Saturday, 24 İyul 2021 17:17
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Prezident İlham Əliyev: Biz müharibə dövründə evlərini itirmiş mülki şəxslərin də problemlərini həll edirik

Prezident İlham Əliyev: Biz müharibə dövründə evlərini itirmiş mülki şəxslərin də problemlərini həll edirik

Biz bu gün müharibə dövründə evlərini itirmiş, namərd erməni atəşi nəticəsində yaxınlarını itirmiş mülki şəxslərin də problemlərini həll edirik.

YAZTV xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində bildirib.

Müharibə dövründə Ermənistanın mülki əhalini atəşə tutduğunu, hərbi cinayətlər törətdiyini, qadağan edilmiş silahlardan istifadə etdiyini vurğulayan dövlətimizin başçısı deyib: “Ermənistan uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub, minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb. Bu gün dağıntılara məruz qalmış bütün şəhər və rayonlarımızda quruculuq işləri gedir. Yenə də dövlət xətti ilə yeni evlər tikilir, fərdi evlər tikilir və o evlər dağılmış əvvəlki evlərdən qat-qat keyfiyyətlidir”.

Prezident vurğulayıb ki, biz bu istiqamətdə ən düzgün siyasət aparırıq və bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

""YAZTV xəbər verir ki, sənədə əsasən, bank və ya bank olmayan kredit təşkilatı (kredit ittifaqı istisna olmaqla) tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə ediləcək.

Kredit ittifaqı tərəfindən mərkəzləşdirilmiş kredit reyestrinə və (və ya) kredit bürosuna “Kredit ittifaqları haqqında” və “Kredit büroları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş məlumatların həmin qanunlarda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə ediləcək.

Prezident İlham Əliyev: Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı

Prezident İlham Əliyev: Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı

Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı.

YAZTV-nin məlumatına görə, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Qoşulmama Hərəkatının təməlində sülh, multikulturalizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından mürəkkəb qlobal çətinliklər hərəkatımızın əhəmiyyətini daha da artırıb. 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatının üzvü oldu. Qısa müddət ərzində Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı".

Prezident İlham Əliyev: 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub

Prezident İlham Əliyev: 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub

Bu gün şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi təqdim edilir. Bu kompleks 810 mənzildən ibarətdir, böyük yaşayış kompleksidir. Mən indi burada yaradılmış şəraitlə tanış oldum, şərait çox müsbətdir, çox yaxşıdır. Evlər işıqlı, genişdir, 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar.

YAZTV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iyulun 14-də Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən daim böyük diqqət göstərilir. Son illər ərzində bu sahədə çox böyük işlər görülüb. Bu kompleks də nəzərə alınmaqla, 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. Keçən il 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il isə 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək.

Azərbaycan Prezidenti: Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini ləngidir

Azərbaycan Prezidenti: Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini ləngidir

Minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

YAZTV-nin məlumatına görə, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm. Kitabda Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv edilməsi öz əksini tapıb.

Biz azad olunmuş ərazilərdə yenidənqurma işlərinə artıq başlamışıq. Orada müasir şəhərsalma planlaşdırılması həyata keçirilir. Azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq. Əminəm ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, Lüksemburqun ərazisindən dörd dəfə böyük olan dağıdılmış ərazini yüksək yaşayış standartlarına malik firavanlıq məkanına çevirəcək.

Mən bu yaxınlarda ölkənin növbəti onillik üçün sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyən etmişəm. Digər məsələlərlə yanaşı, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı əsas prioritetimizdir.

Lakin əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir. Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin".

Previous Next

İlk Azərbaycan-Türkiyə media layihəsi təqdim edildi - "Azernews" və "Yeni Şafak" (FOTO)

Azərbaycanın ingilisdilli qəzeti olan “Azernews” və Türkiyənin nüfuzlu “Yeni Şafak” qəzeti Azərbaycan-Türkiyə media platforması çərçivəsində ilk birgə media layihəsinin icrasına başlayıb.

