Saturday, 28 May 2022 11:13
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edildi

2020-ci il dövlət büdcəsinə dəyişiklik II oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə dəyişiklik ikinci oxunuşda müzakirəyə çıxarılıb.

YAZTV-nin məlumatına görə, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir.

Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara bazarlarda neft məhsullarına təlabatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır.

Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır.

Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq qəbul edilib.

Azərbaycan Livana maliyyə yardımı göstərəcək

Azərbaycan Livana maliyyə yardımı göstərəcək

Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

YAZTV-nin məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Livan Prezidenti Mişel Auna ünvanladığı başsağlığı məktubunda qeyd olunub.

Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 100-dən çox insan ölüb, 4 mindən çox insan yaralanıb. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, qaynaq işlərinin icra edilməsi zamanı 2 700 tonluq nitrat ammonyak – amonyak turşusu və digər maddələr partlayıb.

2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi

2020-ci il dövlət büdcəsinə dəyişiklik birinci oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinə dəyişiklik müzakirəyə çıxarılıb.

YAZTV-nin məlumatına görə, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmindədir.

Təklif edilən dəyişikliklərdən sonra İcmal büdcənin gəlirləri mövcud gəlirdən təxminən 5 milyard az olacaq. İcmal büdcənin kəsiri 8 milyard 436 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin kəsrləri üzrə azalmalara daxili bazarlarda neft məhsullarına təlabatın azalması, həmçinin bir sıra vergilər üzrə güzəştlərin tətbiqi ilə əlaqədardır.

Dövlət büdcəsindən dəstək proqramlarının həyata keçirilməsi üçün 600 milyon manat vəsait ayrılıb. Yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin digər daxilomaları müvafiq olaraq 850 milyon manat artırılır.

Bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcək. Daxili bazarda istiqrazların yerləşdirilməsi üçün 190 milyon manat məbləğində vəsait nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Prezident koronavirusla bağlı müşavirə keçirdi

Prezident koronavirusla bağlı müşavirə keçirdi

Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.

YAZTV xəbər verir ki, dövlət başçısı müşavirədə çıxış edib.

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Sabah, avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

YAZTV  xəbər verir ki, bu barədə Milli Məclisin Sədri Sahibə Qafarova məlumat verib.

Milli Məclisin növbədənkənar iclası keçirilir

Milli Məclisin növbədənkənar iclası keçirilir

Milli Məclisin növbədənkənar iclası keçirilir.

YAZTV-nin məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

İclasda “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihələri müzakirə ediləcək.

İclası Milli Məclisin spikeri Sahibə Qafarova açıq elan edib.

İclasın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

Sahibkarlara icarə haqları 9 ay müddətində hesablanmayacaq

 

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsir etdiyi sahələr üzrə fəaliyyət göstərən hüquqi şəxslərə və fərdi sahibkarlara münasibətdə bu Əsasnaməyə uyğun müəyyən edilmiş icarə haqları 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək hesablanmayacaq.

YAZTV-nin məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyekt- lərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə edilən müvafiq dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, torpaq sahələrinin icarəyə verilməsi şərtləri və müddəti icarəyə verənlə icarəçi arasında bağlanmış müqavilə əsasında müəyyən edilir. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin illik icarə haqqı Bakı şəhəri üzrə torpağın bazar dəyərinin 3 faizi həcmində müəyyən edilir. Respublikanın digər şəhər və rayonlarında icarə haqqı torpağın bazar dəyərinin 2 faizi həcmində müəyyən edilir.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyasının mənfi təsiri nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinin (o cümlədən, sənaye məhəllələrinin iştirakçılarının) siyahısını müəyyən edərək bu Qərarın icrasını təmin etmək və güzəşt nəticəsində yaranan fərqin dövlət büdcəsində nəzərə alınması üçün zəruri məlumatların Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etmək tapşırılıb.

 

DSMF-nin büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

DSMF-nin büdcəsinə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

YAZTV xəbər verir ki, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Sənəddə qeyd edilib ki, bu il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri 4 milyard 825 milyon 508 min 800 manat həcmində təsdiqlənib.

