Wednesday, 05 Oktyabr 2022 11:50
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
"Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşüb"

"Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşüb"

Dünən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb.
 
YAZTV xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
 
Spiker xatırladıb ki, ölkə başçısı dünənki sammitdə vurğulayıb ki, biz artıq Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik və mətnin 90 faizi artıq razılaşdırılıb: “ Buna görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir”.
 
S.Qafarova deyib ki, cənab Prezidentin çıxışında digər diqqətçəkən məqam isə ölkə başçsıının növbəti dəfə Ermənistanın baş nazirini ifşa etməsidir: “Möhtərəm Prezident Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Dövlət başçısı Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhtlərini açıq mətnlə ifşa edərək dedi ki, son günlər Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirir, Ermənsitan danışıqların mahiyyət və formatını məhv etməyə çalışır. Azərbaycan Prezidentinin səslədnirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyət qarşısında aciz vəziyyətə düşdü”.
Prezident: Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir

Prezident: Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir

Azərbaycan Şərq Tərəfdaşlığının fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur.

YAZTV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində söyləyib.

Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzaladığını deyən dövlətimizin başçısı qeyd edib: “Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir”.

Dövlət başçısı: "Xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var"

Dövlət başçısı: "Xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var"

"Mən bir daha Dünya Bankının Azərbaycan üçün etdiyi bütün işlərə görə minnətdarlığımı bildirmək istərdim. Bizim “Doing Business” reytinqində irəliləyişlə bağlı xoş fikirləriniz üçün minnətdaram. Bilirsiniz ki, “Doing Business”dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya idi. Ona görə də hökumətin, administrasiyamın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradıldı".

YAZTV xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda deyib.
Dövlət başçısı bildirib: "Biz xüsusilə geridə qaldığımız sahələrə diqqəti yetirirdik. Biz qısa müddət ərzində çox əsaslı irəliləyişə nail ola bildik. Əlbəttə, bu, ölkədəki biznes mühitini yaxşılaşdırır, daha çox investisiyalardan faydalanmağa imkan verir. Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq. Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc etdik.

Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidverici fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də indi bu yeni texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir.

Birgə çalışdığımız digər layihələr arasında artıq proqramımızın mövcud olduğu özünüməşğulluq sahəsindən savayı, digər vacib sahələrdən biri kimi icbari tibbi sığortanın adını qeyd edərdim. Biz ölkə üzrə proqramı yanvardan başlamağı planlaşdırırdıq. Lakin koronavirus səbəbindən biz bunu gələn ilin yanvarına qədər təxirə salmalı olduq. Ancaq artıq proqramın əhatə etdiyi bir neçə şəhərimiz var. Nəticələrimiz yaxşıdır. Ona görə də il bitməzdən qabaq düşünürəm ki, sizinlə müvafiq qaydada bu sistemin necə strukturlaşdırılmasının üzərində işləməyə davam edəcəyik. Çünki bu, bizim üçün yenidir. Bir məsələ ondan ibarətdir ki, bu 1, 2 və 3 şəhərdə tətbiq olunur. İkinci məsələ isə ondan ibarətdir ki, bütün ölkədə tətbiq olunacaq".

Milli Məclis Baş Assambleyasının yeni sədrini təbrik edib

Milli Məclis Baş Assambleyasının yeni sədrini təbrik edib

“Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilib. Tarixdə ilk dəfədir Türkiyə nümayəndəsi bu vəzifəyə seçilib”.

YAZTV xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Komitə sədri bu münasibətlə V.Bozkırı təbrik edib.

Daha sonra çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova da təbrikə qoşulub. Spiker qeyd edib ki, V.Bozkır Türkiyə xalqının ləyaqətli oğludur.

Milli Məclisin deputatları çıxışlardan sonra bu münasibətlə V.Bozkırı alıqşlayıblar.

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib

İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən YAZTV-ə verilən məlumata görə, dövlətimizin başçısı Azərbaycanda karantin tədbirlərinin uzadılması ilə əlaqədar Moskvada Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda əvvəlcədən planlaşdırılmış iştirakının mümkün olmadığını təəssüf hissi ilə bildirib və qeyd edib ki, ölkəmiz bu tədbirdə Müdafiə naziri və Azərbaycan Ordusunun 75 nəfər hərbi qulluqçusu ilə təmsil olunacaqdır.

