şirkətləri tərəfindən inşa olunur. Şuşada qədim məscidin bərpası və yeni məscidin inşası da İtaliya şirkətləri tərəfindən həyata keçirilir. Elektrik enerjisi sektorunda işlər gedir", - dövlət başçısı bildirib.

Prezident: "Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edib"

Prezident: "Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edib"

"Qədim və zəngin dostluq ənənələrinə malik olan Azərbaycan və Çin xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək Yolu birləşdirirdi. Bu gün isə biz artıq yeni formatda bərpa olunmuş bu ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət göstəririk".

YAZTV xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı məktubda öz əksini tapıb.

"Xalqlarımız arasında təşəkkül tapmış əlaqələr dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Sevindirici haldır ki, ötən otuz il ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf etmiş, əməkdaşlığımızın yeni istiqamətləri müəyyən edilmişdir. Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, iqtisadiyyat, nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan tərəfinizdən irəli sürülmüş “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Ölkəmizdə nəqliyyat-tranzit və logistika sahəsində reallaşan infrastruktur layihələri və yaradılmaqda olan yeni dəhlizlər əməkdaşlığımız üçün böyük imkanlar açır", - məktubda qeyd olunub.

Prezident İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib

Prezident İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

XİN Yunanıstanla münasibətlərin qurulmasının ildönümü ilə bağlı paylaşım edib

XİN Yunanıstanla münasibətlərin qurulmasının ildönümü ilə bağlı paylaşım edib

Azərbaycan və Yunanıstan arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.

YAZTV xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.

“Bu gün Azərbaycan və Yunanıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Yunanıstan hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Yunanıstan arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”, - nazirlikdən bildirilib.

İlham Əliyev: "Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər"

İlham Əliyev: "Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər"

"44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratmışdır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik".

YAZTV xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı məktubda öz əksini tapıb.

"Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı mövcuddur. Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər", - məktubda qeyd olunub.

Prezident Gəncənin inzibati ərazi bölgüsündə dəyişikliyi təsdiqləyib

Prezident Gəncənin inzibati ərazi bölgüsündə dəyişikliyi təsdiqləyib

Prezident İlham Əliyev "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunu təsdliqləyib.

YAZTV xəbər verir ki, dəyişikliyə əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Azərbaycanın ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılıb.

Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib.

Ləğv edilmiş Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri, Cavadxan qəsəbə, Hacıkənd qəsəbə, Məhsəti qəsəbə, Nətavan qəsəbə, Sadıllı qəsəbə, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilib.

Prezident: "Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır"

Prezident: "Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır"

"Beləliklə, bütün işlər uğurla gedir və əlbəttə ki, bizim ticarət tərəfdaşlığımızın yaxşı göstəricilərini görməyə məmnunam. Məlumata baxdım və gördüm ki, Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşıdır və İtaliyanın Cənub Qafqazla apardığı ticarətin 95 faizi Azərbaycanla aparılır. Rəqəmlər çox yaxşıdır, demək olar ki, ötən il 10 milyard ABŞ dolları olmuşdur".

YAZTV xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 2-də İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Əminəm ki, bu il İtaliyaya əlavə qaz təchizatına görə bu göstərici daha da artacaqdır. Əlbəttə ki, İtaliyanın bizim əsas ticarət tərəfdaşımız olması çox yaxşı əlamətdir. Enerji əməkdaşlığında yeni imkanlar var. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. İndi isə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması ilə önəmli qaz təchizatçısına çevrildik və biz qaz təchizatında 3-cü yerdəyik. İrəliləmək üçün potensial olsa, əlbəttə ki, biz bunu edəcəyik. Həmçinin ötən il bizim 7 milyard kubmetr qazı təchiz etməyimizlə bağlı göstərici də məni çox məmnun etdi və bu il bundan da çox olacaqdır", - dövlət başçısı bildirib.

Si Cinpin: "Çin ilə Azərbaycan dostluğun və əməkdaşlığın ənənəvi tərəfdaşlarıdırlar"

Si Cinpin: "Çin ilə Azərbaycan dostluğun və əməkdaşlığın ənənəvi tərəfdaşlarıdırlar"

"Çin ilə Azərbaycan dostluğun və əməkdaşlığın ənənəvi tərəfdaşlarıdırlar".

YAZTV xəbər verir ki, bu, Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda öz əksini tapıb.

"Çin-Azərbaycan münasibətləri 30 il ərzində inkişafın sağlam və sabit dinamikasını saxlayır, siyasi qarşılıqlı etimad davamlı surətdə dərinləşir və bütün sahələrdə əməkdaşlıq fəal şəkildə irəliləyir, hər iki ölkə regional və beynəlxalq səviyyələrdə sıx qarşılıqlı fəaliyyət göstərir. COVID-19 pandemiyasının yaranmasından sonra Çin və Azərbaycan bir-birinə kömək edir və bir-birini dəstəkləyir, çətinliklərin öhdəsindən gəlmək üçün səylərini birləşdirir ki, bu da bizim xalqlar arasında ənənəvi dostluğu nümayiş etdirir.

Mən ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bildirirəm ki, Çin-Azərbaycan münasibətlərində, ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlıqda yeni uğurlara nail olmaq üçün Sizinlə birlikdə səy göstərməyə hazıram", - məktubda qeyd olunub.

