Saturday, 24 İyul 2021 17:38
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Azad olunan ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan  verilən məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri zamanı iyulun 5-dən 10-dək piyada əleyhinə 153, tank əleyhinə 29 mina və 26 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 130 591 m² (113 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Azərbaycanın xarici siyasəti bundan sonra da sülh və təhlükəsizliyin təmin edilməsinə yönələcək - Hikmət Hacıyev

Azərbaycanın xarici siyasəti bundan sonra da sülh və təhlükəsizliyin təmin edilməsinə yönələcək - Hikmət Hacıyev

Bu tədbir bir il əvvəl Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf edir. Azərbaycan Silahlı Qüvvələri düşmənin hərbi təxribatlarını layiqincə cavablandırdı və 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun qazandığı şanlı Zəfərin ölkəmizin tarixinə qızıl hərflərlə daxil oldu.

YAZTV xəbər verir ki, bunu “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsinin açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Münaqişənin artıq keçmişdə qaldığını qeyd edən Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın qarşısında duran əsas vəzifələr xüsusilə azad olunmuş ərazilərin yenidən qurulması, bu ərazilərin minalardan təmizlənməsi, beləliklə, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunmasıdır.

Hikmət Hacıyev bildirib ki, təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasəti bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcək.

Prezident sərəncam imzaldı - 2 milyon manat ayrıldı

Prezident sərəncam imzaldı - 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, sərəncamda deyilir:

1. Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanda dəyişiklik edilib

“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərmanda dəyişiklik edilib

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

YAZTV xəbər verir ki, Fərmanla “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının 5.3-cü bəndi ləğv edilir.

Elman Bayramov Prezidentin fəxri diplomu ilə təltif edilib

Elman Bayramov Prezidentin fəxri diplomu ilə təltif edilib

Prezident İlham Əliyev E.B.Bayramovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam verib.

YAZTV xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Elman Bayram oğlu Bayramov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir.

Emomali Rəhmon Əfqanıstanla sərhəddəki vəziyyət barədə Azərbaycan Prezidentini məlumatlandırıb

Emomali Rəhmon Əfqanıstanla sərhəddəki vəziyyət barədə Azərbaycan Prezidentini məlumatlandırıb

İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

YAZTV xəbər verir ki, tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.

Prezident İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun tətbiqi barədə Fərman imzalayıb

Prezident İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanunun tətbiqi barədə Fərman imzalayıb

Prezident İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Fərman imzalayıb.

YAZTV xəbər verir ki, Fərmana əsasən, Nazirlər Kabinetinə 9 ay müddətində “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə uyğun olaraq, özündə Qanunun 8.4-cü maddəsinə əsasən bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini, habelə Qanunun 9.3-cü maddəsinə müvafiq olaraq, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını əks etdirən bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

 

Nazirlər Kabineti, həmçinin həmin Qanunun 1.1.12-ci və 10.4-cü maddələrinə uyğun olaraq, istehsal edilən elektrik enerjisinin güc həddini, habelə aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, həmin Qanunun 15-ci maddəsinə uyğun olaraq, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin Əsasnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, həmin Qanunun 16.2-ci maddəsinə uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydasını və formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli və həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı, 1.1.10-cu, 1.1.12-ci, 1.1.14-cü maddələrində, 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü (hər iki halda), 6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci cümləsində (hər iki halda), 6.7-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 7.1.2-ci, 7.1.3-cü, 7.2-ci, 8.1-ci, 8.3-cü, 8.4.1-ci, 8.6-cı, 9.2-ci, 9.3-cü, 10.4-cü, 14-cü, 16.1-ci, 16.2-ci və 17.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 1.1.14-cü, 8.3-cü və 8.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur. Qanunun 1.1.12-ci, 10.4-cü və 16.2-ci maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir.