Vladimir Putin vəziyyətə anlayışla yanaşdığını qeyd edərək, telefon zənginə görə təşəkkürünü bildirib.

Dövlət başçıları Rusiya-Azərbaycan sərhəddində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib.

Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.

İlham Əliyev güclü liderlik nümayiş etdirir

İlham Əliyev güclü liderlik nümayiş etdirir

Koronavirus pandemiyası bütün bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalmaqda davam edir. Virus ölkəmizdən də yan ötməyib, lakin həyata keçirilən səmərəli tədbirlər nəticəsində Azərbaycan koronavirusla mübarizədə ən uğurlu nəticələr əldə edən dövlətlərdən birinə çevrilib. Respublikamızda virusun yayılmasının qarşısının alınması yönündə görülən işlər haqlı olaraq beynəlxalq miqyasda təqdir olunur.

Ən əsası isə odur ki, koronavirus infeksiyası ölkəmizdə qeydə alınan gündən ictimaiyyət Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın problemə çevik və həssas münasibətini gördü. Dövlət başçısı virusla mübarizə tədbirlərinin həyata keçirilməsində əsl liderlik nümunəsi ortaya qoydu, atdığı addımlarla, verdiyi bütün qərarlarla, ilk növbədə, vətəndaşların sağlamlığının prioritet olduğunu göstərdi.

Bu tədbirlər bir daha təsdiqlədi ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır və onun sağlamlığı hər şeydən öndə gəlir. Bir neçə gün əvvəl modul tipli xəstəxananın açılışında Prezident İlham Əliyev bu barədə deyib: "Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur. Bu günə qədər mən hər gün yüzlərlə vətəndaşdan məktub alıram. Bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir”.

Respublikamızda koronavirusla mübarizə istiqamətində atılan bütün addımlar ictimaiyyət tərəfindən təqdir olunaraq böyük razılıqla qarşılanır. Ölkənin hər yerindən vətəndaşlar Prezident İlham Əliyevə məktub ünvanlayaraq həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, dövlət başçısına dərin təşəkkürlərini ifadə edirlər.

Beynəlxalq ictimaiyyət, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə atılmış məqsədyönlü, səmərəli və cəsarətli addımlara yüksək qiymət verib. Ona görə də bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açılanda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Çünki fevralın sonlarında respublikamızda virusa ilk yoluxma halı qeydə alınandan operativ şəkildə qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanıldı. Virusun qonşu ölkələrdən gəlməsi nəzərə alınaraq yük avtomobillərinin hərəkəti istisna olmaqla, bütün sərhədlərimiz vaxtında bağlanıldı və yalnız Azərbaycan vətəndaşlarının vətənə qayıtmalarına imkan yaradıldı. O cümlədən bütün istiqamətlərə təyyarə uçuşları dayandırıldı. Həmçinin ölkə ərazisində mart ayından sosial izolyasiya tədbirlərinə start verildi. Sonrakı günlərdə izolyasiya tədbirləri genişləndirildi və ölkədə karantin rejimi tətbiq olundu. Bunun nəticəsidir ki, mart və aprel aylarında Azərbaycanda virusa yoluxmada ağır fəsadlar yaranmadı.

Eyni zamanda ölkə ictimaiyyəti koronavirusun sosial-iqtisadi sferaya mənfi təsirlərinin azaldılması istiqamətində də ilk gündən Prezident İlham Əliyevin prinsipial mövqeyini gördü. Dövlət başçısının tapşırığı ilə həm koronavirusla mübarizə, həm aztəminatlı insanların, həm sahibkarların və bütövlükdə, iqtisadiyyatın bu qlobal pandemiya dövründə çətinlik çəkməməsi üçün nə lazımdırsa edildi. Xidmət və digər sahələrdə çalışan yüz minlərlə vətəndaşın və mikrosahibkarlıq subyektlərinin əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənildi. Bununla yanaşı, 600 min aztəminatlı, işsiz və qeyri-rəsmi çalışan vətəndaşa minimal meyara uyğun olaraq ödənişlər edildi. Ödənişli ictimai iş yerlərinin sayı 2 dəfə artırılaraq 90 minə çatdırılacaq. Aprelin 1-dən həm də ünvanlı sosial yardım alan ailələrin sayı 12 min artırıldı. Hər bir belə ailəyə ayda 222 manat ödənilir.

