Wednesday, 05 Oktyabr 2022 13:12
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident İlham Əliyev Gəncəyə səfər edib

Prezident İlham Əliyev Gəncəyə səfər edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərinə səfərə gəliblər.

YAZTV xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Milli Məclis sərt karantindən sonra toplanacaq

Milli Məclis sərt karantindən sonra toplanacaq

Milli Məclisin növbədənkənar iclaslarının keçiriləcəyi vaxt məlum olub.

YAZV-nin məlumatına görə, iclasların iyulun 7-si və 10-da keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bəzi deputatlardan koronavirus testinin nəticəsi müsbət çıxdığına görə iclaslar iyulun-5 nə kimi təxirə salınıb.

Müşfiq Cəfərov: Yeni texnologiyanın tətbiqi şirin suların monitorinq işinin təşkilinə və idarə olunmasına xidmət edəcək

Müşfiq Cəfərov: Yeni texnologiyanın tətbiqi şirin suların monitorinq işinin təşkilinə və idarə olunmasına xidmət edəcək

“Dünyada istehlak olunan şirin suyun 70%-ə qədərinin kənd təsərrüfatı sektoru tərəfindən istifadə olunur. Alimlərin hesablamalarına görə, 2050-ci ilə qədər artan dünya əhalisinin ərzaq tələblərinin qarşılamaq üçün əlavə olaraq 19% suyun istifadəsinə zərurət yaranacaq”.

YAZTV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 aprel 2020 tarixli Sərəncamı ilə ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə xüsusi komissiya yaradılıb. Bu komissiyanın yaradılması bir daha onu göstərir ki, sudan qənaətlə istifadənin zəruriliyi, kənd təsərrüfatı əkinlərində suvarmada itkilərin minimuma endirilməsi və təsərrüfatlar arasında ədalətli bölüşdürülmə məsələləri ölkə rəhbərliyinin diqqət mərkəzindədir.

“Bu səbəbdən kənd təsərrüfatında məhsuldarlığın artırılması ilə bərabər sudan istifadədə qənaətin çoxaldılması istiqamətində təcili işlər görülməlidir. Bu işlərin görülməsi üçün müxtəlif qənaətcil irriqasiya texnologiyalarının tətbiqinə, müxtəlif aqroiqlim və torpaq-bitki münasibətlərində torpaqda gedən proseslərə (buxarlanma, rütubət saxlama və s.) nəzarət etmək üçün sistemlərin qurulmasına ehtiyac vardır. Yeni texnologiyanın tətbiqi şirin suların monitorinq işinin təşkilinə və idarə olunmasına xidmət edəcək. Onu da qeyd edim ki, bu texnologiya bir çox inkişaf etmiş və inkişafda olan ölkələrdə qurraşdırılıb, o cümlədən qonşu Gürcüstanda bir neçə ildir ki şirin sulara bu texnologiya vasitəsilə dövlət nəzarəti həyata keçirilir və ona uyğun şəkildə suya qənaət edilərək əkin işləri aparılır. Bu səbəbdən aqrar sektorda qənaətcil suvarma texnologiyalarının tətbiqi üçün dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və ölkə ərazisində geniş şəkildə tətbiqinə ehtiyac vardır”-deyə, deputat qeyd edib.

"Biz Sizinlə güclüyük" - Prezidentə yazırlar

"Biz Sizinlə güclüyük" - Prezidentə yazırlar

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın müxtəlif bölgələrindən təşəkkür məktubları gəlməyə davam edir. Belə məktublardan birini də Gülxar Abdullayeva göndərib.

YAZTV həmin məktubu təqdim edir:

- Xalqımızın hörmətli və sevimli Prezidenti.

Bəzən hər birimizin həyatında yaranmış böhrandan çıxmaq üçün kənar yardımlara ehtiyac duyduğumuz anlar olur. Elə son aylar ərzində, çətin tarixi zamanda nələr yaşadığımız məlum məsələdir. İnsanlara qənim kəsilən pandemiya şəraitində Sizin bütün zamanlar üçün öz dəyərini saxlayacaq yüksək insani münasibətiniz, COVID-19 infeksiyasına qarşı müvafiq tədbirləriniz və eləcə də “Evdə qal”, “Biz birlikdə güclüyük!” çağırışlarınız Sizə olan inamımızı daha da möhkəmləndirdi. Gördük və əmin olduq ki, dövlətimizin və dövlətimizin başçısının vətəndaşlara olan qayğısı, əhalinin sağlamlığı yolunda aparılan işlərə nəzarəti hər zaman yerindədir və tükənməzdir.