Qanun layihəsinə təklif olunan dəyişikliyə əsasən, Fondun gəlir və xərcləri bərabər olmaqla 4 milyard 784 milyon 700 min manat həcmində təsdiqlənsin. Bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 40,8 milyon manat və ya 0,8 faiz azdır. 2020-ci ilin dövlət büdcəsinə dəyişiklə bağlı layihənin izahatında DSMF-nin gəlir və xərclərinin azalma səbəbləri göstərilib.

Qanun layihəsində qeyd olunub ki, azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarının və sosial müavinətlərin hesablanmasında, ödənilməsində nəzarətin və şəffaflığın daha da artırılması hesabına əldə olunub. “Dürüstləşmə ilə cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238,0 milyon manat azaldılıb. Bu məbləğ pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldilir.

Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

XİN: Beyrutdakı partlayışda azərbaycanlıların yaralanması barədə məlumat yoxdur

“Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb”.

Bunu YAZTV-nin sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Leyla Abdullayeva deyib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışda 100-dən çox insan həlak olub. Hadisə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan olunub.

Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir

Naqif Həmzəyev: Meşə tipli parkın salınması gələcək nəslə töhfədir

Ekoloji problemlərin həllinə yüksək dövlət qayğısı, bu işin dövlət siyasətinə çevrilməsi nəticəsində ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir. Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanışlığı da ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi məsələlərinin vacibliyini önə çıxarıb.

YAZTV xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologoya komitəsinin üzvü Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, vaxtilə başqa məqsədlər üçün zəbt edilmiş dörd hektar ərazidə ölkə Prezidentinin göstərişi ilə meşə tipli yeni parkın salınması ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən ardıcıl və səmərəli tədbirlərin davamıdır. Bu gün dövlət başçısının, eləcə də Birinci vitse prezident Mehriban xanım Əliyevanın ekologiya ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlaması ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan verib.

Ölkəmizdə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biri də vətəndaşların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsidir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və ölkəmizin qədim Nizami yurdunun şəhər layihələrinin işlənib hazırlanmasına dair razılığa gəlməsi də yerli təbii sərvətlərdən səmərəli istifadədə atılan mühüm addımlardandır. “Yaşıl şəhər” layihəsinin əsas hədəfi şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq, ətraf mühitə daha çox qayğı ilə yanaşmaqdır. Təsadüfi deyil ki, iyunun 24-də Gəncədə səfərdə olan Prezident İlham Əliyev modul tipli xəstəxananın açılışı zamanı bir qrup tibb işçisi ilə görüşündə ölkəmizdə ilk dəfə olaraq Gəncədə həyata keçiriləcək “Yaşıl şəhər”in prespektivlərindən danışıb, layihənin əhəmiyyətinin vacibliyini vurğulayıb. Ölkə Prezidentinin və birinci xanımın Gəncədə XVII əsrə aid karvansara ilə tanışlıq zamanı 350 illik tarixi çinarla xatirə şəkli xüsusi ilə diqqət çəkən məqamlardan oldu. Bir göz qırpımında əbədiləşən “danışan” şəkli ekologiyamıza, tariximizə diqqət və qayğıdan xəbər verdi.

Prezident İlham Əliyevin ekoloji problemlərin həllinə böyük diqqət yetirməsi, bununla bağlı konkret proqramın həyata keçirməsi hər birimizi gələcək nəslin sağlam mühitdə yaşamaları naminə Vətənimizin ekologiyasının qeydinə qalmağa səsləyir.

Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub

Milli Məclisdə məktəblərlə bağlı məsələ müzakirə olunub

Biz tezliklə başlayacaq təhsillə bağlı məsələ haqqında da düşünməliyik.

YAZTV-nin məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev parlamentin bu gün keçirilən iclasında deyib.

B.Əliyev pandemiya dövründə təhsil məsələsinə də toxunub: “Biz tezliklə başlayacaq təhsillə bağlı məsələ haqqında da düşünməliyik. Təhsilimizin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalıdır və bunun üçün TƏBİB və Təhsil Nazirliyi bir yerdə müvafiq qaydaları işləyib hazırlamalıdır. Çünki 1-ci siniflərdən başlayaraq biz təhsilə münasibətimizi yeni şəraitə uyğunlaşdırmağa çalışmalıyıq".

Deputatlar bu gün növbədənkənar iclasa toplaşır

Deputatlar bu gün növbədənkənar iclasa toplaşır

Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.

YAZTV-nin məlumatına görə, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

2. ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).