Thursday, 30 Mart 2023 08:23
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Previous Next

“Tətbiqi elmlər və aqrar sahənin inkişafına yeni baxışlar və yanaşmalar” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib

 

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Tətbiqi elmlər və aqrar sahənin inkişafına yeni baxışlar və yanaşmalar” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. 

Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin ADAU-da yerləşən büstü önünə tər çiçəklər düzüblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Konfransı açıq elan edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov Ulu Öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə gəlişindən sonra bir çox sahələr kimi kənd təsərrüfatında da 90-cı illərin əvvəllərindən özünü kəskin büruzə verən tənəzzül meyillərinin aradan qaldırılıb, səmərəli islahatların əsasının qoyulduğunu deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir.

Çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 1969-1982-ci illərdə Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti nəticəsində Azərbaycanda kənd təsərrüfatının bütün sahələrində əsaslı dönüş yarandığını və Ümummilli Liderin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəlişi ilə az bir zamanda iqtisadi tərəqqinin əldə edildiyini diqqətə çatdırıb.

Sonra Ulu Öndər Heydər Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edən videoçarx konfrans iştirakçılarına nümayiş olunub.

Daha sonra Meyvəçilik və Çayçılıq ET İnstitutunun direktoru İlham Qaraqurbanlı “Seleksiya-toxumçuluq işlərinə ənənəvi və müasir yanaşmalar”, Üzümçülük və Şərabçılıq ET İnstitutunun direktoru Vüqar Səlimov “İnnovativ becərilmə texnologiyası, mühafizəsi və aqroekologiyası”, Tərəvəzçilik ET İnstitutu Publik Hüquqi Şəxs İdarə Heyətinin sədri Elmar Allahverdiyevin “Seleksiyası, fiziologiyası və toxumçuluğu” və ADAU-nun Bağçılıq kafedrasının müdiri Allahverdi Seyidovun “Bağçılıqda kadr hazırlığı” mövzularında çıxışları dinlənilib. 

Konfrans işini panel müzakirələrlə davam etdirib. 

 

YAP Neftçala rayon təşkilatının 30 illiyi qeyd olunub

YAP Neftçala rayon təşkilatının 30 illiyi qeyd olunub

Neftçala rayonunda Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının yaradılmasının 30 illiyi Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi və YAP Neftçala rayon təşkilatının təşkilatçılığı ilə geniş formada qeyd olunub.

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, YAP Neftçala rayon təşkilatının, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, partiya veteranları və ilk ərazi partiya təşkilatlarının üzvləri iştirak edib.
İlk öncə tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Ümummilli Lider Heydər Əliyevin əzəmətli heykəlini ziyarət edib, önünə gül dəstələri düzüb və ruhunu ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların və vəfat edən partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, partiyanın veteran üzvləri Oktay Kərimov, Valeh Tağıyev, şəhər 4 saylı partiya təşkilatının sədri Şəfəq Balaşova və partiya sıralarına yeni qoşulan gənc Xancanlı İlkin 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı Ulu Öndər Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif edib və Ulu Öndər Heydər Əliyevin 24 oktyabr tarixli cavab məktubu ilə Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verib. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi və inamıdır. Zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz uğurlu gələcəyini təmin etdi.

Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınması, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi və cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı. Ulu Öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə deyib: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qoşulan bir qrup partiya üzvünə partiya biletləri və YAP Neftçala rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup şəxslərə fəxri fərmanlar təqdim olunub.

Oqtay Əliyev dəfn olundu

Oqtay Əliyev dəfn olundu

Avtoqəzada həlak olan tanınmış prodüser Oqtay Əliyev dəfn olunur.

Onun nəşi “Qurd qapısı” qəbiristanlığına gətirilib.

Oqtay Əliyevin məzarı iki ay öncə vəfat edən Əməkdar artist Tünzalə Əliyevanın məzarının arxa hissəsində qazılıb. Eyni zamanda, burada Xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş), Ramiz Novruz və digər mərhum sənətçilərin məzarları yerləşir.

