Wednesday, 05 Oktyabr 2022 12:45
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib - FOTOLAR

Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib - FOTOLAR

Kolumbiya və Azərbaycan Dostluq qrupunun rəhbəri, Milli Məclisin deputatı Müşfiq Cəfərov, qrup üzvü Naqif Həmzəyev, Beynəlxalq münasibətlər şöbəsinin müdir müavini Babək Ağayev, şöbənin əməkdaşı Aydan Fərəcova, Kolumbiya Respublikasının Azərbaycandakı səfiri Luis Antonio Dimate Kardenasla görüş keçirib. Söhbət zamanı parlamentin üzvü səfirə Dağlıq Qarabağ və Xocalı soyqırımı məsələsindəki ədalətli mövqelərinə görə təşəkkür edib.

YAZTV xəbər verir ki, görüşdə deputat qeyd edib ki, 2012-ci ildə Kolumbiya Senatında "Azərbaycan Respublikası ərazisinin, Ermənistan tərəfindən qanunsuz işğal edilməsi" barədə qərar qəbul edilmiş və Xocalı faciəsi məhz soyqırımı aktı kimi təqdim edilmişdir.

Müşfiq Cəfərov Kolumbiya parlament nümayəndələrinin 3 dəfə ölkəmizə səfər etdiyini və Azərbaycanla bağlı reallıqlarla tanış olduqlarını vurğulayıb.
İki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılır. Gəncə şəhəri ilə Kolumbiyanın Kartaxena şəhəri və Şamaxı şəhəri ilə Kolumbiyanın Buqa şəhəri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulması ilə bağlı təklif lahiyəsi irəli sürülüb. Lakin bunun mövcud ictimai-siyasi vəziyyətlə əlaqədar reallaşması bir qədər ləngiyir. Müşfiq Cəfərov bu məsələni bir daha gündəmə gətirib, geniş müzakirələr aparıb.

Qrupun rəhbəri Müşfiq Cəfərov və səfir Luis Antonio Dimate Kardenas arasında təhsil, turizm, ticarət dövriyyəsinin artırılması yönündə diskussiyalar aparılıb. Sonda Milli Məclisin deputatı Kolumbiya Respublikasının səfirinə hər iki dövlətin parlamentlərarası Dostluq qrupunun üzvlərinin webinar görüşünün təşkil olunmasını təklif edib.

 

Milli Məclis Cinayət-Prosessual Məcəllədə dəyişiklikləri birinci oxunuşda təsdiq etdi

Milli Məclis Cinayət-Prosessual Məcəllədə dəyişiklikləri birinci oxunuşda təsdiq etdi

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılıb.

YAZTV-nin məlumatına görə, bildirilib ki, bu dəyişikliklər bir neçə istiqamət üzrə hazırlanıb. Birinci istiqamət Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlıdır. Belə ki, ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə məcəlləyə bir sıra dəyişikliklər təklif olunur.

Bu dəyişikliklər “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini, müasir informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsini təmin edən yeni maddələrin əlavə edilməsini, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılmasını və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibini nəzərdə tutur.

Növbəti istiqamət cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Digər istiqamət isə xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydaları ilə bağlıdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə həmin qaydaları ehtiva edən yeni 59-cu fəslin əlavə edilməsi təklif olunur.

Bu qanun layihəsinin 2020-ci il iyul ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.

Dövlət başçısı: “İnsanların sağlamlığı birinci yerdədir”

Dövlət başçısı: “İnsanların sağlamlığı birinci yerdədir”

“Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizə sayəsində görülmüş işlərə yüksək qiymət verərək Azərbaycanı nümunəvi ölkə adlandırıb. Bəlkə də başqa ölkələr haqqında oxşar fikirlər səsləndirilib, amma mən eşitməmişəm. Amma Azərbaycana gəldikdə, Ümumdünya Səhiyyə Təşkilatı, o təşkilat ki, dünya miqyasında bütün səhiyyə sahəsində işlərə rəhbərlik edir və işləri koordinasiya edir, Azərbaycanı nümunəvi ölkə adlandırıb”.