Vilyam Hacıyevin oğlu vəzifəsindən azad olunub

Vilyam Hacıyevin oğlu vəzifəsindən azad olunub

Qubadlı rayon prokurorluğunun əməkdaşı Məhəmməd Hacıyev vəzifəsindən azad edilib.

YAZTV-nin əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Baş Prokurorluğun Mətbuat xidməti  məlumatı təsdiq edib.

Qeyd edək ki, M.Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğludur.

Azərbaycanla Çin arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur

Azərbaycanla Çin arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur

Bu gün Azərbaycan və Çin arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur.

YAZTV-nin məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsindəki paylaşımında deyilir.

"Bu münasibətlə Çin Xalq Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan-Çin əməkdaşlığının daha da inkişafını gözləyirik", - palaşımda qeyd olunur.

Çin və Azərbaycan liderləri arasında məktub mübadiləsi olub

Çin və Azərbaycan liderləri arasında məktub mübadiləsi olub

Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında məktub mübadiləsi olub.

YAZTV xəbər verir ki, hər iki ölkənin liderlərinin məktublarını təqdim edir.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı Sizə və Sizin simanızda dost Azərbaycan xalqına çatdırmaqdan şərəf duyuram.

Çin ilə Azərbaycan dostluğun və əməkdaşlığın ənənəvi tərəfdaşlarıdırlar. Çin-Azərbaycan münasibətləri 30 il ərzində inkişafın sağlam və sabit dinamikasını saxlayır, siyasi qarşılıqlı etimad davamlı surətdə dərinləşir və bütün sahələrdə əməkdaşlıq fəal şəkildə irəliləyir, hər iki ölkə regional və beynəlxalq səviyyələrdə sıx qarşılıqlı fəaliyyət göstərir. COVID-19 pandemiyasının yaranmasından sonra Çin və Azərbaycan bir-birinə kömək edir və bir-birini dəstəkləyir, çətinliklərin öhdəsindən gəlmək üçün səylərini birləşdirir ki, bu da bizim xalqlar arasında ənənəvi dostluğu nümayiş etdirir.

Mən ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bildirirəm ki, Çin-Azərbaycan münasibətlərində, ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlıqda yeni uğurlara nail olmaq üçün Sizinlə birlikdə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana firavanlıq, tərəqqi, onun xalqına xoşbəxtlik və əmin-amanlıq arzu edirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı məktubda deyilir:

"Hörmətli cənab Sədr,

Bu il biz Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu xoş hadisə ilə əlaqədar Sizi ürəkdən təbrik edir, Sizə və Sizin simanızda dost Çin xalqına ən səmimi arzularımı çatdırıram.

Qədim və zəngin dostluq ənənələrinə malik olan Azərbaycan və Çin xalqlarını hələ iki min il bundan əvvəl tarixi İpək Yolu birləşdirirdi. Bu gün isə biz artıq yeni formatda bərpa olunmuş bu ənənəvi marşrut çərçivəsində sıx fəaliyyət göstəririk.

Xalqlarımız arasında təşəkkül tapmış əlaqələr dövlətlərarası əməkdaşlığımızı şərtləndirən başlıca amillərdəndir. Sevindirici haldır ki, ötən otuz il ərzində qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf etmiş, əməkdaşlığımızın yeni istiqamətləri müəyyən edilmişdir. Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, iqtisadiyyat, nəqliyyat-logistika, telekommunikasiya, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız məmnunluq doğurur.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Azərbaycan tərəfinizdən irəli sürülmüş “Kəmər və Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olmuşdur. Ölkəmizdə nəqliyyat-tranzit və logistika sahəsində reallaşan infrastruktur layihələri və yaradılmaqda olan yeni dəhlizlər əməkdaşlığımız üçün böyük imkanlar açır.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ölkələrimiz arasında əməkdaşlığın şaxələndirilməsi üçün əlverişli şərait yaratmışdır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə daha çox Çin şirkətinin cəlb olunmasını dəstəkləyirik.

Ölkələrimizin ikitərəfli müstəvidə olduğu kimi beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığı mövcuddur. Azərbaycan ilə Çin daim bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirlər.

Hörmətli cənab Sədr,

Bu illər ərzində dost Çin Xalq Respublikasına həyata keçirdiyim səfərləri, Sizinlə görüşlərimizi, apardığımız ətraflı fikir mübadilələrini ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, sağlam təməl üzərində qurulmuş Azərbaycan-Çin ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Azərbaycan və Özbəkistan parlamentləri arasında sənədlər imzalanıb

Azərbaycan və Özbəkistan parlamentləri arasında sənədlər imzalanıb

Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlığa dair iki sənəd imzalanıb.

Bu barədə YAZTV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri çərçivəsində aprelin 1-də Azərbaycan və Özbəkistanın qanunverici orqanları arasında əməkdaşlıq haqqında saziş və 2022-ci il üçün "Yol xəritəsi"nin imzalanması mərasimi keçirilib.

Hər iki sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən Ali Məclis Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

Qanunverici orqanların rəhbərləri bu sənədlərin parlamentlər arasında əməkdaşlığın daha da dərinləşməsinə, qanun yaradıcılığında təcrübə mübadiləsinin genişlənməsinə əsaslı töhfə verəcəyinə inamlarını ifadə ediblər.

Qeyd olunub ki, qanunverici orqanlar arasında münasibətlərin inkişafı ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.