Wednesday, 05 Oktyabr 2022 12:56
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Orqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentin plenar iclasına çıxarılır

Orqan transplantasiyası ilə bağlı qanun layihəsi parlamentin plenar iclasına çıxarılır

 

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılır.

YAZTV xəbər verir ki, qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasının iyunun 23-də keçiriləcək plenar iclasında müzakirə olunacaq.

İmtahanlar ləğv olundu

İmtahanlar ləğv olundu

Azərbaycanda iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək imtahanlar keçirilməyəcək.

YAZTV-nin məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda əksini tapıb.

Qərara əsasən, sərt karantin günlərində təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla) dayandırılıb.

Naqif Həmzəyev: Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır

Naqif Həmzəyev: Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır

Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib.

Bunu açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib. Millət vəkili bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət sayəsində Azərbaycan öz ətrafında əlverişli xarici mühit formalaşdırıb, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirib. Öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilən Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrini getdikcə möhkəmləndirməsi respublikamıza həm siyasi, həm də iqtisadi dividendlər qazandırıb. Rəsmi Bakının əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır.

Avropa Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin iştirakı ilə iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak edən ölkə Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib. Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzaladığını deyən dövlətimizin başçısı qeyd edib: “Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir”.

Millət vəkili Naqif Həmzəyev deyib ki, “Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının gələcəyi və uğuru regionda təhlükəsiziliyin və sabitliyin qorunub saxlanılmasından asılıdır. Özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycanın demək olar ki, bütün qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətləri var. Təəssüflər olsun bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovuna çevrilib. Avropa Parlamentinin Avropa qonşuluq siyasəti haqqında qətnaməsində qeyd olunduğu kimi, “Şərq tərəfdaşlığı”na üzv bir ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz. Ərazi bütövlüyü, müstəqillik, suverenlik və münaqişələrin sülh yolu ilə həll olunması məsələləri bütün sənədlərdə öz əksini tapmalıdır.

Videokonfransda Azərbaycanın ərazi bütövlüyü bərpa olunması məsələsinə Prezidentimiz İlham Əliyev xüsusi diqqət çəkərək bildirib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır.

Videokonfransda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənicə replika atması da gözdən qaçmadı. Hər zaman olduğu kimi məntiqsiz, cəfəngiyatla, yalanla dolu müdaxiləsi, ölkəmizi ittiham etməsi Prezidentimiz tərəfindən kəskin şəkildə çavablandırılıb. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammit Münhen debatından sonra Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin, təmkininin işğalçı dövlətin rəhbərindən qat-qat üstün olduğunun növbəti nümayişi oldu.

Ermənistanın baş nazirinin yersiz replikasına ölkə Prezidentimizin təmkinli cavabı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağına daha bir mesaj oldu. Eyni zamanda videokonfrans formatında keçirilən Sammit Azərbaycanın tam müstəqil mövqeyi olan dövlət olduğunun nümayişi oldu - deyə, Naqif Həmzəyev qeyd edib.

"Paşinyan təxribatçı açıqlamaları ilə danışıqların formatını və mahiyyətini dağıdır"

"Paşinyan təxribatçı açıqlamaları ilə danışıqların formatını və mahiyyətini dağıdır"

Paşinyan təxribatçı açıqlamaları ilə danışıqların formatını və mahiyyətini dağıdır

YAZTV-nin məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan baş nazirinin açıqlamasını şərh edərkən deyib.

Hikmət Hacıyev bildirib ki, 2019-cu ilin oktyabr ayında Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının Aşqabad Zirvə Toplantısında Prezident İlham Əliyev faşist Qaregin Njde ilə bağlı Ermənistanın siyasətini ifşa edib. Toplantı zamanı Ermənistanın baş naziri N.Paşinyan isterik şəkildə faşist Q.Njdeni müdafiə etməyə çalışmaqla özünü gülünc vəziyyətə salıb.