Təbii ki, bu, dövlət üçün böyük xərclər deməkdir. Belə ki, vergi güzəştləri də nəzərə alınsa, indiyədək vətəndaşların sosial rifahı üçün, o cümlədən iqtisadi sferanı əhatə edən dəstək proqramlarının maliyyə tutumu 3,5 milyard manatdan çoxdur. Bütün bunlar - ölkə vətəndaşlarının sağlamlığının təmin olunması üçün atılan addımlar, işsizlərə müavinətlərin verilməsi və digər sosial layihələr, əməkhaqlarının dövlət tərəfindən ödənilməsi, xaricdəki soydaşlarımızın vətənə gətirilmələri, karantin rejimi müddətində aztəminatlı ailələrə və işsizlərə yardım edilməsi Prezidentin öz vətəndaşına diqqət və qayğısının göstəricisidir.

Unutmaq lazım deyil ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Bu məqsədlə gigiyena qaydalarına daha ciddi riayət olunmalı, karantin rejiminin tələblərinə ciddi əməl edilməlidir. Bu səbəbdən indiki vəziyyətdə hər şey vətəndaşlardan asılıdır. Yəni məhdudiyyətlər götürülsə belə insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər.

Vətəndaşlar ciddiliklə sosial məsafə tələbinə, qoruyucu maskalardan istifadə olunmasına əməl etməlidirlər. Belə olduğu təqdirdə koronavirusun ciddi fəsadlar törətməsinin qarşısı mütləq alınacaq. Mart və aprel aylarındakı vəziyyət də bunu təsdiq edir. İyunun 3-də Prezident İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi də hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.

Reallıq budur ki, Azərbaycan dövləti COVID-19 infeksiyasının qarşısının alınması üçün əlindən gələni edir. Virusa qarşı mübarizə Prezident İlham Əliyevin fəaliyyətində ən prioritet məsələlərdən biridir. Hər bir vətəndaş da bunları nəzərə almalı, xüsusilə məsuliyyətli olmalı, özünü və yaxınlarını qorumalıdır. Vətəndaşın məsuliyyəti həm də onun həmrəylik nümayiş etdirməsi deməkdir. Sərt karantin dövründə Azərbaycan xalqı birlik nümayiş etdirdi. Sağlamlığımız və təhlükəsizliyimiz naminə bu həmrəyliyin bundan sonra da qorunması vacibdir.

Amil CAVADOV,

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi,

YAP Gənclər Birliyinin Şura üzvü

Prezident Göygöldə yol tikintisinə pul ayırdı

Prezident Göygöldə yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev Göygöl rayonunun Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamla iyirmi dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə–Kəlbəcər–Laçın (14 km)–Aşıqlı–Keşkü–Üçbulaq–Üçtəpə–Firuzabad avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 9,6 milyon (doqquz milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Prezidenti: Biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq

Azərbaycan Prezidenti: Biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq

Biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq.

YAZTV-nin məlumatına görə, bunu Prezident İlham Əliyev Dünya Bankının təşəbbüsü ilə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib:

"Pandemiya bitən kimi biz sizi gözləyirik. Biz yenidən sizi qarşılamaqdan məmnun olardıq. Bizə yad olmamağınız düşünürəm ki, bizim üçün çox yaxşıdır. Siz bizim ölkə ilə tanışsınız. Bizim etdiklərimizin hamısını bilirsiniz. Çünki hazırda - iqtisadi islahatlarımızın bu mərhələsində sizin Azərbaycandakı fəaliyyətiniz bizə kömək edəcək ki, əməkdaşlığı müvafiq qaydada planlaşdıraq və artımı, məşğulluğu yaradan sahələrə diqqəti cəmləyək. Siz bizim şaxələndirmə, sənaye inkişafı ilə bağlı planlarımızdan məlumatlısınız. Ona görə də əminəm ki, siz Bakıda çox məşğul olacaqsınız.