Hörmətli cənab Prezident, biz bu gün vətəndaş-dövlət münasibətlərində sıx birliyin şahidi oluruq. Dövlətimizin gücünü, nüfuzunu artırdığınıza, xalqımıza, eləcə də məcburi köçkünlərə göstərdiyiniz qayğıkeş münasibətə görə Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar arzulayırıq.

Biz Sizinlə güclüyük.

Laçın rayonundan olan məcburi köçkünlər adından hörmətlə,

Allahverdiyeva Gülxar

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi.

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqunu təbrik edib

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik məktubu göndərib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Böyük məmnunluq hissi ilə Sizi və dost Lüksemburq xalqını ölkənizin milli bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, ölkənizə daim firavanlıq arzulayıram".

Sabah Milli Məclisin iclası keçiriləcək

Sabah Milli Məclisin iclası keçiriləcək

Sabah – iyunun 23-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək.

YAZTV xəbər verir ki, parlamentin sabahkı iclasının gündəliyinə 17 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1.“Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş)

2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

3. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)

4. İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında( ikinci oxunuş)

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)

6. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)

7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş)

9. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş)

10. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş)

11. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

12. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

13. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

14. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reysteri haqqında” qanuna dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş)

15. “Qeyri-hökumət təşkilatları, (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş)

16. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi (birinci oxunuş)

17. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi (birinci oxunuş)

Prezident bir qrup dövlət qulluqçusunu təltif edib (SİYAHI)

Prezident bir qrup dövlət qulluqçusunu təltif edib (SİYAHI)

Prezident İlham Əliyev "Dövlət qulluqçularının təltif edilməsi haqqında" sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Abasova Adilə Ziyat qızı

Ağayev Aydın Mirzəli oğlu

Quliyev Təlatüm Əliövsət oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Fərəcov Fazil Salman oğlu

Hacıyev Valeh Tofiq oğlu

Sofiyeva Aynur Məmmədiyyə qızı

“Tərəqqi” medalı ilə

Abbasəliyev Xaliddin Bahəddin oğlu

Babayev Malik Balakişi oğlu

Bəhrəmov İbadət Qara oğlu

Cabbarov Firidun Məstan oğlu

Camalov Elvin Veys oğlu

Cəfərova Əntiqə Məhəmmədəli qızı

Dadaşov Orxan Natiq oğlu

Ələsgərov Malik Hümbət oğlu

Əliverdiyev Telman Əli oğlu

Əliyev Mahir Nəcəf oğlu

Əliyeva Sevinc Tərlan qızı

Əsgərov Bəxtiyar Səyyad oğlu

Hacızadə Billurə Surət qızı

İsmayılov Məmməd Əkbər oğlu

Kuzikevxaşvili Liuza Vasoyevna

Qubadov Miribadulla Mirtarverdi oğlu

Quluyev Mərdəli Behbud oğlu

Qvaladze Otari Rafaelyeviç

Lazımov Elman Telman oğlu

Mahmudova Gülnaz Fərhad qızı

Maksudov Şahin İsbat oğlu

Mehdiyeva Sonaxanım Muxtar qızı

Məsimova Yaqut Şixnəbi qızı

Muradov Səməndər Bəfədər oğlu

Nağıyeva Xuraman Məmməd qızı

Nəbiyev Nazim İbrahim oğlu

Nəcəfov İlqar Məhəmməd oğlu

Rəsulov Vaqif Nəcəfalı oğlu

Rüstəmov Şakir Bəhram oğlu

Rüstəmov Valeh İsfəndiyar oğlu

Saramanov Ramazan Əmrullah oğlu

Səttarova Məlahət İsmət qızı

Sultanova Ruqiyyət Atey qızı

Süleymanov Məhəmmədəli Bilal oğlu

Süleymanov Məmməd Müzəffər oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Abasova Cəmilə Rüstəm qızı