YAZTV xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, bütün bunlar bir daha ona göstərir ki, birincisi, Azərbaycan güclü dövlətdir, ikincisi, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun sağlamlığıdır: “Bu, onu göstərir ki, bizim tədbirlərimiz məqsədyönlüdür, səmərəlidir, vaxtında atılmış cəsarətli addımlardır. Biz insanların həyatını qorumaq üçün şüurlu şəkildə iqtisadi tənəzzülə və iqtisadi itkilərə getdik. Milyardlarla manat, - baxmayaraq ki, neftin qiyməti düşüb, - xərclədik və xərcləyirik. İnsanların sağlamlığı birinci yerdədir. Bu, onu göstərdi ki, ən çətin böhranlı anlarda biz düzgün addım ata bilərik və güclü iradə göstərə bilərik. Mən hər gün insanlardan yüzlərlə təşəkkür məktubu alıram. Onların cəmi bir hissəsi mətbuatda dərc edilir. İnsanlar bu məktublarda minnətdarlıqlarını bildirirlər. Mənim üçün görülmüş bu işlərə verilmiş ən yüksək qiymət vətəndaşların buna münasibətidir”.

Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır

Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır

Terrorizmi dövlət siyasətinə çevirmiş Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü, zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırım və deportasiyanın tək bir adı var: faşizm. Artıq dünya ictimaiyyətinə də sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ edilir.

Bunu YAZTV-ə YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib.

Millət vəkili qeyd edib ki, bu ölkədə atisemitizmin, terrorizmin populyarlaşdırılması nəticəsində faşist Almaniyası ilə sız əməkdaşlıq etmiş erməni faşistlər və nasistlər qəhrəman kimi qələmə verilir, onlara abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə onların adları verilir. Hətta “njdeizm” adlı faşist ideologiyası Ermənistanda tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil faşizm “dəyərlər”i ruhunda tərbiyə edilir. Əslində bu tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı üçün yenilik deyil:

"Faşist ideologiyasının Ermənistanda nəsildən-nəsilə ötürülən bir təbliğat olduğunu biz yaxşı bilirik. Artıq bu təbliğin motivlərini dünya ictimaiyyətinə də açıq şəkildə məlum oldu. Belə ki, bütün dünya birliyinin faşizm üzərində qələbəni böyük sevinc və fəxrlə qeyd etdiyi bir gündə Ermənistanda 20 minə yaxın sovet insanının, əsasən dinc vətəndaşların qanını tökən faşist cəlladının abidəsi önünə əklil qoyulması və baş nazirin babasının faşistlərə xidmət göstərdiyi haqqında təkzibedilməz faktların üzə çıxması bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini əyani şəkildə sübutu oldu. Onu da qeyd edək ki, erməni legionu njdenin başçılığı ilə Azərbaycanda minlərlə soydaşımızın günahsız qanını axıdıb, Zəngəzurda soyqırımı aparıb.

Bu ilin fevral ayında Azərbaycan Prezidenti İlham Əliyevin MDB dövlət başçılarının yüksək səviyyəli Aşqabad görüşündə faktlarla bütün dünyanı erməni faşizminin mahiyyəti barədə məsuliyyətlə düşünməyə səsləmişdi. Prezident İlham Əliyevin Qarabağın tarixi tarixi ilə bağlı əsaslı faktlara istinadən çıxışı, haqlı mövqeyi, hüquqi və siyasi bilgiləri dünya siyasətçilərini, mətbu orqanlarının diqqətini bir daha Dağlıq Qarabağ probleminə çəlb etməyi bacarmışdı. Prezident İlham Əliyev dünyanın gözü qarşısında, təkzibolunmaz faktlarla Paşinyanı ittiham edərək sübut etmişdi ki, Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpaqlarıdır, işğalçı dövlət tərəfindən zəbt edilib.

İyunun 3-ü Tərtərdə bir qrup idmançı ilə görüşündə Qarabağ münaqişəsinə də toxunan Prezident İlham Əliyev deyib: “Bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdir. Nəinki azərbaycanlıların, heç bir başqa millətin nümayəndəsi orada yoxdur. Baxın, dünyanın əksər ölkələrində müxtəlif xalqlar yaşayır. Bu baxımdan Azərbaycan bir örnəkdir. Bunu bütün dünya etiraf edir ki, Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub".

Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan mənfur qonşu ölkənin işğalçılıqda terrorçuluqda ustalıqları tarixi gerçəkliyimizdir. Ermənistanın rəhbərliyi aydın dərk etməlidir ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etmək, əzəli, əbədi torpaqlarına sahib çıxmaq fikrindən dönməyəcək. İşğalçı Ermənistan hakimiyyəti unutmasın ki, onların gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır".