Mən bir daha Dünya Bankının Azərbaycan üçün etdiyi bütün işlərə görə minnətdarlığımı bildirmək istərdim. Bizim “Doing Business” reytinqində irəliləyişlə bağlı xoş fikirləriniz üçün minnətdaram. Bilirsiniz ki, “Doing Business”dəki mövqeyimiz bizim üçün çox uğurlu sahələrə diqqəti cəmləmək üçün bir növ motivasiya idi. Ona görə də hökumətin, administrasiyamın və müvafiq nazirliklərin üzvlərindən ibarət xüsusi komissiya yaradıldı. Biz xüsusilə geridə qaldığımız sahələrə diqqəti yetirirdik. Biz qısa müddət ərzində çox əsaslı irəliləyişə nail ola bildik. Əlbəttə, bu, ölkədəki biznes mühitini yaxşılaşdırır, daha çox investisiyalardan faydalanmağa imkan verir. Təbii ki, biz qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlıyıq. Bizim üçün hazırda prioritet olan məsələlərə gəlincə mən ümumi şəkildə indiki pandemiya dövründə iki əsas prioritetin olduğunu deyərdim. Çünki biz ilə yaxşı iqtisadi artım göstəriciləri, yaxşı formada olan bütün iqtisadi parametrlərlə birlikdə çox ümidverici başlanğıc etdik. Lakin bu ilin 5 ayı göstərir ki, bizim iqtisadiyyatımız 1,7 faiz azalıb. Bu, çox deyil. Lakin bu, azalmadır. Amma ümidverici fakt ondan ibarətdir ki, bizdə kənd təsərrüfatında artım qeydə alınıb – 3 faizdən çox. Qeyri-enerji sənayesində artım 14 faiz təşkil edib. Ona görə də gələcək üçün bizim nəzərə aldığımız iki əsas məsələ şaxələndirməyə əsaslanan iqtisadiyyatın davamlı inkişafına nail olmaqdır. İkincisi isə, iqtisadiyyatın artımı daha çox iş yerləri ilə müşayiət olunmalıdır. Çünki Azərbaycan əhalisi artan ölkədir. Biz artıq 10 milyondan çoxuq. Əhali artır. Ona görə də xalqımız üçün daha çox iş yerlərinə ehtiyacımız var. Xüsusilə də indi bu yeni texnologiyalarla bir çox iş yerləri artıq bazarda deyil. Yeni işlər peyda olur. Lakin bu yeni iş yerləri üçün bizim insanların xüsusi bacarıqları olmalıdır. Ona görə də bu iki əsas amil bizim hər zaman gündəliyimizdədir. Birgə çalışdığımız digər layihələr arasında artıq proqramımızın mövcud olduğu özünüməşğulluq sahəsindən savayı, digər vacib sahələrdən biri kimi icbari tibbi sığortanın adını qeyd edərdim. Biz ölkə üzrə proqramı yanvardan başlamağı planlaşdırırdıq. Lakin koronavirus səbəbindən biz bunu gələn ilin yanvarına qədər təxirə salmalı olduq. Ancaq artıq proqramın əhatə etdiyi bir neçə şəhərimiz var. Nəticələrimiz yaxşıdır. Ona görə də il bitməzdən qabaq düşünürəm ki, sizinlə müvafiq qaydada bu sistemin necə strukturlaşdırılmasının üzərində işləməyə davam edəcəyik. Çünki bu, bizim üçün yenidir. Bir məsələ ondan ibarətdir ki, bu 1, 2 və 3 şəhərdə tətbiq olunur. İkinci məsələ isə ondan ibarətdir ki, bütün ölkədə tətbiq olunacaq.

Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyanın üzvüdür. Çünki təəssüf ki, infrastrukturun çox hissəsinin istismar müddəti bitib. Bəzi ərazilərdə bizim 40, hətta 50 faiz su itkimiz olur, təsəvvür edin, su resurslarının çatışmadığı bir ölkədə. Xüsusilə ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin. Bilirsiniz, sudan bu cür sui-istifadə qəbuledilməzdir. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırırıq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim. Çünki sizin bu sahədə çox böyük təcrübəniz var. Ona görə də bu sahənin gündəliyimizə daxil ediləcək məsələlər arasında adını çəkərdim.

Siz, həmçinin kənd təsərrüfatını qeyd etdiniz. Biz sizinlə bu sahədə çalışırıq. Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliliyini artırmalıyıq və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır. Çünki biz təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına da daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik. Bunlar hamısı sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat və logistik infrastrukturla bağlıdır. Dünya Bankı sayəsində biz bu sahədə çox vacib layihələr icra etmişik. Hazırda biz əsasən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində çalışırıq. Çünki Şərq-Qərb artıq həyata keçirilib. Paytaxt şəhərdən şimal və cənub sərhədlərinə qədər dəmir yolu şəbəkəmizin reabilitasiyası... Dəmir yolu mövcuddur, lakin yeni yük həcmlərinə görə bizim müasirləşməyə ehtiyacımız var. Beləliklə, bu layihə də bizim gündəmimizə daxildir.

Mən, həmçinin məhkəmə sistemimizə dəstəyinizə görə minnətdarlığımı bildirmək istərdim. Mən şəxsən yeni məhkəmə binalarımızın açılış mərasimində iştirak etmişəm. Təkcə binalar deyil, həmçinin sistemlər, texnologiyalar. Bütün bu layihələr Dünya Bankının dəstəyi ilə həyata keçirilmişdir. Pandemiya ilə əlaqədar vəziyyəti nəzərə alaraq təbii ki, postpandemiya dövrü böhranını idarə etmək üçün bizim ölkə strategiyasına ehtiyacımız var. Çünki bizim iqtisadiyyatımızın bəzi sahələri ciddi şəkildə zərər çəkdi. Xüsusilə də yaxşı nəticələrimiz olan və son 4 ildə artımın olduğu turizm sahəsi. Həqiqətən Azərbaycan turizm xəritəsində maraqlı istiqamətə çevrilib. Beləliklə, pandemiyadan sonra biz bu sektoru canlandırmaq və Azərbaycanı yenidən xarici turistlər üçün cəlbedici etmək istiqamətində çox çalışmalıyıq. Çünki turizm sərbəst konvertasiya olunan valyuta yaradan sektorlardan biridir. Qeyri-neft və qeyri-qaz ixracından gələcək daha çox sərbəst konvertasiya olunan valyuta ehtiyatlarına ehtiyacımız var. Ona görə də kənd təsərrüfatı, turizm, texnologiya düşünürəm ki, bizim diqqətimizi cəmlədiyimiz əsas sahələr olacaq".

Miqrasiya Məcəlləsində dəyişiklik edilib

Miqrasiya Məcəlləsində dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

YAZTV-nin məlumatına görə, Məcəllənin 38.6-cı maddəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilir:

“Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir.”.

Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

YAZTV xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrlik etdiyi toplantının gündəliyində 17 məsələ var.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

7. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

8. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

9. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

10. “Dövlət rüsumu haqqında”, “Dövlət qulluğu haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

11. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

13. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

16. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Naqif Həmzəyev: Ölkəmizin “Microsoft” şirkəti ilə tərəfdaşlığın böyük gələcəyi var

Naqif Həmzəyev: Ölkəmizin “Microsoft” şirkəti ilə tərəfdaşlığın böyük gələcəyi var

Yeni növ koronavirus (COVID-19) pandemiyasının dalğalanan çevrəsi yer kürəsində insanları sosial izolyasiyaya məcbur edib, özünü təcrid etməni ön plana çıxarıb. Pandemiyaya dair bu çağırışlar “gözəgörünməz düşmən”dən qorunmanın ən effektli üsulları, koronavirusdan xilas yolu hesab olunsa da eyni zamanda, cəmiyyətin normal və dinamik inkişafına maneələr yaradıb.

