Wednesday, 05 Oktyabr 2022 13:30
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident İlham Əliyev Sloveniyanın dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Sloveniyanın dövlət başçısına təbrik məktubu göndərib

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Borut Pahora təbrik məktubu göndərib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və dost Sloveniya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Qarşılıqlı hörmətə və faydalı əməkdaşlığa əsaslanan Azərbaycan-Sloveniya münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, ölkələrimizin mənafelərinə xidmət edən əlaqələrimiz birgə səylərimizlə bundan sonra da genişlənəcəkdir.

Bəşəriyyətin COVID-19-la mübarizə apardığı bir zamanda Azərbaycan xalqının dost Sloveniya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, ölkənizə daim rifah arzulayıram".

Gəncədə yeni “ASAN xidmət” mərkəzi tikiləcək

Gəncədə yeni “ASAN xidmət” mərkəzi tikiləcək

Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, Sərəncamla Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş 5,0 (beş) milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

45 Azərbaycan vətəndaşı İrandan ölkəyə qayıdıb

45 Azərbaycan vətəndaşı İrandan ölkəyə qayıdıb

Koronavirusun yayılması ilə sərhəd buraxılış məntəqələrinin bağlandığına görə İranda qalan 45 Azərbaycan vətəndaşı Astara sərhəd buraxılış məntəqəsi ilə öz ölkəsinə qayıdıb.

Bunu İranın şimalında yerləşən Gilan vilayətinin Astara rayonu sərhəd buraxılış məntəqəsinin direktoru Mənsur Babayi deyib. Onun sözlərinə görə, İranda tələbə olan Azərbaycan vətəndaşları Azərbaycanın İrandakı səfirliyinin təşəbbüsü və iki ölkə rəsmilərinin koordinasiyası ilə bu gün öz ölkəsinə qayıdıb.

Babayi əlavə edib ki, İranın Astara sərhəd buraxılış məntəqəsində azərbaycanlı tələbələrin bədən temperaturu ölçülüb.

Gömrük rəsmisi deyib ki, 1 martdan Astara sərhəd buraxılış məntəqəsi vətəndaşların keçidi üçün bağlanıb və bu proses 1 iyuladək davam edəcək.

Qeyd edək ki, koronavirusun yayılması ilə bir çox ölkə arasında sərhəd buraxılış məntəqələri bağlanıb.

İranda bu günədək (24 iyun) 212 501 nəfər koronavirusa yoluxub, 9 996 nəfər ölüb, 172 096 nəfər sağalıb. (Trend)

“Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib

“Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər.

YAZTV xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verilib.

Gəncə Dövlət Dram Teatrının tikintisinə 13,8 milyon manat ayrıldı

Gəncə Dövlət Dram Teatrının tikintisinə 13,8 milyon manat ayrıldı

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV  xəbər verir ki, sərəncamla Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon (on üç milyon səkkiz yüz min) manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Naqif Həmzəyev: Sağlamlığımız naminə qaydalara riayət etmək mütləqdir

Naqif Həmzəyev: Sağlamlığımız naminə qaydalara riayət etmək mütləqdir

Artıq neçə aydır ki, dünya əhalisi COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayır. Bütün dünyanı sürətlə çənginə alan koronavirusun yayılmağa başladığı ilk günlərdən Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlayıb, müvafiq strukturları COVİD-19-un geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq kimi vəzifələrə ciddi şəkildə yanaşmağa səsləyib.

YAZTV-nin məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə olub.

Dövlətin koronavirusun Azərbaycanda geniş vüsət almasına imkan verməmək, infeksiyaya yoluxmanın sürətini azaltmaq, vətəndaşının sağlamlığını qorumaq üçün həyata keçirdiyi tədbirlər müsbət nəticələr verdi. Bu, statistik göstəricilərdə də öz əksini tapdı. Həkimlərin tövsiyələri və statistik göstəricilərə əsaslanaraq mərhələli şəkildə yumşaldılma tədbirlərinə başla¬nıldı. Karantin dövrü ərzində istər həkimlərin, istərsə də digər rəsmi şəxslərin müraciətlərində mütləq olaraq sanitariya-epide¬mioloji və gigiyenik qaydalara riayət edilməsi əsas tələb kimi qoyuldu. Əhalinin böyük hissəsi görülmüş işləri yüksək qiymətləndirərək həmrəylik göstərdi, həmin tövsiyələrə və tələblərə riayət etdi.
Lakin təəssüflə etiraf etməliyik ki, xüsusi karantin rejimi yum¬şaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı. Bu isə hökuməti ölkədə pan¬demiya ilə mübarizəni yenidən sərtləşdirməyə məcbur etdi. Belə ki, son həftələrdə vətəndaşlarımızın böyük bir hissəsinin müəyyən olunmuş qayda¬lara və təcrid tövsiyələrinə riayət etməməsi koronavirusa yoluxma sayında ciddi artıma - infeksiyaya yoluxma hallarının 300-dən çox olmasına gətirib çıxardı. Faktlar və rəqəmlər vətəndaşların özünütəcrid kimi çox vacib bir tələbə əməl etmədiklərini göstərdi. Yum¬şalma tədbirləri o zaman səmərəli olur ki, qoyulan tələblərə əməl olunsun. Bəzi vətəndaşların xəstəliyin ciddiliyinə varmayıb ona səthi, etinasız yanaşması təcrid qaydalarının daha da sərtləşdirilməsini günün tələbinə çevirdi.
Təbii ki, yenidən sərt karantin rejiminə keçid hər kəsi narahat edir. Lakin real həqiqətlə razılaşmalıyıq: müəyyən edilmiş qaydalar yalnız və yalnız əhalinin koronavirus infeksiyasına yoluxma hallarını minimima endirmək və az itki ilə çıxmaq məqsədinə xidmət göstərir.

Unutmayaq ki, hər bir məsuliyyətsiz davranma, hər bir qayda pozuntusu özümüzün və ətrafımızdakı insanların həyatını risk altına atmaq deməkdir. Hər evdən çıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma deməkdir. Hamı karantin rejiminin qaydalarına əməl etsə, məsuliyyətli, nizam-intizamlı olsa, koronavirusun yayılmasının qarşısını ala biləcək, bu xəstəliyə birlikdə qalib gələcəyik.

Gəncədə modul tipli xəstəxananın açılışı olub

Gəncədə modul tipli xəstəxananın açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak ediblər.

YAZTV  xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşüblər.

Prezident İlham Əliyev görüşdə çıxış edib.

Gəncədə yeni ümumtəhsil məktəbi tikiləcək

Gəncədə yeni ümumtəhsil məktəbi tikiləcək

Prezident İlham Əliyev Gəncə şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, Sərəncama əsasən, Gəncə şəhərində 760 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

İlham Əliyev Gəncədə yaşayış kompleksinin tikintisi ilə maraqlanıb

İlham Əliyev Gəncədə yaşayış kompleksinin tikintisi ilə maraqlanıb

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhəri ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olublar.

YAZTV xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma tikinti işlərinin gedişi barədə məlumat verildi.

Gəncədə İdman Sarayının tikintisi davam etdiriləcək

Gəncədə İdman Sarayının tikintisi davam etdiriləcək

Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, sərəncamla Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Ziyad Səmədzadə təltif edildi - SƏRƏNCAM

Ziyad Səmədzadə təltif edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Z.Ə.Səmədzadənin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.

Prezident Gəncədə zavodun açılışında iştirak edib

Prezident Gəncədə zavodun açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

YAZTV xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verildi.

Prezident İlham Əliyev zavodu işə saldı.