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilib

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təyin edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

YAZTV-nin məlumatına görə, Komissiya üzvləri sırasına aşağıdakı şəxslər daxil edilib:

  1. Adil Əliyev
  2. Əminə Ağazadə
  3. Elşad Mirbəşiroğlu
  4. Arzu Nağıyev
  5. Səfa Mirzəyev
Prezident: Biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik

Prezident: Biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik

"Növbəti “ASAN xidmət” mərkəzinin açılışı çox əlamətdar hadisədir. Çünki biz qısa müddət ərzində “ASAN xidmət” mərkəzlərinin sayını 19-a çatdırdıq və bu proses davam etdirilir. Hazırda səkkiz mərkəzin tikintisi nəzərdə tutulur. Onlardan bəziləri demək olar ki, hazırdır, bəzilərində isə işlər davam etdirilir. Beləliklə, biz bütün ölkəmizi “ASAN xidmət” mərkəzləri ilə əhatə edəcəyik. Əslində, bizim planlarımız da bundan ibarət idi".

YAZTV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında deyib.

Ölkə başçısı bildirib ki, biz bu təşəbbüsü irəli sürəndə mənim qəti fikrim ondan ibarət idi ki, əgər bu təcrübə müsbət olarsa, - mən buna şübhə etmirdim, - bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir. Biz bu işi ardıcıllıqla görürük. Bu gün bu mərkəzin işinə start verərkən gördüm ki, “ASAN xidmət”in fəaliyyətə başladığı dövrdən indiyə qədər təxminən 38 milyon müraciət olmuşdur. “ASAN xidmət”in fəaliyyətini ən gözəl əks etdirən fakt odur ki, vətəndaşların bəyənmə dərəcəsi 99,4 faizdir. Demək olar ki, 100 faiz vətəndaşlarımız “ASAN xidmət” mərkəzlərindən məmnundurlar. Bu da təbiidir. Əslində bizim niyyətimiz də, istəyimiz də insanlar üçün çox gözəl, rahat və şəffaf xidmət yaratmaqdır. Biz buna nail ola bildik.

Bu gün “ASAN xidmət” ölkəmizin intellektual məhsuludur. Mən bir dəfə demişəm, bir daha demək istəyirəm ki, biz artıq bu intellektual məhsulu ixrac edirik. Bir neçə ölkə ilə bizim “ASAN xidmət” mərkəzlərinin o ölkələrdə yaradılması ilə əlaqədar müqavilələr imzalanıb. Bəzi ölkələrdə artıq “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayıb. Bu, bizim milli brendimizdir. “ASAN xidmət”in fəaliyyətə başlaması və uğurla fəaliyyət göstərməsi bu sahədə aparılan siyasətin çox gözəl nəticəsidir. “ASAN xidmət” innovasiyadır və hər bir yeni mərkəzin açılışında mənə yeni innovativ layihələr təqdim olunur, o cümlədən bu gün. Sonra isə bu layihələrin böyük əksəriyyəti həyatda öz əksini tapır.

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub.

YAZTV-nin məlumatına görə, Milli Məclisin növbəti iclası iyunun 12-də keçiriləcək. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar iclasında 4 məsələyə baxılıb.

Xatırladaq ki, yaz sessiyasının son plenar iclası mayın 31-də olub.

Sahibə Qafarova: "Prezidentin tibbi maskadan istifadə etməsi nümunə olmalıdır"

Sahibə Qafarova: "Prezidentin tibbi maskadan istifadə etməsi nümunə olmalıdır"

"Prezidentin Tərtərə səfəri zamanı tibbi maskadan istifadə etməsi hər kəs üçün nümunə olmalıdır".

YAZTV xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti bu virusa qarşı bütün lazımi addımları atır: "Bu gün qısaldılmış iş rejimi müəyyən edilib".

 

Prezident İlham Əliyev Sarıcalı kəndində yeni məktəb tikintisinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev Sarıcalı kəndində yeni məktəb tikintisinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev Ağcabədi rayonunun Sarıcalı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, sərəncamda qeyd edilir ki, Ağcabədi rayonunun Sarıcalı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Parlament sədri həftəsonu qadağaları ilə bağlı müraciət etdi

Parlament sədri həftəsonu qadağaları ilə bağlı müraciət etdi

Dünən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkə vətəndaşlarına müraciət edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı yayılıb.

