Saturday, 24 İyul 2021 17:08
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq Sazişi təsdiq edildi

Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq Sazişi təsdiq edildi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

YAZTV xəbər verir ki, Fərmanla “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında hərbi təhsil və treninq sahəsində əməkdaşlıq haqqında” 2021-ci il martın 11-də Sofiya şəhərində və mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərəcək.

Prezident bu Məcəllədə də dəyişiklik etdi

Prezident bu Məcəllədə də dəyişiklik etdi

Mülki Prosessual Məcəllədə dəyişiklik edilib.

YAZTV” xəbər verir ki, bununla bağlı müvafiq qanunu Prezident İlham Əliyev imzalayıb.

 Sənədlə keçiddən tanış ola bilərsiniz.
Prezident ona Şuşada vəzifə verdi

Prezident ona Şuşada vəzifə verdi

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

YAZTV” xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə Məftun Qurban oğlu Abbasov təyin olunub.
Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiqləndi

Azərbaycanla Türkiyə arasında pilotaj təlimi Sazişi təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

YAZTV xəbər verir ki, Fərmanla 2021-ci il mayın 31-də Konya şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında pilotaj təlimi Sazişi” təsdiq edilir.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərəcək.

Azərbaycan XİN Almaniya və Belçikaya başsağlığı verdi

Azərbaycan XİN Almaniya və Belçikaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Avropada baş vermiş daşqınlara görə təbii fəlakətdən əziyyət çəkən ölkələrə başsağlığı verib.

YAZTV” xəbər verir ki, nazirlik bu haqda öz tvitter hesabında məlumat yayıb.

“Qərbi Avropada ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada daşqınların qurbanları olmuş şəxslərə görə başsağlığımızı diləyirik.

Yağıntıların dağıdıcı təsirlərinin aradan qaldırılmasında Almaniya və Belçikanın yanındayıq”, - deyə məlumatda qeyd olunub.

SON DƏQİQƏ: Ermənilər yenidən Naxçıvanı atəşə tutdu

SON DƏQİQƏ: Ermənilər yenidən Naxçıvanı atəşə tutdu

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə YAZTV-yə Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.

Düşmən cavab atəşi ilə susdurulub.

SON DƏQİQƏ: Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutuldu

SON DƏQİQƏ: Dövlət sərhədi boyu mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 16-sı saat 20:40-dan 22:30-dək Basarkeçər rayonunun Yuxarı Şorca kəndi ərazisində yerləşən mövqelərindən fasilələrlə və iyulun 17-si saat 01.00 radələrində Berd rayonunun Mosesqex kəndi istiqamətindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu kəndi və Tovuz rayonunun Ağdam kəndi istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

 

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

İyulun 17-si saat 08:30-da isə Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Ordubad Su Elektrik Stansiyasının tikintisinə əlavə beş milyon manat ayrıldı - SƏRƏNCAM

Ordubad Su Elektrik Stansiyasının tikintisinə əlavə beş milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncam imzalayıb.

YAZTV xəbər verir ki, Sərəncamla Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə Araz çayı üzərində gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi çərçivəsində tənzimləyici beton bəndin tikintisinin başa çatdırılması məqsədilə qərara alınır:

- Gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan əlavə olaraq 5,0 (beş) milyon manat ayrılsın.

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Ağdam rayonu ərazisində növbəti yeni hərbi hissənin açılışı olub - VİDEO

Ağdam rayonu ərazisində növbəti yeni hərbi hissənin açılışı olub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş modul tipli növbəti hərbi hissə istifadəyə verilib.

Qeyd edək ki, kompleksdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.

Hərbi birlik komandiri general-mayor Hikmət Həsənov açılış münasibətilə Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb. Mərasimdə xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyələr təqdim edilib.

Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi planlı şəkildə davam edir.

https://www.youtube.com/watch?v=KuL5aRWyZJw

Özbəkistan koronavirus vaksinlərinin verilməsinə görə Prezident İlham Əliyevə minnətdardır - Səfir

Özbəkistan koronavirus vaksinlərinin verilməsinə görə Prezident İlham Əliyevə minnətdardır - Səfir

Özbəkistan koronavirus infeksiyasına qarşı 50 min doza vaksinin verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır.

Bunu  Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov deyib.

Onun sözlərinə görə, Azərbaycanın vaksinlərin bütün ölkələrə ədalətli və bərabər paylanması üçün COVAX qlobal təşəbbüsünü dəstəkləməsi daha çox məmnunluq doğurur: "Bu təşəbbüsün reallaşdırılması çərçivəsində Azərbaycan nümayəndə heyəti Özbəkistana 50 min doza vaksin çatdırıb. Bu paya görə özbək tərəfi Azərbaycan Prezidenti İlham Əliyevə və müvafiq dövlət strukturlarına minnətdardır".

Səfir bildirib ki, bu, Azərbaycanın pandemiya ilə mübarizədə həmrəyliyinin, iki dövlət və xalq arasında əsl qardaşlığın nümunəsidir: "Xatırlatmaq istəyirəm ki, bu, pandemiya ilə mübarizədə ölkələrimiz arasında göstərilən ilk kömək deyil. 2020-ci ilin aprelində Özbəkistan və Azərbaycan tibbi avadanlıqların olduğu humanitar yükləri mübadilə edib".

Müdafiə Nazirliyi: “İki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür”

Müdafiə Nazirliyi: “İki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür”

İyulun 16-sı saat 10.00 və 13.00 radələrində  Ermənistan Silahlı Qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə Ermənistan silahlı qüvvələrinin Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən bölmələrinə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Ərdoğan Qarabağdan danışdı: “Qardaşlarımızı dəstəkləyəcəyik”

Ərdoğan Qarabağdan danışdı: “Qardaşlarımızı dəstəkləyəcəyik”

“Türkiyə Əfqanıstana davamlı olaraq dəstək göstərəcək”.

YAZTV” xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Hüquq və ədalət tələblərimizi siyasi riyakarlıq kimi qəbul edənlər məzlumların səsi, nəfəsi və ümidi olduğumuzu anlamadılar. Dostlarımıza və qonşularımıza özümüz üçün nə arzu ediriksə, onu da arzulayırıq. Bunu dünən Suriyada etdik, Liviyada və Qarabağda da etdik. Sabah Əfqanıstandakı və digər ölkələrdəki qardaşlarımızı da eyni ədalətli münasibətlə dəstəkləyəcəyik. 15 iyul bu cəhdin simvoludur”, - o deyib.

Bundan əvvəl Ərdoğan ölkəsinin, ABŞ-ın maliyyə dəstəyi ilə Əfqanıstanda hərbi kontingent saxlamağa hazır olduğunu açıqlayıb.(report az)