Daha sonra N.Paşinyan 2020-ci ilin fevral ayında Münxen Təhlükəsizlik Konfransında Ermənistanın, dünya erməniliyinin və beynəlxalq ictimaiyyətin gözü qarşısında Prezident İlham Əliyev tərəfindən tamamilə darmadağın olunaraq utanc vəziyyətə düşüb.

Bunun ardınca N.Paşinyanın Q.Njde kimi öz faşist babasını təbliğ etməsi də ifşa olunub.

Ermənistanın baş naziri bu zərbələrdən özünə gəlməmiş 2020-ci il iyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında növbəti biabırçılıqla üzləşdi. Prezident İlham Əliyevin faktlara əsaslanan mövqeyinə cavab verməyə cəhd edən N.Paşinyan videokonfransda çaşqınlıq yaradan, istehza ilə qarşılanan erməni dilində danışığı və gülüş doğuran ingilis dili ilə yadda qaldı.

Onun iddiaları Prezident İlham Əliyev tərəfindən təmkinli, eyni zamanda tutarlı və qəti şəkildə təkrarən cavablandırıldı. Prezident İlham Əliyev Fransanın Orli hava limanında terror törədən Varujan Karapetyanın Ermənistana ekstradisiya edilməsi və qəhrəmanlaşdırılması faktını qeyd edərək Ermənistanın rasizm, terrorizm kimi məsələlərdə danışmamalı olduğunu bildirdi.

Bundan başqa, videokonfransa maska ilə qatılan yeganə dövlət başçısı olan N.Paşinyan bununla özünü məsxərəyə qoydu. Bu da onu göstərir ki, N.Paşinyanın koronavirusa yoluxması barədə dedikləri növbəti populizmdir.

Yerevan küçələri ilə beynəlxalq tədbirləri qarışıq salan və hər dəfə özünü biabır edən Ermənistanın baş naziri öz uğursuzluğuna haqq qazandırmaq üçün yenə də Azərbaycana qarşı ittihamlar irəli sürərək populist məzmunlu çıxış edib.

N.Paşinyan hazırda çarəsiz durumdadr. O, faktiki olaraq Ermənistanda inqilabi diktatura qurub. Müxalifət nümayəndələrinin, jurnalistlərin və hakimlərin həbs edilməsi, hər hansı əks fikir söyləyən şəxslərin susdurulması və şantaj edilməsi, müxalifət nümayəndəsinin həbsdə ölməsi Ermənistanda geniş yayılmaqda olan praktikadır.

Onun koronavirusa qarşı apardığı mübarizənin iflasa uğraması göz qabağındadır. Çaşqın vəziyyətə düşən N.Paşinyan ölkədaxili istehlak üçün bir-birinin ardınca təxribatçı və ziddiyyətli açıqlamalar verir.

N.Paşinyan bu cür təxribatçı açıqlamaları ilə danışıqların formatını və mahiyyətini dağıdır. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, danışıqların formatı dəyişdirilə bilməz. N.Paşinyanın iddia etdiyi kimi, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Prezident İlham Əliyevin 2019-cu ilin oktyabr ayında Valday toplantısında vurğuladığı kimi, “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”.

Azərbaycan özünün işğal olunmuş bütün torpaqlarını Ermənistanın işğalından azad edəcək və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edəcək.

Vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə şəxsən N.Paşinyanın üzərinə düşür.

"Ermənistanda bu gün də ictimai-siyasi vəziyyət sabit deyil "

"Ermənistanda bu gün də ictimai-siyasi vəziyyət sabit deyil "

Dərin iqtisadi böhran içində olan Ermənistanda bu gün də ictimai-siyasi vəziyyət sabit deyil. İşğalçı ölkənin Qərbə bağladığı ümidlər də getdikcə puç olur. Yeni növ koronovirus pandemiyası dövründə isə ictimai siyasi vəziyyətdə daha böyük gərginliklər yaranıb. Ən əsası Ermənistanın Baş naziri Nikol Paşinyan yeni növ koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyə yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir.