Həmin Qanunun 1.1.6-cı, 6.3-cü (ikinci halda), 6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci cümləsində (birinci halda), 6.7-ci maddəsinin ikinci cümləsində (ikinci halda) və 14-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Qanunun 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü (birinci halda) maddəsində, 6.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 6.7-ci maddəsinin ikinci cümləsində (birinci halda), 7.1.2-ci, 7.1.3-cü, 7.2-ci, 8.1-ci, 8.4.1-ci, 9.3-cü və 16.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur. Həmin Qanunun 9.2-ci və 17.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur. Qanunun 1.1.10-cu maddəsində “orqan (qurum)” dedikdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

Energetika Nazirliyi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını doqquz ay müddətində təmin etsin və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməli və həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.

BMT-nin komitə sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiqləndi

BMT-nin komitə sessiyasında Azərbaycanı təmsil edəcək nümayəndə heyətinin tərkibi təsdiqləndi

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 80-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi haqqında sərəncam imzalayıb.

YAZTV-nin məlumatına görə, sərəncamda deyilir:

- Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 2021-ci il oktyabrın 18-dən noyabrın 5-dək Cenevrə şəhərində keçiriləcək 80-ci sessiyasında Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilsin:

Nümayəndə heyətinin rəhbəri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Nümayəndə heyətinin üzvləri

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

 

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri.

Azərbaycan Prezidenti Tacikistana rəsmi səfərə dəvət edilib

Azərbaycan Prezidenti Tacikistana rəsmi səfərə dəvət edilib

Tacikistanın dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.

YAZTV-nin məlumatına görə, dəvət iyulun 12-də Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında baş tutan telefonla danışığında edilib.

Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.

Prezident İlham Əliyev İtaliyanın Avropa çempionu adını qazanması münasibətilə Sercio Mattarellanı təbrik edib

Prezident İlham Əliyev İtaliyanın Avropa çempionu adını qazanması münasibətilə Sercio Mattarellanı təbrik edib

Prezident İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellaya İtaliya milli yığma komandasının Avropa çempionu adını qazanması münasibətilə təbrik məktubu göndərib.

YAZTV-nin məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Futbol üzrə İtaliya milli yığma komandasının Avropa çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün dost İtaliya xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Avropa birinciliyinin bütün oyunlarında yüksək ustalıq, böyük əzmkarlıq, yenilməz iradə nümayiş etdirmiş və öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış İtaliya futbolçularına ən səmimi təbriklərimizi yetirir, onlara yeni-yeni uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan ilə İtaliya arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu əlamətdar anlarda sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İtaliya xalqına daim rifah və əmin-amanlıq diləyirəm".

İlham Əliyev Monteneqronun Prezidentini təbrik etdi

İlham Əliyev Monteneqronun Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası ilə Monteneqro arasındakı münasibətlər uğurla inkişaf edir. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Emoməli Rəhmon İlham Əliyevə telefonla zəng edib

Emoməli Rəhmon İlham Əliyevə telefonla zəng edib

İyulun 12-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

YAZTV xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Dövlət başçıları Tacikistan-Azərbaycan ikitərəfli münasibətlərinin aktual aspektlərini, xüsusən tərəflərin iqtisadi-ticari əlaqələrini müzakirə edərək, son illərdə bu əlaqələrin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Tərəflər Əfqanıstanda hazırkı hərbi-siyasi vəziyyətə xüsusi diqqət ayırıblar.

Bununla əlaqədar, Emoməli Rəhmon Əfqanıstanın Tacikistanla həmsərhəd əyalətlərində yaranmış həyəcanlı vəziyyət barədə Azərbaycan Prezidentini ətraflı məlumatlandıraraq, MDB-nin cənub sərhədlərində vəziyyətin kəskinləşməsinə görə ciddi narahatlıq ifadə edib.

Tacikistan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Prezidentini onun üçün münasib vaxtda Tacikistana rəsmi səfərə dəvət edib. Azərbaycan Prezidenti dəvəti minnətdarlıqla qəbul edib.

Səfərin vaxtı diplomatik kanallarla razılaşdırılacaq.