YAZTV-nin məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, son vaxtlar vətəndaşların əksəriyyəti karantin rejiminin tələblərinə əməl etmədiyinə görə ölkədə koronavirusla bağlı epidemioloji vəziyyət pisləşib, xəstəliyə yoluxanlar ilə sağalanlar arasında ciddi fərq yaranıb:

"Karantin rejiminin yenidən sərtləşdirilməsi qərara alınıb. Şənbə və bazar günləri Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Əhalidən xüsusi karantin rejiminin tələblərinə əməl etmək tələb olunub.

Bununla əlaqədar mən də deputatlardan, parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarından tələb edirəm ki, karantin rejiminin tələblərinə ciddi riayət etsinlər, müəyyən edilmiş yerlərdə hökmən tibbi maskalardan və digər qoruyucu vasitələrdən istifadə etsinlər, sanitariya-gigiyena qaydalarına əməl etsinlər. Mən düşünürəm ki, iclasımızı işıqlandıran media nümayəndələrinin də bu tövsiyyələrə əməl etmələri yaxşı olardı".

Parlament sədri vurğulayıb ki, iyunun 3-də möhtərəm Prezidentimiz İlham Əliyevin Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən maskadan istifadə etməsi hər birimiz üçün nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini dərk etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir:

"Hər kəs bilməlidir ki, Azərbaycan dövləti virusa qarşı mübarizədə bütün lazımi tədbirləri həyata keçirir. Möhtərəm Prezident İlham Əliyevin Ağcabədidə "ASAN Həyat" kompleksinin açılışında qeyd etdiyi kimi, Azərbaycan koronavirusa qarşı mübarizədə nümunəvi ölkədir. Beynəlxalq ictimaiyyət, o cümlədən, Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə atılmış məqsədyönlü, səmərəli və cəsarətli addımlara yüksək qiymət verib. Bu tədbirlər onu göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşları dayanır və onun sağlamlığı hər şeydən öndə gəlir".

İlham Əliyev: “Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq”

İlham Əliyev: “Məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq”

“Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır”.

YAZTV xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib.

 

Dövlət başçısı bildirib ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq: “Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək olmaz və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə, ilk növbədə, ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”.

Prezident su təsərrüfatı və meliorasiya işçilərini təltif etdi

Prezident su təsərrüfatı və meliorasiya işçilərini təltif etdi

Prezident İlham Əliyev Su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

YAZTV-nin  məlumatına görə, Sərəncanla su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilirlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Eyvazov Eyvaz Mülki oğlu

İbrəhimov İbrəhim Alxas oğlu

İmanov Camal Dadaş oğlu

Məmmədov Adil Məmməd oğlu

Məmmədov Rəfail Əlimövsüm oğlu

Rzayeva Leyla Vasifovna

“Tərəqqi” medalı ilə

Abdullayev Cəbrayıl Ovçu oğlu

Babayev Fəhraddin Hacıbaba oğlu

Babayev Namiq Əbdül oğlu

Bağırov Vaqif Musa oğlu

Baxşəliyeva Rüxsarə Məmməd qızı

Əhmədov İbrahim Süleyman oğlu

Əliyev Azad Bayraməli oğlu

Əliyev Kamil Mahmud oğlu

Əliyev Mətləb Arif oğlu

Əliyev Siyah Əli oğlu

Əmişov Şəmsəddin Murtuzəli oğlu

Hacıyev Həsən Əlövsət oğlu

Hüseynov Elxan Bayram oğlu

İsgəndərov Pərviz Ələkbər oğlu

İsmayılov Tahir Məmməd oğlu

Qarayev Məzahir İxtiyar oğlu

Qənbərov Elman Surxay oğlu

Məmmədov Yasin Əhməd oğlu

Namazov İlqar Şahlar oğlu

Nazıyev Əsgər Hacıxəlil oğlu

Pircanov Mikayıl Abdulla oğlu

Rəhimova Aygün Asim qızı

Salahov Əsgər Güləhməd oğlu

Səlimov Mürşüd Şuluq oğlu.