Erməni mətbuatı N.Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökumətin tam tərkibdə istefasını tələb etməsi göstərilir. N.Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı isə gecikmədi, Milli Təhlükəsizlik Xidməti 14 iyunda Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı. Beləcə də 14 iyunda Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması siyasi mühiti daha da gərginləşdirdi.

N.Paşinyanın həmləsinə Çarukyanın cavabı da gecikmədi, Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib, “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarını səsləndirib. Mətbuat qeyd edir ki, bu mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb. Bu isə artıq Ermənistan hökumətinin sütunlarının tam laxladığını göstərir. Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub. Baş Prokuror parlamentə müraciət edərək Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. 16 iyunda məsələ parlamentdə müzakirə edilib və 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan parlament fraksiyası iclasda iştirak etməyib. Beləliklə, Çarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırılıb.

N.Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər.

Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi də heyrət doğurur. Çarukyanın tərəfdarları 17 iyunda Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı da güc tətbiq edib. Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi? Populist çıxışları ilə tanınan N.Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı olan repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyildir. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. N.Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu N.Paşinyanın əl-qolunu daha da açır. Son hadisələrdən sonra Ermənistanda N.Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. N.Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulub. N.Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən N.Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir. Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş N.Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. N.Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir.

Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. N.Paşinyanın nəzarəti altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx əməkdaşlığını əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı edirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən N.Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz N.Paşinyan ötürmüşdü.

Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri N.Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”. Yenə həmin çıxışında baş nazir bildirir ki, “hakimiyyətə gələndən dərhal sonra heç vaxt ölkəmizdə olmayan demokratik təsisatların yaradılması üçün ciddi addımlar atmağa başladıq”.

Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür onların demokratiyasının fəlsəfəsi də budur: Əgər mənim adamımsansa və mənə işləyirsənsə, deməli demokratsan.

Bütün bunlar bir daha onu göstərir ki, Qərb, eləcə də dünyaya meydan oxuyan digər qurumlar nə qədər sussalar da, Ermənistanın böhranla bağlı acılarını, yaralarını gizlətməyə çalışsalar da bu qondarma və tarixi olmayan, əzəli və əbədi Azərbaycan torpaqlarında zorla yaradılan dövələt dağılmağa və yox olmağa məkhumdur.

Qalib Rəhimli

ADAU-nun Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsini müdirinin müavini

 

Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini qəbul etdi

Milli Məclis büdcənin icrası haqqında qanun layihəsini qəbul etdi

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

YAZTV xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23 mlrd 168 mln manat proqnoza qarşı 24 mlrd 218,1 mln manat təşkil edib, 104,5 faiz icra edilib. Proqnozla müqayisədə 1 mlrd 050,1 mln manat və ya 4,5 faiz, 2018-ci illə müqayisədə isə 1 mlrd 709,2 mln manat və ya 7,6 faiz çox icra təmin olunub.

Büdcənin gəlirlərinin 7 mlrd 672,3 mln manatı və 31,7 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 mlrd 408,6 mln manatı və ya 18,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 mlrd 364,3 mln manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 mln manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 mln manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 mln manatı sair daxilolmalardan, 11,4 mln manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 12 mlrd 853,8 mln manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1 mlrd 303,9 mln manat və ya 11,3 faiz çoxdur.

2019-cu il dövlət büdcəsinin xərcləri isə 25 mlrd 190 mln manat proqnoza qarşı 24 mlrd 425,9 mln manat və ya 97 faiz icra edilib. 2018-ci ilə nisbətən bu göstərici 1 mlrd 694,3 mln manat və ya 7,5 faiz çoxdur.