YAZTV xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, insanların sağlamlığını təhdid altına alan, dünya iqtisadiyyatına ciddi zərbələr vuran bu virus təhlükəsi təhsil sahəsindən də yan keçmədi. Koronavirus epidemiyasına görə həyatımızın bütün sahələrində yaranmış müvəqqəti durğunluq tədris prosesində də özünü göstərdi. Ölkəmizin “Microsoft” şirkəti ilə əməkdaşlığı bu çətin vəziyyətdən çıxmaq üçün uğurlu və zamanında atılmış addım oldu. “Microsoft Teams” platformasından istifadə təlim-tədris prosesinin məsafədən təşkilini təmin etdi.

İyunun 16-da "Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və "Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfransda ölkəmizin "Microsoft”la informasiya texnologiyalarının təhsildə tətbiq edilməsi ilə bağlı əməkdaşlığa da toxunulub. Hazırda Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənir və bu məsələdə ölkəmizin "Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyinə böyük ümid var. Dövlət başçısı bu proqramın növbəti 5 il üçün planlaşdırıldığını deyib: "Eyni zamanda süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb. Ona görə bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq”.

Şirkətin vitse-prezidenti Filip Roq təhsil mövzusundan bəhs edilərkən "Microsoft”un Azərbaycanın təxminən 1 milyon tələbəsi üçün əlaqə qura bildiyini söyləyib. Həmçinin bildirib ki, digər ölkələrdə üzləşdiyi problem evlərdəki qurğuların sayının məhdud olmasıdır: "Anlayıram ki, bu, sizdə problem deyil. Bu isə yaxşı xəbərdir. Çox ölkələr, əslində, yetəri qədər qurğular əldə etmək üçün çətinlik yaşayıblar. Ana, ata və uşaqlar evdədirlər və kompüterdən istifadə uğrunda mübarizə aparılır. Lakin görünür, sizdə bu problem yoxdur və bu, yaxşı xəbərdir”.

Bu gün ali məktəblərimizin əksəriyyətində müəllim və tələbələrin ünsiyyəti Microsoft Teams proqramı vasitəsilə tamamilə və ya qismən də olsa təşkil olunub. Yəni respublikanın əksər universitetləri zərurətdən çıxış edərək distant təhsilin tətbiqinə keçid alıb. Müəllim-professor heyətinin və tələbələrin hamısı bu sistemə qoşulmasa da, böyük əksəriyyətin distant təhsil prosesində iştirakı təmin olunub. Lakin bunu bütün təhsil müəssisələrimiz haqqında söyləmək mümkün deyil. Heç də hər təhsil müəssisəsində belə ünsiyyət təşkil olunmayıb. Bu da şagirdin, tələbənin təhsildən geri qalmasına səbəb olur. Beləliklə, bu sistem sayəsində şagird təhsil müəssisəsindən və müəllimindən fərqli məkanda olmasına baxmayaraq, vaxt itirmədən təhsilini davam etdirə bilir. Pandemiyanın nə vaxt bitəcəyini bilmədiyimiz üçün məsafədən idarəetmə və distant təhsil sistemini qura bilməyən təhsil müəssisələrimiz bu sahədə müəyyən işlər aparılmalı, yeni nəsilin təhsilini distant formada davam etdirməsi aktuallaşdırılmalıdır.

Sevindirici yeniliklərdən biri də "Microsoft”un süni intellekt platforması Azərbaycan dilini tezliklə dərk edəcəyi və Azərbaycan dilində tərcümə xidmətinin istifadəyə veriləcəyi olub.

Daha bir qürurverici məqam Azərbaycanın artıq sənaye inqilabı üzrə regional mərkəzə çevrilməsinin videokonfransda vurğulanması oldu. Əsas strategiya karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və innovasiyalar, yeni texnologiyalar və müasir idarəçilik əsasında dayanıqlı inkişafa nail olmaqdır.