***

Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb,dəfn prosesi başa çatıb.

Milli Məclis Fazil Mustafaya hücumla bağlı məlumat yayıb

Milli Məclis Fazil Mustafaya hücumla bağlı məlumat yayıb

Ötən gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq - mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

Bu barədə Milli Məclisdən bildirilib.

TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.

Qeyd edək ki, hazırda BMT Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli iclasda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova hadisə ilə bağlı məlumat aldıqdan sonra Fazil Mustafanın ailəsi ilə əlaqə saxlamış, onun vəziyyəti ilə maraqlanmışdır.

Şəmkirdə zəlzələ qeydə alınıb

Şəmkirdə zəlzələ qeydə alınıb

Şəmkirdə yeraltı təkan qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YazTV-ə bildirilib ki, zəlzələ yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda baş verib.

Zəlzələ hiss olunmayıb. Zəlzələnin maqnitudası 4 bal, dərinliyi 9 kilometr olub.

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

 Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Boyat kənd sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib.Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların, qardaş Türkiyə Cümhuriyyətində 6 fevral 2023-cü ildə baş verən zəlzələ qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.

Boyat İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Boyat kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “Novruz xalqımızın tarixi qədər qədim və ən əziz el bayramıdır” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və xalqımızın Novruz bayramını gözəl bir coşqu ilə bu bayramın bütün qədim adətlərilə qeyd etdiklərini, Sovet dövrü dönəmində müəyyən qadağalara baxmayaraq Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Novruz bayramının keçirilməsi və adət-ənənələrə tam şəkildə əməl olunaraq qeyd olunmağa başladığını görüş iştirakçılarının diqqətinə çatdırıblar.
Görüşdə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərbiçilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-in başçısı milli-mənəvi dəyərlərimizdən olan Novruz bayramının xalqımız üçün adət - ənənələrlə hər zaman geniş qeyd olunduğunu və Ümummilli Lider Heydər Əliyevin yenidən qayıdışından sonra Gənclər meydanına gələrək Novruz bayramını xalqımızla qeyd edib və xalqımızı Novruz bayramı münasibətilə təbrik edərək deyib: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Ulu Öndər siyasi xəttinin davamçısı İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad etdilər. RİH-in başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsinin, əsgər və zabitlərimizin, xalqımızın birliyi nəticəsində torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə işğaldan azad olunub, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbulda ilk öncə vətəndaşlar rayonda aparılan abadlıq-quruculuq işlərilə əlaqədar təşəkkürlərini bildiriblər, torpaq sənədlərinin hazırlanması, əkin sahəsinə dəyən zərər, elektrik enerjisinin verilməsi, örüş torpaq sahəsinin ayrılması və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.
Səyyar vətəndaş qəbulundan sonra Rayon İcra Hakimiyyətinin başçısı Boyat kəndində inşa olunan Şəhidlər Abidə Kompleksinin tikintisi ilə tanış olub.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

DİN deputatın güllələnməsi ilə bağlı əhaliyə müraciət edib

DİN deputatın güllələnməsi ilə bağlı əhaliyə müraciət edib

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı əhaliyə müraciət edib.

YazTV xəbər verir ki, müraciətdə deyilir:

"Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət faktı ilə bağlı rəsmi olaraq təsdiq olunmayan və dəqiqləşdirilməyən məlumatları yaymayın. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür".

Növbəti ağacəkmə kampaniyası keçirilib

Növbəti ağacəkmə kampaniyası keçirilib

Coca-Cola şirkətinin dəstəyi, Azərbaycan Dövlət Aqrar Universiteti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və İsrail Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin (MASHAV) tərəfdaşlığı ilə ağacəkmə kampaniyası keçirilib.