Abasova Rədifə Əvəz qızı

Abbasov Fariz Yaqub oğlu

Abbasov Mahir Hüseyn oğlu

Abbasov Orxan Vilayət oğlu

Abbasov Rəşad Soltan oğlu

Abbasova Könül İmamverdi qızı

Abbasova Zərəngiz Səməd qızı

Abdinov Orxan Rza oğlu

Abdullayev Arzu Piriş oğlu

Abdullayev Samir Ağasəf oğlu

Abdullayeva Firuzə Əsəd qızı

Abdullayeva Xuraman Fərəməz qızı

Abdullayeva Qətibə Binnət qızı

Abuşov Tural İntiqam oğlu

Ağayev Kərim Ramazan oğlu

Ağayev Ramin Şıxəli oğlu

Ağayev Samid Tofiq oğlu

Axundova Sevda Rəvan qızı

Aslanov Qorxmaz İldırım oğlu

Ataşov Rövşən Bəyalı oğlu

Babayev Rəşadət Əliağa oğlu

Babayev Söhrab Balabəy oğlu

Babayeva Gülnarə Hüseyn Bala qızı

Babayeva Zülfiyyə Məhəmməd qızı

Bağırova Sədaqət Muxtar qızı

Balabəyov Ənvər İbrahim oğlu

Bayramova Nərmin Ernest qızı

Bəşirov Xəzər Zabit oğlu

Cəbiyeva Kəmalə Mərdanəli qızı

Cəfərova Qumru Vaqif qızı

Dadaşov Məmmədhüseyn Xanhüseyn oğlu

Eyvazov Fuad Heydər oğlu

Əbdulhəsənov Mütəllim Əbduləziz oğlu

Əhmədov Xanoğlan Telman oğlu

Əhmədov Rahab Həsənağa oğlu

Əhmədov Sabir Ağəhməd oğlu

Əhmədov Şahin İsgəndər oğlu

Ələsgərov Sahib İbrahim oğlu

Əliyev Arif Musa oğlu

Əliyev Asif Nürəddin oğlu

Əliyev Əli Əlisurət oğlu

Əliyev Fərid Ruslan oğlu

Əliyev İlkin Böyükağa oğlu

Əliyev Qabil Həmzə oğlu

Əliyev Pərviz Əbilfəz oğlu

Əliyev Rasim Adil oğlu

Əliyev Sabir Qələndər oğlu

Əliyev Sadiq Cabir oğlu

Əliyev Tural Rəfail oğlu

Əliyev Zaur Şaitdin oğlu

Əliyeva Aypara Məmməd qızı

Əmircanova Ümbül Cəfər qızı

Əsədova Ruqiyyə Rafiq qızı

Əsgərov Tacəddin Kamil oğlu

Əsgərova Nəsibə Mütəllib qızı

Əzizov Ataman Əfqar oğlu

Əzizov Əziz Qərib oğlu

Əzizov Vahid Əzizağa oğlu

Hacıyev Ələkbər Qiyas oğlu

Hacıyev İqbal İnqilab oğlu

Heydərov Yusif Vaqif oğlu

Həmidov Şəfayət Mübariz oğlu

Həsənov Elşad Rauf oğlu

Həsənov Ələsgər Bəndalı oğlu

Həsənov İlham Sədrəddin oğlu

Həsənov İmran Elman oğlu

Hüseynov Absalam Zahid oğlu

Hüseynov Babək Azər oğlu

Hüseynov Xəyyam Sabir oğlu

Hüseynov Lazım Fərzalı oğlu

Hüseynova Mehriban Samid qızı

Hüseynova Nəcibə Həsənağa qızı

Hüseynzadə Orxan Rüfət oğlu

Xudaquliyev Əfqan Ağaqulu oğlu

İbrahimov Hafiz Sarı oğlu

İbrahimov Tariyel Daim oğlu

İmanov Azər Laçın oğlu

İmanov Heybət Rahil oğlu

İsmayılov Anar İsmayıl oğlu

İsmayılova Samirə Burcalı qızı

İsrafilov Anar Rasim oğlu

Kərimov Əsəd Əhməd oğlu

Kərimov Musa Camal oğlu

Kərimova Leyla Sabir qızı

Qafarov Əbülfəz Rza oğlu

Qarabağlı Emin Arif oğlu

Qasımov Azər Qərib oğlu