2019-cu il dövlət büdcəsi xərclərinin 13 mlrd 528,9 mln manatı və ya 55,4 faizi cari xərclərə (2018-ci illə müqayisədə 1 mldr 974,5 mln manat və ya 17,1 faiz çox), 9 mlrd 372,2 mln manatı və ya 38,4 faizi əsaslı xərclərə (2018-ci illə müqayisədə 430,6 mln manat və ya 4,8 faiz çox), 1 mlrd 524,8 mln manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

2019-cu ildə elm xərclərinə dövlət büdcəsi xərclərinin 0,5 faizi həcmində və ya 122,3 mln manat vəsait yönəldilib ki, bu 2018-ci illə müqayisədə 4,5 mln manat və 3,8 faiz çoxdur. Təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 10,2 faizi həcmində və ya 2 mlrd 489,8 mln manat vəsait yönəlib ki, bu 2018-ci illə müqayisədə 272,9 mln manat və ya 12,3 faiz çoxdur. Səhiyyə xərclərinə dövlət büdcəsi xərclərinin 3,9 faizi həcmində və ya 948,2 mln manat vəsait yönəldilib, bu da 2018-ci illə müqayisədə 71,9 mln manat və ya 8,2 faiz çoxdur.

Hesabat ilində sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 9,8 faizi həcmində və ya 2 mlrd 401 mln manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 60,1 mln manat və ya 2,6 faiz çoxdur. Sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 2 mlrd 243,1 mln manatı və ya 98,3 faizi sosial müdafiə (2018-ci illə müqayisədə 123,5 mln manat və ya 5,8 faiz çox), 38 mln manatı və ya 1,7 faizi sosial təminat (2018-ci illə müqayisədə 6,8 mln manat və ya 21,9 faiz çox) xərclərinə yönəldilib.

Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Bu qurumlar xidməti vəsiqə ilə hərəkət edə biləcək - Siyahı

Bu qurumlar xidməti vəsiqə ilə hərəkət edə biləcək - Siyahı

Xəbər verdiyimiz kimi, iyunun 21-dən iyulun 5-dək Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi tətbiq ediləcək.

YAZTV xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilən qurumların siyahısını təqdim edir:

1.2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

1.2.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

1.2.3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

1.2.4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

1.2.5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

1.2.6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).

Sərtləşdirilmiş karantin rejimində deputatların hərəkətinə icazə veriləcək

Sərtləşdirilmiş karantin rejimində deputatların hərəkətinə icazə veriləcək

Sərtləşdirilmiş xüsusi karantin rejimində Milli Məclisinin deputatlarına və Aparatının əməkdaşlarına xidməti vəsiqələri əsasında hərəkət etmələrinə icazə veriləcək.

YAZTV-nin məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.

21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ölkədə tətbiq olunacaq ciddi karantin rejimi ilə əlaqədar yarışların təşkili dayandırılıb.

Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub

Cəbhəboyu zonada yeni hərbi hissənin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar göstərişinə əsasən həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən YAZTV-ə verilən məlumata görə, nazir general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən növbəti yeni hərbi hissənin açılışında iştirak ediblər.

Müdafiə nazirinə məruzə olunub ki, hərbi hissədə inzibati və xidməti binalar inşa edilərək mühafizə və yanğın siqnalizasiyası, həmçinin daxili rabitə sistemləri quraşdırılıb.

Binada konfrans zalı, arxiv və digər xidməti iş otaqları istifadəyə verilib, onlar lazımi mebel və avadanlıqlarla təchiz edilib.

Bildirilib ki, ərazidə zabitlər və əsgərlər üçün yataqxana binaları inşa olunub, mebel və inventarlarla təmin edilib. Yataqxana binaları iş, məişət, silah, eləcə də digər xidməti otaqlardan ibarətdir.

Hərbi hissənin ərazisində qarovul xidmətinin təşkili məqsədilə qarovul şəhərciyi və qarovul evi də inşa edilib.