Novruz bayramı ərəfəsində keçirilən kampaniya Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinin və tərəfdaş qurumların nümayəndələrinin aktiv iştirakı ilə yekunlaşıb. Ağacəkmə kampaniyası çərçivəsində Universitetin Tədris-Təcrübə təsərrüfatı ərazisində 3400-dən çox meyvə ağacı əkilib.

Ağaclar üçün xüsusi damcı suvarma sistemi də qurulub. Kampaniya yaşıllıq zolağının genişləndirilməsi ilə yanaşı, suyun səmərəli istifadəsini də təmin edib.

Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Elşad Fərzəliyev həyata keçirdikləri ekoloji layihələr çərçivəsində 10 ilə yaxındır ki, müxtəlif ərazilərdə ağacəkmə kampaniyalarına dəstək olduqlarını bildirib:

“Coca-Cola Azərbaycanda yaşıllıq zolaqlarının mühafizəsi və bərpası istiqamətində müxtəlif ekoloji layihələr həyata keçirir. Şadıq ki, tərəfdaşlarımız sırasına Azərbaycan Dövləq Aqrar Universiteti də qoşuldu. İnanıram ki, ağacların əkildiyi bu ərazi tezliklə geniş yaşıllıq zolağına çevriləcək. Tərəfdaşlarımıza və kampaniyada iştirak edən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, “Coca-Cola” Azərbaycan bundan əvvəl ADA Universiteti ilə birgə “Ağac ək, həyata hədiyyə et” layihəsini icra edib. Layihə Azərbaycanın müəyyən olunmuş ərazilərində təmiz su ehtiyatlarının qorunmasına və təchizinə nail olmaq üçün kütləvi meşəsalma və ağaclandırma məqsədilə təşkil edilib. 2014-cü ildən bəri keçirilən layihədə Bakı və ətraf ərazilərə 100 mindən çox ağac əkilib.

ADAU-da Novruz tonqalı alovlandırılıb

ADAU-da Novruz tonqalı alovlandırılıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Novruz bayramı münasibətilə şənlik keçirilib.

Əvvəlcə tədbir iştirakçıları universitetin Mühəndislik korpusunun həyətində fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları guşələrlə tanış olub, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəsissəsinin professor-müəllim, tələbə və texniki heyətini Novruz bayramı münasibətilə təbrik edib. Baharın yurdumuza xoşbəxtlik, bolluq və firəvanlıq gətirməsini diləyib.

Sonra Novruz tonqalı yandırılıb, Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.

Fazil Mustafadan ilk AÇIQLAMA

Fazil Mustafadan ilk AÇIQLAMA

Dünən terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib.

O, "Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayev ilə əlaqə saxlayıb.

F. Mustafa jurnalistə açıqlamasında bunları deyib:

"Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım".

Millət vəkilinin sözlərinə görə, sonra qapını bağlayaraq Təcili yardım və hüquq mühafizə orqanlarına məlumat veriblər: "Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram".

Danışıq zamanı F. Mustafanın həyat yoldaşı və oğlu da yanında imiş. Həyat yoldaşı əlavə edib ki, atışma qorxulu olub. Fazil Mustafa isə möcüzə baş verdiyini əlavə edir: “Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.
Ətraflı

Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntıl olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 18-23° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti olacaq.

Baş prokuror İsmayıllıda vətəndaşları qəbul edəcək

Baş prokuror İsmayıllıda vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Baş prokuror Kamran Əliyev martın 15-də, saat 10:00-da İsmayıllı Rayon Prokurorluğunun inzibati binasında İsmayıllı, Qobustan, Şamaxı, Qəbələ və Oğuz rayon sakinlərinin qəbulunu keçirəcək.

Baş Prokurorluqdan YazTV-ə bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı və İsmayıllı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-01-48, (012) 361-14-07 nömrəli telefonları və This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instaqram, feysbuk, teleqram, tviter) vasitəsilə də qəbula yazıla bilərlər.