YAZTV xəbər verir ki, “Azernews” oxuculara qəzetin çap versiyasında ayrıca səhifədə “Yeni Şafak”ın tanınmış yazarları tərəfindən hazırlanmış siyasət, iqtisadiyyat, sosial, mədəniyyət sahəsində aktual xəbərləri təqdim edəcək.

Layihənin məqsədi Azərbaycan-Türkiyə əlaqələrinə, o cümlədən, media və informasiya mübadiləsi sahəsində də gələcək inkişafa töhfə verməkdir.

Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən “Azernews” qəzeti özünə ingilisdilli böyük oxucu auditoriyası toplayıb. "Azernews" Ümumdünya Qəzet Assosiasiyasının (WAN-IFRA) üzvüdür. Eyni zamanda, “Azernews” “Impact Journalizm Day” beynəlxalq təşəbbüsünün Fransada təsis etdiyi “Sparknews” təşkilatında qəbul edilib. 60-dan çox qəzeti özündə birləşdirən bu layihədə "USA Today” (ABŞ), “Huffington Post” (ABŞ), “The Sunday Times” (Böyük Britaniya), “Le Monde” (Fransa) kimi nüfuzlu qəzetlər yer alır.

 

Qəzetin çap versiyası fərqli müasir dizaynda nəşr olunmağa başlayıb. Artıq ABŞ, Böyük Britaniya, Çin kimi dünyanın müxtəlif ölkələrində oxucular qəzeti bu yeni çap versiyasında oxuyurlar.

Türkiyənin “Yeni şafak” qəzeti 1994-cü ilin sentyabr ayından işıq üzü görüb və gündəlik çap olunur. Qəzetin tirajı 110 min nüsxədir. “Yeni şafak” Türkiyədə ən çox oxunan qəzetlər sırasında yer alır. Bundan başqa, qəzet sosial mediada ən çox izləyiciyə malikdir.

Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsi gərəkdir - Leyla Abdullayeva

Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsi gərəkdir - Leyla Abdullayeva

Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsi gərəkdir.

YAZTV-nin məlumatına görə, bunu Ermənistan XİN-in bu ilin 9 iyul tarixində Azərbaycanda akkreditə olunan ölkələrin səfirlərinin Şuşa şəhərinə səfəri ilə bağlı Ermənistandakı xarici ölkələrin diplomatik nümayəndəliklərinə nota təqdim etməsi ilə bağlı yayılan məlumatı şərh edərkən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib: "Ermənistan XİN-in bu addımı bir daha onu göstərir ki, bu ölkə hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgiləyir. Bir daha vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq, bir sözlə mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq.

Ermənistan XİN-i nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir. Görünür, Ermənistan XİN-ində rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də öz təsirini göstərir.

Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsi gərəkdir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir".

Prezident İlham Əliyev: Tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur

Prezident İlham Əliyev: Tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur

Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.

YAZTV-nin məlumatına görə, bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb.

Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi.

2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük. Zirvə görüşündəki çıxışımda vurğulamışdım ki, Azərbaycan beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atacaq".

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib

Müddətli hərbi xidmətdə olan şəxslərin övladlarına müavinət ödəniləcək

Müddətli hərbi xidmətdə olan şəxslərin övladlarına müavinət ödəniləcək

Azərbaycanda müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına aylıq müavinət ödəniləcək.

YAZTV-nin məlumatına görə, bu, Prezident İlham Əliyevin iyulun 13-də imzaladığı “Hərbi qulluqçuların statusu haqqında” qanununa dəyişiklik edilməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan şəxsin hər övladına aylıq 100 manat sosial müavinət ödəniləcək.