Müasir dövrün yeni çağırışları "Microsoft”la 15 ildən çoxdur davam edən əməkdaşlığımızı daha da gücləndirəcək.

Dünya Bankının vitse-prezidenti Azərbaycana minnətdarlıq edib

Dünya Bankının vitse-prezidenti Azərbaycana minnətdarlıq edib

“Mən Sizinlə görüşməkdən həqiqətən də məmnunam. Mən Sizinlə Azərbaycanda görüşməyi çox istərdim. Amma dünyada baş verənləri nəzərə alsaq, hələ ki, görüşləri bu cür keçirməli olacağıq. Lakin çox yaxın gələcəkdə Sizinlə Azərbaycanda görüşəcəyimə ümid edirəm”.

YAZTV xəbər verir ki, bu sözləri Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfransda deyib.

Dünya Bankının rəsmisi bildirib:

“Mən, həmçinin tərəfdaşlığa görə və birlikdə bir çox sahələrdə işlədiyimiz komandaya minnətdarlığımı bildirmək istərdim. Əlaqələrin necə möhkəm olduğunu görməkdən məmnunam. Tərəfdaş kimi Dünya Bankına olan etimadınıza görə Sizə çox təşəkkür edirəm. Mən bu vəzifənin icrasına başladığımdan bu yolu davam etdirməyimizi səbirsizliklə gözləyirəm. Bir daha buna görə təşəkkür edirəm.

Həmçinin mən Dünya Bankı adından Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasına verdiyi töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Bu addım çox yüksək qiymətləndirilir. Sizin ən yoxsul ölkələr üçün olan fondumuzu dəstəkləməyiniz bizim tərəfimizdən həqiqətən də çox yüksək qiymətləndirilir. Düşünürəm ki, bu, bizim əlaqələrimizi daha irəliyə aparır. Buna görə həqiqətən də minnətdarlığımı bildirmək istərdim. Mənim üçün burada olmaq məmnuniyyətdir.

Mən təxminən 5 illik fasilədən sonra regiona qayıdıram. Geri qayıtmaq möhtəşəmdir. Mən Dünya Bankındakı fəaliyyətimin əhəmiyyətli bir hissəsini bu regionda keçirmişəm. Bu, mənə çox yaxın olan regiondur. Ötən dəfə regionda olarkən təxminən 4 ay Azərbaycandakı proqrama birbaşa nəzarət etmək mənə nəsib olub. Bu müddət ərzində, həmçinin ölkə ilə tərəfdaşlıq çərçivəsi təsdiq olunub. Mən son bir neçə ildə bu tərəfdaşlıq çərçivəsinin həyata keçirilməsini görməkdən çox məmnun oldum.

Mən TANAP layihəsinin ilkin mərhələlərində iştirak etmişəm, ona görə də ona yaxşı bələdəm. Mən bu layihə münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm. Bu, bizim buna bənzər nəyisə dəstəkləyə bilməyimiz və həm kredit əməliyyatlarını, həm də birgə apardığımız işimizi nə dərəcədə yaxşı mənimsədiyimizi göstərən həqiqətən də flaqman layihədir. Mən bir daha təşəkkürümü bildirmək istəyirəm. Birlikdə əldə etdiyimiz yaxşı irəliləyişi davam etdirməyi və onu daha yüksək səviyyələrə qaldırmağı səbirsizliklə gözləyirəm.

Mən, həmçinin qeyd etməliyəm ki, Azərbaycanla bağlı məlumatları oxuyarkən ölkənin “Doing Business” hesabatında reytinqini görməkdən həqiqətən də məmnun olmuşam. Mən bu münasibətlə də Sizi təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, dəyişikliyin daha bir sübutudur. Siz qeyd etdiyiniz kimi, iqtisadiyyatınızın şaxələndirilməsi üçün “Doing Business”də iqtisadiyyatın inkişafı baxımından yaxşı göstəricidir”.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti həmçinin bildirib ki, koronavirusun təsirinin olduğu bir dövrdə yaşayırıq. O, Azərbaycanda icra olunan özünüməşğulluq layihəsinə toxunub, kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıqdan danışıb.