Tibb məntəqəsi müasir tibbi avadanlıq, mebel və inventarlarla təmin edilib. Burada stomatoloq, fizioterapiya, prosedur və müalicə üçün digər otaqlar mövcuddur.

Şəxsi heyətin qidalanması üçün nəzərdə tutulan yeməkxana binası müasir standartlara cavab verən qazanlar, sobalar, soyuducular və digər məişət texnikası, müvafiq mebel və inventarla təchiz olunub. Yeməkxanada soyuducu kamera otaqlarından ibarət ərzaq anbarı var.

Hamam-camaşırxana-qazanxana kompleksi də müasir avadanlıqlarla təchiz edilib.
Hərbi hissənin inzibati və xidməti binalarının isti su ilə təchizatı üçün nəzərdə tutulan qazanxanada müasir tipli qazanlar və nasoslar, fasiləsiz elektrik enerjisi ilə təminatı üçün isə generator qurğusu və transformator quraşdırılıb.

Ərazidə su təmizləyici qurğu quraşdırılıb, içməli və yanğından mühafizə su anbarları, həmçinin yeraltı su nasosxanası tikilib.

Şəhərcik ərazisinə yaşıllıq zolağı salınıb, müxtəlif növ ağaclar, dekorativ kollar əkilib, ərazidaxili yollara asfalt salınıb.

Hərbi hissəyə yüksək gərginlikli elektrik, əsas su və təbii qaz xətləri çəkilib.

Əraziyə baxış keçirən Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə komandanlığa müvafiq tapşırıqlar verib.

Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi

Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi

Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

YAZTV-nin məlumatına görə, qeyd olunub ki, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23168,0 milyon manat proqnoza qarşı 24218,1 milyon manat təşkil edib. Proqnozla müqayisədə 1050,1 milyon manat və ya 4,5 faiz, 2018-ci illə müqayisədə isə 1709,2 milyon manat və ya 7,6 faiz çox icra təmin olunub.

Büdcənin gəlirlərinin 7672,3 milyon manatı və 31,7 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4408,6 milyon manatı və ya 18,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11364,3 milyon manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 milyon manatı sair daxilolmalardan, 11,4 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 12853,8 milyon manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1303,9 milyon manat və ya 11,3 faiz çoxdur.

Diqqətə çatdırılıb ki, 2019-cu il dövlət büdcəsinin xərcləri 25190,0 milyon manat proqnoza qarşı 24425,9 milyon manat və ya 97,0 faiz icra edilib. 2018-ci ilə nisbətən bu göstərici 1694,3 milyon manat və ya 7,5 faiz çoxdur.

2019-cu il dövlət büdcəsi xərclərinin 13528,9 milyon manatı və ya 55,4 faizi cari xərclərə (2018-ci illə müqayisədə 1974,5 milyon manat və ya 17,1 faiz çox), 9372,2 milyon manatı və ya 38,4 faizi əsaslı xərclərə (2018-ci illə müqayisədə 430,6 milyon manat və ya 4,8 faiz çox), 1524,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.

Qeyd olunub ki, 2019-cu il dövlət büdcəsi xərclərinin 31,8 faizi və ya 7761,3 milyon manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib və bu 2018-ci illə müqayisədə 564,8 milyon manat və ya 7,8 faiz çoxdur.

Müzakirələrdən sonra məsələ səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.

Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verilib

Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verilib

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanunu imzalayıb.

YAZTV xəbər verir ki, qanunla Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilib:

Dəyişikliyə əsasən, Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilir, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilir.

Həmçinin, Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilir, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilir.

Eyni zamanda, Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilir, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilir.

Dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi barədə Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Həmçinin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlayacaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Nazirlə Kabineti həmin Qanundan irəli gələn digər məsələləri həll edəcək.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bazar günü, iyun ayının 21-i səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə YAZTV-ə paytaxtın kommunal strukturlarından məlumat əldə edib.

Bununla əlaqədar maddələrin qəbul olunan müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.