Baş Prokurorluq işğaldan azad olunan ərazilərə gedənlərə XƏBƏRDARLIQ etdi

Baş Prokurorluq işğaldan azad olunan ərazilərə gedənlərə XƏBƏRDARLIQ etdi

Baş Prokurorluq işğaldan azad olunan ərazilərimizdə baş verən yanğın hadisələri ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən vderilən məlumatda bildirilir ki, işğaldan azad edilmiş ərazilərimizdə xeyli sayda yanğın hadisələrinin baş verməsi müşahidə olunmaqdadır: "Hazırda aparılan yenidənqurma və bərpa işlərini həyata keçirən habelə, Qarabağa səfər edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaması, ağaclıq və taxıl sahələrində, meşə massivlərində tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi yanğın hadisələrinə səbəb olur. Nəticədə, qeyd edilən ərazilərdə flora və faunaya ciddi ziyan vurulur. Baş Prokurorluq bir daha xəbərdarlıq edərək bildirir ki, bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!

Təbiəti qorumaq hər bir vətəndaşın borcudur!”.

2020-ci ilin iyul döyüşləri Azərbaycanın Vətən müharibəsində qələbəsinin əsasını qoydu - İqor Korotçenko

2020-ci ilin iyul döyüşləri Azərbaycanın Vətən müharibəsində qələbəsinin əsasını qoydu - İqor Korotçenko

2020-ci ilin iyul döyüşləri Vətən müharibəsində, "Dəmir yumruq" əməliyyatında qələbənin əsasını qoydu.

Bunu  rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O bildirib ki, bir il əvvəl Ermənistan sabiq müdafiə nazirinin adı ilə adlandırılmış "Tonoyan doktrinası"nın reallaşdırılması çərçivəsində Azərbaycana qarşı irimiqyaslı hərbi təxribat həyata keçirdi: "Bu doktrinada döyüş əməliyyatları zamanı prinsip etibarilə yeni təlimatlar yer alıb. Buna müvafiq olaraq Ermənistan yeni müharibə təqdirində Azərbaycanın yeni ərazilərini ələ keçirməsini, strateji infrastruktur obyektlərinə, o cümlədən neft-qaz kəmərlərinə preventiz zərbə endirmək hüququnu elan etmişdi".

Ekspert bildirib ki, Ermənistan hərbi təxribatı Avropaya enerji ehtiyatlarının ixrac olunduğu neft və qaz kəmərlərinin keçdiyi ərazinin yaxınlığında həyata keçirmişdi: "Təxribatın məqsədi Azərbaycana hərbi-siyasi təzyiq göstərmək, öz gücünü və preventiv addımlara hazırlığını nümayiş etdirmək idi. Yerevanda hesab edirdilər ki, onlar Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə bağlı hər hansı bir addımının qarşısını alacaqlar. Amma planlaşdırılan təxribat baş tutmadı. Azərbaycan Ordusu düşməni layiqincə qarşıladı, sərhədin toxunulmazlığını təmin etdi və təcavüzkarı məğlub etdi. Bu baxımdan, Azərbaycan Ordusunun mənəvi gücü və hərbi-texniki üstünlüyü bütün dünyaya nümayiş etdirildi".

O vurğulayıb ki, məhz bu təməldə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin əsası qoyuldu: "2020-ci il iyul döyüşlərində hər hansı bir taktiki üstünlük əldə edə bilməməsi Ermənistan üçün gözlənilməz oldu. Azərbaycanı qorxutmaq, hansı yolla olur-olsun öz silahlı qüvvələrinə inamını sarsıtmaq mümkün olmadı".

Ekspertin sözlərinə görə, Azərbaycanda hərbi quruculuğun gedişatı, düzgün seçilmiş istiqamət, hədəf və tapşırıqlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi, hərbi və iqtisadi islahatların uğurunu nümayiş etdirdi: "Yekunda İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan dövləti düzgün istiqamətdə inkişaf edir. Dövlətin iqtisadiyyatının, siyasi modelinin, hərbi dəyişikliklərin uğuru qələbəyə aparan yolu təmin etdi". (trend az)