Friday, 19 Avqust 2022 18:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

Nursultan Nazarbayev Prezident İlham Əliyevi təbrik edib

Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Qardaş Azərbaycanın bundan sonra da dinamik inkişaf etməsini, həmçinin xalqınızın Sizin rəhbərliyinizlə bütün məqsədlərinə çatmasını diləyir və ən səmimi arzularımı bildirirəm.

Əminəm ki, xalqlarımız arasında əsrlər boyu davam edən ənənəvi dostluq və əməkdaşlıq bundan sonra da hərtərəfli möhkəmlənəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və böyük uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram".

Putin İlham Əliyevi təbrik edib

Putin İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

YAZTV-nin xəbərinə görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ölkənizin sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamı tərəfindən qəbul edilir. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdə duran məsələlərin həllində əhəmiyyətli rol oynayır.

Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Əminəm ki, biz birgə səylərimizlə ikitərəfli strateji tərəfdaşlığın, konstruktiv əməkdaşlığın bütün istiqamətlərdə bundan sonra da inkişafını təmin edəcəyik. Bu proses, şübhəsiz, bizim dost xalqlarımızın köklü maraqlarına cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının bütün vətəndaşlarına rifah və tərəqqi arzulayıram".

İlham Əliyevlə “Signify”nin rəhbərləri arasında videokonfrans keçirilib

İlham Əliyevlə “Signify”nin rəhbərləri arasında videokonfrans keçirilib

Mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

YAZTV-nin  məlumatına görə, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov iştirak edib.

Serbiya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Serbiya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

YAZTV-nin məlumatına görə, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident, əziz dostum.

Hər bir qürurlu Azərbaycan vətəndaşının, həmçinin azadlığın, müstəqilliyin və vətənpərvərliyin əzəli dəyərlərinə, eyni zamanda, xalqınızın zəngin mənəvi və mədəni irsinə hörmət edən və ölkənizə dost olan hər kəsin bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin Azərbaycana sevginiz və onun inkişafına bağlılığınız, uzaqgörənliyiniz və dəqiq siyasi fikirləriniz siyasi sabitliyin, iqtisadi modernləşmənin təmin olunmasında, ölkənizin beynəlxalq arenada nüfuzunun və təsirinin möhkəmləndirilməsində müvəffəqiyyətlər əldə etməyinizə, bununla da vətəninizin və vətəndaşlarınızın təhlükəsiz gələcəyini təmin etməyinizə töhfə verir.

İcazə verin, fürsətdən istifadə edərək, xahişimi cavabsız qoymayıb insani və dövlət həmrəyliyi göstərdiyiniz, Azərbaycanın da koronavirus kimi yoluxucu xəstəliklə üzləşdiyi bir zamanda bizim epidemiya ilə mübarizəmizə yardım olaraq Serbiyaya tibbi avadanlıqlar göndərdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirim. Biz Serbiyada bunu yüksək qiymətləndiririk. Bu, bizim üçün ölkələrimiz arasındakı müstəsna strateji əlaqələrin və ən yaxın dost münasibətlərinin, mənim üçün isə hörmət və etibar əsasında qurulmuş şəxsi münasibətlərimizin təsdiqidir. Eyni zamanda, gələcəklə bağlı planlarınızın həyata keçirilməsi üçün ölkənizin və onun vətəndaşlarının epidemiyanın törətdiyi nəticələrdən xilas olmasını səmimi qəlbdən arzu edirəm.

Serbiya Prezidenti olaraq mən Serbiya ilə Azərbaycan arasındakı yaxın münasibətlərlə qürur duyuram. Serbiya vətəndaşları və mən ölkəmizə səfər etmək təklifinə müsbət cavabınızdan məmnun olarıq. İnanıram ki, Sizin səfəriniz Serbiya ilə Azərbaycan arasındakı münasibətlərin tarixində xüsusi iz qoyacaq.

Cənab Prezident, bizim növbəti və ümid edirəm ki, tezliklə baş tutacaq görüşümüzü gözləyərək, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

İlham Əliyev Ramazan bayramı münasibətilə xalqı təbrik edib

İlham Əliyev Ramazan bayramı münasibətilə xalqı təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

YAZTV-nin xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.

Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.

Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"

 

Prezident daha bir icra başçısını işdən çıxardı

Prezident daha bir icra başçısını işdən çıxardı

Azərbaycan Prezidenti İlham Əliyev Göygöl Rayon İcra Hakimiyyəti ilə bağlı sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncama əsasən, Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Arif Seyidov bu vəzifəyə 2006-cı ildə təyin edilmişdi.

Umayra Tağıyeva təltif edildi

Umayra Tağıyeva təltif edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

YAZTV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə bu ordenə layiq görülüb.

Qeyd edək ki, U.Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi sahəsində xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda ətraf mühitin qorunmasında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər.

3-cü dərəcəli “Əmək” ordeni ilə

Bayramov Muqabil Tofiq oğlu

Tağıyeva Umayra Rauf qızı

“Tərəqqi” medalı ilə

Babaşova Zeynəb Saleh qızı

Cavadov Vaqif Məhəmməd oğlu

Cəfərov Qurban Qafar oğlu

Cəfərov Oqtay Cəfər oğlu

Əkbərov Dünyamalı Fərrux oğlu

Əliyev Mayis Abazər oğlu

Əşrəfov Ramik Yunis oğlu

Həmidova Elmira İsa qızı

İbadov Eldəniz İsmayıl oğlu

Qafarov Rəhim Qafar oğlu

Qaralov Əziz Məmiş oğlu

Məmmədov Vaqif Yaqub oğlu

Məmmədova Sədaqət Zeynal qızı

Mustafayeva Raya Gülbala qızı

Rəhmanov Zəfər Vaqif oğlu

Sadıqova Valentina Viktorovna

Sultan-zadə Firuzə Vəhdət qızı.

Sahibə Qafarova vətəndaşlara çağırış edib

Sahibə Qafarova vətəndaşlara çağırış edib

98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisdən YAZTV-ə verilən məlumata görə, videoqəbulda millət vəkili seçicilərin xəstəliyə görə müavinətlərin təyin olunması, Şəmkirdə sosial evlərin tikilməsi, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yolların asfalt örtüyünün yenilənməsi, "Varlı həyat" kəndinin qazlaşdırılması, Çinarlı qəsəbəsi 1 saylı orta məktəbin binasının əsaslı təmiri və digər məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Videoqəbulda seçicilər tərəfindən qaldırılan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün görüşdə iştirak edən İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Bir sıra digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.

Görüşdə iştirak edən seçicilər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd edərək, Şəmkir rayonunda da sosial infrastruktur layihələrinin reallaşdırıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, dövlətimizin başçısı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir, bununla bağlı mühüm tədbirlər həyata keçirilir. Həmçinin bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti vətəndaşlar tərəfindən təqdir olunur, yüksək qiymətləndirilir.

Videoqəbulda millət vəkili S.Qafarovanın seçicilər tərəfindən qaldırılan bəzi məsələlərin həlli ilə beşinci çağırış Milli Məclisin üzvü kimi məşğul olduğu, onun istər Milli Məclisin plenar iclaslarında çıxışları zamanı, istərsə də müvafiq dövlət qurumlarına müraciətlərində seçicilərin qaldırdıqları məsələlərin əks olunduğu vurğulanıb.

S.Qafarova videoqəbulda iştirak edən bütün seçiciləri ölkəmizdə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyələrinə əməl etməyə, mövcud vəziyyətlə əlaqədar zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə, zərurət olmadığı halda evdən çıxmamağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa çağırıb.

Millət vəkili qarşıdan gələn Ramazan bayramı və 28 may – Respublika Günü münasibətilə seçiciləri təbrik edib, videokonfrans vasitəsilə görüşlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Prezident Valeh Ələsgərovla bağlı sərəncam imzaladı

Prezident Valeh Ələsgərovla bağlı sərəncam imzaladı

Valeh Feyruz oğlu Ələsgərov Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri təyin edilib.