Qasımov Bəxtiyar Qasım oğlu

Qəhrəmanov Ceyhun Əliyar oğlu

Qəhrəmanov Ramiz Məzahim oğlu

Qəhrəmanova Cəmilə Razin qızı

Qəmbərov Elşən Vahid oğlu

Qılıcov Nizaməddin İmran oğlu

Quliyev Emin Rzaqulu oğlu

Quliyev Rəşad Şakir oğlu

Quliyev Yunis Bəbir oğlu

Quliyeva Leyla Anatolyevna

Quliyeva Nigar Eldar qızı

Qulu Zadə Şahrun Orxan qızı

Mahmudov Həsən Məmməd oğlu

Mayılov Fuad İlham oğlu

Mayılova Mehriban Məmmədağa qızı

Mehdixanlı Cövdət Tofiq oğlu

Mehdiyeva Aytac Arif qızı

Məcidli Vüqar Sabir oğlu

Məhərrəmov Əbülfət Əjdər oğlu

Məhərrəmova Şəfa Fikrət qızı

Məlikova Rəna Mansur qızı

Məlikova Sədaqət Emin qızı

Məmişov Himalay Qabil oğlu

Məmmədli Natiq Yaqub oğlu

Məmmədov Hüseynxan Paşa oğlu

Məmmədov Məhərrəm Məmməd oğlu

Məmmədov Muxtar Məmməd oğlu

Məmmədov Səfail Mirzağa oğlu

Məmmədov Tural Xəlil oğlu

Məmmədova Hökumə İdris qızı

Mikayıllı Həbib Rasim oğlu

Mirzəyev Vüqar Balaxan oğlu

Mirzəyeva Mehriban Adil qızı

Muradov Eldar Yaralı oğlu

Muradova Rəna Əlirza qızı

Musayev Cəmil Əliheybət oğlu

Musayev Rizvan Kamal oğlu

Musayev Səbuhi Rahib oğlu

Mustafayeva Gülarə Əli qızı

Mürsəliyev Mirqulu Mursaqulu oğlu

Mütəllimov Rövşən Əlyusif oğlu

Nağıyev Azad Sabir oğlu

Namazov Mehman Fərman oğlu

Nəbiyev Hikmət Sədi oğlu

Nəbiyev Ramil Aslan oğlu

Nəcəfov Qulu Nəcəfqulu oğlu

Nəcəfova Mədinə Ənvər qızı

Nəzərov Mədət Feyruz oğlu

Nuriyev Vəli Talıb oğlu

Ovçiyev Rizvan Ziyəddin oğlu

Paşayev Elvin Nazim oğlu

Pirməmmədov İlqar Zakir oğlu

Rəhimova Göyçək Aydın qızı

Rəhmanov Fəxri Rəşid oğlu

Rəsulova Səmayə Məmmədağa qızı

Rüstəmova İlhamə Kazbek qızı

Rzayev Mahir Tahir oğlu

Rzayev Nuğay Cəlil oğlu

Sadıqov Elmir Kərəm oğlu

Sadıqov Yusif Sadıq oğlu

Sadıqova Mənzərə Hüseyn qızı

Salahova Könül Rüstəm qızı

Salamov Təbriz Əsabəli oğlu

Salmanov Fərid Əli oğlu

Səfərova Səkinə-Xanım Tofiq qızı

Səlimov Şakir Yaşar oğlu

Səmədova Anaxanım Qüdrət qızı

Süleymanov Rövşən Efsir oğlu

Süleymanov Soltan Şəhmir oğlu

Şabanova Nərminə Nəcəf qızı

Şahbazbəyova Zemfira Nadir qızı

Şəkərəliyev Teymur Akif oğlu

Şərifov Əli Qara oğlu

Şərifov Zahid Hümmət oğlu

Şıxəliyev Ceyhun Yavər oğlu

Şirinov Rasim Savalan oğlu

Şükürova Nərgiz Çingiz qızı

Tağıyeva İlqanə İbrahim qızı

Talıbzadə Cəmilə Maksim qızı

Vəliyeva Vüsalə Səyyad qızı

Zahirli Elşən Həsən oğlu

Prezident Bakıda yeni piyada keçidinin açılışında iştirak edib

Prezident Bakıda yeni piyada keçidinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.