YAZTV-nin xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılacağını bildirib.

Tahir Mirkişili öz çıxışında söyləyib ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi Azərbaycanla Türkiyə arasında imzalanmış ən mühüm sənədlərdən biridir. 2019-cu ilin məlumatlarına görə, Türkiyə Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə durur. Keçən dövr ərzində Azərbaycan ilə Türkiyə arasında xarici ticarət dövriyyəsi 33 faiz artaraq, 4.5 milyard dollara çatıb. Azərbaycanın ixracında da Türkiyə çox mühüm yer tutur. 2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracı 36 faiz artaraq 2.9 milyard dollar təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1.2 milyard dollara çatmışdır. Azərbaycan Türkiyə iqtisadiyyatına 8.5 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12.5 milyard dollar investisiya yatırıb.

Qeyd olunub ki, Preferensial Sazişin imzalanması Azərbaycanın qeyri-neft sektorunda ixracının artmasında mühüm rol oynayacaq. Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

Sonra İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin məqsədi mallar üzrə tariflərin azaldılması və ya ləğv olunması, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunması, iqtisadi əlaqələrin harmonik inkişafı vasitəsilə ticarətin genişləndirilməsi və təşviq edilməsi, ədalətli rəqabət üçün əlverişli şərtlərin yaradılması, ticarətin davamlı artımı üçün proqnozlaşdırıla bilən və təhlükəsiz mühitin yaradılmasıdır.

Sənədə əsasən, tərəflərin nümayəndələrindən ibarət Birgə Komitə təsis edilib. Bu komitə əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüş keçirəcək. Saziş müddətsiz olaraq bağlanıb və tərəflərdən birinin diplomatik kanallar vasitəsilə onu ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır.

Deputatlar Əli Məsimli, Vüqar Bayramov Preferensial Saziş barədə öz fikirlərini açıqladılar, sənədin iki ölkə arasında münasibətlərin inkişafında əhəmiyyətindən danışıblar.

Növbəti məsələ ilə bağlı bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokol 2020-ci il martın 11-də Bakı şəhərində imzalanıb. Bu Protokol Sazişin ayrılmaz hissəsidir və tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Protokol Sazişlə eyni vaxtda qüvvədən düşür.

Sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verildi. Bildirildi ki, sənəd “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Gömrük Məcəlləsində, “Balıqçılıq haqqında”, “Yeyinti məhsulları haqqında”, “Taxıl haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Yod çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında” və “Çayçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli 1662-VQD nömrəli qanunun icrasının təmin edilməsi məqsədilə hazırlanıb.

Həmin qanunla xüsusi ad verilən şərabçılıq məhsulunun dövlət reyestrində qeydiyyatı və dövlət reyestrində qeydiyyata alınmış şərabçılıq məhsulunun istehsalçılarının attestasiyası sistemi ləğv edildiyindən “Dövlət rüsumu haqqında” qanunun 18.62.2-ci və 18.62.3-cü maddələrinin ləğvi təklif olunur. Bununla da şərabçılıq məhsullarına adların verilməsi dövlət rüsumu tutulmaqla “Üzümçülük və şərabçılıq haqqında” qanunla müəyyən edilmiş qaydada yalnız ekspertiza yolu ilə tənzimlənəcəkdir.

Deputatlar hər üç qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Layihələrin müzakirəsindən sonra komitə üzvləri cari məsələlərlə bağlı fikir mübadiləsi apardılar. Komitə sədri Tahir Mirkişili, deputatlar Rüfət Quliyev, Məşhur Məmmədov, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev ölkədəki ictimai-siyasi durum, iqtisadi inkişaf, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mülahizələrini bölüşüblər.

BƏƏ Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

BƏƏ Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nahyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

YAZTV xəbər verir ki, təbrikdə deyilir: “Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Birləşmiş Ərəb Əmirlikləri xalqının bu bayram münasibətilə böyük fərəh hissi keçirdiyini xalqınıza çatdırmağı Sizdən xahiş edirəm. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və davamlı uğurlar, dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.