YAZTV xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

"Azərbaycanda keçirilən zirvə görüşü ölkəmizin daha bir uğurudur"

"Azərbaycanda keçirilən zirvə görüşü ölkəmizin daha bir uğurudur"

Əvvəla onu qeyd etmək istərdim ki, son illərdə gedən proseslərə nəzər salsaq, prinsip etibarilə tam qətiyyətlə demək olar ki, Qoşulmama Hərəkatının üzvü olan yüzdən çox ölkənin dövlət və hökümət başçılarının görüş yeri kimi məhz Bakının seçilməsi Prezident İlham Əliyevin başda olmaqla ölkə rəhbərliyinin ölçülüb biçilmiş və tarazlaşdırılmış, Azərbaycan xalqının milli maraqlarına əsaslanaraq xarici siyasətin, respublikanın bütün sahələrində qazandığı uğurların məntiqi nəticəsidir.
Mövcüd vəziyyətlə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə Fövqəladə Zirvə Görüşü Keçirilib. Onlayn formada keçirilən Zirvə Görüşü mahiyyət etibarilə koronavirus(COVİD-19) pandemiyası ilə mübarizəyə həsr olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə çıxış edib. Mən də sizinlə cənab Prezidentin çıxışından bir hissəni bölüşmək istəyirəm.
“Hörmətli cənablar, bildiyiniz kimi, keçən ilin Oktyabrında Türkdilli Dövvlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü Bakıda Keçirildi. Azərbaycan bu zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Dərhal Azərbaycan sədr ölkə kimi fəaliyyətə başladı. Sədrlik etdiyimiz dövrdə dünyada təşkilatın nüfuzunun daha da artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqəsinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstəririk.
Koronavirus xəstəliyi sərhəd tanımayaraq dünya boyunca yayılmış və faciəvi nəticələrə gətirib çıxarmışdır. Pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyir, onların yoluxanlarına başsağlığı verir və yoluxanların tezliklə şəfa tapmasını arzulayıram.
Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəliyinə və əməkdaşlığa ehtiyac vardır”
Prezident İ.Əliyev çıxışının əvvəlində də keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Bürosunun VII Zirvə Görüşünün Bakıda keçirildiyini bir daha qeyd edib. Fikrimcə,bunun da özünə məxsus səbəbləri vardır. Onlardan, yəni bu səbəblərdən bir neçəsini qeyd etmək istərdim ki, hansı ki, bunlar Zirvə Görüşünün məhz Azərbaycanda keçirilməsinin şərtlərindən əsas amillər sırasında dayanır.
Ölkəmiz bu təşkilatın prinsiplərini bütünlüklə dəstəkləyir və onlara şərikdir, onlara sadiq olduğunu nümayiş etdirir.

 

Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Rəşid Məmmədov.

 

Nazirlər Kabineti yeni Qərar qəbul edib

Nazirlər Kabineti yeni Qərar qəbul edib

Baş Nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Qərar imzalayıb.

Bu barədə YAZTV-ə Nazirlər Kabinetindən məlumat verilib.

Qərara görə, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.

Müdafiə naziri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Müdafiə naziri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunub.

General-polkovnik Z. Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 24-də keçiriləcək Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda qonaq qismində iştirak edəcək.

Nümayəndə heyəti iyunun 23-də Moskva şəhərinə yola düşəcək.

Qeyd edək ki, paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti təmsil edəcək.

QHT-lər xarici maliyyə mənbələri üçün elektron müraciət edəcək

QHT-lər xarici maliyyə mənbələri üçün elektron müraciət edəcək

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik edilir.

YAZTV xəbər verir ki, qanuna yeni 24-3-cü maddə ( Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsinin elektron müraciət əsasında aparılması) əlavə olunur.

Yeni maddəyə əsasən, Qeyri-Hökumət Təşkilatları qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsini müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə biləcəklər.

Qanuna dəyişiklik layihəsi Milli Məclisin iyunun 23-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.